Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2168/2020 26.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ (ərizənin baxılmamış saxlanılması haqqında) Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi, iddaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı “X2 ” MMC-nin Cavabdehnə qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə bağlı kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “X2 ” MMC Cavabdehnə qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müracət etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, məhkəmə ərizəni baxılmamış saxlamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. İddia ərizəsindən göründüyü kimi Cavabdeh hüquqi ünvanı ( 9-11 rue de X1 , 13742 Vitrolles) xarici dövlətdə yerləşir. İddiaçının nümayəndəsi cavabdehin fransız şirkəti olmasını, lakin faktiki ünvanının Bakı şəhərində , Nobel prospekti 15 , Azure Biznes mərkəzinin 15-ci mərtəbəsində yerləşdiyini, eyni zamanda Cavabdeh tələb hüququnu “Phoceenne Group of Genoyer “ şirkətinə, sonuncunun isə İ.Axundova ötürdüyünü bildirmişdir. Belə ki, Bakı Kommersiya Məhkəməsinin icraatında “Phoceenne Group of Genoyer “ şirkətinin “X2 ” MMC-yə qarşı pul tələbinə dair iddiasına baxılmış, şirkət tərəfindən iddia tələbi İ.Axundova ötürülmüşdür. Qətnamənin iş materiallarına əlavə edilərək , aidiyyət tələblərinin polzulmadığının nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, “X2 ” MMC-nin Cavabdehnə qarşı “pul tələbi”nə dair iddia ərizəsi hüquqi şəxsin ünvanının olduğu yerə görə verilmədiyindən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPMnin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı “X2 ” MMC-nin Cavabdehnə qarşı “pul tələbi”nə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2168/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2168/2020
26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver