Məhkəmə qərarları › İş №e-2-2(113)-2140/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2140/2022

07.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2140/2022 07.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 13990 məbləğində əsas borc, iddiaçıya vurulmuş 676,18 manat məbləğində maddi zərər, 60 manat məbləğində mediasiya xərci, hüquqi yardım üçün vəkilə ödənilən 300 manat və 135 manat məbləğində məhkəmə rüsumu olmaqla, cəmi 15161 (on beş min yüz altmış bir) manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin nümayəndələri tərəflər arasında barışıq sazışının bağlandığını bildirərək, bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etdilər. Eyni zamanda tərəflər barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin onlara aydın olduğunu bildirdilər. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası və cavabdehin möhürü ilə təsdiqlənmiş 03 iyun 2022-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:

1. Borclu 01 aprel № 01/04/21 və 01 mart № 01/03/21 saylı müqavilələr üzrə yaranmış 13990 manat məbləğində əsas borcu üç bərabər hissədə ödəməyi öhdəsinə götürür, ödəniş qrafiki belə razılaşdırılır: İlkin ödəniş 15 iyun 2022-ci il tarixində 4664,00 manat; ikinci ödəniş 15 iyul 2022-ci il tarixində 4664,00 manat; üçüncü ödəniş 15 avqust 2022-ci il tarixində 4662,00 manat.

2. Borclu qeyd edilən qrafiklə ödənişlərini vaxtında icra etməlidir. Öhdəliklərin vaxtından əvvəl icrası Borclu tərəfindən həyata keçirilə bilər.

3. Kreditor öhdəliyin icra olunması tələbini ödəniş günündən öncə irəli sürə bilməz.

4. Borclunun qeyd edilən qrafik üzrə öhdəlikləri vaxtında icra edilmədikdə və bu müddətdən 3 bank günü keçdikdə barışıq sazişi öz qüvvəsini itirir və bu qarşı tərəfə ödənişlərin məcburi icrasını məhkəmə qaydasında tələb etmək hüququ verir.

5. Tərəflər fors-major hallar hesab edilən hadisələr baş verən zaman qarşı tərəfə 24 saat ərzində məlumat verməlidir. Belə ki, fors-major hallara bunlar aiddir: yanğın, zəlzələ, daşqın və digər təbii fəlakətlər, müharibə, blokada, dövlət orqanları tərəfindən hesablar üzrə həbs qoyulması və öhdəliklərin icrasına birbaşa mane olan digər hallar. Belə halların baş verməsi nəticəsində öhdəliklərin icra oluna bilməməsi, məlumat vermə qaydasına əməl edildikdə, tərəfin öhdəliyin icrasından imtinası və ya qəsdən gecikdirməsi kimi qəbul edilmir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və kommersiya işi üzrə icraata xitam verilsin:

1. Borclu 01 aprel № 01/04/21 və 01 mart № 01/03/21 saylı müqavilələr üzrə yaranmış 13990 manat məbləğində əsas borcu üç bərabər hissədə ödəməyi öhdəsinə götürür, ödəniş qrafiki belə razılaşdırılır: İlkin ödəniş 15 iyun 2022-ci il tarixində 4664,00 manat; ikinci ödəniş 15 iyul 2022-ci il tarixində 4664,00 manat; üçüncü ödəniş 15 avqust 2022-ci il tarixində 4662,00 manat.

2. Borclu qeyd edilən qrafiklə ödənişlərini vaxtında icra etməlidir. Öhdəliklərin vaxtından əvvəl icrası Borclu tərəfindən həyata keçirilə bilər.

3. Kreditor öhdəliyin icra olunması tələbini ödəniş günündən öncə irəli sürə bilməz.

4. Borclunun qeyd edilən qrafik üzrə öhdəlikləri vaxtında icra edilmədikdə və bu müddətdən 3 bank günü keçdikdə barışıq sazişi öz qüvvəsini itirir və bu qarşı tərəfə ödənişlərin məcburi icrasını məhkəmə qaydasında tələb etmək hüququ verir.

5. Tərəflər fors-major hallar hesab edilən hadisələr baş verən zaman qarşı tərəfə 24 saat ərzində məlumat verməlidir. Belə ki, fors-major hallara bunlar aiddir: yanğın, zəlzələ, daşqın və digər təbii fəlakətlər, müharibə, blokada, dövlət orqanları tərəfindən hesablar üzrə həbs qoyulması və öhdəliklərin icrasına birbaşa mane olan digər hallar. Belə halların baş verməsi nəticəsində öhdəliklərin icra oluna bilməməsi, məlumat vermə qaydasına əməl edildikdə, tərəfin öhdəliyin icrasından imtinası və ya qəsdən gecikdirməsi kimi qəbul edilmir. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar