Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2148/2025 03.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı "xxxx" (Azərbaycan) ASC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" (Azərbaycan) ASC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, beton məhsullarına görə 176053,64 manat, borcun gecikdirilməsinə görə 13461,80 manat cərimə məbləğinin, dövlət rüsumu qismində ödənilmiş 526 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia ərizəsi dəqiqləşdirilmişdir). Tərəflər Məhkəməyə tərəflər arasında xx.xx.2025-ci il tarixdə imzalanmış barışıq sazişini təqdim edərək, barışıq sazişinin şərtlərinin məhkəmə tərəfindən təsdiq edilməsini, bununla əlaqədar iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Barışıq sazişinin şərtləri ondan ibarətdir ki:
1. İddiaçı 22 sentyabr 2023-cü il tarixli, ********** nömrəli Beton Təchizatına dair müqavilə üzrə 221648,84 manat əsas borcun, həmin borcun gecikdirilməsinə görə hesablanmış 13461,80 manat cərimə məbləğinin, 526 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir.
2. Həmin iddia ərizəsi üzrə məhkəmə işi Bakı Kommersiya Məhkəməsinin icraatındadır.
3. Tərəflər təsdiq edirlər ki, iddia ərizəsinin verildiyi tarixdən hazırkı tarixədək iddia ərizəsi üzrə 221648,84 manat əsas borcdan 94025,94 manat cavahdeh tərəfindən ödənilmişdir.
4. Tərəflər təsdiq edirlər ki, hazırkı sazişin imzalandığı tarixə cavabdehin iddiaçıya əsas məbləğ üzrə borcu 127622,90 (bir yüz iyirmi yeddi min altı yüz iyirmi iki manat doxsan qəpik) manat təşkil edir.
5. Tərəflər razılığa gəlirlər ki, cavabdeh 127622,90 manat əsas borcunu 2025-ci ilin aprel, may, iyun, iyul və avqust aylarında hər ay 25524,58 (iyirmi beş min beş yüz iyirmi dörd manat əlli səkkiz qəpik) manat olmaqla iddiaçıya ödəyəcəkdir.
6. Əsas borc məbləği bu sazişdə müəyyən edilmiş qaydada ödənildikdə cavabdeh iddiaçı qarşısındakı ödəniş öhdəliklərini tam həcmdə icra etmiş hesab edilir, iddiaçı isə hesablanmış cərimə məbləğini tələb etmir.
7. Cavabdeh tərəfindən ödəniş bu sazişdə müəyyən edilmiş qaydada ödənilmədikdə iddiaçı əsas borcun ödənilməmiş hissəsinin və əlavə olaraq 10000 (on min) manat cərimə məbləğinin cavabdehdən tutulması barədə icra vərəqəsinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir.
8. X3 Bakı Kommersiya Məhkəməsinə bir ədəd və Tərəflərdən hər birinə bir ədəd təqdim edilməklə eyni hüquqi qüvvəyə malik üç nüsxədə Azərbaycan dilində tərtib edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi D.Abdullayev barışıq sazişinin özü tərəfindən imzalandığını, şərtləri ilə razı olduqlarını bildirdi və məhkəmədən barışıq sazişinin təsdiq edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Qanuni nümayəndə barışıq sazişinin özü tərəfindən imzalandığını, şərtləri ilə razı olduqlarını bildirdi və məhkəmədən barışıq sazişinin təsdiq edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib, barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tətəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavbdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad cıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməli, çəkilmiş məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
QƏRARA ALDİ:
İddiaçı "xxxx" (Azərbaycan) ASC və Cavabdeh MMC arasında xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişinin aşağıdakı şərtləri məhkəmə tərəfindən təsdiq edilsin və hazırkı iş üzrə icraata xitam verilsin:
1. İddiaçı "xxxx" (Azərbaycan) ASC 22 sentyabr 2023-cü il tarixli, ********** nömrəli Beton Təchizatına dair müqavilə üzrə 221648,84 manat əsas borcun, həmin borcun gecikdirilməsinə görə hesablanmış 13461,80 manat cərimə məbləğinin, 526 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" (Azərbaycan) ASC-yə ödənilməsi barədə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir.
2. Həmin iddia ərizəsi üzrə məhkəmə işi Bakı Kommersiya Məhkəməsinin icraatındadır.
3. Tərəflər təsdiq edirlər ki, iddia ərizəsinin verildiyi tarixdən hazırkı tarixədək iddia ərizəsi üzrə 221648,84 manat əsas borcdan 94025,94 manat Cavabdeh MMC tərəfindən ödənilmişdir.
4. Tərəflər təsdiq edirlər ki, hazırkı sazişin imzalandığı tarixə Cavabdeh MMC-nin iddiaçı "xxxx" (Azərbaycan) ASC-yə əsas məbləğ üzrə borcu 127622,90 (bir yüz iyirmi yeddi min altı yüz iyirmi iki manat doxsan qəpik) manat təşkil edir.
5. Tərəflər razılığa gəlirlər ki, Cavabdeh MMC 127622,90 manat əsas borcunu 2025ci ilin aprel, may, iyun, iyul və avqust aylarında hər ay 25524,58 (iyirmi beş min beş yüz iyirmi dörd manat əlli səkkiz qəpik) manat olmaqla iddiaçı "xxxx" (Azərbaycan) ASC-yə ödəyəcəkdir.
6. Əsas borc məbləği bu sazişdə müəyyən edilmiş qaydada ödənildikdə Cavabdeh MMC iddiaçı "xxxx" (Azərbaycan) ASC qarşısındakı ödəniş öhdəliklərini tam həcmdə icra etmiş hesab edilir, iddiaçı "xxxx" (Azərbaycan) ASC isə hesablanmış cərimə məbləğini tələb etmir.
7. Cavabdeh MMC tərəfindən ödəniş bu sazişdə müəyyən edilmiş qaydada ödənilmədikdə iddiaçı "xxxx" (Azərbaycan) ASC əsas borcun ödənilməmiş hissəsinin və əlavə olaraq 10000 (on min) manat cərimə məbləğinin Cavabdeh MMC-dən tutulması barədə icra vərəqəsinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir.
8. X3 Bakı Kommersiya Məhkəməsinə bir ədəd və Tərəflərdən hər birinə bir ədəd təqdim edilməklə eyni hüquqi qüvvəyə malik üç nüsxədə Azərbaycan dilində tərtib edilmişdir. Çəkilmiş məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Ülkər Həsənova