Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2139/2024 16.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı (üçüncü şəxs Peşəkar X3maqla) Cavabdehnə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: tapşırıq müqaviləsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X1 katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxs Peşəkar X3maqla) qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC tərəfindən ödənilməmiş 80.000 manat məbləğin, iddiaçı tərəfindən ödənilmiş 400 manat mediasiya xərcinin cavabdeh X8 alınıb İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X11 MMC ilə İddiaçı arasında 05 fevral 2019-cu il tarixində “01” iyun 2019-cu ildən “31” may 2021-ci ilə qədər qüvvədə olan Tapşırıq müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 5.1.1-ci maddəsinə əsasən “01” iyun 2019-cu il tarixindən “31” may 2021-ci il tarixinədək İddiaçı 147890,00 manat məbləğində ödəniş edilməli idi. Həmin maddənin 5.1.2-ci maddəsinə əsasən müqavilə üzrə iddiaçının 2019/2020 mövsümü üçün “31” may 2020-ci il tarixinədək ümumi xidmət haqqı 63420,00 manat təşkil edirdi və bu məbləğ 10 aya bölünməklə futbolçuya aylıq 6342 manat məbləğində aylıq xidmət haqqı ödənilməli idi. Həmçinin həmin maddənin 5.1.3-cü maddəsinə əsasən müqavilə üzrə iddiaçının 2020/2021 mövsümü üçün “31” may 2021-ci il tarixinədək ümumi xidmət haqqı 84470 manat təşkil edirdi və bu məbləğ 10 aya bölünməklə iddiaçıya aylıq 8447 manat məbləğində aylıq xidmət haqqı ödənilməli idi. Cavabdeh tərəfindən futbolçu İddiaçı müqavilənin qüvvədə olduğu müddət ərzində cəmi 60000 manat, 2019/2020 mövsümü üçün 30000 manat, 2020/2021 mövsümü üçün 30000 manat məbləğində ödəniş edilmiş və yerdə qalan məbləğ ödənilməmişdir. Müqavilənin qüvvədə olduğu müddət ərzində iddiaçı Tapşırıq müqaviləsi üzrə öhdəliklərini vicdanla yerinə yetirmişdir və iddiaçıya aylıq vergi və digər xərclərdən azad olaraq ilk il üçün 6000 manat ödənilməli idisə 3000 manat ödənilmişdir. İddiaçı hər dəfə öz iradını bildirsə də ödəniləcəyi bildirilmiş lakin indiyədək bu məbləğlər ödənilməmişdir. Cavabdehə xx.xx.2023-cü il tarixində pretenziya məktubu ünvanlanmış və cavabdeh tərəfindən heç bir cavab verilməmişdir. xx.xx.2019-cu il tarixli müqavilənin 11.3-cü maddəsinə əsasən, tərəflər bu müqavilədən irəli gələn mübahisələrin özləri tərəfindən həllinə üstünlük verirlər. Bu mümkün olmadıqda yaranmış mübahisəyə ilk növbədə AFFA-nın hüquq orqanlarında baxılır. İşlə əlaqədar xx.xx.2023-cü il tarixli iddia ərizəsiylə AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinə müraciət etmişdik. Komitə 07 avqust 2023-cü il tarixli qərar qəbul etmiş və iddianı baxılmamış saxlamışdır. Komitə qərarını belə əsaslandırır ki, Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Komitə məsələyə münasibət bildirərək qeyd edir ki, Müqavilədə 31 may 2021-ci il tarixi öhdəliyin icra müddətidir hesab olunmalıdır. Oyunçuların Statusu və Transferi Komitəsinin Prosedur Qaydalarının 15.2.3-cü bəndinə əsasən mübahisə predmetinin bağlı olduğu işin baş verməsindən 2 ildən artıq vaxt keçmişsə Komitə iddianı baxılmamış saxlayır. İddiaçı tərəfindən ilk növbədə AFFA-non X2 müraciət edildiyi və xx.xx.2023-cü il tarixli qərar ilə apellyasiya şikayətiinin icraata qəbul edilməsindən imtina edildiyi bildirilmişdir. Tərəflər arasında bağlanmış müqavildə tutulduğu qayda İdman Arbitraj Məhkəməsinə müraciət edilmişdir. İdman Arbitraj Məhkəməsinin 19 fevral 2024-cü il tarixli Qərarı ilə iş icraata qəbul edilməmişdir.
3. Cavabdehin nümayəndəsi Vəkil2 tərəfindən xx.xx.2024-cü il tarixində iddia tələbinə dair etiraz ərizəsi təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının istinad etdiyi və tərəflər arasında müqavilə münasibətlərinin hüquqi əsasını təşkil edən əsas hüquqi sənəd 5 fevral 2019-cu il tarixli tapşırıq müqaviləsidir (bundan sonra – Tapşırıq Müqaviləsi). İddiaçı özünün X5 Müqaviləsinin 5.1.2-ci və 5.1.3-cü maddələrinə istinad etmişdir. Lakin İddiaçı nəzərə almamışdır ki, Tapşırıq Müqaviləsinin həmin maddələrinə tərəflərin qarşılıqlı razılığı ilə 2 dəfə dəyişiklik edilmişdir. Tapşırıq Müqaviləsində İddiaçının futbolçu kimi cəmi 2 mövsüm – 2019/2020 və 2020/2021-ci illər mövsümündə X10 fəaliyyəti nəzərdə tutulmuşdur. Lakin tərəflər müvafiq mövsümlər başlamadan öncə Tapşırıq Müqaviləsinin ödənişlə bağlı şərtlərinə dəyişiklik edərək, İddiaçıya ödəniləcək xidmət haqqının yeni məbləğlərini müəyyən etmişlər. Belə ki, tərəflər ilk öncə 2019/2020-ci il mövsümü başlamazdan əvvəl, yəni 13 iyun 2019-cu il tarixdə Tapşırıq Müqaviləsinə 1 X7 (bundan sonra – 1 X7) imzalayaraq Tapşırıq Müqaviləsinin 2019/2020 mövsümü üzrə xidmət haqqına aşağıdakı qaydada dəyişiklik edilməsi barədə razılığa gəlmişlər: “5.1.1. Müqavilə imzalandığı gündən qüvvəyə minir, müqavilə üzrə 2019/20 mövsümü üçün futbolçuya “31” may 2020-ci il tarixədək xidmət haqqı 31.950 (otuz bir min doqquz yüz əlli) manat təşkil edir. Əgər futbolçu 2019/20 mövsümündə 70 və daha çox % rəsmi oyunlarda (Azərbaycan Çempionatı və ölkə kuboku) meydana çıxsa, o zaman onun ümumi xidmət haqqısı 63 520 (altmış üç min beş yüz iyirmi) manat təşkil edəcək. Bu məbləğ 10 aya bölünməklə futbolçuya aylıq 6350 (altı min üç yüz əlli) manat ödəniləcək.” Daha sonra, növbəti 2020/2021 mövsümü başlamazdan əvvəl, yəni 26 iyul 2020-ci il tarixində tərəflər Tapşırıq Müqaviləsinə daha bir əlavə razılaşma imzalayaraq (bundan sonra – 2 X7), Tapşırıq Müqaviləsinin 2020/2021 mövsümü üzrə xidmət haqqına aşağıdakı qaydada dəyişiklik edilməsi barədə razılığa gəlmişlər: “5.1.1. Müqavilə imzalandığı gündən qüvvəyə minir, müqavilə üzrə 2020/21 mövsümü üçün futbolçuya “31” may 2020-ci il tarixədək ümumi xidmət haqqı 32 007,80 (otuz iki min yeddi manat səksən qəpik) manat ödəniləcək. Bu məbləğ 11(on bir) aya bölünməklə aylıq 2 909,80 (iki min doqquz yüz doqquz manat səksən qəpik) manat ödəniləcək.” İddiaçı 2019/2020 mövsümündə 70% və ya daha çox rəsmi oyunlarda meydana çıxmadığı üçün, ona həmin mövsüm üzrə 63,520 (altmış üç min beş yüz iyirmi) manat deyil, 31,950 (otuz bir min doqquz yüz əlli) manat xidmət haqqı ödənilmişdir. Beləliklə, 2019/2020 və 2020/2021 mövsümü üzrə xidmət haqqı Tapşırıq Müqaviləsi və ona edilmiş əlavələrdə nəzərdə tutulan məbləğlərdə tam olaraq Cavabdeh tərəfindən İddiaçıya ödənilmişdir. Əlavə Razılaşmaların hüquqi qüvvəsi – Notarial təsdiq tələbi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 329.2-ci maddəsinə əsasən, yazılı əqdlər sadə və ya notarial formada bağlana bilər. Mülki Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Mülki Məcəllənin 331.2-ci maddəsinə əsasən, qanunda, digər hüquqi aktlarda və ya tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər. Mülki Məcəllədə, eləcə də digər qanunvericilik aktlarında tapşırıq müqaviləsinin notarial qaydada imzalanması ilə bağlı hər hansı bir tələb yoxdur. Həmçinin, əsas müqavilə notarial qaydada imzalandıqda həmin müqaviləyə əlavə və dəyişikliklərin də notarial qaydada imzalanması ilə bağlı qanunvericilikdə hər hansı bir tələb yoxdur. Tapşırıq Müqaviləsinin 11.1-ci maddəsinə əsasən, “Bu müqavilənin şərtlərində nəzərdə tutulmayan digər şərtlər hər iki tərəfin qarşılıqlı razılığına əsasən müqaviləyə əlavə edilə bilər. Birtərəfli qaydada müqaviləyə əlavə və dəyişikliklər edilməsinə yol verilmir. Müqaviləyə Tərəflərin qarşılıqlı razılığı ilə edilən əlavələr onun ayrılmaz tərkib hissəsi hesab olunur”. Göründüyü kimi, Tapşırıq Müqaviləsi notarial qaydada təsdiqlənsə də, Tapşırıq Müqaviləsində müqaviləyə ediləcək əlavə və dəyişikliklər üçün notarial təsdiq tələbi müəyyən edilməmişdir. Əksinə, “tərəflərin qarşılıqlı razılığı” həmin əlavələrin bağlanması üçün yetərli hesab edilmişdir. Beləliklə, nə qanunvericilikdə, nə də Tapşırıq Müqaviləsində əlavə razılaşmaların notarial qaydada imzalanması ilə bağlı hər hansı tələb, habelə bu tələbə riayət olunmamasının əqdin etibarsızlığına səbəb olması ilə bağlı hər hansı şərt nəzərdə tutulmamışdır. Əlavə Razılaşmaların hüquqi qüvvəsi – PFL-də qeydiyyat tələbi İddiaçı X9 (bundan sonra – PFL) tərəfindən təqdim edilən 4 sentyabr 2023-cü il tarixli 287 nömrəli məktubu təqdim edərək, Tapşırıq Müqaviləsinə edilən əlavələrin PFL-də qeydiyyata alınmamasını və bu səbəbdən hüquqi qüvvəyə malik olmadığını əsaslandırmağa cəhd edir. Bununla əlaqədar olaraq bildiririk ki, PFL tərəfindən təqdim olunan “Tapşırıq Müqaviləsinə hər hansı əlavə və dəyişikliyin PFL-in arxivində aşkarlanmaması” barədə məktub həmin əlavələrin etibarsız olduğunu və ya hüquqi qüvvəsinin olmadığını göstərmir. Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmçinin, Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir. İddiaçının təsdiqi Əlavələrin qüvvədə olduğu bütün dövr ərzində İddiaçıya ödənişlər Tapşırıq Müqaviləsinin 5-ci bəndinin əvvəlki redaksiyası ilə deyil, müvafiq olaraq 1 və 2 saylı Əlavə Razılaşmalarda dəyişdirilmiş redaksiyadakı məbləğlərdə həyata keçirilmişdir. Həmin ödənişlərlə bağlı isə İddiaçının Cavabdehə qarşı hər hansı pretenziyası, etirazı və ya tələbi olmamışdır. Bundan əlavə, İddiaçı 30 mart 2021-ci il tarixli təsdiq məktubunda Cavabdehin ona heç bir borcunun qalmadığını və İddiaçının Cavabdehə qarşı hər hansı iddia tələbinin olmadığını öz imzası ilə təsdiq etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə verdiyi yazılı etirazına uyğun izahat verərək iddia tələbinin rədd edilməsin xahiş etdi.
III.Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cü il tarixli tapşırıq müqaviləsinə əsasən:
8. Müqavilənin 1.1-ci bəndinə əsasən vəkalət alan tapşırıq müqaviləsini imzaladığı vaxtdan “X12” MMC-nin üzvü hesab edilir və futbolçu olaraq "xxxx" FK-nı təmsil edir. Müqavilə xx.xx.2019-cu il tarixdən qüvvəyə minir və xx.xx.2021-ci il tarixinə kimi qüvvədə qalır.
9. Müqavilənin 1.2-ci bəndinə əsasən 2019/2020 futbol mövsümündə zədə və cəza səbəbindən buraxılmış oyunları nəzərə almasaq, vəkalət alan digər rəsmi matçların 70% meydana çıxmalıdır. Bu tələb yerinə yetirlməsə vəkalət alan 202/2021 mövsümü üçün qalan bir illik müqavilə müddətini 31 may 2020-ci il tarixinə kimi birdəfəlik şəkildə xitam vermək hüququna sahibdir.
10. Müqavilənin 4-cü bəndinə əsasən vəkalət alanın öhdəlikləri:
11. Müqavilənin 4.1.1-ci bəndinə əsasən "xxxx" FK-nın furbolçu qismində təmsil edərkən komanda prinsiplərinə və qaydalarına riayət etmək, keçirilən futbol oyunlarında vicdanla oynamaq.
12. Müqavilənin 4.1.3-cü bəndinə əsasən idman yarışlarında yalnız klubun göstərişi ilə iştirak etmək.
13. Müqavilənin 5.1-ci bəndinə əsasən hazırkı müqavilə ilə müəyyən edilmiş vəzifə vəxidmətlərin yerinə yetirilməsinə görə vəkalən verən klub tərəfindən vəkalət alan futbolçuya ödəniləcək xidmət haqqı, mükafat və digər ödənişlər aşağıdakı qaydada həyata keçirilir.
14. Müqavilənin 5.1.1-ci bəndinə əsasən 01 iyun 2019-cu il tarixdən 31 may 2021-ci il tarixinədək vəkalən verən vəkalət alana toplam 147890 manat məbləğində xidmət haqqı ödəyəcək.
15. Müqavilənin 5.1.2-ci bəndinə əsasən müqavilə 01 iyun 2019-cu il tarixində qüvvəyə minir, müqavilə üzrə futbolçunun 2019/2020 mövsümü üçün 31 may 2020-ci il tarixədək ümumi xidmət haqqı 63420 manat təşkil edir. Bu məbləğ on aya bölünməklə futbolçuya aylıq 6342 manat məbləğində aylıq xidmət haqqı ödənilir.
16. Müqavilənin 5.1.3-cü bəndinə əsasən müqavilə üzrə futbolçunun 2020/2021 mövsümü üçün 31 may 2021-ci il tarixədək ümumi xidmət haqqı 84470 manat təşkil edir. Bu məbləğ on aya bölünməklə futbolçuya aylıq 8447 manat məbləğində aylıq xidmət haqqı ödənilir.
17. Müqavilənin 5.1.4-cü bəndinə əsasən mükafat və ödənişlər avqust ayından etibarən başlayır.
18. Cavabdeh MMC ilə İddiaçı arasında imzalanmış xx.xx.2019-cu il tarixli Tapşırıq müqaviləsinə (mülki hüquqi müqavilə) əlavə və dəyişiklərin edilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli müqaviləyə 1 saylı əlavəyə əsasən “Vəkalət verən” və “Vəkalət alan” xx.xx.2019cu il tarixli Müqavilənin 5-ci bəndinin dəyişdirilərək aşağıda göstərilən redaksiyada müəyyən edilməsi barədə razılığa gəldilər:
19. Müqailənin 5.1-ci bəndinə əsasən Hazırkı müqavilə ilə müəyyən edilmiş vəzifə və xidmətlərin yerinə yetirilməsinə görə, “Vəkalət verən” Klub tərəfindən “Vəkalət alan” futbolçuya ödəniləcək xidmət haqqı, mükafat və digər ödənişlər aşağıdakı qaydada həyata keçirilir.
20. Müqavilənin 5.1.1-ci bəndinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir, müqavilə üzrə 2019/20 mövsümü üçün futbolçuya “31” may 2020-ci il tarixədək xidmət haqqı 31. 950 (otuz bir min doqquz yüz əlli) manat təşkil edir. Əgər futbolçu 2019/20 mövsümündə 70 və daha çox % rəsmi oyunlarda(Azərbaycan Çempionatı və ölkə kuboku) meydana çıxsa, o zaman onun ümumi xidmət haqqısı 63 520 (altmış üç min beş yüz iyirmi) təşkil edəcək. Bu məbləğ 10 aya bölünməklə futbolçuya aylıq 6350 (altı min üç yüz əlli) manat ödəniləcək.
21. Müqavilənin 5.1.2-ci bəndinə əsasən mükafat və digər ödənişlər aylıq xidmət haqqına əlavə olunaraq ödənilir,
22. X11” MMC ilə İddiaçı arasında imzalanmış xx.xx.2019-cu il tarixli Tapşırıq müqaviləsinə (mülki hüquqi müqavilə) əlavə və dəyişiklərin edilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli müqaviləyə 1 saylı əlavəyə əsasən “Vəkalət verən” və “Vəkalət alan” xx.xx.2019cu il tarixli Müqavilənin 5-ci bəndinin dəyişdirilərək aşağıda göstərilən redaksiyada müəyyən edilməsi barədə razılığa gəldilər.
23. Müqavilənin 5.1-ci bəndinə əsasən Hazırkı müqavilə ilə müəyyən edilmiş vəzifə və xidmətlərin yerinə yetirilməsinə görə, “Vəkalət verən” Klub tərəfindən “Vəkalət alan” futbolçuya ödəniləcək xidmət haqqı, mükafat və digər ödənişlər aşağıdakı qaydada həyata keçirilir.
24. Müqavilənin 5.1.1-ci bəndinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir, müqavilə üzrə 2020/21 mövsümü üçün futbolçuya “31” may 2020-ci il tarixədək ümumi xidmət haqqı 32 007,80 manat ödəniləcək. Bu məbləğ 11 aya bölünməklə aylıq 2 909,80 manat ödəniləcək.
25. İşdə olan xx.xx.2021-ci il tarixli “Təsdiq məktubu” adlı sənədən görsənir ki, İddiaçı öz imzası ilə təsdiq etmişdir ki, 31 mart 2021-ci il tarixinədək "xxxx" FK MMC-nin ona 31 dekabr 2020-ci il tarixini əhatə edən dövr üzrə heç bir vaxtı ötmüş borcu yoxdur və qeyd olunanlarla bağlı kluba qarşı heç bir iddia tələbi yoxdur.
26. Azərbaycan Respublikası MEM-in xx.xx.2024-cü il tarixli, 4/1573 saylı rəyinə əsasən Ekspertizaya təqdim olunmuş, kommersiya işinin 191-192-ci vərəqlərində olan Cavabdeh MMC ilə İddiaçı Mübariz oğlu arasında imzalanmış xx.xx.20219-cu il tarixli Tapşıqrıq müqaviləsinə (mülki hüquqi müqavilə) əlavə və dəyişiklərin edilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli 1 (bir) saylı əlavə müqavilənin 2-ci vərəqində “3.Tərəflərin rekvizitləri” bölməsində “İddiaçı Mübariz oğlu” sözlərinin yuxarısındakı imza işin 193-194-cü vərəqlərində olan Cavabdeh MMC ilə İddiaçı Mübariz oğlu arasında imzalanmış xx.xx.20219-cu il tarixli Tapşırıq müqaviləsinə (mülki hüquqi müqavilə) əlavə və dəyişiklərin edilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli 1 (bir) saylı əlavə müqavilənin 2-ci vərəqində “3.Tərəflərin rekvizitləri” bölməsində “İddiaçı Mübariz oğlu” sözlərinin yuxarısındakı imza, işin 212-ci vərəqində olan xx.xx.2021-ci il tarixli təsdiq məktubunda “Əməkdaşın imzası:” qrafasındakı imza - İddiaçı tərəfindən icra olunmuşdur.
27. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
29. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
30. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
31. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
32. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
33. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
34. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.
35. 777.4-cü maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir.
36. İddiaçı iddia edir ki, X11 MMC ilə İddiaçı arasında 05 fevral 2019-cu il tarixində “01” iyun 2019-cu ildən “31” may 2021-ci ilə qədər qüvvədə olan Tapşırıq müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 5.1.1-ci maddəsinə əsasən “01” iyun 2019-cu il tarixindən “31” may 2021-ci il tarixinədək İddiaçı 147890,00 manat məbləğində ödəniş edilməli idi. Həmin maddənin 5.1.2-ci maddəsinə əsasən müqavilə üzrə iddiaçının 2019/2020 mövsümü üçün “31” may 2020-ci il tarixinədək ümumi xidmət haqqı 63420,00 manat təşkil edirdi və bu məbləğ 10 aya bölünməklə futbolçuya aylıq 6342 manat məbləğində aylıq xidmət haqqı ödənilməli idi. Həmçinin həmin maddənin 5.1.3-cü maddəsinə əsasən müqavilə üzrə iddiaçının 2020/2021 mövsümü üçün “31” may 2021-ci il tarixinədək ümumi xidmət haqqı 84470 manat təşkil edirdi və bu məbləğ 10 aya bölünməklə iddiaçıya aylıq 8447 manat məbləğində aylıq xidmət haqqı ödənilməli idi. Cavabdeh tərəfindən futbolçu İddiaçı müqavilənin qüvvədə olduğu müddət ərzində cəmi 60000 manat, 2019/2020 mövsümü üçün 30000 manat, 2020/2021 mövsümü üçün 30000 manat məbləğində ödəniş edilmiş və yerdə qalan məbləğ ödənilməmişdir. Cavabdeh isə bildirir ki, iddiaçıya ödəniləcək hər-hansı borc qalmamışdır. Belə ki, tərəflərin əməkdaşlığı dövründə iddiaçı ilə cavabdeh arasında müqaviləyə iki dəfə yazılı dəyişikliklər edilmiş, ödənilən məbləğlər yenidən razılaşdırılımışdır. Yeni giymətlər üzrə də iddiaçıya bütün ödənişlər edilmişdir. Və iddiaçı da yazılı təsdiq məktubunda cavabdehin ona borcunun olmadığını təsdiq etmişdir.
37. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış tapşırıq müqaviləsinə əsasən xidmət haqqı aşağıdakı kimi müəyyən edilmişdir: futbolçunun 2019/2020 mövsümü üçün 31 may 2020-ci il tarixədək ümumi xidmət haqqı 63420 manat təşkil edir. Bu məbləğ on aya bölünməklə futbolçuya aylıq 6342 manat məbləğində aylıq xidmət haqqı ödənilir. Futbolçunun 2020/2021 mövsümü üçün 31 may 2021-ci il tarixədək ümumi xidmət haqqı 84470 manat təşkil edir. Bu məbləğ on aya bölünməklə futbolçuya aylıq 8447 manat məbləğində aylıq xidmət haqqı ödənilir. Sonradan müqaviləyə edilmiş birinci dəyişikliklərə əsasən futbolçuya “31” may 2020-ci il tarixədək xidmət haqqı 31. 950 manat, ikinci dəyişikliyə əsasn futbolçuya “31” may 2020-ci il tarixədək ümumi xidmət haqqı 32 007,80 manat müəyyən edilmişdir. Və müqavilə üzrə xidmət haqqı məbləğinə edilmiş dəyişikliklərə əsasən ödənişlərin bütün dövr üzrə iddiaçıya edilməsi, tərəflərin verdiyi izahatlarına əsasən, işin mübahisə edilməyən halıdır.
38. Lakin, cavabdeh tərəfindən məhkəməyə müqavilə giymətinə edilmiş iki dəyişiklik Əlavələri (xx.xx.2019 və xx.xx.2020-ci il tarixli) təqdim edildikdən sonra iddiaçı tərəf həmin Əlavələrin mövcüdluğunu inkar etmiş və həmin Əlavələrdə olan imzaların iddiaçıya məxsusluğunu mübahisələndirmişdir. Məhkəmə tərəfindən iddiaçının nümayəndəsinin vəsatəti əsasında məhkəmə xətşunaslıq ekspertizası təyin edilmiş və rəyə əsasən hər üç sənəddə (iki Əlavə və Təsdiq Məktubu) olan imzalanın iddiaçıya məxsusluğu təsdiq edilmişdir. Digər tərəfdən iddiaçı tərəf onu da bildirmişdir ki, imzalar iddiaçıya məxsus olsa da, müqaviləyə Əlavələrdən görünür ki, Əlavələrin yalnız ikinci səhifəsi iddiaçı tərəfindən imzalanmışdır, birinci səhifədə tərəflərin imzası yoxdur, lakin dəyişikliklərin məzmunu elə məhz əlavələrin birinci səhifəsindədir. İddiaçı tərəfin bu arqumentinə dair məhkəmə qeyd edir ki, birincisi, iddiaçının Əlavələrin ikinci səhifəsinin birinci səhifəsinə aid olmamasını təsdiq edən (əslində iddiaçının bu cür dəyişiklikləri deyil, başqa sənədi imzalanmasına dair) hər-hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Yəni, əgər iddiaçı iddia edirsə ki, imzaladığı sənədlər müqavilə qiymətinin azalması ilə bağlı olmamışdır – o zaman, imzaların olduğu ikinci səhifələrinin əslində hansı sənədə aid olmasına dair sübutunu məhkəməyə təqdim etməli idi, edə bilməmişdir. İkincisi, məhkəmə onu da qeyd edir ki, iddiaçı tərəfin bu cür arqumentləri məhkəmə üçün inandırıcı olmamışdır, belə ki, məhkəmənin “əgər müqavilə giymətinin azalmasına dair tərəflərin yazılı razılı olmamışdırsa, o zaman nəyə görə bütün bu dövr ərzində cavabdehin xidmət haqqının ödənişlərinə (dəyişkiliklərdə göstərilən məbləğlərdə edilən) dair iddiaçı tərəfindən hərhansı etiraz edilməmiş, pretenziya göndərilməmişdir” sualına iddiaçı tərəf əsaslı və sübutlu cavab verə bilməmişdir. Əksinə, iddiaçı, xx.xx.2021-ci il tarixli “31 mart 2021-ci il tarixinədək "xxxx" FK MMC-nin ona 31 dekabr 2020-ci il tarixini əhatə edən dövr üzrə heç bir vaxtı ötmüş borcu yoxdur və qeyd olunanlarla bağlı kluba qarşı heç bir iddia tələbi yoxdur” məzmunlu “Təsdiq məktubu”nu imzalamışdır.
39. Məhkəmə həmçinin iddiaçının nümayəndəsinin tərəflər arasında bağlanmış müqavilənin notarial qaydada təsdiq edildiyinə, müqaviləyə Əlavələrin isə sadəcə yazılı qaydada tərtib edilərək notariat qaydada təsdiq edilməməsinə istinad edərək inkar etməsini tamamilə əsassız hesab edir. Belə ki, Mülki qanunvericilikdə bu növ müqavilələrin və ona əlavə/dəyişikliklərin notarial qaydada təsdiq edilməsinə dair imperativ norma mövcüd deyildir. Bundan əlavə, hətta bu cür tələb mövcüd olmuş olseydi belə, Müqaviləyə həmin Əlavələr iddiaçı tərəfindən bəyənilmiş/qəbul edilmiş, iddiaçı tərəfindən həmin Əlavələrdə göstərilən məbləğlərdə xidmət haqqı qəbul edilmiş və illər ərzində cavabdehə məbləğlə bağlı hər-hansı etiraz bildirilməmişdir.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (76.2-ci maddə).
42. Göründüyü kimi iddiaçı iddia ərizəsində bir sıra dəlillər irəli sürməsi, həmin faktlarını məhkəmədə sadəcə şifahi (heç bir sübut təqdim edilmədən) müdafiə etməsi, onun hazırkı mübahisə predmeti üzrə haqlı olması anlamına gəlməməlidir.
43. Məhkəmə qeyd edir ki, MPM-də çəkişmə prinsipi və bir başa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutur və həmin prinsiplərə əsasən, məhkəmə icraatı zamanı işin halları yalnız tərəflərin bildirdikləri faktlar və təqdim etdikləri sübutlar əsasında müəyyən edilir.
44. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
45. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
47. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 400 manat mediasiya xərci ödənilmiş və iddia tələbi rədd edildiyi üçün həmin xərc, həmçinin məhkəmə-xətşunaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 127 manat iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Cavabdehnə (üçüncü şəxs Peşəkar X3maqla) qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu/mediasiya xərci iddiaçıya aid edilsin. Məhkəmə-xətşunaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 127 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X4, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Günay Namazova