Məhkəmə qərarları › İş №e-2-2(113)-2186/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2186/2023

22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2186/2023 22.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X2 katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 49605.86 ABŞ dollar məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dolların manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə alınaraq İddiaçın xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası 22 iyun 2023-cü il tarixə təyin edilmişdir. xx.xx.2023-cü il tarixində iddiaçının nümayəndəsi Vəkil tərəfindən məhkəməyə barışıq sazişi və ərizə təqdim edilmişdir. Həmin ərizələrdə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq olunmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və cavabdeh bir daha da barışıq sazişinin təsdiq olunmasını xahiş etdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Yalnız barışıq sazişinin sonuncu abzası (məhkəmə qərarının mübahisələndirilməsinin yolverilməzliyi) hissəsində qanuna zidd olduğu üçün həmin hissədə təmin edilməməlidir. Çünki mülki prosessual qanunvericiliyə əsasən tərəflərin iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardadından 10 gün müddətində şikayət vermək hüququ mövcüddur və həmin hüququn barışıq sazişi ilə məhdudlaşdırılması qanuna uyğun hesab edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin və iş üzrə icraata xitam verilsin: 1.Tərəflər razılığa gəlirlər ki, bu barışıq sazişi təsdiq olunduğu günə Cavabdeh iddiaçı “GBR TRADE“ Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borc 47430.54 (qırx yeddi min dörd yüz otuz) dollar 54 sent təşkil edir. 2.Tərəflər razılığa gəlirlər ki, göstərilən borc 01 avqust 2023-cü il tarixdən başlayaraq 24 ay müddətində hissə-hissə bərabər paylarla aşağıda göstərilən müddətdə və məbləğdə ödəniləcək: 1) 01 avqust 2023-cü il tarixədək 1976.25 dollar 2) 01 sentyabr 2023-cü il tarixədək 1976.25 dollar 3) 01 oktyabr 2023-cü il tarixədək 1976.25 dollar 4) 01 noyabr 2023-cü il tarixədək 1976.25 dollar 5) 01 dekabr 2023-cü il tarixədək 1976.25 dollar 6) 01 yanvar 2024-cü il tarixədək 1976.25 dollar 7) 01 fevral 2024-cü il tarixədək 1976.25 dollar 8) 01 mart 2024-cü il tarixədək 1976.25 dollar 9) 01 aprel 2024-cü il tarixədək 1976.25 dollar 10) 01 may 2024-cli il tarixədək 1976.25 dollar 11) 01 iyun 2024-cü il tarixədək 1976.25 dollar 12) 01 iyul 2024-cü il tarixədək 1976.25 dollar 13) 01 iyul 2024-cü il tarixədək 1976.25 dollar 14) 01 avqust 2024-cü il tarixədək 1976.25 dollar 15) 01 sentyabr 2024-cü il tarixədək 1976.25 dollar 16) 01 oktyabr 2024-cü il tarixədək 1976.25 dollar 17) 01 noyabr 2024-cü il tarixədək 1976.25 dollar 18) 01 dekabr 2024-cü il tarixədək 1976.25 dollar 19) 01 yanvar 2025-ci il tarixədək 1976.25 dollar 20) 01 fevral 2025-ci il tarixədək 1976.25 dollar 21) 01 mart 2025-ci il tarixədək 1976.25 dollar 22) 01 aprel 2025-ci il tarixədək 1976.25 dollar 23) 01 may 2025-ci il tarixədək 1976.25 dollar 24) 01 iyul 2025-ci il tarixədək 1976.25 dollar 3.Saziş üç nüsxədə tərtib olunur, İddiaçı nümayəndəsi Vəkil tərəfindən və Cavabdeh tərəfindən imzalanır. 4.Azərbaycan Respublikası MPM-nin 261-262-ci maddələrində nəzərdə tutulan hüquqi nəticələr tərəflərə tam aydındır və onlar göstərilən şərtlərlə sazişin təsdiq edilməsini, mülki işə xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş edirlər. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar