Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-215/2021 02.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə Cavabdehin iştirakı olmadan İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya məxsus 86,230.18 manat məbləğində pul vəsaitinin, habelə 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 86,260.18 manat olan pul məbləğinin cavabehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında qarşılıqlı razılaşma əsasında xx xxx 2019-cu il tarixdə 3555/20 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Qeyd olunan müqaviləyə əsasən satıcı İddiaçı MMC istehsal və ya idxal etdiyi müxtəlif növ məhsullarını satmış, alıcı Cavabdeh MMC həmin məhsulları qəbul edib, dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh MMC üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmiş, 86,230.18 manat məbləğində olan müxtəlif çeşidli məhsulları İddiaçı MMC-dən alaraq onların dəyərini ödəməmişdir. Daha sonra, cavabdehlə iddiaçı arasında bağlanmış xx xxx 2019-cu il tarixli 3555/20 saylı alqı-satqı müqaviləsinə 1 saylı Əlavə ilə xx.xx.2019-cu il tarixli “qiymətlərin razılaşdırılması protokolu” tərtib edilmişdir. Həmin protokola əsasən cavabdeh borclu olduğu pul məbləğinin 15000 manat hissəsini xx.xx.2020-ci il tarixinədək, 25000 manat hissəsini xx.xx.2020-ci il tarixinədək, qalan 46,230.18 manat hissəsini isə xx.xx.2020-ci il tarixinədək ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh nə müqavilə, nə də protokol üzrə üzərinə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməmiş, bu günədək heç bir ödəniş həyata keçirməmişdir. Cavabdehə dəfələrlə yazılı müraciət olunsa da, cavabdeh iddiaçıya olan borcunu qaytarmaq niyyətində deyil. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 məhkəməyə təqdim edilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - Bir tərəfdən alıcı qismində Cavabdeh MMC ilə digər tərəfdən satıcı qismində İddiaçı MMC arasında bağlanmış xx xxx 2019-cu il tarixli 3555/20 nömrəli müqaviləyə əsasən satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən X5(lar)unda adı, təsnifatı, çeşidi, markası, ölçü vahidi və digər xüsusiyyətləri qeyd olunmuş mal-materialı alıcıya satır, alıcı isə malı satıcıdan alır və müqabilində satıcıya müqavilə ilə nəzərdə tutulmuş qiymət (haqq) ödəyir. 1.2-ci bəndə əsasən alıcı hər partiya üzrə satıcıdan almaq istədiyi mala dair sifariş verir. Satıcı isə alınacaq malın adı, təsnifatı, çeşidi, markası, miqdarı, tara və qablaşdırması, eləcə də arzu olunan təchizat müddəti və digər xüsiyyətləri barədə sifariş formasında razılığa gəlir. Alıcı tərəfindən sifariş vərəqəsinin göndərilməsi, elektron poçt, telefon, fax və digər rabitə vasitələri ilə həyata keçirilə bilər. 2.1.2-ci bəndə əsasən satıcı alıcıdan müvafiq qaimə-faktura əsasında alınmış malın qiymətini müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödənilməsini tələb etmək hüququna malikdir. 3.1-ci bəndə əsasən bu müqavilə üzrə malın qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən X5ları ilə müəyyən edilir. 3.2-ci bəndə əsasən Ödəniş alıcı tərəfindən nağd və nağdsız hesablaşmalar qaydasında aparılır. - xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əlavə edilmiş 1 nömrəli qiymətlərin razılaşdırılması protokoluna əsasən tərəflər ümumi dəyəri 1073.22 manat təşkil edən 1731 ədəd Napitok Bizon 0,25 lt (1x24), ümumi dəyəri 655.96 manat təşkil edən 1058 ədəd X11 0,25 lt (1x24), ümumi dəyəri 79650 manat təşkil edən 31860 ədəd Amstel 0,45 lt (1x24) və ümumi dəyəri 4851 manat təşkil edən Heineken 0,33 lt(1x24) manat olmaqla cəmi 86,230.18 manat dəyərində malların alqı-satqısı barədə razılığa gəlmişlər. Əlavənin 2.1-ci bəndinə əsasən ƏDV daxil olmaqla 15,000 AZN -xx.xx.2020-ci il tarixinədək, 2.2-ci bəndə əsasən ƏDV daxil olmaqla, 25,000 AZN -xx.xx.2020-ci il tarixinədəl və 2.3-cü bəndə əsasən ƏDV daxil olmaqla, yerdə qalan 46,230.18 manat -xx.xx.2020-ci il tarixinədək ödənilməlidir.Əlavənin 3-cü bəndinə əsasən qeyd edilən məbləğlər ƏDV daxil hesablanmışdır və ümumi məbləği ƏDV daxil olmaqla 86,230.18 AZN-dən çox olan hər hansı bir ödəniş alıcıdan tələb edilə bilməz. Əlavənin 4-cü bəndinə əsasən alıcı tərəfindən 86,230.18 manat məbləğinin ödənilməsi ilə alıcının satıcının qarşısındakı bütün öhdəliklərinə xitam verilir. 6-cı bəndə əsasən əlavə imzalandığı andan hüquqi qüvvəyə minir və müqavilənin ayrılmaz tərkib hissəsidir. - EBAG seriyalı 357011 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaimədən görünür ki, ”İddiaçı” MMC tərəfindən Cavabdeh MMC-yə satılan malların miqdarı 15,000.11 manat təşkil etmişdir. - EBAG seriyalı 357016 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaimədən görünür ki, ”İddiaçı” MMC tərəfindən Cavabdeh MMC-yə satılan malların miqdarı 25,000 manat təşkil etmişdir. - EBAG seriyalı 357013 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaimədən görünür ki, ”İddiaçı” MMC tərəfindən Cavabdeh MMC-yə satılan miqdarı 46,230 manat təşkil etmişdir. - İddiaçı MMC tərəfindən xx xxxxx 2020-ci il tarixdə Cavabdeh MMC-yə pretenziya qaydasında məktub ünvanlanaraq xx xxx 2019-cu il tarixli 3555/20 nömrəli alqı-satqı müqaviləsi çərçivəsində tərəflər arasında bağlanmış 01 nömrəli əlavəyə görə Cavabdeh MMCyə ümumi dəyəri 86,230.18 manat dəyərində mallar verilməsinə baxmayaraq, malların dəyəri ödənilməmişdir. Odur ki, borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. - İddiaçı MMC-nin baş mühasibi X6 ilə Cavabdeh MMC-nin direktoru X3 iştirakı ilə xx xxxx 2020-ci il tarixdə tərtib edilmiş xx.xx.2019-cu il tarixli 3555/20 nömrəli alğı-satqı müqaviləsi üzrə qarşılıqlı üzləşmə aktından görünür ki, cari adı X7 Cavabdeh MMC-nin həmin tarixə ödənilməmiş borc məbləği 86,230.18 manat təşkil edir. Tərəflər razılaşmışlar ki, qeyd edilən məbləğ yekundur və bu məbləğə hər hansı bir yolla cərimə faizlərinin tətbiq edilməsi yolverilməzdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdehin İddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx xxx 2019-cu il tarixli, 3555/20 saylı alğı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıya alğı-satqı müqaviləsi və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-nin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. MM-nin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. MM-nin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İşin hallarından məlum olur ki,tərəflər arasında bağlanmış xx xxx 2019-cu il tarixli, 3555/20 saylı alqı-satqı müqaviləsinə və həmin müqaviləyə əlavə edilmiş 1 nömrəli qiymətlərin razılaşdırılması protokoluna əsasən iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 86,230.18 manat təşkil edən mallar satılmışdır. İddiaçı müqavilə və razılaşma protokoluna əsasən öhdəliyini icra edərək malları cavabdehə təhvil verməsinə baxmayaraq, cavabdeh tərəfindən ümumiyyətlə heç bir ödəniş həyata keçirilməmişdir. Belə ki, İddiaçı MMC-nin baş mühasibi X6 ilə Cavabdeh MMC-nin direktoru X3 iştirakı ilə xx xxxx 2020-ci il tarixdə tərtib edilmiş xx.xx.2019-cu il tarixli 3555/20 nömrəli alğı-satqı müqaviləsi üzrə qarşılıqlı üzləşmə aktına əsasən hər iki tərəfin nümayəndəsi Cavabdeh MMC-nin ödənilməmiş borc məbləğinin 86,230.18 manat təşkil etməsi faktını təsdiqləmişdir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alğı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 86,230.18 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 86,230.18 (səksən altı min iki yüz otuz manat on səkkiz qəpik) manat borc məbləği və 30 manat dövlət rüsumu, cəmi 86,260.18 (səksən altı min iki yüz altmış manat on səkkiz qəpik) manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham Əhmədov
Məhkəmə qərarları › İş №e-2-2(113)-215/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-215/2021
02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver