Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2162/2020 20.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh “xxxxxxxx” ASC-yə qarşı aktın ləğv edilməsi və əsassız olaraq hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxxxxxx” ASC-nin İddiaçı MMC-yə məxsus ünvan 1i ünvanına dair yazılmış xx.xx.2020-ci il tarixli 033933 saylı aktın ləğv edilməsi və əsassız hesablanmış 30158,82 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə müəyyən etmişdir ki, İddiaçı MMC bir-biri ilə əlaqədar olmayan iki tələbi bir iddiada birləşdirmiş, belə ki, borcun silinməsi tələbinə məhkəmədə baxılırsa, borcla bağlı tərtib edilmiş akt müəyyən hüquqi nəticələr yaratmadığına görə onun ləğv olunmasına məhkəmə qaydasında baxılmır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göründüyü kimi iddiaçı bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi iddia ərizəsində birləşdirmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia ərizəsi, ona əlavə edilmiş sənədlər, həmçinin 30 manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən ********* nömrəli, xx.xx.2020-ci il tarixli qəbz geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 263-264-ci maddələrinə əsasən, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı MMC-nin cavabdeh “xxxxxxxx” ASC-yə qarşı aktın ləğv edilməsi və əsassız olaraq hesablanmış borcun silinməsi tələbinə dair iddia iddia ərizəsi, ona əlavə edilmiş sənədlər, həmçinin 30 manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən ********* nömrəli, xx.xx.2020-ci il tarixli qəbz geri qaytarılsın. İddiaçı MMC-yə izah edilsin ki, kommersiya mübahisəsi ilə bağlı tələblə yenidən məhkəməyə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2162/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2162/2020
20.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver