Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-216/2020 05.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Əsədova Səma Əsəd qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayon İcra Hakmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair iqtisadi işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək tərəflər arasında bağlanmış müqavilələr üzrə işlərin görülməsinə görə 5 581.39 AZN, 18% ƏDV-yə görə isə 1004.91 AZNməbləğində borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon İcra Hakimiyyəti və İddiaçı MMC arasında müxtəlif vaxtlarda imzalanmış “X1 monitorinqi” müqavilələrinə əsasən, tərəfər razılığa gəlmişdirlər ki, İddiaçı MMC müəyyən edilmiş KİV-lərin monitorinqinin nəticələrini Binəqədi Rayon İcra Hakimiyyətinə satacaqdır. İddiaçı MMC üzərinə götürdüyü öhdəlikləri tam şəkildə icra etməsinə baxmayaraq, Binəqədi Rayon İcra Hakimiyyəti üzərinə götürdüyü öhdəlikləri tam şəkildə icra etməmişdir. Belə ki, Binəqədi Rayon İcra Hakimiyyəti (Sifarişçi) və “İddiaçı’ MMC (İcraçı) arasında xx.xx.2013-cü il tarixdə imzalanmış “Kütləvi məlumatların alınması haqqında” 002/13 saylı müqavilənin 1-ci maddəsinə əsasən, tərəfər razılığa gəlmişdirlər ki, icraçı bu Müqavilənin əlavəsində qeyd edilmiş X1 monitorinqini razılaşdırılmış qiymətlərlə sifarişçiyə satacaq, sifarişçi isə alınan X1 monitorinqinin dəyərini razılaşdırılmış qiymətlərə əsasən icraçıya ödəyəcəkdir. Bu müqavilə ürə 2014-cü ildə göstərilmiş xidmətlərin dəyəri 698,64 AZN ƏDV-daxil olmaqla, 4 580,00 AZN təşkil etmiş, lakin Binəqədi Rayon İcra Hakimiyyəti (Sifarişçi) tərəfindən ƏDV- 630 AZN olmaqla, 4 130 AZN ödəniş olunmuşdur. Nəticə etibarı ilə, İcraçı üzərinə götürdüyü öhdəliklri tam şəkildə icra etdiyinə baxmayaraq, Sifarişçi üzərinə götürdüyü öhdəlikləri tam şəkildə icra etməmiş və bu müqavilə üzrə ödənilməmiş ƏDV- 68,64 AZN olmaqla, ƏDV daxil 450,00 AZN borcu qalmışdır. Bundan sonra Binəqədi Rayon İcra Hakimiyyəti (Sifarişçi) və İddiaçı MMC (İcraçı) arasında xx.xx.2015-ci il tarixdə imzalanmış “Kütləvi məlumatların alınması haqqında” 005/15 saylı müqavilənin 1-ci maddəsinə əsasən, tərəflər razılığa gəlmişdirlər ki, icraçı bu Müqavilənin əlavəsində qeyd edilmiş X1 monitorinqini razılaşdırılmış qiymətlərlə sifarişçiyə satacaq, sifarişçi isə alınan X1 monitorinqinin dəyərini razılaşdırılmış qiymətlərə əsasən İcraçıya ödəyəcəkdir. Bu Müqavilənin 3-cü maddəsinin 3.2-ci maddəsinə əsasən, Sifarişçi hər ay mütəmadi olaraq TV, internet saytları, qəzet və jurnallardan, X1 monitorinqinin alınmasına görə 18% ƏDV - 76,27 AZN əlavə edilərək cəmi 500,00 AZN məbləği icraçının bank hesabına köçürür. Bu Müqavilənin 1 nömrəli əlavəsi olan xx.xx.2015-ci il tarixli “Qiymətlərin razılaşdırılması protokoluna” əsasən isə, aylıq xidmətin göstərilməsinə görə 423 AZN əsas məbləğ, 18% ƏDV hesablanaraq 76,27 AZN, cəmi ödəniləcək məbləğin 500,00 AZN olması barədə razılığa gəlinmişdir. 1 saylı “Yerinə yetirilmiş işlərin təhvil-təslimi haqqında Aktı”-na əsasən, 2015-ci ilin aprel ayı üçün görülmüş işlərin dəyəri - 423 AZN (ƏDV 76,27 AZN, cəmi 500,00 AZN) İcraçının hesablaşma hesabına köçürülməlidir. 2 saylı “Yerinə yetirilmiş işlərin təhvil-təslimi haqqında Aktı”na əsasən, 2015-ci ilin may ayı üçün görülmüş işlərin dəyəri - 423 AZN (ƏDV 76,27 AZN, cəmi 500,00 AZN) icraçının hesablaşma hesabına köçürülməlidir. 3 saylı “Yerinə yetirilmiş işlərin təhvil-təslimi haqqında Aktı”na əsasən, 2015-ci ilin iyun ayı üçün görülmüş işlərin dəyəri - 423 AZN (ƏDV 76,27 AZN, cəmi 500,00 AZN) İcraçının hesablaşma hesabına köçürülməlidir. 4 saylı “Yerinə yetirilmiş işlərin təhvil-təslimi haqqında Akta” əsasən, 2015-ci ilin iyul ayı üçün görülmüş işlərin dəyəri - 423 AZN (ƏDV 76,27 AZN, cəmi 500,00 AZN) icraçının hesablaşma hesabına köçürülməlidir. 5 saylı “Yerinə yetirilmiş işlərin təhvil-təslimi haqqında Akta” əsasən, 2015-ci ilin avqust ayı üçün görülmüş işlərin dəyəri - 423 AZN (ƏDV 76.27 AZN, cəmi 500,00 AZN) icraçının hesablaşma hesabına köçürülməlidir. 6 saylı “Yerinə yetirilmiş işlərin təhvil-təslimi haqqında Akta” əsasən, 2015-ci ilin sentyabr ayı üçün görülmüş işlərin dəyəri - 423 AZN (ƏDV 76.27 AZN, cəmi 500,00 AZN) icraçının hesablaşma hesabına köçürülməlidir. 7 saylı “Yerinə yetirilmiş işlərin təhviltəslimi haqqında Akta” əsasən, 2015-ci ilin oktyabr ayı üçün görülmüş işlərin dəyəri - 423 AZN (ƏDV 76.27 AZN, cəmi 500,00 AZN) İcraçının hesablaşma hesabına köçürülməlidir. 8 saylı “Yerinə yetirilmiş işlərin təhvil-təslimi haqqında Akta” əsasən, 2015-ci ilin noyabr ayı üçün görülmüş işlərin dəyəri - 423 AZN (ƏDV 76.27 AZN, cəmi 500,00 AZN) icraçının hesablaşma hesabına köçürülməlidir. 9 saylı “Yerinə yetirilmiş işlərin təhvil-təslimi haqqında Akta” əsasən, 2015-ci ilin dekabr ayı üçün görülmüş işlərin dəyəri - 423 AZN (ƏDV 76.27 AZN, cəmi 500,00 AZN) icraçının hesablaşma hesabına köçürülməlidir. Bu müqavilə üzrə göstərilmiş xidmətlərin ümumi dəyəri ƏDV- 686,43 AZN olmaqla, ƏDV daxil 4 500,00 AZN olmasına baxmayaraq, Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən ƏDV- 665,40 AZN olmaqla, ƏDV daxil 4 363,20 AZN ödəniş edilmişdir. Nəticə etibarı ilə, icraçı üzərinə götürdüyü öhdəlikləri tam şəkildə icra etdiyinə baxmayaraq, sifarişçi üzərinə götürdüyü öhdəlikləri tam şəkildə icra etməmiş və bu müqavilə üzrə ödənilməmiş ƏDV- 21,03 AZN olmaqla, ƏDV daxil 136,30 AZN borcu qalmışdır. Bundan başqa, Binəqədi Rayon İcra Hakimiyyəti (Sifarişçi) və İddiaçı MMC (İcraçı) arasında xx.xx.2016-cı il tarixdə imzalnmış “Kütləvi məlumatların alınması haqqında” 004/16 saylı müqavilənin 1-ci maddəsinə əsasən, tərəflər razılığa gəlmişdirlər ki, icraçı bu Müqavilənin əlavəsində qeyd edilmiş X1 monitorinqini razılaşdırılmış qiymətlərlə Sifarişçiyə satacaq, Sifarişçi isə alınan X1 monitorinqinin dəyərini razılaşdırılmış qiymətlərə əsasən İcraçıya ödəyəcəkdir. Bu Müqavilə üzrə göstərilmiş xidmətlərin ümumi dəyəri ƏDV- 915,24 AZN olmaqla, ƏDV daxil 6 000,00 AZN olmasına baxmayaraq, Binəqədi Rayon İcra Hakimiyyəti heç bir ödəniş etməmişdir. Nəticə etibarı ilə, icraçı üzərinə götürdüyü öhdəlikləri tam şəkildə icra etdiyinə baxmayaraq, sifarişçi üzərinə götürdüyü öhdəlikləri tam şəkildə icra etməmiş və bu müqavilə üzrə ödənilməmiş ƏDV- 915,24 AZN olmaqla, ƏDV daxil 6 000 AZN borcu qalmışdır. Yuxarıda göstərilən müqavilələr üzrə icraçı üzərinə götürdüyü öhdəlikləri tam şəkildə icra edərək sifarişçiyə 14 898.33 (ƏDV 2 681,67 AZN, cəmi məbləğ 17 580,00 AZN)məbləğində göstərilmiş xidmətlərə dair X4 göndərmişdir. Lakin sifarişçi üzərinə götürdüyü öhdəlikləri tam şəkildə icra etməmiş və bu işlərin müqabilində icraçının hesablaşma hesabına cəmi 9 316.94 AZN, ƏDVdepozit hesabına isə 1676.76 AZNödəniş köçürmüşdür. Nəticədə Sifarişçinin ödəməli olduğu 5 581.39 AZN əsas məbləğ, 1004.91 AZN isəƏDV məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamı ilə xx.xx.2020-ci il tarixdən İnzibati-İqtisadi Məhkəmələr ləğv edilərək, İnzibati və Kommersiya Məhkəmələri təşkil edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbinə qarşı etiraz edərək bildirdi ki, tərəflər arasında xx xxxxxx 2013-cü il tarixli və xx xxxxx 2015-ci il tarixli iki müqavilə imzalanmışdır. Qeyd olunan müqavilə üzrə cavabdeh tərəfindən ümumilikdə 18120 manata qədər ödəniş edilmiş və həmin müqavilə üzrə borc qalmamışdır. Bizə 2000 manatla bağlı qəbzi təqdim ediləndə qəbzdə olan imzanın cavabehlə əlaqəsinin olmaması bildirilmişdir. Sonradan iddiaçıya tərəflər arasında bağlanmış hər iki müqavilə üzrə ödənişlərə dair bankdan çıxarışları da təqdim olunmuşdur. Bundan başqa tərəflər arasında iddia ərizəsində istinad edilən xx.xx.2016-cı il tarixli müqavilə imzalanmamışdır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı MMC ilə Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti arasında bağlanılmış xx.xx.2013-cü il tarixli, 002/13 saylı kütləvi informasiya məlumatlarının alınması haqqında müqaviləsindən görünür ki, icraçı bu Müqavilənin əlavəsində qeyd edilmiş X1 monitorinqini razılaşdırılmış qiymətlərlə sifarişçiyə satacaq, sifarişçi isə alınan X1 monitorinqinin dəyərini razılaşdırılmış qiymətlərə əsasən icraçıya ödəyəcəkdir. - İddiaçı MMC ilə Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti arasında bağlanılmış xx.xx.2015-ci il tarixli, 005/15 saylı kütləvi informasiya məlumatlarının alınması haqqında müqaviləsindən görünür ki, icraçı bu Müqavilənin əlavəsində qeyd edilmiş X1 monitorinqini razılaşdırılmış qiymətlərlə sifarişçiyə satacaq, sifarişçi isə alınan X1 monitorinqinin dəyərini razılaşdırılmış qiymətlərə əsasən icraçıya ödəyəcəkdir. - Ödəyici Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, ********** nömrəli ödəniş tapşırıqlarından görünür ki, İddiaçı MMC-nin hesabına xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixədək ümumilikdə Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən 10994 manat ödəniş edilmişdir. - xx.xx.2014-cü il tarixli 550919 saylı, xx.xx.2014-cü il tarixli 550924 saylı, xx.xx.2014-cü il tarixli 550929 saylı, xx.xx.2014-cü il tarixli 550931 saylı, xx.xx.2015-ci il tarixli 550948 saylı mədaxil qəbzlərindən görünür ki, Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı MMC-yə ümumilikdə 3842 manat ödəniş edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti arasında xx.xx.2013-cü il tarixli, 002/13 saylı və xx.xx.2015-ci il tarixli, 005/15 saylı kütləvi informasiya məlumatlarının alınması haqqında müqavilələri bağlanmışdır. Qeyd olunan müqavilələr üzrə İddiaçı MMC X1 monitorinqini razılaşdırılmış qiymətlərlə cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə satmalı, cavabdeh isə alınan X1 monitorinqinin dəyərini razılaşdırılmış qiymətlərə əsasən iddiaçıya ödəməlidir. Qeyd olunan müqavilələr üzrə Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən ümumilikdə 14836 manat ödəniş etmişdir. İddiaçı tərəflər arasında bağlanmış müqavilələr üzrə Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinin 5 581.39 AZN, 18% ƏDV-yə görə isə 1004.91 AZNməbləğində borc olduğunu bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə qeyd edir ki, tərəflər arasında xx.xx.2013-cü il tarixli, 002/13 saylı müavilə 1 il müddətində etibarlıdır. Həmin müqavilə üzrə aylıq ödəniş ƏDV daxil olmaqla 590 manat müəyyən edilmişdir. Belə olan halda müqavilənin ümumi dəyəri 7080 manat təşkil etmişdir. Eyni zamanda tərəflər arasında xx.xx.2015-ci il tarixli, 005/15 saylı müqavilə 9 ay müddətində ehtibarlıdır. Qeyd olunan müqavilə üzrə aylıq ödəniş ƏDV daxil olmaqla 500 manat müəyyən edilmişdir. Belə olan halda müqavilənin ümumi dəyəri 4500 manat təşkil etmişdir. Bu isə hər iki müqavilənin ümumi dəyərinin 11500 manat təşkil etdiyi halda iddiaçı tərəfindən təqdim edilmiş ödəniş tapşırıqlarında isə Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən müqavilələrin qüvvədə olma müddəti ərzində ümumilikdə ƏDV daxil 14836 manat ödəniş edilməsi müəyyən olunur. Bu isə Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən mübahisə predmeti olan müqavilələrin dəyərindən artıq ödəniş etməsini təsdiq edir. Halbuki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Lakin məhkəmə iclasında iddiaçı tərəf İddiaçı MMC ilə Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti arasında xx.xx.2016-cı il tarixli, 004/16 saylı yeni bir müqavilənin olduğunu iddia etsə də məhkəmə araşdırması zamanı qeyd olunan müqaviləni məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Məhkəmə hesab edir ki, iddiaçı iddiasını əsaslandırmaq üçün istinad etdiyi xx.xx.2016-cı il tarixli, 004/16 saylı müqaviləni təqdim etmədiyindən mübahisə predmeti olan borcun tələb etmə hüququnu təmin edə bilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci madəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “tərəflər arasında bağlanmış müqavilələr üzrə işlərin görülməsinə görə 5 581.39 AZN, 18% ƏDV-yə görə isə 1004.91 AZNməbləğində borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayon İcra Hakmiyyətinə qarşı “müqavilələr üzrə işlərin görülməsinə görə 5581.39 AZN, 18% ƏDV-yə görə isə 1004.91 AZN məbləğində borcun tutulması” barədə iddia tələbi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-216/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-216/2020
05.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver