Məhkəmə qərarları › İş №e-2-2(113)-213/2020

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-213/2020

02.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-213/2020 02.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxxxxxxxx” X1rşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh “xxxxxxxxxxxxxx” X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxxxxxxxxxxxx" MMC-dən müqavilə üzrə satılmış malların dəyərini təşkil edən 15000 manat məbləğində borcun, borcu qanunsuz olaraq özündə saxladığına görə 562.50 manat məbləğində faizlərin, eləcə də 30 manat ödənilmiş dövlət rüsumunun, 17 manat notarius xərcilərinin, ümumilikdə 15609,50 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı ”İddiaçı” MMC yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMCilə cavabdeh "xxxxxxxxxxxxxx" MMC arasındaxx xxxxxxxx 2018-ci il tarixli, 20**-AZ-*** saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı müqavilədə nəzərdə tutulmuş şərtlərə və cavabdehin sifarişinə əsasən cavabdehi müqavilənin 2.1-ci bəndində qeyd edilən 1 ədəd çiller sistemi ilə təmin edir. Cavabdeh isə malın dəyərini müqavilə üzrə nəzərdə tutulmuş qaydada və müddətdə ödməyi öz üzərinə götürür. Müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə ümumilikdə dəyəri ƏDV daxil 21000 manat miqdarında olan mallar satılmışdır. Qeyd olunan mal e-qaimə əsasən təhvil verilmiş və hər iki tərəfin imza və möhürləri ilə təsdiq edilmişdir. Cavabdeh tərəfindən müxtəlif tarixlərdə yuxarıda qeyd olunan malın dəyərindən cəmi 6000 manat ödəniş edilmiş, lakin qalıq məbləği təşkil edən 15000manat borc bu günə kimi ödənilməmişdir. Borcun ödənilməsi ilə bağlı cavabdehə xx.xx.2019-cu il tarixdə pretenziya məktubu göndərilmişdir. Lakin cavabdeh tərəfindən borcun ödənilməsi həyata keçirilməmişdir.Bundan əlavə, cavabdeh iddiaçıya olan 15000manat borcunu qanunsuz olaraq özündə saxladığına görə cavabdehdən qanunvericiliklə nəzərdə tutulmuş qaydada faizlər tutulmalıdır. Cavabdeh iddiaçıya ödəniş etməmiş və 7 aydır ki, qanunsuz olaraq iddiaçıya olan borcunu özündə saxlamışdır. Cavabdehin qeyd olunan borcu gecikdirməklə iddiaçıya 562.50 manat məbləğində faiz ödəməlidir. Faizin hesablanması:15000manatx5%=750manat:12=62.50 x 9ay=562.50 manat. Daha sonra iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu, eləcədə təsis sənədlərinin təsdiqi üçün 17 manat məbləğində rüsum ödəyərək maddi ziyana da düşmüşdür. Qeyd olunan xərclər də cavabdehdən tutulmalıdır. İşin hallarından göründüyü kimi, cavabdeh iddiaçının göstərdiyi xidmətlərin dəyərini ödəməməklə üzərinə götürdüyü öhdəliyin tələblərini pozmaqla iddiaçıya maddi zərər vurmuşdur. Eyni zamanda iddiaçı məhkəməyə ərizə təqdim edərək, işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı qəbul edilənədək cavabdeh "xxxxxxxxxxxxxx" MMC-nin (VÖEN: **********, Muğanbank ASC VÖEN: **********, H/h: AZ57MUGA**********00084AZM00 M/h: AZ41NABZ******************** Kod: 506162 SWİFT: MUGAAZ22) bank hesabında olan pul vəsaitinə iddia tələbi həcmində 15. manat məbləğində həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1464/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb həll edilənədək cavabdeh "xxxxxxxxxxxxxx" MMC-nin (VÖEN: **********, Muğanbank ASC VÖEN: **********, H/h: AZ57MUGA**********00084AZM00 M/h: AZ41NABZ******************** Kod: 506162 SWİFT: MUGAAZ22) bank hesabında olan pul vəsaitinə 15.000 manat məbləğində həbs qoyulmuş, ərizə qalan hissədə təmin edilməmişdir. İddiaçının nümayəndəsi X7 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı MMC (satıcı) ilə “xxxxxxxxxxxxxx” MMC (alıcı) arasında xx xxxxxxxx 2018-ci il tarixdə 20**-AZ-*** saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin: 1.1-ci bəndinə əsasən satıcı müqavilədə nəzərdə tutulmuş şərtlərə və alıcının sifarişinə əsasən müqavilənin 2.1-ci bəndində qeyd eilən müddət və qiymətə uyğun olaraq mal və materialların təmin olunmasını və 2.1-ci bəndində qeyd edilən müddət və qiymətə uyğun olaraq onların quraşdırılma, montaj və sazlama işlərinin icrasını, alıcı isə bu mal xidmətlərin haqlarını müqavilə üzrə nəzərdə tutulmuş qaydada və müddətdə ödəməyi öz üzərinə götürür. 2.1-ci bəndinə əsasən 1 ədəd çiller sisteminin qiyməti 17.796,62 manat, 18% ƏDV 3.203,39 manat, müqavilənin ümumi qiyməti ƏDV daxil 21.000,00 manat təşkil edir. 2.2-ci bəndinə görə müqavilənin 2.1-ci bəndindəki malın təmin olunması üçün alıcı tərəfindən ödənilməsi nəzərdə tutulan məbləğ 100% tam şəkildə satıcının müqavilədə göstərilən hesabına ödənilir və mal təhvil verilir. 3-cü bəndinə əsasən malın çatdırılma müddəti 1 iş günü təşkil edir. Malın təhvili satıcı tərəfindən üzürlü səbəbdən gecikdirilərsə, bu barədə alıcıya məlumat verməlidir. Satılan mal nəzərdə tutulmuş müddət ərzində satıcı tərəfindən təmin olunur və e-qaimə əsasında alıcıya təhvil verilir. Mal və xidmətlərin təhvil verilməsi alıcının günahı üzündən gecikdirilərsə, satıcı tərəfindən ümumi təhvil müddəti alıcı tərəfindən gecikdirilmiş müddət qədər artırıla bilər. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2018-ci il tarixli, EAAL seriyalı, 980156 saylı elektron qaimə ilə tərəflər arasında bağlanmış müqaviləyə əsasən İddiaçı MMC tərəfindən “xxxxxxxxxxxxxx” MMC-yə təqdim edilmiş malların dəyərinin ƏDV daxil 21.000,01 manat olması müəyyən edilmişdir. İddiaçı MMC tərəfindən xx.xx.2019-cu il tarixdə pretenziya qaydasında məktubla “xxxxxxxxxxxxxx” MMC-yə müraciət edilərək, xx xxxxxxxx 2018-ci il tarixli, 20**-AZ-*** saylı alqı-satqı müqaviləsi üzrə yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə cavabdeh “xxxxxxxxxxxxxx” MMC arasında xx xxxxxxxx 2018-ci il tarixdə 20**-AZ-*** saylı alqı-satqı müqaviləsinəəsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əlavələrdə göstərilmiş malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda “xxxxxxxxxxxxxx” MMC-nin göstərilən müqavilə üzrə İddiaçı MMC -yə olan borcu 15.000 manat təşkil edir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərinin bir hissəsini – 15.000 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdeh “xxxxxxxxxxxx” MMC-dən 15.000 manat məbləğində pul tutularaq İddiaçı MMCyə ödənilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 15.000 manat borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5%-lə hesablanmış faizlərin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin: 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxx 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Hazırkı işdə cavabdeh “xxxxxxxxxxxxxx” MMC-nin alqı-satqı müqaviləsinə əsasən təqdim edilmiş malın dəyərinin ödənilməsi öhdəliyini 1 ildən artıq müddətə gecikdirdiyini məhkəmə nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı MMC Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə gecikdirilmiş məbləğin illik 5 faizinin – 9 ay üçün 562,50 (15.000x5%:12x9ay) manat məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən sənədlərin təsdiqi üçün çəkilmiş 17 manat notariat xərcləri və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, tərəflər arasında bağlanmış xx xxxxxxxx 2018-ci il tarixli, 20**-AZ-*** saylı alqı-satqı müqaviləsi üzrə 15000 manat məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 562,50 manat məbləğində faiz, cəmi 15.562,50 manat məbləğində borc, notariat xərclərinin əvəzi olaraq 17 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdeh “xxxxxxxxxxxxxx” X2 tutularaq İddiaçınə ödənilməlidir. Nəticə hissəsi Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “xxxxxxxxxxxxxx” X2 15.000 (on beş min) manat məbləğində borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 562,50 manat (beş yüz altmış iki manat əlli qəpik) məbləğində faiz, cəmi 15.562,50 manat (on beş min beş yüz altmış iki manat əlli qəpik) məbləğində borc, notariat xərclərinin əvəzi olaraq 17 (on yeddi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar