Məhkəmə qərarları › İş №e-2-2(113)-2196/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2196/2020

24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2196/2020 24.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi , Zeynalova Leyla Afiq qızının katibliyi , iddiaçının nümayəndəsi və vəkili X3, cavabdehin nümayəndəsi X4 iştirakı ilə "İddiaçı" MMC-nin cavabdeh “X2 Company” MMC-yə qarşı pul tələbinə dair işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "İddiaçı" MMC Cavabdeh MMC-yə qarşı cavabdehdən iddiaçının xeyrinə 126135 manat əsas borcun, 113490 manat cərimənin, 5000 manat əldən çıxmış haqqının, 7.25 faizməbləğində hesablanmaqla 9145 manat məbləğində bank uçot dərəcəsinin və 31 manat dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə müraciət edərək, aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etmişlər. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası ilə təsdiqlənmiş xx xxxxxx 2020-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: Hazırda bir tərəfdən iddiaçı - "İddiaçı" MMC, digər tərəfdən cavabdeh - Cavabdeh Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə uyğun olaraq, qeyd olunan mübahisəni barışıq sazişi bağlamaq yolu ilə həll edilməsi barədə razılığa gələrək, aşağıdakı şərtlərlə Barışıq Sazişi (bundan sonra mətndə Saziş adlandırılacaq) imzalayırlar:

1. Tərəflər qəbul edirlər ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə cəmi borcu 126.135 (yüz iyirmi altı min yüz iyirmi beş ) manat təşkil edir.

2. Bu Sazişin imzalanması/təsdiq olunması ilə iddiaçı cavabdehə qarşı iddia tələbinin digər (cərimə-dəbbə pulu, əldən çıxmış fayda, bank uçot dərəcəsi vəs.) hissəsindən imtina edir.

3. Cavabdeh MMC bu Sazişin 1-ci bəndində qeyd edilmiş 126.135 (yüz iyirmi altı min yüz iyirmi beş ) manat cəmi borcunun 18.135 (on səkkiz min yüz otuz beş) manatını bu saziş imzalanan gün, yerdə qalan borcunu isə xx.xx.2020-ci tarixədək aşağıda göstərilən qaydada İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürür: Ödənişin son tarixi xx.xx.2020-ci il 12000 manat; Ödənişin son tarixi xx.xx.2021-ci il 12000 manat; ödənişin son tarixi xx.xx.2021-ci il 12000 manat, ödənişin son tarixi xx.xx.2021-ci il 12000 manat, ödənişin son tarixi xx.xx.2021-ci il 12000 manat, ödənişin son tarixi xx.xx.2021-ci il 12000 manat, ödənişin son tarixi xx.xx.2021-ci il 12000 manat, ödənişin son tarixi xx.xx.2021-ci il 12000 manat, ödənişin son tarixi xx.xx.2021-ci il 12000 manat, cəmi məbləğ (manat) 108,000.00

4. Bu saziş imzalandıqdan, 3-cü bəndində nəzərdə tutulan öhdəlikləri vaxtında icra etməzsə , yəni ki cədvəldə müəyyən edilmiş tarixlərdə hissəvi ödənişi həyata keçirməzsə və ya qismən icra edərsə, iddiaçı aylıq ödənişin icra edilməsi üçün müəyyən edilmiş tarixin (hər ayın sonuncu günü ) növbəti günü gecikdirilmiş borcun cavabdehdən tutulması üçün müvafiq icra sənədinin verilməsi məqsədi ilə məhkəməyə müraciət edəcəkdir.

5. Hər bir tərəf məhkəmə xərclərini və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclərini özü ödəyir.

6. Bu Saziş Azərbaycan dilində 3 (üç) nüsxədən ibarət şəkildə tərtib olunub. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən qüvvəyə minir. Nüsxələrdən biri iddiaçıda, biri cavabdehdə, biri isə müvafiq məhkəmədə qalır. Məhkəmə iclasında tərəflərin nümayəndələri ayrı-ayrılıqda bağlanmış barışıq sazişinin təsdiq edilməsini və işin icraatına xitam verilməsini xahiş etmişlər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. Həmçinin, qeyd edilən Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı MMC-nin cavabdeh “X2 Company” MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisə üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin: Bir tərəfdən iddiaçı - İddiaçı MMC, digər tərəfdən cavabdeh - Cavabdeh Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə uyğun olaraq, qeyd olunan mübahisəni barışıq sazişi bağlamaq yolu ilə həll edilməsi barədə razılığa gələrək, aşağıdakı şərtlərlə Barışıq Sazişi (bundan sonra mətndə Saziş adlandırılacaq) imzalayırlar:

1. Tərəflər qəbul edirlər ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə cəmi borcu 126.135 (yüz iyirmi altı min yüz iyirmi beş ) manat təşkil edir.

2. Bu Sazişin imzalanması/təsdiq olunması ilə iddiaçı cavabdehə qarşı iddia tələbinin digər (cərimə-dəbbə pulu, əldən çıxmış fayda, bank uçot dərəcəsi vəs.) hissəsindən imtina edir.

3. Cavabdeh MMC bu Sazişin 1-ci bəndində qeyd edilmiş 126.135 (yüz iyirmi altı min yüz iyirmi beş ) manat cəmi borcunun 18.135 (on səkkiz min yüz otuz beş) manatını bu saziş imzalanan gün, yerdə qalan borcunu isə xx.xx.2020-ci tarixədək aşağıda göstərilən qaydada İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürür: Ödənişin son tarixi xx.xx.2020-ci il 12000 manat; Ödənişin son tarixi xx.xx.2021-ci il 12000 manat; ödənişin son tarixi xx.xx.2021-ci il 12000 manat, ödənişin son tarixi xx.xx.2021-ci il 12000 manat, ödənişin son tarixi xx.xx.2021-ci il 12000 manat, ödənişin son tarixi xx.xx.2021-ci il 12000 manat, ödənişin son tarixi xx.xx.2021-ci il 12000 manat, ödənişin son tarixi xx.xx.2021-ci il 12000 manat, ödənişin son tarixi xx.xx.2021-ci il 12000 manat, cəmi məbləğ (manat) 108,000.00

4. Bu saziş imzalandıqdan, 3-cü bəndində nəzərdə tutulan öhdəlikləri vaxtında icra etməzsə , yəni ki cədvəldə müəyyən edilmiş tarixlərdə hissəvi ödənişi həyata keçirməzsə və ya qismən icra edərsə, iddiaçı aylıq ödənişin icra edilməsi üçün müəyyən edilmiş tarixin (hər ayın sonuncu günü ) növbəti günü gecikdirilmiş borcun cavabdehdən tutulması üçün müvafiq icra sənədinin verilməsi məqsədi ilə məhkəməyə müraciət edəcəkdir.

6. Hər bir tərəf məhkəmə xərclərini və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclərini özü ödəyir.

6. Bu Saziş Azərbaycan dilində 3 (üç) nüsxədən ibarət şəkildə tərtib olunub. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən qüvvəyə minir. Nüsxələrdən biri iddiaçıda, biri cavabdehdə, biri isə müvafiq məhkəmədə qalır. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar