Məhkəmə qərarları › İş №e-2-2(113)-2190/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2190/2025

17.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2190/2025 17.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, faiz borcu və dövlət rüsumu ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, Cavabdehin nümayədəsinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən hal-hazırki tarixə mövcud olan 528935 manat (ƏDV daxil) ödənilməmiş borcun və borc ödənişini geçikdirməsi nəticəsində iddiaçıya vurduğu zərərə görə həmin məbləğə hesablanmış 37000 manat cərimənin, 856 manat iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun, ümumilikdə 566791 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 07 iyun 2024-cü il tarixli 45/2024 saylı alqı-satqı müqaviləsi ilə İddiaçı MMC (satıcı) cavabdeh "xxxx" MMC-yə(alıcı) dövri sifarişləri əsasında müqavilənin 01saylı Əlavəsi olan Qiymətlərin razılaşma protokolunda göstərilən beton məhsulunu satmağı, cavabdeh isə həmin malları qəbul etməyi və razılaşdırılmış müddətdə malların dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqaviləyə əsasən 1 ədəd qiymətlərin razılaşdırılma protokolu (Əlavə 1) tərtib olunmuş və həmin protokolda malın adı, ölçü vahidi, miqdarı və qiyməti müəyyən edilmişdir. Həmin protokol tərəflərin imza və möhürləri ilə təsdiq edilmişdir. İddiaçı 07 iyun 2024-cü il tarixli 45/2024 saylı alqısatqı müqaviləsində üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmiş, cavabdehə beton məhsulunu sifarişinə uyğun hissə-hissə təhvil vermişdir. İddiaçı tərəfindən cavabdehə 2024cü il MT2406 seriyalı xx.xx.2024 -cü il tarixli 11570740 saylı 9317.28 (doqquz min üç yüz on yeddi manat iyirmi səkkiz qəpik) manat məbləğində elektron qaimə, MT2407 seriyalı xx.xx.2024-cü il tarixli 11013039 saylı 74340 (yetmiş dörd min üç yüz qırx) manat məbləğində elektron qaimə, MT2407 seriyalı xx.xx.2024- cü il tarixli 11011262 saylı 2242 (iki min iki yüz qırx iki) manat məbləğində elektron qaimə, MT2407 seriyalı xx.xx.2024-cü il tarixli 11012165 saylı 52864 (əlli iki min səkkiz yüz altmış dörd) manat məbləğində elektron qaimə, MT2407 saylı xx.xx.2024-cü il tarixli 11012333 saylı 13334 (on üç min üç yüz otuz dörd) manat məbləğində elektron qaimə, MT2407 seriyalı xx.xx.2024-cü il tarixli 11012248 saylı 1652 (bir min altı yüz əlli iki) manat məbləğində elektron qaimə, MT2407 seriyalı xx.xx.2024-cü il tarixli 11014309 saylı 62776 (altmış iki min yeddi yüz yetmiş altı ) manat məbləğində elektron qaimə, MT2407 seriyalı xx.xx.2024-cü il tarixli 11011493 saylı 2329.32 (iki min üç yüz iyirmi doqquz manat otuz iki qəpik) manat məbləğində elektron qaimə, MT2407seriyalı xx.xx.2024-cü il tarixli 11009780 saylı 50504 (əlli min beş yüz dörd ) manat məbləğində elektron qaimə MT2407 seriyalı xx.xx.2024-cü il tarixli 11012783 saylı 37170 (otuz yeddi min yüz yetmiş) manat elektron qaimə MT2407 seriyalı xx.xx.2024-cü il tarixli 11823958 saylı 1751.12 (bir min yeddi yüz əlli bir manat on iki qəpik) manat elektron qaimə, MT2407 seriyalı xx.xx.2024-cü il tarixli 11823925 saylı 24765.84 (iyirmi dörd min yeddi yüz altmış beş manat səksən dörd qəpik ) manat elektron qaimə, MT2407 seriyalı xx.xx.2024-cü il tarixli 11823936 saylı 14884.52 (on dörd min səkkiz yüz səksən dörd manat əlli iki qəpik) manat elektron qaimə, MT2407 seriyalı xx.xx.2024-cü il tarixli 11947299 saylı 54910.12 (əlli dörd min doqquz yüz on manat on iki qəpik) manat elektron qaimə, MT2408seriyalı xx.xx.2024-cü il tarixli 10527622 saylı 54409.8 (əlli dörd min dörd yüz doqquz manat səksən qəpik) manat elektron qaimə, MT2408 seriyalı xx.xx.2024-cü il tarixli 10527807 saylı 38774.8 (otuz səkkiz min yeddi yüz yetmiş dörd manat səksən qəpik) manat məbləğində elektron qaimə, MT2408 seriyalı xx.xx.2024-cü il tarixli 10529881 saylı 33441.2 (otuz üç min dörd yüz qırx bir manat iyirmi qəpik) manat məbləğində elektron qaimə göndərilmiş və həmin qaimələr vergi orqanının sistemində təsdiqlənmişdir. Müqaviləyə 07 iyun 2024-cü il tarixli 01 saylı Əlavənin 2-ci bəndinə əsasən alqı-satqının dəyəri yekun təhvil-təslim aktı təsdiqləndikdən sonra köçürmə yolu ilə ödənilir. Buna baxmayaraq Cavabdeh üzərinə götürdüyü müqavilə öhdəliklərini pozmuş, hal-hazıra qədər aldığı beton məhsuluna görə İddiaçıya olan 528935 (beş yüz iyirmi səkkiz min doqquz yüz otuz beş) manat börcunu ödəməmişdir. Tərəflər arasında tərtib edilmiş, hər iki tərəfin möhür və imzası ilə təsdiq edilmiş qarşılıqlı üzləşmə aktına əsasən Cavabdehin İddiaçıya 01 sentyabr 2024-cü il tarixinə qalıq borcu əsas məbləğ 448250 (dörd yüz qırx səkkiz min iki yüz əlli) manat, ƏDV məbləği 80625 (səksən min altı yüz səksən beş) manat olmaqla ümumilikdə 528935 (beş yüz iyirmi səkkiz min doqquz yüz otuz beş) manat (ƏDV daxil ) təşkil etmişdir. İddiaçı tərəfindən Cavabdehə xx.xx.2025-ci il tarixində elektron məhkəmə və DVX-nin elektron kargüzarlıq sistemindən pretenziya məktubu göndərilmiş,borc məbləğini ödəmək üçün müddət müəyyən edilmişdir. Lakin Cavabdeh qanunvericiliyə zidd olaraq müqavilədə üzərinə götürdüyü beton məhsulunu tam təhvil almasına baxmayaraq onun dəyərini ödəmək öhdəliyinin icrasını təmin etməmişdir. Eyni zamanda 2024-cü ilin noyabr ayında cavabdehdən rəsmi məktubla alınmış mala görə yaranan borcunun ödənilməsi tələb edilmişdir. Bundan əlavə dəfələrlə şifahi qaydada (telefonla) cavabdehə yarananmış borcunun ödənilməsi bildirilmişdir. Qeyd olunanlara əsasən İddiaçı hazırda iddia tələbi ilə məhkəməyə müraciət etmək, məcburiyyətində qalmışdır.

3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbini dəqiqləşdirərək, 528935.00 manat (ƏDV daxil) ödənilməmiş borcun, həmin məbləğə hesablanmış 37000 manat faizin, 856 manat iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun, ümumilikdə 566791 manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı “HİMALAY 2022" MMC-yə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmsını xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.

6. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 45/2024 saylı beton alqı-satqı müqaviləsinə əsasən:

9. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı satır, Alıcı isə bu Müqaviləyə və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan və Müqaviləyə əlavə edilən Əlavə və “Spesifikasiya(lar)da göstərilən tərkibdə, texniki göstəricilərə uyğun olan vəziyyətdə betonu (bundan sonra “Mal” adlandırılacaq) Satıcıdan alır və Malın müqabilində Satıcıya bu Müqavilə ilə nəzərdə tutulmuş qiyməti (haqqı) ödəyir.

10. Müqavilənin 1.2-ci bəndinə əsasən X4 və Spesifikasiya(lar)ında xüsusi şərtlər də nəzərdə tutula bilər.

11. Müqavilənin 1.3-cü bəndinə əsasən Satıcı Alıcıya üçüncü şəxslərin hüquqlarından azad olan Malı verir.

12. Müqavilənin 2.1-ci bəndinə əsasən Bu Müqavilə üzrə Malın qiyməti və Ödəniş qaydaları bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan və Müqaviləyə əlavə edilən Əlavə və Spesifikasiya(lar)da müəyyən edilir.

13. Müqavilənin 2.2-ci bəndinə əsasən əgər Alıcı Malların daşınması üçün ona məxsus beton daşınması üçün nəzərdə tutulmuş mikser avtomaşınlarını Satıcıya verərsə, o halda Satıcı hər bir m3 Malın dəyərinə görə Alıcıya 5 (beş) manat güzəşt tətbiq edəcəkdir.

14. Müqavilənin 2.3-cü bəndinə əsasən müqavilə şərtlərinə əməl etmək məqsədilə, verilən mala görə ödəniş elektron Qaimə təsdiqləndikdən etibarən, 60 gün müddətində həyata keçirilir.

15. Müqavilənin 3.1-ci bəndinə əsasən malın təhvil-təslimi və çatdırılması (daşınması) bu Müqavilə və onun ayrılmaz tərkib hissəsi olan Əlavə(lər)ində qeyd olunan şərtlər əsasında həyata keçirilir.

16. Müqavilənin 3.7-ci bəndinə əsasən Mal təhvil verilərkən Tərəflər xüsusi hazırlanmış təhvil-təslim Aktını imzalayırlar.

17. Müqavilənin 3.8-ci bəndinə əsasən Malın təhvil-təsliminə dair Akt imzalandıqdan sonra, Alıcı Malı qəbul etmiş sayılır, Mala mülkiyyət hüququ və Malın zədələnməsi, korlanması, itirilməsi və bütün digər risklər Alıcıya keçir və Alıcı Malın kəmiyyətinə dair etiraz edə bilməz.

18. Müqavilənin 4.4-cü bəndinə əsasən alıcının vəzifələri:

19. Müqavilənin 4.4.2-ci bəndinə əsasən müqavilənin Malın qiymətini bu Müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək.

20. Tərəflər arasında xx.xx.2024 - xx.xx.2024-cü il tarixləri əhatə edən və qarşılıqlı təsdiqlənmiş malların təhvil-qəbuluna dair 15 ədəd aktlar tərtib edilmişdir və aktlar hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdr.

21. İddiaçı tərəfindən Cavabdeh MMC-yə 2024-cü il MT2406 seriyalı xx.xx.2024-cü il tarixli 11570740 saylı 9317.28 manat məbləğində elektron qaimə, MT2407 seriyalı xx.xx.2024-cü il tarixli 11013039 saylı 74340 manat məbləğində elektron qaimə, MT2407 seriyalı xx.xx.2024-cü il tarixli 11011262 saylı 2242 manat məbləğində elektron qaimə, MT2407 seriyalı xx.xx.2024-cü il tarixli 11012165 saylı 52864 manat məbləğində elektron qaimə, MT2407 saylı xx.xx.2024-cü il tarixli 11012333 saylı 13334 manat məbləğində elektron qaimə, MT2407 seriyalı xx.xx.2024-cü il tarixli 11012248 saylı 1652 manat məbləğində elektron qaimə, MT2407 seriyalı xx.xx.2024-cü il tarixli 11014309 saylı 62776 manat məbləğində elektron qaimə, MT2407 seriyalı xx.xx.2024-cü il tarixli 11011493 saylı 2329.32 manat məbləğində elektron qaimə, MT2407seriyalı xx.xx.2024-cü il tarixli 11009780 saylı 50504 manat məbləğində elektron qaimə, MT2407 seriyalı xx.xx.2024-cü il tarixli 11012783 saylı 37170 manat elektron qaimə, MT2407 seriyalı xx.xx.2024-cü il tarixli 11823958 saylı 1751.12 manat elektron qaimə, MT2407 seriyalı xx.xx.2024-cü il tarixli 11823925 saylı 24765.84 manat elektron qaimə, MT2407 seriyalı xx.xx.2024-cü il tarixli 11823936 saylı 14884.52 manat elektron qaimə, MT2407 seriyalı xx.xx.2024-cü il tarixli 11947299 saylı 54910.12 manat elektron qaimə, MT2408 seriyalı xx.xx.2024-cü il tarixli 10527622 saylı 54409.8 manat elektron qaimə, MT2408 seriyalı xx.xx.2024-cü il tarixli 10527807 saylı 38774.8 manat məbləğində elektron qaimə, MT2408 seriyalı xx.xx.2024-cü il tarixli 10529881 saylı 33441.2 manat məbləğində elektron qaimə göndərilmişdir.

22. 01.09.2024-cü il tarixli qarşılıqlı görülən işlərin üzləşdirilməsi aktına əsasən Cavabdeh MMC-nin qalıq əsas borcu 448.250 manat və ƏDV borcu 80685 manat müəyyən edilmiş və akt hər iki tərəfin imza və möhürü ilə təsdiqlənmişdir.

23. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir.

24. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 45/2024 saylı beton alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı satır, Alıcı isə bu Müqaviləyə və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan və Müqaviləyə əlavə edilən Əlavə və “Spesifikasiya(lar)da göstərilən tərkibdə, texniki göstəricilərə uyğun olan vəziyyətdə betonu (bundan sonra “Mal” adlandırılacaq) Satıcıdan alır və Malın müqabilində Satıcıya bu Müqavilə ilə nəzərdə tutulmuş qiyməti (haqqı) ödəyir. Göründüyü kimi iddiaçı müqavilə üzrə öhdəliklərini icra etsə də, lakin, cavabdeh tərəfindən ödənişlər tamamlanmamışdır.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

26. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

28. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

29. 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

30. 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

31. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.

32. İşdən göründüyü kimi tərəflər arasında beton alqı-satqı müqaviləsi bağlanmışdır, mallar cavabdehə təhvil verilmiş. Lakin, cavabdeh müqaviləyə əsasən yaranmış borcunu ödəməmişdir.

33. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, elektron qaimə, təhvil-təslim və üzləşmə aktları ilə təsdiq olunduğu üçün 528935 manat borc məbləğinə dair hissədə iddia tələbi təmin edilməlidir.

34. İddia tələbinin digər hissəsi olan - əsas borcun gecidilməsinə görə gecikdirmə faizi olaraq hesablanmış 37000 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbini məhkəmə qismən əsaslı hesab edir.

35. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

36. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.

37. İddiaçı tərəfindən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009- cu il tarixli Qərarına uyğun olaraq özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilmədiyindən, məhkəmə MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ilə hesablanan faiz borcunun cavabdehdən tutulmasını əsaslı hesab edir.

38. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, bu hissədə iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən cavabdehə iyun 2024-cü il tarixində 9317,28 manat dəyərində, iyul 2024-cü il tarixində - 393.522,92 manat və avqust 2024-cü il tarixində isə 126625,8 manat dəyərində mallar təhvil verilmişdir və qətnamə çıxan tarixə kimi cavabdeh tərəfindən hər-hansı ödəniş edilməmişdir. Müqaviləyə əsasən ödənişlər e-qaimə verildikdən 60 gün müddətində ödənilməli idi. Beləliklə, məhkəmə hesab edir ki, verilmiş malların dəyərinə mütənasib olaraq hər gecikdirilmiş ay üçün ayrı-ayrılıqda və 60 günlük ödəniş etmək imkanı nəzə alınmaqla qətnamənin çıxdığı tarixə (aprel 2025) kimi ( iyun ayında verilmiş malların dəyərinə münasibətdə - 7 ay – 273 manat, iyul ayında verilmiş malların dəyərinə münasibətdə - 7 ay – 11.480 manat və avqust ayında verilmiş malların dəyərinə münasibətdə - 6 ay – 3168 manat) borcun ödənişinin gecikdirilməsinə görə illik 5% ilə hesablanmaqla 14921 manat faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

39. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 856 manat dövlət rüsumu ödənilmişdir.

40. Azərbaycan Respublikası MPM-in:

41. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

42. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.

43. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

44. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyi üçün, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu xərcinin əvəzi olaraq 834 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən ədv daxil 528.935 manat əsas borc məbləği, borcun ödənişinin gecikdirilməsinə görə 14.921 manat faiz borcu və dövlət rüsumunun əvəzi olaraq 834 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar