Məhkəmə qərarları › İş №e-2-2(113)-2132/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2132/2024

27.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2132/2024 27.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Mingəçevir Şəhər Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinə, Azərbaycan Respublikası Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə qarşı “subroqasiya qaydasında pulun tutulması tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: subroqasiya qaydasında pulun tutulması) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Mingəçevir Şəhər Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinə, Azərbaycan Respublikası Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. "xxxx" ASC cavabdehlər Mingəçevir Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə, Azərbaycan Respublikası Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhər Mənzil Kommunal Təsərrüfatı İB, Cavabdeh3 ASC və Cavabdeh3 ASC Birləşmiş Sukanal İdarəsi MMC-dən müştərək qaydada 136,35 manat məbləğində sığorta ödənişi, 30 dövlət rüsumu və 40 (qırx qəpik) xidmət haqqı olmaqla, cəmi 166,75 (yüz altmış altı manat, yetmiş beş qəpik) manat pul vəsaitinin tutulub "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə X1 şifahi olaraq "xxxx" ASC-yə (bundan sonra ASC) müraciət edərək xx.xx.2023-cü il tarixdə köhnə qaydalarla ünvan 1 ünvanında yerləşən 15 saylı mənzilə (Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən 1 saylı mənzilə) Cavabdeh3 ASC-nin əməkdaşları tərəfindən binanın su sistemini tıxacla bağlaması və həmin tıxacdan su sızma nəticəsində maddi ziyan dəydiyini bildirmişdir. Faktla bağlı araşdırma aparılan zaman ünvan 3 ünvanında yerləşən mənzilə gedən su borusunun Cavabdeh3 ASC Birləşmiş Sukanal İdarəsi MMC-nin əməkdaşları tərəfindən kəsilməsi nəticəsində ünvan 1 ünvanında yerləşən 15 saylı mənzilə, (Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən 1 saylı mənzilə) maddi ziyan dəydiyi müəyyən edilmişdir və bu hal Mingəçevir şəhər Mənzil Kommunal Təsərrüfatı İB 14 saylı MİS tərəfindən ASC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli, BS-C-23/1944 saylı sorğuya cavab məktubunda da öz təsdiqini tapmışdır. Sözügedən mənzil ASC-də əmlak sığortası qaydasında qismən sığortalandığı üçün vurulmuş ziyanın aradan qaldırılması üçün ASC tərəfindən dəymiş zərər məbləğinin (300 (üç yüz) manat) 45.45 %-i miqdarında 136. 35 (yüz otuz altı manat, otuz beş qəpik) manat məbləğində sığorta ödənişi edilmişdir. İddia ərizəsinə əlavə edilmiş **********2 saylı, xx.xx.2022-ci il tarixli “əmlak sığortası” şəhadətnaməsinin surətindən müəyyən olunur ki, köhnə qaydalarla ünvan 1 ünvanında yerləşən 15 saylı mənzil (Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən 1 saylımənzilə) ASC tərəfindən “əmlak sığortası” qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Mingəçevir Şəhər İcra Hakimiyyəti 14 saylı MİS-in xx.xx.2023-cü il tarixli arayışından müəyyən olunur ki, ünvan 5-ə su kanal idarəsinin mənzilə gedən su borusunu kəsməsi nəticəsində su axaraq ziyan dəymişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli zərərin hesablanması aktından müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 15 saylı mənzilə (Yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən 1 saylı mənzilə) dəymiş zərər ASC tərəfindən 300 (üç yüz) manat məbləğində qiymətləndirilmişdir. İddia ərizəsinə əlavə edilmiş sığorta şəhadətnaməsinə əsasən faydalanan şəxs qismində çıxış edən və girov saxlayan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, №3728 saylı məktubundan göründüyü kimi girov saxlayan sığorta ödənişinin sığortalının hesabına ödənilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli sığorta aktından və xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində ünvan 5 ünvanında yerləşən mənzilə dəymiş zərərə görə ASC tərəfindən dəymiş zərər məbləğinin (300 (üç yüz) manat) 45.45 %-imiqdarında-136.35 (yüz otuzaltımanat, otuz beş qəpik) manat məbləğində sığorta ödənişi edilmişdir.

II. Tərəflərin mövqeləri:

3. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilsə də məhkəmə iclasına gəlməmişlər, məhkəməyə gəlməməklərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

5. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclasında iştirak etməmişlər və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. - 1108.1-ci maddəsinə əassən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

12. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

13. İş materiallarına əlavə edilmiş **********2 saylı, xx.xx.2022-ci il tarixli “əmlak sığortası” şəhadətnaməsinin surətindən görünür ki, köhnə qaydalarla ünvan 1 ünvanında yerləşən 15 saylı mənzil (Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən 1 saylı mənzilə) "xxxx" ASC tərəfindən “əmlak sığortası” qaydasında sığortalanmışdır.

14. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli zərərin hesablanması aktından görünür ki, ünvan 1 ünvanında yerləşən 15 saylı mənzilə (yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən 1 saylı mənzilə) dəymiş zərər 300 manat təşkil edir.

15. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh3 ASC-nin nümayəndəsi iddiaya etiraz edərək iş materiallarına əlavə olunmuş fotoşəkillərdən Cavabdeh3 ASC-nin təqsirinin müəyyən olunmadığını, sübutların kifayət qədər olmadığını bildirmiş, məhkəmənin sualına cavab olaraq mənzillərdə olan su xətlərinin saz vəziyyətdə saxlanmasına Cavabdeh3 ASC-nin sayğaca qədər olan məsafəyədək məsuliyyət daşıdığını qeyd etmiş və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam ünvan 1 ünvanında yerləşən 15 saylı mənzilə dəymiş ziyanın Cavabdeh3 ASC-nin əməkdaşlarının təqsiri nəticəsində baş verib- vermədiyini müəyyən etməkdir.

17. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Mingəçevir Şəhər İcra Hakimiyyəti 14 saylı MİS-in xx.xx.2023-cü il tarixli məktuba cavab məktubunda qeyd olunmuşdur ki, su kanal idarəsinin mənzilə gedən su borusunu xx.xx.2023-cü il tarixdə kəsməsi nəticəsində ünvan 5-ə su axaraq ziyan dəymişdir.

18. İşdə olan xx.xx.2023-cü il tarixli sığorta aktından və xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində ünvan 5 ünvanında yerləşən mənzilə dəymiş zərərə görə ASC tərəfindən dəymiş zərər məbləğinin (300 manatın) 45.45 %-i miqdarında - 136.35 (yüz otuz altı manat, otuz beş qəpik) manat məbləğində sığorta ödənişi edilmişdir.

19. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, həqiqətən də, subasma nəticəsində sığortalı şəxsin mənzilinə ziyan dəymişdir və bu ziyan da, mənzilə gedən su borusunun kəsilməsi halı ilə bağlıdır. Sayğacın quraşdırılması, mənzilə su borularının çəkilməsi və sair kimi işlərə də, Cavabdeh3 ASC-nin əməkdaşları cavabdeh olduğundan mənzilə gedən su borusunun da, Cavabdeh3 ASC-nin əməkdaşları tərəfindən kəsilməsi də, inadırıcıdır.

20. Göründüyü kimi, ünvan 5-ə Cavabdeh3 ASC-nin əməkdaşlarının təqsiri nəticəsində ziyan dəymişdir.

21. Ona görə də, məhkəmə hesab edir ki, 136,35 manat məbləğində pul Cavabdeh3 ASC-dən tutularaq iddiaçıya ödənməlidir.

22. Həmçinin məhkəmə qeyd edir ki, digər cavabdehlər iddiaya cavab verməli olan şəxslər olmadığından onlara münasibətdə, iddia təmin edilə bilməz.

23. İddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli, **********20 nömrəli qəbzə əsasən 10 manat, xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzə əsasən 20 manat olmaqla, cəmi 30 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.

24. Ona görə də, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Cavabdeh3 ASC-dən tutularaq iddiaçıya ödənməlidir.

25. Məhkəmə qeyd edir ki, xidmət haqqının əvəzi olaraq ödənilmiş 0,40 qəpik pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

VI. Nəticə:

26. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 136 (yüz otuz altı) manat, 35 (otuz beş) qəpik məbləğində pul Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat və xidmət haqqının əvəzi olaraq 40 (qırx) qəpik məbləğində pul Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar