Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2168/2021 15.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi və Aslanov Kamal Sahib oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC–dən xx.xx.2021-ci il tarixinə iddiaçı qarşısındakı 78800,95 manat məbləğində borcu cavabdehdən iddiaçının xeyrinə tutularaq iddiaçıya ödəniməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə müəyyən etmişdir ki, İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, “məhkəməyə verilən iddia ərizəsi: iddia qiyməti 500 manatadək olduqda” bəndi seçməklə 20 manat məbləğində dövlət rüsumu ödəmiş, halbuki “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinin tələblərinə görə, iddia qiyməti 500 manatdan çox olduqda iddiaçı məhkəməyə verilən iddia ərizəsinə görə 30 manat məbləğində dövlət rüsumu ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 150.0.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, həmçinin 20 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə xx.xx.2021-ci il tarixli, **********84 nömrəli geri qaytarılsın. İddiaçı MMC-yə izah edilsin ki, 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi haqqında sənəd (qəbz) əlavə etməklə yenidən məhkəməyə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2168/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2168/2021
15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver