Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2142/2022 29.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddaçının nmüayəndəsi və vəkili X5, Cavabdeh2 ASC-nin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh1 MMC, "xxxx" ASC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi və vurulmuş maddi ziyanın ödənilməsi tələbi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdeh Golden Palace” MMC, "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixdə borcun köçürülməsi və hüququn güzəşti haqqında müqavilənin etibarsız hesab edilməsi və dəymiş maddi ziyana görə 610.000 (altı yüz on min) manat cavabdehər "xxxx" ASC-dən (keçmiş "xxxx" İKB ASC) və Cavabdeh1 MMC-dən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, kreditor "xxxx" İKB ASC yeni borclu Cavabdeh1 MMC, üçüncü şəxs "xxxx" MMC və ilkin borclu A.Ə.Ömərovdan ibarət dördlükdə xx.xx.2013-cü il tarixdə borcun köçürülməsi və hüququn güzəşti haqqında müqavilə imzalamışdırlar. Həmin müqavilə şərtlərinə əsasən ilkin borclu hazırki müqavilənin 1.2-ci bəndində qeyd olunan zamin olduğu Kredit müqavilələri üzrə (bundan sonra kredit müqavilələri) 7.793.587 (yeddi milyon yeddi yüz doxsan üç min beş yüz səksən yeddi) manat əsas borc olmaqla cəmi 11.000.000 (on bir milyon) manat məbləğində borcun (əsas öhdəlik) yeni borcluya köçürülməsini həyata keçirir, yeni borclu isə əsas borcun ona köçürülməsi, yəni kreditor qarşısında əsas öhdəliyin ödənilməsini öhdəsinə götürür və bunun müqabilində üçüncü tərəf (ilkin borclunun təsisçisi olduğu cəmiyyət) Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli Sərəncamı ilə ona ayrılmış Yasamal rayonu, Hüseyn Cavid prospekti 558-566-cı məhəllə ünvanında yerləşən 1, 6996 ha torpaq sahəsində tikilməli olan yaşayış kompleksinin 5-ci 7-ci və 8-ci blokları (Ələsgər Ələkbərov küçəsinə baxan) üzrə (bundan sonra “Yaşayış kompleksi”) və binaların yerləşdiyi torpaq sahəsi üzrə özünə məxsus olan bütün hüquqlarından Yeni borclunun xeyrinə imtina etməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndi üzrə Nikoyl İKB ASC ilə Ömərov A. Ələsgər oğlu arasında bağlanmış 2830 (G) saylı, xx.xx.2010-cu il tarixli Bərpa olunmayan kredit xətti müqaviləsi üzrə ******* manat məbləğində əsas kredit borcu və ona hesablanan faizlər, X25 arasında bağlanmış 2288(G) saylı, xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə 999500 manat məbləğində əsas kredit borcu və ona hesablanan faizlər, X29 arasında bağlanmış 2400(G) saylı, xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə 999307 manat məbləğində əsas kredit borcu və ona hesablanan faizlər, X6 arasında bağlanmış 2829(G) saylı, xx.xx.2010-cu il tarixli Bərpa olunmayan kredit xətti müqaviləsi üzrə 1.399.186 manat məbləğində əsas kredit borcu və ona hesablanan faizlər; X30 arasında bağlanmış 2289(G) saylı, xx.xx.2010-cu ü tarixli kredit müqaviləsi üzrə 1.448.994 manat məbləğində əsas kredit borcu və ona hesablanan faizlər; "xxxx" MMC arasında bağlanmış 185611175/03 saylı xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə 808.878 manat məbləğində əsas kredit borcu və ona hesablanan faizlər; X22 arasında bağlanmış 2724(G) saylı, xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə 689.172 manat məbləğində əsas kredit borcu və ona hesablanan faizlərin tələb hüququndan, cəmi - 7. 793.587 manat əsas borc və ona hesablanmış faiz və cərimələrin ilkin borcalandan alınmasından imtina edir. "xxxx" MMC xx.xx.2013-cü il tarixli müqavilə üzrə bütün ödəliklərə əməl edərək bütün sənədləri cavabdehlər Yelobank (keçmiş "xxxx" İKB ASC) və Cavabdeh1 MMC-yə təhvil vermişdir. Yuxarıda göstərilənlərə əsasən xx.xx.2013-cü il tarixli müqavilə üzrə öhdəliklər cavabdehlər kreditor Yelobank (keçmiş "xxxx" İKB ASC və yeni borclu Cavabdeh1 MMC tərəfindən yerinə yetilməmişdir. Bunun nəticəsi olaraq üçüncü şəxs "xxxx" MMC müxtəlif hüquqi və fiziki şəxslər tərəfindən məhkəmə çəkişmələrinə məruz qalmış, nəticədə müəssisəyə inzibati qərarlar, inzibati cərimələr və hətta cinayət məsuliyyəti tətbiq edilmişdir. Nəticədə müqavilə üzrə üçüncü şəxs "xxxx" MMC-yə külli miqdarda maddi və mənəvi ziyan dəymişdir. Sonralar məlum olmuşdur ki, cavabdehlər kreditor Yelobank (keçmiş "xxxx" İKB ASC), yeni borclu Cavabdeh1 MMC və digər tərəflər arasında xx.xx.2013-cü il tarixdə müqavilə imzalanan zaman tərəflərin niyyəti təmiz olmamışdır. Ona görə ki, müqavilə üzrə üçüncü şəxs "xxxx" MMC üzərinə götürdüyü öhdəlikləri tam icra etmiş və cavabdehlər isə bundan istifadə edərək iddiaçıya məxsus əmlakı ələ keçirməklə əlavə qazanc əldə etmişlər. Belə ki, Cavabdeh1 MMC və "xxxx" (keçmiş "xxxx" İKB ASC), əlaqəyə girərək vəziyyətdən sui-istifadə etməklə iddiaçı "xxxx" MMC-dən sənədləri qəbul etdikdən sonra Bakı ŞİH-i aldadaraq 29 oktyabr 2014-cü il tarixdə 520 saylı sərəncamı ayrıca-aktı və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsini də aldadaraq tikinti işlərinin aparılması üçün bütün sənədləri öz adlarına rəsmiləşdirməklə öz maddi maraqları üçün istifadə etmişlər. Daha sonra cavabdehlər Yelobank (keçmiş "xxxx" İKB ASC) və Cavabdeh1 MMC xx.xx.2013-cü il tarixli müqavilənin 2.3.5-ci bəndində göstərilən (Yaşayış kompleksi üzrə hüquqlar Yeni Borcalanın adına tam rəsmiləşdirilib başa çatdıqdan sonra bu müqavilənin 1.2-ci bəndində sadalanan kredit müqavilələrinin təminatı olan obyektləri ilkin borcalanın xeyrinə ipoteka və girov yüklüyündən azad etmək) öhdəliyi bu günədək icra etməmişlər. Ancaq bunun əksi olaraq götürdükləri əmlakları bankda yüklü edərək öz çirkin niyyətlərini həyata keçirmişlər. Əlavə olaraq müqavilənin icra edilməməsi ilə əlaqədar cavabdeh dəfələrlə xəbərdarlıq edilmişdir. Bütün xəbərdarlıqlara baxmayaraq cavabdehlər müqavilə üzrə üçüncü şəxsə heç bir cavab verməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddianın təmin edilməsini məhkəmədən xahiş etmiş, Cavabdeh2 ASC tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə qeyd etmişdir ki, Cavabdeh2 ASC (keçmiş "xxxx" İKB ASC) tərəfindən iddia müddətinin tətbiq etməklə iddia tələbinin rədd edilməsinə dair verilmiş ərizə əsassızdır. Kreditor "xxxx" İKB ASC yeni borclu Cavabdeh1 MMC, üçüncü şəxs "xxxx" MMC və ilkin borclu A.Ə.Ömərovdan ibarət dördlükdə xx.xx.2010-cü il tarixdə “Borcun köçürülməsi və hüququn güzəşti” haqqında müqavilə imzalamışdırlar. Baş Plan üzrə nəzərdə tutulan 8 girişdən İ giriş inşa edilmişdir. Qalan 7 girişdən 4 giriş üçün nəzərdə tutulan ərazidən, yəni 0,89 ha ərazi, xx.xx.2013-cü il tarixli müqavilədə göstərilən 7 ədəd kredit müqavilələri üzrə borcunun ödənilməsi üçün 7.793.587 (yeddi milyon yeddi yüz doxsan üç min beş yüz səksən yeddi) manat, "xxxx" MMC-nin vətəndaşlara olan borcun ödənilməsi üçün tikinti işlərinin aparılmasına və vergiyə olan borcunun ödənilməsinə dair 3.206.413 (üç milyon iki yüz altı min dörd yüz on üç) manat pulun ödənilməsini təmin etmək üçün "xxxx" MMC, "xxxx" İKB ASC, Cavabdeh1 MMC və digəriləri arasında “Borcun köçürülməsi və hüququn güzəşti haqqında” xx.xx.2013-cü il tarixli müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh1 MMC-yə verilməsi üçün "xxxx" MMC tərəfindən razılıq məktubu verilmişdir. "xxxx" MMC tərəfindən Cavabdeh1 MMC-yə razılıq məktubu verildikdən sonra, xx.xx.2013-cü il tarixli müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədən xx.xx.2014-cü il tarixdə, 16/10 saylı məktubla Bakı ŞİHB-nə müraciət edərək "xxxx" MMC-yə məxsus 1.54 ha ərazidən eyni məqsəd üçün 0,89 ha ərazinin Cavabdeh1 MMC-yə ayrılmasını xahiş edir. Həmin məktubun 2-ci abzasında göstərilir ki, “üçüncü şəxs” "xxxx" MMC, kreditor "xxxx" ASC, yeni borclu Cavabdeh1 MMC və digəriləri arasında “Borcun köçürülməsi və hüququn güzəşti haqqında” xx.xx.2013-cü il tarixində müqavilə imzalanmış və müqaviləyə əsasən Bakı ŞİHB-nın xx.xx.2005-ci il tarixli sərəncamı ilə "xxxx" MMC-yə ayrılmış ünvan 2 ünvanında yerləşən 1,6996 ha. torpaq sahəsində tikilməli olan yaşayış kompleksinin 5-ci, 6-cı, 7-ci, 8-ci blokları (Ələsgər Ələkbərov küçəsinə baxan) üzrə (yaşayış kompleksi) və binların yerləşəcəyi torpaq sahəsi üzrə İddiaçı MMC-yə məxsus bütün hüquqlardan şirkətin təsisçisinin qərarı ilə Cavabdeh1 MMC-nin xeyrinə imtina edilmişdir. İmza edən Cavabdeh1 MMC-nin direktoru xanım Stolbova Lidia olmuşdur. Cavabdeh2 ASC (keçmiş "xxxx" İKB ASC) e-2-2(113)-2142/2022 saylı iş üzrə cavabdeh, “Borcun köçürülməsi və hüququn güzəşti haqqında” xx.xx.2013-cü il tarixli müqavilə üzrə isə kreditordur. Cavabdeh2 ASC (Nikoyl İKB) “borcun köçürülməsi və hüququn güzəşti haqqında” xx.xx.2013-cü il tarixli müqavilə üzrə kreditor olaraq hansı ödəliyi yerinə yetirib? “Borcun köçürülməsi və hüququn güzəşti haqqında” xx.xx.2013-cü il tarixli müqavilənin 2.3-cü bəndinə əsasən Kreditor Cavabdeh2 ASC ("xxxx" İKB) müqavilə bağlanan zaman hansı öhdəlikləri qəbul etmişdir. Aşağıda göstərilən 5 öhdəlik icra etməli olduğu halda icra etməmişdir. 2.3.1. Hazırkı Müqavilə üzrə əsas öhdəliyin yeni borcluya köçürülməsinə razılıq verməyi. 2.3.2.Yeni borclu tərəfindən borcun ödənilməsini qəbul etməyi. 2.3.3. Yeni borcalana borcun ödənilməsi üçün 36 aydan az olmamaqla şərait yaradılmasını, bu məqsədlə yeni borcalana ilkin borc alanın əsas borcundan və yekun faizləri ilə birlikdə 11.000.000 manatdan çox olmamaq şərtilə, lakin yeni borc alanın istəyini nəzərə almaqla kredit vəsaitinin verilməsini. 2.3.4. Bu müqavilənin 1.2. bəndində göstərilən kredit müqavilələri üzrə faizlərin hesablanmasının da yandırılması. 2.3.5. Yaşayış kompleksi üzrə hüquqlar yeni borcalanın adına tam rəsmiləşdirilib başa çatdıqdan sonra bu müqavilənin 1.2. bəndində sadalanan kredit müqavilələrinin təminatı olan obyektləri ilkin borcalanın xeyrinə ipoteka və girov yüklülüyündən azad etmək. Əlavə olaraq müqavilənin 2.3.4 və 2.3.5-ci bəndlərinin icrası iddiaçı tərəfindən icra olunsa da, cavabdeh tərəfindən icra olmamışdır. Belə ki, müqavilənin 2.3.4-cü bəndində əsasən kredit müqavilələri üzrə faiz dərəcələri dayandırılmalı olduğu halda dayandırılmamışdır. Kredit müqavilələri üzrə əsas, faiz və hətta cərimələr hesablanmışdır. Həmin müqavilənin 2.3.5-ci bəndlərində göstərilən öhdəlik üzrə cavabdeh "xxxx" ASC-nin idarə heyətinin sədri V.V.Xamaza tərəfindən ipoteka edilmiş yüklü əmlakları yüklülükdən azad etmək üçün Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və Xidmətin 14 saylı ərazi idarəsinə məktublar vermiş və ölkəni tərk etmişdir. Sonradan məlum olmuşdur ki, həmin məktublar saxtadır. Belə məktublar yüklü əmlakların yüklükdən azad edilməsi üçün aidiyyatı qurumlara heç bir məktub verməmişdir. Hətta məktubda göstərilən çıxış nömrələri bankın qeydiyyat kitabından keçməmişdir. Bundan sora məlum olmuşdur ki, "xxxx" ASC-nin rəhbərliyi İdarə Heyətinin sədri V.V.Xamaza iddiaçını aldatmış və iddiaçıya məxsus əmlakı ələ keçirmişdir. Cavabdeh2 "xxxx" ASC-nin rəhbərliyi İdarə Heyətinin sədri V.V.Xamaza ölkədən qaçandan sonra bankın onu əvəz edən şəxslər tərəfindən 2016-ci ilin dekabr ayından başlayaraq müqavilədə göstərilən kredit müqavilələri üzrə məhkəmələrə iddia qaldırmışlar. (kredit, ipoteka və girov müqavilələri təqdim olunur). Müqavilənin 1.2 bəndi üzrə "xxxx" İKB ASC ilə X31 arasında bağlanmış 2830(G) saylı, xx.xx.2010-cu il tarixli Bərpa olunmayan kredit xətti müqaviləsi üzrə ******* manat məbləğində əsas kredit borcu və ona hesablanan faizlər; iddia ərizəsi üzrə tələb: iddiaçı "xxxx" İKB ASC-nin 21 dekabr 2010-cu il tarixli, 2830(G) № li kredit müqaviləsi üzrə borc alan X13, X9 və X10 613908 (altı yüz on üç min doqquz yüz səkkiz) manat əsas, 855972 (səkkiz yüz əlli beş min doqquz yüz yetmiş iki) manat faiz, 217609 (iki yüz on yeddi min altı yüz doqquz) manat dəbbə pulu, cəmi ******* (Bir milyon altı yüz səksən yeddi min dörd yüz səksən doqquz) manat borcun tutularaq "xxxx" İKB ASC- yə ödənilməsi və tələbin 25 noyabr 2010-cu il tarixli 2830(G) nömrəli girov müqaviləsi üzrə girov predmetunə yönəldilməsinə dair qətnamə qəbul edilməsi barədə iddia qaldırmışdır. X29 arasında bağlanmış 2400(G) saylı, xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə 999307 manat məbləğində əsas kredit borcu və ona hesablanan faizlər, iddia ərizəsi üzrə tələb: iddiaçı "xxxx" İKB ASC cavabdehlər X14, X1 və X10 999307 (doqquz yüz doxsan doqquz min üç yüz yeddi) manat əsas borc, 720787 (yeddi yüz iyirmi min yeddi yüz səksən yeddi) manat faizlər və 366214 (üç yüz altmış altı min iki yüz on dörd) manat dəbbə pulu, cəmi ******* (iki milyon səksən altı min üç yüz doqquz) AZN borc tutularaq iddiaçı “Nikoyl" İKB ASC-nin xeyrinə ödənilməsi və tələbin 03 mart 2010-cu il tarixli, 2400(1) nömrəli, ipoteka müqaviləsi üzrə X4 məxsus Bakı şəhəri, Yasamal rayonu, H. Cavid prospekti 44 ünvanında yerləşən, ipoteka predmeti olan 0,07006 ha torpaq sahəsinə yönəldilməsinə dair qətnamə qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. X6 arasında bağlanmış 2829(G) saylı, xx.xx.2010-cu il tarixli Bərpa olunmayan kredit xətti müqaviləsi üzrə 1,399,186 manat məbləğində əsas kredit borcu və ona hesablanan faizlər; iddia ərizəsi üzrə tələb: iddiaçı "xxxx" İKB ASC-nin 21 dekabr 2010-cu il tarixli, 2829(0) nömrəli kredit müqaviləsi üzrə borc alan X6, X31. X2 iddiaçı "xxxx" İKB ASC qarşısında 639437 (altı yüz otuz doqquz min dörd yüz otuz yeddi) manat adi faizlər üzrə borc məbləğinin müştərək qaydada tutularaq iddiaçı "xxxx" İKB ASC-nin xeyrinə ödənilməsinə və tələbin 21 may 2010-cu il tarixli 2541(0) nömrəli və xx.xx.2010-cu il tarixli, 2830(G) №-İi və 21 dekabr 2010-cu il tarixli 2829(01) nömrəli Girov müqavilələri üzrə girov predmetlərinə yönəldilməsinə dair qətnamə qəbul edilməsi barədə iddia qaldırmışdır. X30 arasında bağlanmış 2289(0) saylı, xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə 1.448.994 manat məbləğində əsas kredit borcu və ona hesablanan faizlər; iddia ərizəsi üzrə tələb: İddiaçı "xxxx" İKB ASC cavabdehlər X15, X1 və X10 1.448.993,63 (bir milyon dörd yüz qırx səkkiz min doqquz yüz doxsan üç manat altmış üç qəpik) əsas borc, 1.047.522,43 (bir milyon qırx yeddi min beş yüz iyirmi iki manat qırx üç qəpik) faiz borcu, 534.362 (beş yüz otuz dörd min üç yüz altmış iki) manat dəbbə pulu, cəmi 3.030.878,06 (üç milyon otuz min səkkiz yüz yetmiş səkkiz manat altı qəpik) manat borcu müştərək qaydada tutularaq iddiaçı "xxxx" İKB ASCnin xeyrinə ödənilməsi və tələbin 26 fevral 2010-cu il tarixli, 2289(İ)a nömrəli, 26 fevral 2010-cu il tarixli, 2289(İ)b nömrəli və 26 fevral 2010-cu il tarixli, 2289(İ)c nömrəli ipoteka müqavilələri üzrə müvafiq olaraq X26 məxsus Bakı şəhəri. Sabunçu, Vişniyovka-1 bağ sahəsində yerləşən 1119 nömrəli bağ evinə, X23 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar yolunda yerləşən 165 nömrəli evə və X11 məxsus Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi, ev 137a nömrəli evə yönəldilməsinə dair qətnamə qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. "xxxx" MMC arasında bağlanmış 1856/1175/03 saylı xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə 808.878 manat məbləğində əsas kredit borcu və ona hesablanan faizlər; iddia ərizəsi üzrə tələb: Belə ki, iddiaçı "xxxx" İKB ASC iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, kredit müqaviləsi üzrə 808.878 (səkkiz yüz səkkiz min səkkiz yüz yetmiş səkkiz) manat əsas, 734016 (yeddi yüz otuz dörd min on altı) manat faiz, 252875 (iki yüz əlli iki min səkkiz yüz yetmiş beş) manat dəbbə pulu, cəmi ******* (bir milyon yeddi yüz doxsan beş min yeddiyüz altmış doqquz) manat borcun "xxxx" MMC-dən, X1 və X10 müştərək qaydada tutularaq iddiaçı "xxxx" İKB” ASC-nin xeyrinə tutulması və tələbin 11 fevral 2010- cu il tarixli, 665 a nömrəli, 11 fevral 2010-cu İl tarixli, 665 b nömrəli, 11 fevral 2010-cu il tarixli, 665 d nömrəli ipoteka müqavilələri üzrə müvafiq olaraq X19 məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1 küçəsində yerləşən, 27 fevral 2008ci il tarixli, 3M/123 qeydiyyat nömrəli ipoteka müqaviləsi ilə yüklü edilmiş 677,8 kv.m əsas, 222,7 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına, "xxxx" Kiçik Müəssisəsinə məxsus Bakı şəhəri, Yasamal rayonu, Dairədən Xaric küçəsində yerləşən, 27 fevral 2008-ci il tarixli, 3M/İ22 qeydiyyat nömrəli ipoteka müqaviləsi ilə yüklü edilmiş 1168,1 kv.m ümumi, 446,90 kv.metr əsas, 721,2 kv.metr köməkçi sahədən ibarət qeyriyaşayış binasına, X20 məxsus Şamaxı rayonu Avaxıl kəndində 0,90 ha torpaq sahəsi, Şamaxı rayonu Avaxıl kəndində 1.90 ha-dan artıq torpaq sahəsi və Şamaxı rayonu Şirvan kəndində yerləşən 4.825 ha sahədən ibarət mart 2008-ci il tarixli, 3M/-21 nömrəli notarial qeydiyyat nömrəli ipoteka müqaviləsi ilə yüklü edilmiş torpaq sahələrinə, 11 fevral 2010-cu il tarixli, 665 c nömrəli sonrakı girov müqaviləsi üzrə girov predmetlərinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X22 arasında bağlanmış 2724(0) saylı, xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə 689.172 manat məbləğində əsas kredit borcu və ona hesablanan faizlərin tələb hüququndan, iddia ərizəsi üzrə tələb: iddiaçı "xxxx" İKB ASC cavabdehlər X16, X3 və X20 qarşı xx.xx.2010-cu il tarixli, 2724(G) nömrəli kredit müqaviləsi üzrə borc alan X22, X6, X10, iddiaçı "xxxx" İKB ASC qarşısında yaranmış 458160 (dörd yüz əlli səkkiz min yüz altmış) manat faizlər üzrə borc müştərək qaydada tutularaq iddiaçı "xxxx" İKB ASC-nin xeyrinə ödənilməsinə və tələbin 30 avqust 2010-cu il tarixli 2724(G) nömrəli Girov müqaviləsi üzrə girov predmetlərinə yönəldilməsinə dair qətnamə qəbul edilməsi barədə iddia qaldırmışdır. X25 arasında bağlanmış 2288(G) saylı, xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə 999500 manat məbləğində əsas kredit borcu və ona hesablanan faizlər; iddia ərizəsi üzrə tələb: iddiaçı "xxxx" İKB ASC cavabdeh X10 999307 (doqquz yüz doxsan doqquz min üç yüz yeddi) manat əsas borc, 719686 (yeddi yüz on doqquz min altı yüz səksən altı) manat faizlər və 364214 (üç yüz altmış dörd min iki yüz on beş) manat dəbbə pulu, cəmi ******* (iki milyon səksən altı min üç yüz doqquz) AZN borc tutularaq iddiaçı "xxxx" İKB ASC-nin xeyrinə ödənilməsi və tələbin 03 mart 2010cu il tarixli, 2400(İ) nömrəli, ipoteka müqaviləsi üzrə X7 məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 46 ünvanında yerləşən, ipoteka predmeti olan 0,073392 ha torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 16.4 kv.metr. köməkçi sahəsi olan fərdi yaşayış evinə yönəldilməsinə dair qətnamə qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, Cavabdeh2 ASC kredit müqavilələrinə istinad edərək məhkəmələrdə qaldırdığı iddialar üzrə əsas, faiz və dəbbə pulu birlikdə 11784351 (on bir milyon yeddi yüz səksən dörd üç yüz əlli bir) manat təşkil edir. Cavabdeh2 ASC tərəfindən ipoteka və girovda olan əmlaklar azad olunmasına dair saxta məktublar verilmişdir. Cavabdeh tərəfindən verilən 07 mart 2016-cı il tarixli Y-Ol- 2016-03-546, Y-01- 2016-03-547, Y-01-2016-03-548, Y-01-2016-03-549 və Y-01-2016-03-550Ns li saxta mətublar iddiaçının və digər borcluları aldatmaqdan ibarət olmuşdur. Hal-hazırda həmin əmlaklar hərracda satılmışdır. Cavabdehlər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 6- BİZ-2-0-32-15 nömrəli və xx.xx.2015-ci il tarixli, 6-BİZ-4-0-33-15 nömrəli kredit müqavilələri üzrə qəbul edilmiş qətnamədən də aydın görünür ki, xx.xx.2015-ci il tarixli, 6- BİZ-2-0-32-15 (G) nömrəli və xx.xx.2015-ci il tarixli, 6-BİZ-4-0-33-15 (G) nömrəli girov müqavilələri üzrə girovda olan əmlaklar ayrı-ayrı vətəndaşlara məxsusdur. Belə olan halda cavabdehlərin hər ikisinin məqsədi vətəndaşlara məxsus əmlakları ələ keçirməkdən ibarət olmuş və eyni ilə “Borcun köçürülməsi və hüququn güzəşti haqqında” xx.xx.2013-cü il tarixli müqavilə üzrə baş vermiş cinayətin eyni senarinin davamıdır. Beləliklə yuxarıda göstərilənlərə əsasən bir neçə suallar yaranır, 1.”Borcun köçürülməsi və hüququn güzəşti haqqında” xx.xx.2013-cü il tarixli müqavilə üzrə tərəflərdən kim öhdəliyi tam olaraq icra edib? 2 İpoteka və girovda olan əmlaklar Cavabdeh2 ASC tərəfindən azad olunubmu? 3. Cavabdeh tərəfindən 07 mart 2016-ci il tarixli Y-01-2016-03-546, Y-01-2016-03-547, Y- 01-2016-03-548, Y-01-2016-03-549 və Y-01-2016-03-550 çıxış məktubları kimə məxsusdur? 4. xx.xx.2015-ci il tarixli, 6-BİZ-2-0-32-15 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixli, 6-BİZ-2-0-32-15 (G) nömrəli girov müqaviləsində göstərilən əmlaklar kimə məxsusdur? 5. xx.xx.2015-ci il tarixli, 6-BİZ-4-0-33-15 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2015- ci il tarixli, 6-BİZ-4-0-33-15 (G) nömrəli girov müqaviləsində göstərilən əmlaklar kimə məxsusdur? İddiaçı "xxxx" İKB ASC cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-yə qarşı xx.xx.2014-cü il tarixli, 6-BlZ-1-0-86-14 nömrəli kredit müqaviləsi üzrə 65331 manat əsas, 9800 manat faiz, cəmi 75132 manat borcun, xx.xx.2015-ci il tarixli, 6- BİZ-4-0-33-15 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, ******* manat faiz, cəmi ******* manat kredit üzrə borcun müştərək qaydada "xxxx" MMC və “Golden Palase “ MMC-dən "xxxx" İKB ASC-nin xeyrinə tutulması və tələbin xx.xx.2015-ci il tarixli, 6-BİZ-4- 0-33-15 (G) nömrəli girov müqaviləsi üzrə Girov predmetləri Cavabdeh2 tərəfindən mənimsənilmişdir. xx.xx.2013-cü il tarixli müqavilənin 3-cü bəndinə əsasən tərəflər arasında bağlanmış bu müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar və digər tərəfə dəymiş ziyanı ödəməyə borcludurlar. İddiaçı "xxxx" MMC xx.xx.2013-cü il tarixli müqavilə üzrə bütün ödəliklərə əməl edərək bütün sənədləri cavabdehlər Yelobank (keçmiş “Nikoyl’' İKB ASC) və Cavabdeh1 MMC-yə təhvil vermişdir. Yuxarıda göstərilənlərə əsasən xx.xx.2013-cü il tarixli müqavilə üzrə öhdəliklər cavabdehlər kreditor Yelobank (keçmiş "xxxx" İKB ASC) və yeni borclu Cavabdeh1 MMC tərəfindən yerinə yetrilməmişdir. Bunun nəticəsi olaraq üçüncü şəxs "xxxx" MMC müxtəlif hüquqi və fiziki şəxslər tərəfindən məhkəmə çəkişmələrinə məruz qalmış, nəticədə müəssisəyə inzibati qərarlar, inzibati cərimələr və hətta cinayət məsuliyyəti tətbiq edilmişdir. Nəticədə müqavilə üzrə üçüncü şəxs "xxxx" MMC yə külli miqdarda maddi və mənəvi ziyan dəymişdir. (Hətta "xxxx" MMC-nin sabiq direktoru həbs edilib). Hətta Nərimanov rayon Məhkəməsi üzrə qəbul edilmiş qətnamə və xüsusi qərardad cavabdelərin əmələrində cinayət tərkibinin olmasının baris nümunəsidir. Beləliklə cavabdehlər tərəfindən “Borcun köçürülməsi və hüququn güzəşti haqqında” xx.xx.2013-cü il tarixli müqavilə öhdəlikləri icra edilməmiş və bunun əksi olaraq müqavilə üzrə bütün hüquqlan mənimsəmişlər. Bu artıq sübut edir ki, cavabdelərin niyyətləri saf olmamış, iddiaçını və qeyriləri aldatmaqla əsassız varlanmaq istəmişlər. Bundan əlavə borclulara qarşı vəziyyət sui-istifadə edərək öz çirkin niyətlərini həyata keçirmişlər. Belə olan “Borcun köçürülməsi və hüququn güzəşti haqqında” xx.xx.2013-cü il tarixli müqavilə etibarsız hesab edilməli və oğurlanmış bütün hüquqlar geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən Cavabdeh2 ASC tərəfindən iddia müddətini tətbiq edilməsinə dair ərizəsi əsassızdır. Belə ki, həmin ərizə üzrə cavabdeh iddia müddətinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 351.1-ci və 354.2 maddələrini göstərmişdir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququn itirir. Qanunun mənasına görə qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Bu müddətin tətbiqi edilməsi isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Belə ki, kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: -iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur Məsələn, Mülki Məcəllənin 477-ci maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir, iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır, iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ei il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Yuxarıda qeyd edilənlərə əsasən Cavabdeh2 ASC tərəfindən iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsinə dair ərizəsi əsassız olduğundan rədd edilməlidir. Cavabdeh2 ASC-nin nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, "xxxx" MMC hazırkı iş üzrə iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddətini buraxmışdır. Belə ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-226/2017 saylı 12 iyun 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" İKB ASC-nin Cavabdeh1 MMC-yə qarşı kredit borcunun qaytarılması və tələbin girov predmetinə yönəldilməsinə dair iddia tələbi qismən təmin edilmiş və Cavabdeh1 MMC-dən xx.xx.2014-cü il tarixli, 6- BZ-1-0-7-14 nömrəli kredit müqaviləsi üzrə 5457 manat əsas, 180615 manat faiz, cəmi 186072 manat borc, xx.xx.2015-ci il tarixli 6-BİZ-2-0-32-15 nömrəli kredit müqaviləsi üzrə 941968 ABŞ Dolları əsas, 190904 ABŞ Dolları faiz, cəmi ******* ABŞ Dollar borc, xx.xx.2015-ci il tarixli 6- İBİZ- 3-0-153-15 nömrəli kredit müqaviləsi üzrə ******* ABŞ Dollar əsas, 264352 ABŞ Dollar faiz, cəmi ******* ABŞ Dollar borc "xxxx" İKB ASC-nin xeyrinə tutulması qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MMC-nin cavabdehlər "xxxx" İKB ASC və Cavabdeh1 MMC-yə qarşı iddia tələbi qismən təmin edilmiş və iddiaçı "xxxx" İKB ASC, Cavabdeh1 MMC, ilkin borclu A.Ə.Ömərov və üçüncü şəxs Araz-T.İ MMC arasında, borcun köçürülməsi və hüququn güzəşti haqqıda bağlanmış xx.xx.2013-cü il tarixli müqavilə ləğv edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs Kat LTD MMMC-nin cavabdehlər "xxxx" İKB ASC və Cavabdeh1 MMC-yə qarşı iddia tələbi qismən təmin edilmiş və iddiaçı "xxxx" ASC, Cavabdeh1 MMC ilkin borclu A.Ə.Ömərov və üçüncü şəxs X21 arasında, borcunun köçürülməsi və hüququn güzəşti haqqında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilə ləğv edilmişdir. Daha sonra iş üzrə "xxxx" İKB ASC tərəfindən apellyasiya şikayəti verilmiş və şikayət qismən təmin edilmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 iyun 2017-ci il tarixli, 2-2(81)-226/2017 saylı qətnaməsi qismən-müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MMC-nin cavabdehlər "xxxx" İKB ASC və Golden Palace MMC-yə qarşı iddia tələbinin qismən təmin edilməsi, iddiaçı "xxxx" İKB ASC, Cavabdeh1 MMC, ilkin borclu A.Ə.Ömərov və üçüncü şəxs "xxxx" MMC arasında, borcun köçürülməsi və hüququn güzəşti haqqında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin ləğv edilməsi, Cavabdeh1 MMC-dən 5 manat ödənilmiş dövlət rüsmunun əvəzinin tutularaq "xxxx" MMC-yə ödənilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MMC-in cavabdehlər "xxxx" İKB ASC və Cavabdeh1 MMC-yə qarşı iddia tələbinin qismən təmin edilməsi, iddiaçı "xxxx" İKB ASC, Cavabdeh1 MMC-nin ilkin borclu A.Ə.Ömərov və üçüncü şəxs X27 arasında, borcun köçürülməsi və hüququn güzəşti haqqında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin ləğv edilməsi, cavabdeh "xxxx" MMC-dən 5 manat ödənilmiş dövlət rüsmunun əvəzinin tutularaq "xxxx" MMC-yə ödənilməsi hissəsində ləğv olunmuşdur, həmin hissədə iddia tələbi təmin olunmamışdır. 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 12 iyun 2017-ci il tarixli, 2-2(81)-226/2017 saylı qətnaməsi qalan-iddiaçı Nikoyl İKB ASC-nin Cavabdeh1 MMC-yə qarşı iddia tələbinin qalan hissədə təmin edilməməsi-hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Daha sonra üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və AR Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)-221/2018 saylı, 13 iyun 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisad Kollegiyasının 2-1(103)- 649/2017 saylı, 15 noyabr 2017-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Hazırki iş üzrə iddiaçı "xxxx" MMC-nin nümayəndəsinin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində daha sonra Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasında və AR Ali Məhkəməsinin İnzibati-lqtisadi Kollegiyasında baxılarkən bank qarşısında öhdəliyinin olması barədə məhkəmə qətnaməsi qəbul edildikdə məlumatı olmuşdur və iddia tələbilə məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddətini buraxmışdır. Digər cavabdeh məhkəmə iclasının yeri və və vaxtı barədə iddiaçı lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. İş materiallarında olan: “kreditor” "xxxx" İKB ASC “yeni borclu” Cavabdeh1 MMC, üçüncü şəxs "xxxx" MMC və “ilkin borclu” X28 olmaqla imzalanmış xx.xx.2013-cü il tarixdə borcun köçürülməsi və hüququn güzəşti haqqında müqaviləyə əsasən ilkin borclu hazır ki, müqavilənin 1.2-ci bəndində qeyd olunan zamin olduğu Kredit müqavilələri üzrə (bundan sonra kredit müqavilələri) 7.793.587(yeddi milyon yeddi yüz doxsan üç min beş yüz səksən yeddi) manat əsas borc olmaqla cəmi 11.000.000 (on bir milyon) manat məbləğində borcun (əsas öhdəlik) yeni borcluya köçürülməsini həyata keçirir, yeni borclu isə əsas borcun ona köçürülməsi, yəni kreditor qarşısında əsas öhdəliyin ödənilməsini öhdəsinə götürür və bunun müqabilində üçüncü tərəf (ilkin borclunun təsisçisi olduğu cəmiyyət) Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli Sərəncamı ilə ona ayrılmış Yasamal rayonu, Hüseyn Cavid prospekti 558-566-cı məhəllə ünvanında yerləşən 1, 6996 ha torpaq sahəsində tikilməli olan yaşayış kompleksinin 5-ci 7-ci və 8-ci blokları (Ələsgər Ələkbərov küçəsinə baxan) üzrə (bundan sonra “Yaşayış kompleksi”) və binaların yerləşdiyi torpaq sahəsi üzrə özünə məxsus olan bütün hüquqlarından Yeni borclunun xeyrinə imtina etməyi öhdəsinə götürür. Müavilənin 1.2-ci bəndinə əsasən "xxxx" ASC ilə Ömərov A. Ələsgər oğlu arasında bağlanmış 2830(G) saylı, xx.xx.2010-cu il tarixli Bərpa olunmayan kredit xətti müqaviləsi üzrə ******* manat məbləğində əsas kredit borcu və ona hesablanan faizlər, X25 arasında bağlanmış 2288(G) saylı, xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə 999500 manat məbləğində əsas kredit borcu və ona hesablanan faizlər, X29 arasmda bağlanmış 2400(G) saylı, xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə 999307 manat məbləğində əsas kredit borcu və ona hesablanan faizlər, X6 arasında bağlanmış 2829(G) saylı, xx.xx.2010-cu il tarixli Bərpa olunmayan kredit xətti müqaviləsi üzrə 1.399.186 manat məbləğində əsas kredit borcu və ona hesablanan faizlər; X30 arasında bağlanmış 2289 (G) saylı, xx.xx.2010-cu ü tarixli kredit müqaviləsi üzrə 1.448.994 manat məbləğində əsas kredit borcu və ona hesablanan faizlər; "xxxx" MMC arasında bağlanmış 185611175/03 saylı xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə 808.878 manat məbləğində əsas kredit borcu və ona hesablanan faizlər; X22 arasında bağlanmış 2724(G) saylı, xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə 689.172 manat məbləğində əsas kredit borcu və ona hesablanan faizlərin tələb hüququndan, Cəmi - 7.793.587 manat əsas borc və ona hesablanmış faiz və cərimələrin ilkin borcalandan alınmasından imtina edir. 1 saylı Bakı İnzibati Məhkəməsinin 2-2(81)-226/2017 nömrəli 12 iyun 2017-ci il tarixli qətnaməsinə əsasən iddiaçı "xxxx" İKB ASC-nin Cavabdeh1 MMC-yə qarşı kredit borcunun qaytarılması və tələbin girov predmetinə yönəldilməsinə dair iddia tələbi qismən təmin edilmiş və Cavabdeh1 MMC-dən xx.xx.2014-cü il tarixli, 6-BZ-1-0-7-14 nömrəli kredit müqaviləsi üzrə 5457 manat əsas, 180615 manat faiz, cəmi 186072 manat borc, xx.xx.2015-ci il tarixli 6-BİZ-2-0-32-15 nömrəli kredit müqaviləsi üzrə 941968 ABŞ Dolları əsas, 190904 ABŞ Dolları faiz, cəmi ******* ABŞ Dollar borc, xx.xx.2015-ci il tarixli 6-BİZ-3- 0-153-15 nömrəli kredit müqaviləsi üzrə 3.697.228 ABŞ Dollar əsas, 264352 ABŞ dolları faiz, cəmi ******* ABŞ Dollar borc "xxxx" İKB ASC-nin xeyrinə tutulması qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MMC-nin cavabdehlər "xxxx" İKB ASC və Cavabdeh1 MMC-yə qarşı iddia tələbi qismən təmin edilmiş və iddiaçı "xxxx" İKB ASC, Cavabdeh1 MMC, ilkin borclu A.Ə.Ömərov və üçüncü şəxs "xxxx" MMC arasında, borcun köçürülməsi və hüququn güzəşti haqqında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilə ləğv edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MMM-in cavabdehlər "xxxx" İKB ASC və Cavabdeh1 MMC-yə qarşı iddia tələbi qismən təmin edilmiş və iddiaçı "xxxx" ASC, Cavabdeh1 MMC ilkin borclu A.Ə.Ömərov və üçüncü şəxs X21 arasında, borcunun köçürülməsi və hüququn güzəşti haqqında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilə ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 noyabr 2017-ci il tarixli 2-2(103)-649/2017 nömrəli qətnaməsi ilə 1 saylı Bakı İnzibati Məhkəməsinin 2- 2(81)-226/2017 nömrəli 12 iyun 2017-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" İKB ASC tərəfindən apellyasiya şikayəti verilmiş, şikayət qismən təmin edilmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 iyun 2017-ci il tarixli, 2-2(81)-226/2017 saylı qətnaməsi qismən-müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MMC-nin cavabdehlər "xxxx" İKB ASC və Golden Palace MMC-yə qarşı iddia tələbinin qismən təmin edilməsi, iddiaçı "xxxx" İKB ASC, Cavabdeh1 MMC, ilkin borclu A.Ə.Ömərov və üçüncü şəxs "xxxx" MMC arasında, borcun köçürülməsi və hüququn güzəşti haqqında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin ləğv edilməsi, Cavabdeh1 MMC-dən 5 manat ödənilmiş dövlət rüsmunun əvəzinin tutularaq "xxxx" MMC-yə ödənilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MMM-in cavabdehlər "xxxx" İKB ASC və Cavabdeh1 MMC-yə qarşı iddia tələbinin qismən təmin edilməsi, iddiaçı "xxxx" İKB ASC, Cavabdeh1 MMC-nin ilkin borclu A.Ə.Ömərov və üçüncü şəxs X27 arasında, borcun köçürülməsi və hüququn güzəşti haqqında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin ləğv edilməsi, cavabdeh "xxxx" MMC-dən 5 manat ödənilmiş dövlət rüsmunun əvəzinin tutularaq "xxxx" MMC-yə ödənilməsi hissəsində ləğv olunmuş, həmin hissədə iddia tələbi təmin olunmamışdır. 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 12 iyun 2017-ci il tarixli, 2-2(81)-226/2017 saylı qətnaməsi qalan-iddiaçı "xxxx" ASC-nin Cavabdeh1 MMC-yə qarşı iddia tələbinin qalan hissədə təmin edilməməsi-hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. AR Ali Məhkəməsinin İnzibati-lqtisadi Kollegiyasının 2-2(102)-221/2018 saylı, 13 iyun 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisad Kollegiyasının 2- 1(103)-649/2017 saylı, 15 noyabr 2017-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia tələbinin qanuni əsası kimi əqdin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin 337,339-cu maddələrinə istinad etmiş, borcun köçürülməsi və hüququn güzəşti müqaviləsi bağlanarkən Mülki Məcəllənin hansı konkret normasının pozuntusuna yol verildiyini konkretləşdirməmişdir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin tələblərinə əsasən əqd həmin Məcəllənin tələblərini pozmaqla bağlandıqda etibarsız hesab edilə bilər. Əqdin etibarlılıq şərtlərinə əqdin məzmununun qanuniliyi, subyektlərin hüquq və fəaliyyət qabiliyyətli olması, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin formasının qanunvericiliyin tələblərinə uyğun olması daxildir. Bununla yanaşı iş materiallarından görünür ki, işə məhkəmədə baxılarkən Cavabdeh2 ASC iddia müddətinin tətbiqi barədə ərizəni məhkəməyə təqdim etmiş və həmin ərizədə Mülki Məcəllənin 354.1 və 354.2-ci maddələrinin mübahisəyə tətbiq edilməsini xahiş etmişdir. AR Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Həmin maddənin məzmunundan göründüyü kimi qanunverici əqdin etibarsız hesab edilməsi tələbinin irəli sürülməsi üçün bir illik kəsici müddət müəyyən etmişdir. Göstərilən müddəa onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsızlığına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən hesablanan həmin müddət keçdikdən sonra əqdin etibarlılığını mübahisələndirmə hüququnu itirir. İddia müddətindən fərqli olaraq kəsici müddətin məhkəmə tərəfindən tətbiq edilməsi üçün cavabdeh tərəfindən müddətin tətbiqi barədə ərizənin verilməsi tələb edilmir. Beləliklə, məhkəmə tərəflər arasında müqavilə imzalandığı xx.xx.2013-cü il tarixdən həmin müqavilənin etibarsız hesab edilməsinə dair əsas kimi istinad etdiyi halları bildiyi halda hazırkı iddianı xx.xx.2022-ci il tarixdə qaldırdığını nəzərə alaraq hesab edir ki, hazırkı iddia Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş kəsici müddət buraxılmaqla, yəni iddiaçı əqdi mübahisələndirmək hüququnu itirdikdən sonra verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tələblə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən iddia, müqavilələrin etibarsız hesab edilməsi hissəsində rədd edilməlidir. Əlavə olaraq iddiaçı iddia tələbində 610.000 manat məbləğində dəymiş maddi ziyanın ödənilməsini də qeyd etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: AR Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iddia tələbinin qeyd olunan hissəsinə münsibətdə bildirir ki, iddiaçı məhkəmə araşdırması zamanı iddia tələbini əsaslandıra bilməmiş, bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 400 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2142/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2142/2022
29.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver