Məhkəmə qərarları › İş №e-2-2(113)-2157/2021

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2157/2021

24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2157/2021 24.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Cavabdehnə qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: “xxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 104055,66 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 104085,66 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, “xxxx” MMC ilə Cavabdeh MMC arasında 08 avqust 2017-ci il tarixli, 170808/11-1-293 nömrəli alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən iddiaçı tərəfindən ümumi dəyəri 295767,77 manat məbləğində malların satışı həyata keçirilmişdir. Cavabdeh tərəfindən qeyd olunan müqavilə üzrə cəmi 191712,11 manat məbləğində ödəniş edilmişdir. Lakin, cavabdeh tərəfindən müqavilə üzrə razılaşdırılmış məbləğ üzrə qalan 104055,66 manat məbləğində pul vəsaiti ödənilməmiş qalmışdır. Satıcı “xxxx” MMC tərəfindən yuxarıda qeyd olunan müqavilə üzrə üzərinə düşən öhdəliklərini vaxtlı-vaxtında və lazımi qaydada yerinə yetirsə də, alıcı Cavabdeh MMC tərəfindən öhdəliklər icra edilməmiş, aldığı malların dəyərinin ödənilməsinə dair öhdəliklərini bu günə qədər tam icra etməmişdir. Sonda, iddiaçının nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Mülki iş materiallarında olan: - “xxxx” MMC ilə Cavabdeh MMC arasında 08.08.2017-ci il tarixli, 170808/11-1-293 alqı-satqı müqaviləsinəmüqavilənin qayda və şrtləri nəzərə alınmaqla. Satıcı qoşmalarda göstərilmiş malları alıcıya satmağa, alıcı isə həmin malları bu Müqavilənin qoşmalaında göstərilən qiymət qarşılığında və hər növ yüklənmələr və məhdudiətlədən azad şəkildə satıcıdan satın almağa razıığını bildirmişdir. - 19.09.2017-ci il tarixli, 16 saylı qoşma sifariş formasına əsasən 8839,34 manat dəyərində, 20.09.2017-ci il tarixli, 17 saylı qoşma sifariş formasına əsasən 22487,92 manat dəyərində, 21.09.2017-ci il tarixli, 18 saylı qoşma sifariş formasına əsasən 7175,97 manat dəyərində, 27.09.2017-ci il tarixli, 19 saylı qoşma sifariş formasına əsasən 15008,33 manat dəyərində, 28.09.2017-ci il tarixli, 20 saylı qoşma sifariş formasına əsasən 12221,92 manat dəyərində, 29.09.2017-ci il tarixli, 21 saylı qoşma sifariş formasına əsasən 17711,04 manat dəyərində, 17.10.2017-ci il tarixli, 22 saylı qoşma sifariş formasına əsasən 2483,99 manat dəyərində və 07.02.2018-ci il tarixli, 1 saylı qoşma sifariş formasına əsasən Cavabdeh MMC-yə 17472,73 manat dəyərində mall təhvil verilmişdir. - 25.01.2021-ci il tarixli arayışa əsasən Cavabdeh MMC-nin STP MMC-yə 170808/11-1-293 saylı müqavilə üzrə ödənilməmiş 104055,66 manat məbləğində borcu qalmışdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İşdə olan müqavilənin 1-ci bəndinə əsasən satıcı kimi malları satmağı, alıcı isə alaraq dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilnin 5.1-ci bəndinə əsasən mallar cavabdehə təhvil verildiyi və heab-faktura təqdim edildiyi gün ödəniş həyata keçirilməlidir. İşin araşdırılan hallarında da göründüyü kimi iddiaçı tərəfindən cavabdehə mallar verilsə də müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, bunu təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddianın tam təmin olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbi barədə iddiası təmin edilsin. 104055,66 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə həmin qətnamənin ləğvi barədə cavabdeh tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar