Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2195/2020 27.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə; İddiaçı (MMC) Cavabdehnə (MMC) qarşı müqavilə üzrə öhdəliyin icra edilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsi tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək CavabdehMMC-dən müqavilə üzrə əsas öhdəliyin icra edilməməsinə görə 24449,6 manat, həmin məbləğə hesablanmış dəbbə puluna görə 19070,688 manat, öhdəliyin axtında icra edilməməsinə görə dəymi maddi ziyana görə 1000 manat, hüquqi yardım üçün vəkilə ödənilən xidmət haqqına görə 500 manat, cəmi 45020,288 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2(113)-2195/2020 saylı iddianı təmin etmə tədbiri barədə qərardadına əsasən İddiaçı ərizəsi qismən təmin edilmiş və Cavabdeh MMC-nin mülkiyyətində olan SZAR 93272A markalı, 10ZX380 dövlət qeydiyyat nişanlı (şəhadətnamə AD358554, buraxılış ili 2005, rəngi açıq boz, şassi X1W93272A40000699) yarımqoşqu, Toyota Camry minik markalı, 90PN035 dövlət qeydiyyat nişanlı (şəhadətnamə AD250190, buraxılış ili 2018, rəngi qara metalik, mühərrik 1921001, BAN JTNBF3HK903006310) avtomaşın, Toyota Camry minik markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı (şəhadətnamə AB798884, buraxılış ili 2012, rəngi qara, mühərrik 0652317, Ban JTNBF4FK803011474) avtomaşın və Toyota Corolla minik markalı, ** PC *** dövlət qeydiyyat nişanlı (şəhadətnamə AC102353, buraxılış ili 2012, rəngi ağ, Ban JTDB42E909179814) avtomaşının üzərinə 45020,288 manat həcmində həbs qoyulmuşdur. İddiaçı MMC məhkəməyə ərizə təqdim edərək iddiadan imtina etdiyini bildirib iş üzrə icraata xitam verilməsini və iddianı təmin etmə tədbirinin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 52.5-ci madddəsində iddiaçının iddiadan imtina etməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. - 261.0 və 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. İddiaçının iddiadan imtina etməsi qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə məhkəmə hesab edir ki, iddiadan imtina qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı müqavilə üzrə öhdəliyin icra edilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsi tələbi barədə iş üzrə icraata xitam verilsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2(113)-2195/2020 saylı qərardadına əsasən Cavabdeh MMC-nin mülkiyyətində olan SZAR 93272A markalı, 10ZX380 dövlət qeydiyyat nişanlı (şəhadətnamə AD358554, buraxılış ili 2005, rəngi açıq boz, şassi X1W93272A40000699) yarımqoşqu, Toyota Camry minik markalı, 90PN035 dövlət qeydiyyat nişanlı (şəhadətnamə AD250190, buraxılış ili 2018, rəngi qara metalik, mühərrik 1921001, BAN JTNBF3HK903006310) avtomaşın, Toyota Camry minik markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı (şəhadətnamə AB798884, buraxılış ili 2012, rəngi qara, mühərrik 0652317, Ban JTNBF4FK803011474) avtomaşın və Toyota Corolla minik markalı, ** PC *** dövlət qeydiyyat nişanlı (şəhadətnamə AC102353, buraxılış ili 2012, rəngi ağ, Ban JTDB42E909179814) avtomaşının üzərinə 45020,288 manat həcmində həbs qoyulması barədə iddianı təmin etmə tədbiri ləğv edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2195/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2195/2020
27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver