Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-220/2021 05.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi, İddiaçı nümayəndəsi, vəkil X3 və cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankına və Əmanətlərin Sığortalanması Fonduna qarşı pul vəsaitinin hesabdan köçürülməsi və cərimənin ödənilməsi tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 59520 ABŞ dolları məbləğində pul vəsaitinin “xxxx” ASC-nin hesabından Rusiya Federasiyasının “xxxx” Şirkətinin bank hesabına köçürülməsinin cavabdehlər tərəfindən təmin edilməsi, pul vəsaitinin köçürülməsi tapşırığının verildiyi xx.xx.2020-ci il tarixindən köçürmə əməliyyatı tam başa çatdığı tarixə qədər hər gün üçün 59520 ABŞ dolları məbləğində vəsaitin 0,01%-i miqdarında cərimənin cavabdehlərdən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ilə Rusiya Federasiyasının “xxxx” Şirkəti arasında ümumi dəyəri ******* ABŞ dolları məbləğində olan 3,4-cü sinif buğdanın ölkəyə idxal olunması məqsədilə xx.xx.2019-cu il tarixində P07/2019 nömrəli müqavilə bağlanmışdır. Qeyd edilən müqavilə və ona xx.xx.2020-ci il tarixdə edilmiş 2№-li Əlavə Razılaşmaya əsasən 4-cü sinif 525 ton, bir tonun dəyəri 195 ABŞ dolları olmaqla, ümumi dəyəri 102375 ABŞ dolları təşkil edən buğda ölkəyə idxal olunmuşdur. Razılaşmada pul vəsaitinin ödənilməsi müddəti xx.xx.2020-ci ilə qədər müəyyən edilmiş və eyni zamanda ödəmənin tam və ya qismən əvvəlcədən aparılmasının mümkünlüyü də qeyd edilmişdir. Bununla bağlı Rusiya Federasiyasının “ xxxx” Şirkəti xx xxxxx 2020-ci il tarixli 6 nömrəli ödəmə fakturası təqdim etmişdir. Müqavilənin 7.2-ci bəndinə əsasənçatdırılan malların ödənişi gecikdirildiyi təqdirdə, alıcı satıcıya gecikdirilən hər gün üçün ödənilməmiş malın dəyərinin 0,01% -i miqdarında cərimənin ödənilməsi öhdəliyini qəbul etmişdir. İddiaçı idxal olunan buğda məhsulunun dəyərinin bir hissəsinin Rusiya Federasiyasının “ xxxx” Şirkətinə ödəməsini həyata keçirmək üçün “xxxx” Açıq Səhmdar Cəmiyyətində olan cari USD hesabından 59520 ABŞ dolları məbləğində vəsaitin köçürülməsinə dair xx xxxxx 2020-ci il tarixində ödəniş tapşırığı vermiş və tapşırıq həmin tarixdə “xxxx” ASC-nin “Çıraq” şöbəsi tərəfindən icraya qəbul edilmiş və ştampla təsdiq edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə heyətinin xx xxxxx 2020-ci il tarixli qərarları ilə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 57.1-ci və 57.3-cü maddələrinə əsasən “xxxx” ASC, “xxxx” ASC, “xxxx” ASC və “xxxx” ASC-yə müvəqqəti inzibatçılar təyin olunmuş, bu bankların idarə olunması üzrə bütün səlahiyyətlər, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətləri müvəqqəti inzibatçıya keçmişdir. Tərəflərindən “xxxx” ASC ilə dəfələrlə köçürmə barədə əlaqə saxlanılmış və 59520 ABŞ dolları məbləğində vəsaitin köçürülməsi barədə məlumat verərək bildirilmişdir ki, vəsait Mərkəzi Bank tərəfindən saxlanılmışdır. Bu məsələlərə aydınlıq gətirilməsi və pulun köçürülməsinə köməklik üçün İddiaçı xx.xx.2020-ci il tarixində rəsmi qaydada Azərbaycan Respublikası Mərkəzi Bankına, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına və “xxxx” ASC-yə müraciət etmişdir. Bundan başqa Əmanətlətin Sığortalanması Fondunun (ADİF) Himayəçilik şurasının sədri, Mərkəzi Bankın baş direktoru Toğrul Əliyevə xx.xx.2020-ci il tarixində müraciət edilərək “xxxx” ASC-dən xx.xx.2020-ci il tarixində Rusiya Federasiyasının “xxxx” Şirkətinə köçürülən 59520 ABŞ dolları məbləğində vəsaitin çatdırılmasının təmin edilməsi istiqamətində müvafiq köməkliyin göstərilməsi xahiş edilmişdir. Bununla yanaşı Rusiya Federasiyasının “xxxx” Şirkəti İddiaçınə xx xxx 2020- ci il tarixində məktub ünvanlayaraq, 59520 ABŞ dolları pul vəsaitinin onların transit hesabına daxil olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən xx.xx.2020-ci il tarixindən etibarən “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 16.1.6, 16.1.7-ci və 16.1.9-cu maddələrinə əsasən “xxxx” ASC-nin lisenziyası ləğv edilmiş və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunmuşdur. Qeyd edilənlərdən göründüyü kimi, İddiaçı cari USD hesabından xx.xx.2020-ci il tarixində 59520 ABŞ dolları pul vəsaitinin köçürülməsinə sərəncam verilən anda cavabdeh “xxxx” ASC tam fəaliyyətdə olmuşdur. Cavabdeh “xxxx” ASC-nin fəaliyyət göstərməsi üçün verilmiş bank lisenziyasının xx.xx.2020-ci il tarixindən ləğv edildiyi üçün bu tarixə qədər aparılan bank əməliyyatları tam qanuni hesab edilməlidir. Belə ki, cavabdeh “xxxx” ASCnin idarə olunması üzrə idarəetmə orqanlarının bütün səlahiyyətləri, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətləri qüvvədə olmuşdur. Bu səlahiyyətlər xx.xx.2020-ci il tarixində cavabdeh Mərkəzi Bank tərəfindən təyin olunan müvəqqəti inzibatçıya keçmiş və bununla belə Bankın lisenziyasına uyğun fəaliyyəti xx.xx.2020-ci il tarixinə qədər qüvvədə olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi, vəkil X5 iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, hazırki iddia tələbi kreditor tələbi olduğundan iddiaçı tələbinin qeydiyyata alınması üçün bankın ləğvetmə proseduruna nəzarət edən apelyasiya instansiyası məhkəməsinə müraciət etməlidir. Bu səbəbdən tələbin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəməyə ərizə ilə müraciət edərək, qeyd etmişdir ki, “xxxx” ASC Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 3(103)-132/2020 nömrəli qərarı ilə müflis elan edilmiş və “Banklar haqqında” Qanunun tələblərinə görə banka qarşı bütün tələblər yalnız həmin qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür və buna görə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarına əsasən, bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməlidir. “Banklar haqqında” Qanunun 72.1.2. və 72.1.3-cü maddələrinə əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan banka qarşı məhkəmə icraat prosesində olan bütün iddialar dayandırılır və bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2017-ci il tarixli Qərarına əsasən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. “xxxx” ASC xx.xx.2020-ci il tarixli, 2-3(103)-132/2020 nömrəli qərarı ilə müflis elan edilmiş və “Banklar haqqında” Qanunun tələblərinə görə banka qarşı bütün tələblər yalnız həmin qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür və buna görə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarına əsasən, bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməlidir. Sözügedən qərara əsasən ləğv prosesində olan banklara qarşı tələblər irəli sürüldüyü təqdirdə iş üzrə icraata Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən xitam verilməlidir, yəni, “xxxx” ASC-yə (ləğv prosesində) qarşı birinci instansiya məhkəməsində kreditor tələblə bağlı iddialara baxıla bilməz. Ancaq, İddiaçı hazırki tələbi Azərbaycan Respublikasının Mərkəzi Bankı və Əmanətlərin Sığortalanması Fonduna qarşı irəli sürdüyünə görə birinci instansiya məhkəməsində məhz sözügedən cavabdehlərə qarşı kreditor tələbi ilə bağlı iddialara baxıla bilər, lakin, İddiaçı tələbini əsl cavabdeh olan “xxxx” ASC-yə (ləğv prosesində) qarşı deyil, hazırki tələbə cavab verməli olmayan Azərbaycan Respublikasının Mərkəzi Bankı və Əmanətlərin Sığortalanması Fonduna qarşı irəli sürmüşdür. Belə olan təqdirdə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankına və Əmanətlərin Sığortalanması Fonduna qarşı 59520 ABŞ dolları məbləğində pul vəsaitinin Rusiya Federasiyasının “xxxx” Şirkətinin bank hesabına köçürülməsinin cavabdehlər tərəfindən təmin edilməsi, pul vəsaitinin köçürülməsi tapşırığının verildiyi xx.xx.2020-ci il tarixindən köçürmə əməliyyatı tam başa çatdığı tarixə qədər hər gün üçün 59520 ABŞ dolları məbləğində vəsaitin 0,01%-i miqdarında cərimənin cavabdehlərdən tutularaq İddiaçınə ödənilməsi tələbi barədə iddiası əsassız olduğuna görə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankına və Əmanətlərin Sığortalanması Fonduna qarşı 59520 ABŞ dolları məbləğində pul vəsaitinin Rusiya Federasiyasının “xxxx” Şirkətinin bank hesabına köçürülməsinin cavabdehlər tərəfindən təmin edilməsi, pul vəsaitinin köçürülməsi tapşırığının verildiyi xx.xx.2020-ci il tarixindən köçürmə əməliyyatı tam başa çatdığı tarixə qədər hər gün üçün 59520 ABŞ dolları məbləğində vəsaitin 0,01%-i miqdarında cərimənin cavabdehlərdən tutularaq İddiaçınə ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-220/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-220/2021
05.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver