Məhkəmə qərarları › İş №e-2-2(113)-2147/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2147/2025

21.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2147/2025 21.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi

1. X4 Seyfəddin oğlunun sədrliyi,

2. Daşdəmirova Ləman Şahlar qızının katibliyi ilə,

3. İddiaçının nümayəndəsi X1 iştirakı ilə,

4. İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,

5. İŞİN HALLARİ

6. İddiaçı MMC ilə Cavabdeh MMC arasında rəsmiləşdirilmiş xx.xx.2024-cü il tarixli SHB-S/021/2024 nömrəli Alqı-satqı müqaviləsi bağlanmışdır.

7. Həmin müqavilənin:

8. - 1.1. Satıcı 3-cü maddədə göstərilən və gələcəkdə mal adlandırılacaq mişar daşını Alıcıya satır, Alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir.

9. - 2.1-ci bəndinə əsasən, Malın qəbul məntəqəsi Satıcının Ağdan rayonu, Şahbulaq kəndi ərazisində yerləşən Şahblaq ənəng daşı yatığıdır.

10. Mal və Qiymətlər, o cümlədən ödəniş şərtləri Müqaviləyə edilən əlavələrdə göstərilir.

11. Sonradan ödəniş şərtləri.

12. Satıcı müqavilə dövrü ərzində tətbiq etdiyi kredit siyasətinə əsaslanaraq Alıcıya sonraaan ödəmə şərti ilə mal buraxılışı həyata keçirə bilər. Bu halda Alıcı qəbul etdiyi malların dəyərini. Müqavilənin əlavəsinə müvafiq olaraq razılaşdırılmış şərtlər əsasında ödəniş sənədləri təqdim eduu.yi tarixdən 10 (on) iş günü ərzində ödəməlidir. Tərəflər fərqli ödəniş müddətini bu müqaviləya edilən əlavələrdə tənzimləyirlər.

13. Sonradan ödəmə şərti ilə mal buraxılışından yararlanmaq üçün X7 Qarantiya Məktubu və ya digər zəmanət, sənədi tələb edə bilər. Müqavilə dövründə Alıcının götürəcəyi Malı, növü və ya növbəti qiymət dəyişikləri olarsa hazırkı Müqaviləyə aid olan əlavələrdə göstərilməlidir.

14. 3.3. Satıcı müqavilə dövründə Alıcıya ödənişsiz və/və ya ödənişli xüsusi texniki və/və ya konsultasiya xidməti göstərə bilər. Ödənişli xüsusi xidmətin şərtləri və dəyəri Müqaviləyə aid olan əlavələrdə göstərilməlidir,

15. - 6.1.2-ci bəndinə əsasən alıcı bu müqavilə ilə müəyyən olunan ödənişi vaxtında icra etmədikdə hər gecikdirilmiş günə borc qalığının 0,5% faiz cəriməni Satıcıya ödəyir.

16. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

17. 11 yanvar 2024-cü il tarixli SHB-S/021/2024 nömrəli alqı-satqı müqaviləsinə 1 və 2 saylı Əlavələrə əsasən, tərəflər sözügedən müqavilədə nəzərdə tutulan malın (mişar daşını) növü, ölçüsü, miqdarı və qiyməti barədə razılaşmışlar.

18. 1 saylı Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

19. 16 sentyabr 2024-cü il tarixli “Qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktına əsasən Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixinə İddiaçı MMC-yə 34555,12 manat məbləğində borcu qalmış və Cavabdeh MMC bu borcu İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür.

20. Akt tərəflərin imzası və Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmişdir.

21. 16 sentyabr 2024-cü il tarixli, Barışıq sazişinə əsasən Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixə İddiaçı MMC-yə ƏDV daxil 34555,12 manat məbləğində borcu öhdəliyinin olduğunu qəbul etmiş və 2024-cü ilin oktyabr ayından başlayaraq üç ay ərzində bərabər hissələrlə İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür.

22. 16 sentyabr 2024-cü il tarixli, Barışıq sazişi tərəflərin imzası və Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmişdir.

23. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə borcun ödənilməsinə dair pretenziya məktubu ünvanlanaraq 3 gün ərzində borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

24. İİ. MƏHKƏMƏDƏ İCRAAT

25. İddia tələbi və iddia tələbinin dəlilləri

26. İddiaçı MMC, Cavabdeh MMC-dən 34.555,12 manat məbləğində vaxtı keçmiş əsas borc və 12.958,50 manat məbləğində cərimə olamaqla, ümumilikdə 47.513,62 manat borc məbləğinin, həmçinin iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 233,40 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında rəsmiləşdirilmiş xx.xx.2024-cü il tarixli SHB-S/021/2024 nömrəli Alqı-satqı müqaviləsinə (bundan sonra - Müqavilə) əsasən X5 satmağı, Alıcı isə Malların dəyərini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür.

28. Müqaviləyə və onun 1 nömrəli Əlavəsinə (Qiymətlərin razılaşma protokoluna) uyğun olaraq, Cavabdeh MMC tərəfindən ümumi məbləği ƏDV daxil 34.555,12 (otuz dörd min beş yüz əlli beş manat on iki qəpik) manat olan Mallar əldə edilmiş və bu binədə Tərəflər arasında xx.xx.2024-cü il tarixində üzləşmə aktı imzalanmışdır.

29. Cavabdeh MMC tərəfindən Malların dəyərindən ödəniş edilməmişdir.

30. Bunula əlaqədar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-no xx.xx.2024-cü il tarixli SMBX-02/60-24 nömrəli pretenziya məktubu ünvanlanmışdır. Pretenziya məktubu ünvanlandıqdan sonra da borc öhdəliyi ödənilməmişdir.

31. Müqavilənin 6,1,2-ci bəndinə əsasən Satıcının ödəniş şərtlərinin əməl olunmadığı halda hər bir gecikdirilmiş günə görə 0.5% həcmində cərimə və bundan yarana biləcək admistrativ xərcləri Alıcıdan tətbiq və tələb etmək hüququ, Alıcının isə sözügedən cərimə və administrativ xərcləri ödəmək öhdəliyi təsbiq edilmişdir.

32. Qeyd olunanları nəzərə alaraq, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təkrarən xx.xx.2024-cü il tarixli SMBX-02/102-24 nömrəli pretenziya məktubu ünvanlanaraq İddiaçı MMC qarşısında mövcud olan 34.555,12 (otuz dörd min beş yüz əlli beş manat on iki qəpik) manat məbləğində vaxtı keçmiş əsas borc və 12.958,50 (on iki min doqquz yüz əlli səkkiz manat əlli qəpik) manat məbləğində cərimə olamaqla, ümumilikdə 47.513,62 (qırx yeddi min beş yüz on üç manat altmış iki qəpik) borc məbləğinin 5 (beş) gün ərzində ödənilməsi tələb edilmişdir, Cavabdeh MMC-nin borc məbləğini ödəmə niyyətini bildirməsi səbəbindən tərəflər arasında borc məbləğinin hissəhissə ödəniləcəyinə dair xx.xx.2024-cü il tarixində Banşiq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən Cavabdeh MMC İddiaçı MMC qarşısında ƏDV daxil 34.555,12 (otuz dörd min beş yüz əlli beş manat on iki qəpik) manat məbləğində borc öhdəliyinin mövcud olduğunu qəbul edərək, sözügedən borc məbləğinin 3 ay ərzində bərabər hissələrlə ödəniləcəyini öhdəsinə götürmüşdür.

33. İddiaçı MMC məsələnin məhkəməyə qədər həll olunması üçün bütün səyləri göstərsə də, əfsuslar olsun ki, Cavabdeh MMC heç bir ödəniş etməyərək, Müqavilə və 1 nömrəli Əlavə (Qiymətlərin razılaşma protokolu) ilə üzərinə götürdüyü öhdəlikləri köbud surətdə pozaraq, yaranmış borc məbləğini Müqavilə rəsmiləşdirildiyi tarixdən etibarən artıq 1 ilə yaxındır ki, ödməkdən imtina edir.

34. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 425.1, 427.3, 442, 443.1, 448.1-ci maddələrinə istinad etmişdir.

b) İddiaya qarşı etirazın dəlilləri

35. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

a) İşdə iştirak edən şəxslər və onların izahatları

36. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək iddianın qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir.

37. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

38. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

40. İddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

41. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

42. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

43. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

44. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

45. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.

46. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli SHB-S/021/2024 nömrəli alq-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilə ilə müəyyən olunan malı cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malın dəyərini ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC-nin göstərilən müqavilə üzrə İddiaçı MMC-yə olan əsas borcu 34.555,12 manat təşkil edir.

47. İddiaçı mübahisəli müqavilə üzrə malın təqdim edilməsi faktını sübuta yetirmək üçün cavabdeh tərəfindən etiraz edilməmiş üzləşmə aktını məhkəməyə təqdim etmişdir.

48. Belə olan halda məhkəmə mübahisəli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik münasibətində kreditor olan iddiaçının borclu olan cavabdehdən öhdəliyinin icra edilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh MMC-dən 34.555,12 manat tutularaq İddiaçı MMCyə ödənilməlidir.

49. Bundan əlavə iddiaçı müqavilə üzrə malın dəyərini vaxtında ödəmədiyinə görə Cavabdeh MMC-yə hesablanmış 12.958,50 manat məbləğində cərimə (dəbbə) pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

50. Məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin ödənişlərini vaxtında ödəməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, eləcə də dəbbə pulunun azaldılması üçün əsaslar olmadığından iddiaçı mübahisəli müqavilə üzrə yuxarıda göstərilən məbləğdə dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

51. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 233,40 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

52. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 233,40 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

53. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh MMC-dən 34.555,12 (otuz dörd min beş yüz əlli beş manat on iki qəpik) manat məbləğində vaxtı keçmiş əsas borc və 12.958,50 (on iki min doqquz yüz əlli səkkiz manat əlli qəpik) manat məbləğində cərimə olamaqla, ümumilikdə 47.513,62 manat borc məbləğinin, həmçinin iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 233,40 manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində ümumi qaydada Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar