Məhkəmə qərarları › İş №e-2-2(113)-22/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-22/2025

05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-22/2025 05.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh-yə qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (İddiaçı MMC) Cavabdeh-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh-dan 1*2394 (yüz iki min üç yüz doxsan dörd) ABŞ dolları əsas borc və ilkin mediasiya sessiyasının keçirilməsi üçün 4** (dörd yüz) manat məbləğində mediasiyaya dair xərci və 7* (yetmiş) manat məhkəmə rüsumunun İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh (bundan sonra” tərəflər) arasında bağlanmış 24 fevral 2*22-cu il tarixli, FTL\2*21*4 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh-nin İddiaçı MMC-yə 1*2394 ABŞ dolları (yüz iki min üç yüz doğsan dörd) borcu yaranmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən malların alqı-satqısı alıcı tərəfindən verilən sifariş əsasında həyata keçirilir. Alıcı satıcının istehsal etdiyi mallarla istehsal yerində (malların tərkibi, çəkisi, keyfiyyəti, qablaşdırılacaq materiallar ilə) tanış olaraq sifariş edir. Alıcı qablaşdırmanın dizayınını və formasını satıcıya sifariş edir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən satıcı və alıcı bu müqavilənin tərkib hissəsi olan malların sayı, çəkisi, forması, tərkibi və qiyməti barədə əlavə razılaşmasını təstiq etdikdən sonra satıcı istehsala başlayır. Həmin müqavilənin 2.3cü bəndinə əsasən alıcı əlavə razılaşmanı təsdiqlədikdən sonra satıcı 3* gün ərzində razılaşdırılmış malları alıcıya təhvil verir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən mallar istehsalçının (satıcının) ünvanında təhvil verilir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi tərəflərin razılaşması ilə ABŞ dolları təşkil edəcəkdir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən alıcı müqavilənin dəyərinin məhsulları təhvil aldıqdan sonrakı 3* iş günü ərzində ödəyir. Həmin müqavilənin 9.2-ci bəndinə əsasən hazırkı müqavilə üzrə mübahisələr tərəflərin öz aralarında, pretenziya irəli sürülməsi qaydası ilə həll edilir. Həmin müqavilənin 9.3-cü bəndinə əsasən tərəflər arasında yaranmış mübahisələr 9.2-ci maddədə göstərilən qaydada həll edilmədikdə, mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin normaları ilə tənzimlənəcək və mübahisələrə satıcının olduğu yer üzrə Azərbaycan Respublikasının müvafiq məhkəmələrində baxılacaq. Tərəflər arasında bağlanmış 24 fevral 2*22-cu il tarixli, FTL\2*21*4 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya 26 aprel 2*22-ci tarixli, **1 saylı invoice ilə 34394 ABŞ dolları dəyərində mal vermiş, bu məbləğ tərəflərin səlahiyyətli nümayəndələrinin imzası və müəssisələrin möhürü ilə təsdiq edilən 24 fevral 2*22-ci il tarixli üzləşmə aktında əks olunmuşdur. 26 aprel 2*22-ci tarixli, **2 saylı invoice ilə alıcıya 68*** ABŞ dolları dəyərində mal verilmiş, bu məbləğ tərəflərin səlahiyyətli nümayəndələrinin imzası və müəssisələrin möhürü ilə təsdiq edilən 24 fevral 2*22-ci il tarixli üzləşmə aktında əks olunmuşdur. Ümumi olaraq 1*2394 (yüz iki min üç yüz doğsan dörd) ABŞ dolları dəyərində alıcıya mal verilmiş, ancaq alıcı tərəfindən indiyədək ödəniş edilməmişdir. Borcun ödənilməsinə dair cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmiş, hətta *6 fevral 2*23-cü il tarixli pretenziya məktubu göndərilmiş və 22 fevral 2*23cü il tarixdə cavabdeh qəbul etmişdir. 17 mart 2*23-ci il tarixli, MŞB/2-*2357 saylı mediasiya arayışından görünür ki, cavabdeh mediasiya prosesinə gəlməmiş, əlavə olaraq 27 mart 2*23-ci il tarixli iddia ərizəsi göndərilmiş və qarşı tərəf poçt qəbzinə əsasən *3 aprel 2*23-cü il tarixdə qəbul etmişdir. Lakin buna baxmayaraq, cavabdeh müqavilə üzrə ödənilməli olan borcu ödəməmişdir. Qeyd edilənlərə əsasən hesab edilir ki, iddia tam təmin edilməli, Cavabdeh-dən 1*2394 (yüz iki min üç yüz doxsan dörd) ABŞ dolları əsas borc və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 4** (dörd yüz) manat məbləğində mediasiya xərci və 7* manat məhkəmə rüsumu İddiaçı MMC-yə ödənilməlidir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 425.1, 443.1, 445.1, 445.7, 448.1, 6**.1, 1*96.1, 1*96.2, 1*97.1, 1115-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmamışdır.

5. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərzində qeyd edilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh arasında 24 fevral 2*22-ci il tarixli, FTL/2*21*4 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin predmetini müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşmalarda adı, sayı, dəyəri və ümumi qiyməti müəyyən edilən malların alıcıya satılması və alıcı tərəfindən isə həmin malların dəyərinin satıcıya ödənilməsi təşkil edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, müqavilənin şərtləri və məbləği dəyişməz qalır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən malların alqı-satqısı alıcı tərəfindən verilən sifariş əsasında həyata keçirilir. Alıcı satıcının istehsal etdiyi mallarla istehsal yerində tanış olaraq sifariş edir, alıcı qablaşdırılmanın dizaynını və formasını satıcıya sifariş edir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən alıcı əlavə razılaşmanı təsdiqlədikdən sonra satıcı 3* gün ərzində razılaşdırılmış malları alıcıya təhvil verir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən mallar istehsalçının (satıcının) ünvanında təhvil verilir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən alıcının malları istehsal yerindən təhvil almaq və müqavilədə nəzərdə tutulan qaydada müqavilə dəyərini razılaşdırılmış şərtlərlə vaxtında ödəmək vəzifəsi vardır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi tərəflərin razılaşması ilə razılaşma protokolunda qeyd ediləcəkdir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən alıcı müqavilə dəyərinin 5*%-ni müqavilə bağlandığı vaxt, qalan 5*%-ni isə məhsulları təhvil aldıqdan sonrakı 3* iş günü ərzində ödəyir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən hazırkı müqavilə üzrə hesablaşmalar qanunvericiliklə müəyyən edilmiş qaydada nağd və ya bank hesabına köçürmə yolu ilə hayata keçirilir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən tərəflər müqavilədən yaranan öhdəliklərin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün müqavilə üzrə və qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Həmin müqavilənin 9.2-ci bəndinə əsasən hazırkı müqavilə üzrə mübahisələr tərəflərin öz aralarında, pretenziya irəli sürülməsi qaydası ilə həll edilir. Həmin müqavilənin 9.3-cü bəndinə əsasən tərəflər arasında yaranmış mübahisələr 9.2-ci maddədə göstərilən qaydada həll edilmədikdə, mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin normaları ilə tənzimlənəcək və mübahisələrə satıcının olduğu yer üzrə Azərbaycan Respublikasının müvafiq məhkəmələrində baxılacaq. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

8. 24.*2.2*22-ci il tarixli, FTL/25*122 nömrəli razılaçmanın məzmunundan müəyyən olunur ki, sifarişçinin tələb etdiyi bütün spesifikasiyalar istehsalçıya öncədən bildirilmişdir. Qutular, tərkiblər, xammal materialları, xammallar, dizaynlar, qutu üst yazıları, filtr kağız materialları və ölçüləri və etiketlər materiallar alıcı tərəfindən təsdiqlənir. İstehsal bitdikdən sonra və ya məhsullar alıcının ünvanına çatdıqdan sonra heç bir irad və ya təklif istehsalçıya bildirilə və ya təzminat, qüsur bildirilməyəcək, yenidən hər hansı məhsul istehsalı tələb edilə bilməz. Bütün iradlar istehsal sahəsində müəyyən edilir və öncədən bildirilir. Şərhlər və iradlar alıcının ünvanında təyin edilməyəcəkdir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. İddiaçı MMC tərəfindən tərtib edilmiş 24.*2.2*22-ci il tarixli, FTL/2*21**4 nömrəli alqısatqı müqaviləsinə dair *2.*3.2*22-ci il tarixli, FTL/25*122 nömrəli razılaşma aktının məzmunundan müəyyən olunur ki, sifarişçinin tələb etdiyi bütün spesifikasiyalar istehsalçıya öncədən bildirilmişdir. Qutular, tərkiblər, xammal materialları, xammallar, dizaynlar, qutu üst yazıları, filtr kağız materialları və ölçüləri və etiketlər materiallar alıcı tərəfindən təsdiqlənir. 15.*3.2*22-ci il tarixində “Licoful 5* ml” məhsulunun qutusunda, etiketində, içlik vərəqəsində olmadığı təqdirdə, müştəri tərəfindən məhlulun qatılığının artırılması məqsədilə, tərkibindəki 2*** mg\licorice root extraktının miqdarını 2 dəfədən çox artırıldı, bu halda köməkçi maddələr və digər inqradiyentlərdə dəyişdirildi. Bu halda icraçı təklif etdi ki, bu resepti dəyişdirilərsə, məhsulun göndəriləcəyi ölkənin səhiyyə qurumlarına və ya məhsulun nəzarəti aparacaq orqanlara xəbərdarlıq edilməli və ya icazəsi alınmalıdır. İstehsal prosesi *2.*3.2*22-ci il tarixindən davam edir. Əgər istehsal dayandırılarsa, məhsulların istehsalı üçün bütün xərclər, müştəri (Cavabdeh) tərəfindən ödəniləcəkdir. Razılaşma tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. 1*. İddiaçı MMC tərəfindən tərtib edilmiş 24.*2.2*22-ci il tarixli, FTL/2*21**4 nömrəli alqısatqı müqaviləsinə dair 28.*3.2*22-ci il tarixli, FTL/25*128 nömrəli razılaşma aktının məzmunundan müəyyən olunur ki, sifarişçinin tələb etdiyi bütün spesifikasiyalar istehsalçıya öncədən bildirilmişdir. Qutular, tərkiblər, xammal materialları, xammallar, dizaynlar, qutu üst yazıları, filtr kağız materialları və ölçüləri və etiketlər materiallar alıcı tərəfindən təsdiqlənir. 28.*3.2*22-ci il tarixində “Licoful 5* ml” adlı məhsul istehsalı dayandırılmış və tərkibində qatılığın artırılması ilə bağlı alıcı tərəfindən məhsulunun tərkibində dəyişiklik edildiyindən 515** ədəd məhsulun qapağı açılaraq yenidən istehsala verilmişdir. Bu halda hər bir məhsulun işçilik, xammal, qablaşdırma materiallarından qapaq və s. xərclər yaranmışdır. 515** ədəd məhsul üçün hesablanılmış xərclərin cəmi 2369* manat etmişdir ki, bu da alıcı tərəfindən ödəniləcəkdir. Alıcı öz imzası ilə təsdiq edir ki, bu vəsaiti nağd və ya köçürmə yolu ilə İddiaçı MMC-yə məhsullar təhvil alındığı zaman ödəyəcəkdir. Qeyd edilmişdir ki, gələcəkdə hər hansı problemlər yaranarsa, Azərbaycan və digər məhsul göndəriləcək ölkə qanunları qarşısında Cavabdeh məsuliyyət daşıyır. Razılaşma tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

11. 24.*2.2*22-ci il tarixli, 1 nömrəli əlavənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh müqavilə üzrə ümumi dəyəri 34395,6 ABŞ dolları olan malın alqısatqısı barədə razılığa gəlmişlər. Əlavədə qeyd edilmişdir ki, məhsulun 1**% dəyəri məhsul fabrikdən çıxdıqdan 3* iş günü sonra ödəniləcək, əks halda Azərbaycan məhkəmələri ödəniş tələb edəcək. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

12. 24.*2.2*22-ci il tarixli, 2 nömrəli əlavənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh müqavilə üzrə ümumi dəyəri 68*** ABŞ dolları olan malın alqı-satqısı barədə razılığa gəlmişlər. Əlavədə qeyd edilmişdir ki, məhsulun 1**% dəyəri məhsul fabrikdən çıxdıqdan 3* iş günü sonra ödəniləcək, əks halda Azərbaycan məhkəmələri ödəniş tələb edəcək. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

13. İddiaçı MMC tərəfindən tərtib edilmiş 26.*4.2*22-ci il tarixli, **1 nömrəli fakturadan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh-yə satılmış çay məhsulunun ümumi dəyəri 34394 ABŞ dollarıdır.

14. İddiaçı MMC tərəfindən tərtib edilmiş 26.*4.2*22-ci il tarixli, **2 nömrəli fakturadan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh-yə satılmış biyan kökü ekstraktı məhsulunun ümumi dəyəri 68*** ABŞ dollarıdır.

15. 19.*5.2*22-ci il tarixli, ********** nömrəli gömrük bəyannaməsindən müəyyən olur ki, İddiaçı MMC tərəfindən Cavabdeh-yə ümumi dəyəri 34395,6 ABŞ dolları olan 1969,5 kq mal göndərilmişdir.

16. 25.*5.2*22-ci il tarixli, ********** nömrəli gömrük bəyannaməsindən müəyyən olur ki, İddiaçı MMC tərəfindən Cavabdeh-yə ümumi dəyəri 68*** ABŞ dolları olan 425* kq mal göndərilmişdir.

17. İddiaçı MMC tərəfindən Cavabdeh-yə göndərilmiş *6.*2.2*23-cü il tarixli pretenziya məktubunun məzmunundan müəyyən olunur ki, müqavilə üzrə yaranmış 1*2394 ABŞ dolları borcun 1* (on) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir (Pretenziyanın çatdırılmasına dair poçt sənədi əlavə olunmuşdur). Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

19. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. 2*. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 1*7-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi

21. Əvvəla, qeyd olunur ki, tərəflərdən biri-cavabdeh xarici hüquqi şəxsdir və X1 təsis olunmuşdur. Hazırkı məhkəmə tərəflər arasında bağlanmış mübahisəyə baxmaqda səlahiyyətli olmuşdur. Belə ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 9.2-ci bəndinə əsasən hazırkı müqavilə üzrə mübahisələr tərəflərin öz aralarında, pretenziya irəli sürülməsi qaydası ilə həll edilir. 9.3-cü bəndə əsasən tərəflər arasında yaranmış mübahisələr 9.2-ci bənddə göstərilən qaydada həll edilmədikdə, mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin normaları ilə tənzimlənəcək və mübahisələrə satıcının olduğu yer üzrə Azərbaycan Respublikasının müvafiq məhkəmələrində baxılacaq.

22. Tərəflər arasında mübahisə pretenziya qaydasında həll edilə bilmədiyindən hazırkı mübahisəyə müqavilə şərtlərinə müvafiq olaraq hazırkı məhkəmədə baxılmış və mübahisəyə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyik normaları tətbiq olunmuşdur.

23. İşin faktiki hallarından müəyyən edilir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqaviləyə əsasən müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşmalarda adı, sayı, dəyəri və ümumi qiyməti müəyyən edilən mallar alıcıya satılır və alıcı tərəfindən həmin malların dəyəri satıcıya ödənilir. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi icra edib, malları alıcıya təhvil versə də, cavabdeh qəbul etdiyi malın dəyərini iddiaçıya ödəmək barədə öhdəliyini icra etməmişdir. Həmin hal işdə olan sübutlarla öz təsdiqini tapır.

24. İddia tələbini cavabdehdən 24 fevral 2*22-cu il tarixli, FTL\2*21*4 saylı alqı-satqı müqaviləsinə əsasən 1*2394 ABŞ dolları borcun tutulması təşkil edir.

25. Məhkəmə qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, cavabdehin qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, belə olan halda isə iddiaçının həmin məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və Cavabdeh-dən 1*2394 (yüz iki min üç yüz doxsan dörd) ABŞ dolları pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Həmin borcun mövcudluğu işdə olan sübutlarla (müqavilə, müqaviləyə əlavələr, razılaşma aktları, fakturalar, gömrük sənədlər) öz təsdiqini tapır. Belə ki, müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh-yə ümumi dəyəri 68***+34395,6=1*2395,6 ABŞ dolları biyan kökü ekstraktı məhsulu və çay məhsulu təhvil verilmiş, lakin həmin dəyərdə məhsulun ödənilməsini təsdiq edən sübutlar təqdim edilməmişdir.

26. Eləcə də, qeyd edilməlidir ki, cavabdehin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş, cavabdeh tərəfindən iddiaya münasibət bildirilməmişdir. Cavabdehə iddia ərizəsi və pretenziyanın çatdırılmasına, eləcə də ilkin məhkəmə hazırlıq iclası barədə bildirişin çatdırılmasına dair sübut məhkəməyə təqdim edilmiş, lakin sonradan bildiriş göndərilsə də, çatdırılmasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçının nümayəndəsi bildirmişdir ki, əvvəllər cavabdehin nümayəndəsi ilə əlaqə saxlamaq mümkün olsa da, hazırda əlaqə saxlamaq mümkün deyil, eləcə də poçtla göndərilən sənədləri almaqdan imtina edir.

27. Eləcə də, məhkəmə tərəfindən 21.*7.2*23-cü il tarixli, e-2-2(113)-2429/2*23 saylı qərardadla iş üzrə Cavabdeh-yə iddia ərizəsi və məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişinin təqdim edilməsi barədə məhkəmə tapşırığı X2 aidiyyəti məhkəməsinə göndərilmiş, lakin tapşırığın icrası təmin olunmamışdır. Azərbaycan Respublikasının X1ki səfirliyindən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinə daxil olmuş məktubda deyilir ki, Bakı Kommersiya Məhkəməsi tərəfindən verilmiş məhkəmə tarşırığına aid sənədlər X2 səlahiyyətli qurumları tərəfindən heç bır zəruri tədbırlər görülmədən 14.*8.2*24-cu il tarixli notası ilə geri qaytarılmışdır.

28. Eləcə də, iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 4** manat mediasiya xərci və 7* manat məhkəmə rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

29. Məhkəmə hesab edir ki, ödənilmiş mediasiya və dövlət rüsumunun əvəzi olaraq 464,*7 manat (dörd yüz altmış dörd manat yeddi qəpik) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 3*. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 233, 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh-dan 1*2394 (yüz iki min üç yüz doxsan dörd) ABŞ dolları məbləğində pul vəsaiti, ödənilmiş mediasiya və dövlət rüsumunun əvəzi olaraq 464,*7 manat (dörd yüz altmış dörd manat yeddi qəpik) tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar