Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2152/2021 09.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdehxxxxödənilmiş pulun geri qaytarılması tələbinə dair iddiası üzrə kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdehxxxx“Cavabdeh ASC-AZ60TURA******************** nömrəli bank hesabına ödənilmiş 9254 manatın (doqquz min iki yüz əlli dörd) Cavabdeh” ASC tərəfindən qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayonu Kənar Dairəvi 22A ünvanda inşa olunan yaşayış binasının su təchizatına qoşulmaq üçün tələb edilən 9254 manat Azərbaycan Respublikası Cavabdeh ASC-nin AZ60TURA******************** nömrəli bank hesabına köçürülmüşdür. Cavabdeh şəxs tərəfindən bildirilmişdir ki, bu məbləğ texniki şərtin verilməsi üçün ödənilməlidir. Lakin məlum olmayıb ki, bu pulun müqabilində bütün təchizat xətləri, boruların çəkilməsi və digər işlər aparılaraq təhvil verilməli idi, yoxsa ancaq qoşulma üçün bu məbləğ ödənməli idi. İddiaçı MMC tərəfindən bütün xətlər çəkilmiş, Azərbaycan Respublikası Cavabdeh ASC tərəfindən yalnız çəkilən xətt şəbəkəyə qoşulmuş və bunun müqabilində 9254 manat alınmışdır. Bir müddət əvvəl məlum olmuşdur ki, 9254 manatın alınması tam olaraq qanunsuzdur, qanunvericilikdə belə bir rüsum və ödəniş nəzərdə tutulmamışdır. Ona görə də həmin məbləğ Cavabdeh ASC tərəfindən onlara qaytarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 275 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları” da qeyd edildiyi kimi əhali üçün texniki şərt ödənişsiz, qeyri-əhali üçün ödənişli (ödəniş sifariş əsasında müəyyən edilir) qaydada həyata keçirilir. Göründüyü kimi ödəniş sifariş əsasında həyata keçirilir, onlar tərəfindən isə heç bir sifariş edilməmiş, cavabdeh orqan tərəfindən çəkilmiş xətt ümumi xəttdə qoşulmuş, həmin vaxt isə tələb edilən cüzi miqdarda xərc isə (təxminən 100 manat) özləri tərəfindən qarşılanmışdır. Bu texniki şərtin verilməsi üçün cavabdeh şəxsin demək olar ki, heç bir xərci çıxmamışdır. Lakin buna baxmayaraq onlardan 9254 manat alınmışdır. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin artırılmasına dair ərizə verərək, Cavabdeh ASC ilə İddiaçı MMC arasında olan 26 noyabr 2018-ci il tarixli razılaşmasının ləğv edilməsi, Cavabdeh ASC-nin AZ60TURA******************** nömrəli bank hesabına ödənilmiş 9.254 manatı və Cavabdeh ASC “Sukanal” Elmi-tədqiqat və layihə İnstitutuna” ödənilmiş 1315.7 manatın ( min üç yüz on beş manat, yetmiş qəpik), cəmi 10569.7 (on min beş yüz altımış doqquz manat, yetmiş qəpik) cavabdeh tərəfindən İddiaçı MMC-yə qaytarılmasına dair qətnamə qəbul edilməsin xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC-in “Sukanal” Elmi-tədqiqat və Layihə İnstutu”-na görə 1315.7 manat ödəyiblər. Həmin xətlər isə artıq mövcud idi və hər hansısa bir lahiyələrndirmə işləri həyata keçirilməmişdir. Cavabdeh ASC ilə İddiaçı MMC arasında 26 noyabr 2018-ci il tarixli razılaşma bağlanmışdır. Lakin cavabdeh tərəfindən bununla bağlı heç bir tədbir görülməmiş, alınan pulun müqabilində hansı işləri gördüklərini və həmin pulu hansı əsaslarla aldıqları, bu xidmətin dövlət rüsumunun nə qədər olması barədə heçbir məlumat verilməmişdir. Bununla bağlı məhkəmə iclası zamanı cavabdeh şəxsin nümayəndəsinə sualla müraciət edilmiş, cavabdında isə daxili qaydalar əsasında həmin pullar tutulması bildirilmiş, lakin həmin qaydaların nədən ibarət olması barədə heçbir məlumat verilməmişdir. “CavabdehASC dövlət şirkətidir və büdcədən maliyyələşir. Hansı işlərin görülməsi və alınmış pulların qanunvericiliyin hansı normaları əsasında alınmasını sübut edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək qeyd etmişdir ki, cavabdeh qeyd olunan məbləği hansı hesablama əsasında aparıldığı barədə məlumat verməmiş, onlar isə 9.254,80 manat ödənişi əhalinin su təminatı üçün ödəmək məcburiyyətində qalmışdır. Belə ki, Cavabdeh ASC-dən başqa ölkədə başqa qurumdan su almaq imkanları olmadığından onların şərtlərini qəbul etmişlər.Tərəflər arasında imzalanmış razılaşma protokolunun 3-cü bəndində qeyd olunanları özləri həyata keçirmiş, Cavabdeh ASC isə sadəcə çəkilən xəttləri magistral xəttlərə qoşaraq, ödənişi almışdır. Hesab edir ki, tərəflər arasında imzalanmış əqd uydurma əqddir və İddiaçı MMC-dən 9.254,80 manat pulun alınması üçün pərdələnməsi məqsədi ilə razılaşdırılmışdır. Əlavə olaraq iddiaçının nümayəndəsi qeyd etdi ki, tərəflər arasında imzalanan 26 noyabr 2018-ci il tarixli razılaşmasında qeyd olunan Cavabdeh ASC tərəfindən görülməli olan işlərin heç biri icra edilməmişdir. Bu baxımdan tərəflər arasında imzalanan razılaşma ləğv olunmalıdır. İddiaçı iddia ərizəsinə və qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, məhkəmə iclasında qeyd etmişdir ki, su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulmaq üçün texniki şərtlərin verilməsi əhali qrupu üçün pulsuz, qeyri-əhali qrupları üçün isə ödəniş əsasında həyata keçirilir. İddiaçıdan qeyd olunan məbləğ isə onun müraciəti əsasında, texniki şərtlərin verilməsi üçün alınmışdır. Bununla bağlı tərəflər arasında razılaşma protokolu olmuş, hər iki tərəfin imzası ilə təsdiqlənmişdir. Qeyd olunan məbləğlər boruların en kəsiyinə uyğun hesablanır əlavə olaraq, iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 avqust 2014-cü il tarixli 275 nömrəli Qərarı əsasında xidmət göstərilmiş, xidmətlərin göstərilməsi üçün onlar tərəfindən xərc çəkilmiş, həmçinin xəttlərin çəkilməsi məqsədilə magistral boru xəttləri bir müddət dayandırılmışdır ki, bu da Cavabdeh ASC-nin pul itirməsi ilə nəticələnmişdir. Əlavə olaraq tərəflər arasında razılaşma 3 il bundan əvvəl olmuş, qeyd olunan müddət ərzində iddiaçı Cavabdeh ASC-nin xidmətlərindən istifadə etmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əasən rədd edilməlidir. İş materiallarında olan 26 noyabr 2018-ci il tarixli 012/3/2018 saylı razılaşma protokoluna əsasən, Cavabdeh ASC 07 noyabr 2018-ci il tarixli 012/3/2028-tş nömrəli “Texniki Şərtlər”-in icrası ilə əlaqədar Yasamal rayonu, Kənar Dairəvi, 22A ünvanda inşa olunmuş yaşayış binasının su təchizatı (d63 mm) və kanalizasiya (d300 mm) şəbəkələrinə qoşulmasının təmin edilməsi məqsədilə “sifarişçi”-nin (İddiaçı MMC) vəsaiti hesabına nəzərdə tutulan işlərin yerinə yetirilməsinin təşkilini öhdəsinə götürür. Həmin protokolun 2-ci bəndinə əsasən İddiaçı MMC yerinə yetiriləcək işlərin dəyəri olan 9254.80 manat vəsaitin (ƏDV daxil) əvvəlcədən ödənilməsini təmin edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə araşdırması zamanı cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə pozması , iddiaçıya zərər vurması aşkar edilmədiyindən , müqavilənin ləğvi üçün əsaslar müəyyən edilmədiyindən, iddiaçı tərəfindən Cavabdeh ASC Sukanal Elmi-tədqiqat və layihə İnstitutuna ödədiyi məbləğin geri qaytarılması tələbi əsaslandırılmadığından və bununla bağlı məhkəməyə sübut təqdim edilmədiyindən ,Cavabdeh ASC-yə su təchizatına qoşulmaq üçün ödəmiş olduğu vəsaitin geri qaytarılması tələbi ilə bağlı tərəflər arasında olan razılaşma üzrə cavabdehin öhdəliklərini yerinə yetirməməsi öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirib, qanunvericiliyin tələblərinə əsaslanaraq qeyd edir ki, İddiaçı MMC-nin Cavabdehxxxx“Cavabdeh ASC- AZ60TURA******************** nömrəli bank hesabına ödənilmiş 9254 manatın (doqquz min iki yüz əlli dörd), Cavabdeh” ASC “Sukanal Elmi-tədqiqat və layihə İnstitutuna” ödənilmiş 1315,7 (bir min üç yüz on beş manat, on yeddi qəpik) manat məbləğin Cavabdeh ASC tərəfindən qaytarılması və tərəflər arasında imzalanmış 26 noyabr 2018-ci il tarixli razılaşmasının ləğv edilməsinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2152/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2152/2021
09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver