Məhkəmə qərarları › İş №e-2-2(113)-2166/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2166/2025

24.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2166/2025 24.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı DossoDossi Tekstil Sanayi Turizm ve X1 Cavabdeh pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı,pul) X6 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakları ilə, İdddiaçı DossoDossi Tekstil Sanayi Turizm ve X1 Cavabdeh pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı DossoDossi Tekstil Sanayi Turizm ve X3 (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 17 dekabr 2022-ci il tarixli müqavilə üzrə 11150 ABŞ dolları əsas borc, 250 ABŞ dolları cərimə məbləği olmaqla ümumilikdə 11400 ABŞ dolları məbləğində pul (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) və ödənilmiş 149 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdehilə D/AZ-11 saylı,17 dekabr 2022ci il tarixli müqaviləyə əsasən 83912 saylı spesifikasiyada göstərilən 12150 ABŞ dolları məbləğində mallar cavabdehə göndərilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən malların göndərildiyi tarixdən 31 mart 2023-cü il tarixdək bütün ödənişlər ödənilməliydi. Cavabdeh malları almağına baxmayaraq 10650 ABŞ dolları borcunu bü günədək ödəməmişdir. Müqaviləyə əsasənCavabdehöz üzərinə götürdüyü öhdəlikləri tam olaraq yerinə yetirməkdən yayınır. Tərəflər arasında imzalanan xx.xx.2024-cü il tarixli, D/Az-10/10 №li üzləşdirmə aktına əsasən 83912saylı spesifikasiyadakı göstərilən 13698 ABŞ dolları məbləğində mallar faktiki olaraq 12150 ABŞ dolları məbləgində lazımi qaydada qablaşdırılmış, sənədləşdirilmiş və istehsal defekti olmayan (qüsursuz) keyfiyyət göstəriciləri standartlara uyğun şəkildə cavabdehə təhvil verilərək onun tərəfindən qəbul edilmişdir. Həmin üzləşdirmə aktında cavabdehin onun iddiaçıya 11650 ABŞ dolları borclu olduğu öz təsdiqini tapır. Cavabdehə xx.xx.2024-cü il tarixli pretenziya məktubu poşt vasitəsilə rəsmi qaydada göndərilmişdir.İddia ərizəsi və təkrar pretenziya məktubu cavabdehə vergi elektron portalı vasitəsilə göndərilmişdir. Cavabdehə 3 gün ərzində borcunu ödəmək xahiş olunmuşdur. Əks halda məhkəməyə müraciət olunacağı göstərilmişdir. Lakin iddia ərizəsi məhkəməyə verilənədək 30 dekabr 2024cü il tarixdə cavabdeh əlavə 500 ABŞ dolları ödəmişdir. Bu günə cavabdehin borcu 11150 ABŞ dolları təşkil edir. 14 yanvar 2025-ci il tarixli arayışa əsasən Cavabdeh şirkətə 11150 ABŞ dollar əsas borc,cərimə olaraq 250 ABŞ dollar ümumilikdə 11400 ABŞ dollar borcu vardır. II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi). IV. Sübutların tədqiqi:

8. İddiaçı DossoDossi Tekstil Sanayi Turizm ve X1 Cavabdeh arasında D/AZ-11 saylı,17 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən “alıcı" bu müqaviləyə uyğun olaraq Antaliya şəhərində sərgidə nümayiş olunan mallardan öz istəyi və zövqiiylə seçərək əvvəlcədən sifariş edir, "Satıcı” isə həmin malların hazırlanması və göndərilməsini təmin edir, bu müqavilə ilə razılaşdırılmış qaydada “malların” dəyərini “Satıcı ya tam olaraq ödəməyi öhdəsinə götürür. - 1.2-ci bəndinə əsasən malların siyahısı,nomenklatura nömrəsi, malın kodu, onların miqdarı (sayı) və qiyməti spesifikasiyada qeyd olunur. Müqavilənin ayrılmaz tərkib hissəi olan Spesifikasiyada malların adları türk dilində və dəyəri isə ABŞ dolları valyutasında göstərilir. - 2.1-ci bəndinə əsasən “alıcı” sifariş etdiyi malların dəyərini aşağıdakı qaydada ödənilməsini həyata keçirir. İlkin ödəniş - avans olaraq spesifikasiyada göstərilən malların ümumi məbləğinin 30%-dək həcmində müqavilə bağlandığı an “Alıcı” tərəfindən “Satıcı'ya” ödənilir.Yerdə qalan ödənişlər 31 mart 2023-cü il tarixədək tam ödənilməlidir. Ümumilikdə malların göndərildiyi tarixdən 45 giin ərzində malların dəyərini “Alıcı” tam ödəməlidir. Göstərilən qaydada ödənişlər “Alıcı” tərəfindən gecikdirilərsə növbəti partiya malların göndərilməsi dayandırılır. - 4.1-ci bəndinə əsasən Əgər “Alıcı” müqavilədə qeyd edilmiş ödənişləri tam həyata keçirməzsə, ölürülmüş hər gün üçün borc məbləğinin 0.2% həcmində cərimə ödəyir. Müqavilə hər iki tərəfin imzası və satıcının möhürü ilə təsdiq olunmuşdur.

9. İddiaçı ilə cavabdeh arasında imzalanmış 10 oktyabr 2024-cü il tarixli D/Az 10/10 saylı üzləşdirmə aktına əsasən 83912 saylı spesifikasiyadaki göstərilən 13698 ABŞ dolları mallar faktiki olaraq 12150 ABŞ dolları məbləğində lazımi qaydada qaydada qablaşdırılmış,sənədləşdirilmiş və istehsal defekti olmayan malları alıcıyatəqdim etmiş,alıcı isə cəmi 500 ABŞ dolları məbləğində ödəniş olmuş və hazırda qalıq borcu 11650 ABŞ dolları məbləğində təşkil edir.Akt hər iki tərəfin imzası və satıcının möhürü ilə təsdiq olunmuşdur.

10. İddiaçı tərəfindən verilmiş 14 yanvar 2025-ci il tarixli D/Az-14 saylı maliyyə arayışından görünür ki,cavabdehin iddiaçıya olan borcu 11400 ABŞ dolları (11150 ABŞ dolları əsas borc + 250 ABŞ dolları cərimə) təşkil edir. V. Tətbiq edilən hüquq:

11. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

12. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

13. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

14. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X4rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

15. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

16. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı DossoDossi Tekstil Sanayi Turizm ve X1 Cavabdeh arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək müxtəlif adda malları cavabdehə təqdim etmişdir. İddiaçının həmin malları cavabdehə təqdim etməsi və cavabdehin 11150 ABŞ dolları məbləğində borcunun qalması alqı-satqı müqaviləsi və üzləşmə aktı ilə təsdiq edilir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur.

17. Məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 11150 ABŞ dolları məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını, iddia əsas borc hissəsində təmin edilməli, Cavabdeh 11150 ABŞ dolları məbləğində pul tutularaq DossoDossi Tekstil Sanayi Turizm ve X2 ödənilməlidir.

18. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 250 ABŞ dolları məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

19. Göründüyü kimi Cavabdeh alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.

20. Belə olan halda məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə əsasən tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 100 ABŞ dolları məbləğində müəyyən edilməlidir.

21. Məhkəmə hesab edirki, iddia qismən təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə idda tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 147.38 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.

22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 11150 ABŞ dolları əsas borc, 100 ABŞ dolları dəbbə pulu pul (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 147.38 manat məbləğində pul vəsaiti iddiaçı DossoDossi Tekstil Sanayi Turizm ve X1 xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar