Məhkəmə qərarları › İş №e-2-2(113)-2201/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2201/2021

09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2201/2021 09.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçıxxxx“X1 Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialına qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçıxxxx“X1 Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Azərbaycan Respublikasındakı Filialından 30.810 manat məbləğində əsas borcun, 13.190 manat məbləğində cərimədəbbə pulunun, 5.000 manat əldən çıxmış fayda haqqının, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 1.027 manat və 30 manat məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçıxxxxCavabdeh Azərbaycan Respublikasındakı Filialı arasında 11.05.2020-ci il tarixli, “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” 25/20 №li müqavilə bağlanmışdır. Müqaviləyə əsasən icraçı İddiaçıxxxxCavabdeh Azərbaycan Respublikasındakı Filialının sifarişi əsasında ona məxsus yükləri daşımaqla xidmətlər göstərməyi, sifarişçi isə bunun müqabilində icraçıya bu müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyə öhdəsinə götürür. Lakin İddiaçı MMC öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq xidmətləri göstərsə də, Cavabdeh Azərbaycan Respublikasındakı Filialı üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək xidmət müqabilində verilməli olan xidmət haqqını ödəməkdən boyun qaçırır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimicavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Ümumilikdə, 30.810 manat məbləğində borcu cavabdeh tərəfindən ödənilməmişdir. Belə ki, borc məbləği iddia ərizəsinə əlavə edilmiş, tərəflər arasında tərtib edilmiş göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında 016167, 016952, 017319, 017696, 018311, 019191 nömrəli aktlarla və AR İnternet Vergi İdarəsindən çıxarılmış elektron qaimələrlə də təsdiq edilir. Əlavə olaraq müqavilənin 3.2.4-cü bəndinə əsasən Sifarişçi tərəfindən ödənişdə gecikmə olarsa, hər gecikən gün üçün ümumi dəyərin 0,2 (sıfır onda iki) % əlavə hesablanacaq. Müqavilənin həmin bəndinə əsasən manat 13190 (on üç min yüz doxsan) cərimə hesablanmışdır. Lakin bundan sonra dəfələrlə cavabdehdən borc məbləğini tələb etməyimizə baxmayaraq bugünədək qeyd edilən pul şirkətə ödənilməmişdir. Həmçinin, bugünədək cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək şirkətə məxsus 30810 (otuz min səkkiz min on) manat məbləğində pulu özündə saxlamış və ondan faydalanmışdır. Təbii ki, qeyd edilən vəsait şirkətdə qalsa idi, bu vəsaitdən xeyli miqdarda gəlir əldə edilə bilərdi. Cavabdehin bu cür qanunsuz hərəkətləri nəticəsində şirkət 5000 (beş min) manat məbləğində gəlirindən məhrum olmuşdur. Eyni zamanda iddiaçı iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçıxxxxCavabdeh Azərbaycan Respublikasındakı Filialına qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işin icraatı yekunlaşana qədər iddianı təmin etmək üçün tədbir kimi Azərbaycan Respublikasında mövcud olan bank və digər kredit təşkilatlarındakı Cavabdeh Azərbaycan Respublikasındakı Filialına məxsus hesablarda olan pul vəsaitləri üzərinə iddia tələbi həcmində həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 15.04.2021-ci il tarixli, e-2-2(113)-2201/2021 saylı qərardadı ilə ərizə qismən təmin edilmiş, Cavabdeh Azərbaycan Respublikasındakı Filialının “xxxx” ASC-də yerləşən, İBAN-H\H-AZ58TCZB********************; VÖEN- **********; M\H-AZ42NABZ********************; Bank Kodu-512372 olan bank hesabında və digər bank hesablarında olan pul vəsaitlərinin üzərinə işçilərin əmək haqlarının, eləcə də dövlət büdcəsinə zəruri ödənişlərin (vergi, sosial və s.) verilməsinə məhdudiyyət qoyulmadan iddia tələbində göstərilmiş əsas borc - 30.810 (otuz min səkkiz yüz on) manat həcmində həbs qoyulmuşdur, qalan hissədə ərizə təmin edilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -İddiaçı MMC (icraçı) ilə “X1 Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı (sifarişçi) arasında 11 may 2020-ci il tarixdə 25/20 saylı “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən icraçı sifarişçinin sifarişinə əsasən bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-də göstərilən yükləri (avadanlıqları) avtomobil nəqliyyatı ilə daşımaqla yükdaşıma xidmətləri göstərməyi, sifarişçi isə göstərilmiş daşıma xidmətinin qəbulunu təmin etməyi və dəyərini iraçıya ödənilməsini öhdəsinə götürür. 2.1-ci bəndinə görə icraçı bu müqavilədə göstərilməsi nəzərdə tutulmuş xidmətlər daxilində hər bir daşımanı sifarişçinin səlahiyyətli nümayəndəsinin yazılı və şifahi sifarişi əsasında həyata keçirir. 3.1.1-ci bəndinə əsasən icraçı göstərdiyi xidmətləri müqavilədə nəzərdə tutulmuş formada və müddətdə yerinə yetirir, onların lazımi səviyyədə və keyfiyyətdə olmasını təmin edir. 3.2.2-ci bəndinə görə sifarişçi icraçı tərəfindən göstərilmiş xidmətlərin dəyərinin gecikdirmədən ona ödənilməsini təmin etməlidir. 3.2.4-cü bəndinə əsasən sifarişçi tərəfindən ödəmədə gecikmə olarsa, hər gecikən gün üçün müqavilənin ümumi dəyərinin 0,2 % cərimə ödəyir. 4.2-ci bəndinə görə sifarişçi əvvəlcədən depozit ödənişi həyata keçirir. Göstəriləcək xidmətlərin dəyəri depozit məbləğindən artıq olduğu təqdirdə əlavə ödəniş 5 (beş) iş günü ərzində sifarişçi tərəfindən icraçıya ödənilir. Müqavilə tərəflərin möhürü və imzası ilə təsdiq edilmişdir. “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” 11 may 2020-ci il tarixli, 25/20 saylı müqaviləyə 1 saylı əlavədə qiymət cədvəli göstərilmişdir. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. “Göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında” 07.09.2020-ci il tarixli, 016167 saylı aktdan görünür ki, İddiaçı MMC tərəfindən “X1 Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialına 8260 manat dəyərində xidmət göstərilmişdir. 08.09.2020-ci il tarixli, EBAP seriyalı, 691840 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə “X1 Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialına göndərilmişdir. “Göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında” 03.10.2020-ci il tarixli, 016952 saylı aktdan görünür ki, İddiaçı MMC tərəfindən “X1 Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialına 6330 manat dəyərində xidmət göstərilmişdir. 07.10.2020-ci il tarixli, EBAQ seriyalı, 927733 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə “X1 Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialına göndərilmişdir. “Göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında” 28.10.2020-ci il tarixli, 017319 saylı aktdan görünür ki, İddiaçı MMC tərəfindən “X1 Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialına 3580 manat dəyərində xidmət göstərilmişdir. 04.11.2020-ci il tarixli, EBAS seriyalı, 187941 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə “X1 Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialına göndərilmişdir. “Göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında” 03.11.2020-ci il tarixli, 017696 saylı aktdan görünür ki, İddiaçı MMC tərəfindən “X1 Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialına 3790 manat dəyərində xidmət göstərilmişdir. 03.11.2020-ci il tarixli, EBAS seriyalı, 097860 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə “X1 Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialına göndərilmişdir. “Göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında” 01.12.2020-ci il tarixli, 018311 saylı aktdan görünür ki, İddiaçı MMC tərəfindən “X1 Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialına 4860 manat dəyərində xidmət göstərilmişdir. 04.12.2020-ci il tarixli, EBAT seriyalı, 475239 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə “X1 Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialına göndərilmişdir. “Göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında” 01.01.2021-ci il tarixli, 019191 saylı aktdan görünür ki, İddiaçı MMC tərəfindən “X1 Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialına 4290 manat dəyərində xidmət göstərilmişdir. 08.01.2021-ci il tarixli, EBAV seriyalı, 888372 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə “X1 Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialına göndərilmişdir. - 14 aprel 2021-ci il tarixli, HM-09 saylı maliyyə arayışından görünür ki, “X1 Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının İddiaçı MMC-yə 14.04.2021-ci il tarixinə əsas borcu 30.810 manat, cərimə borcu 13.190 manat təşkil edir. -İddiaçıxxxx“X1 Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialına ünvanlanmış pretenziya məktubu ilə təsdiq edilir ki, cavabdehdən 31.570 manat məbləğində borcun 3 iş günü müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə və hüquq mühafizə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçıxxxx“X1 Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı arasında 11 may 2020-ci il tarixli “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı MMC həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək “X1 Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialına məxsus yükləri daşımaqla yükdaşıma xidmətləri göstərmiş, “X1 Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı göstərilmiş xidmətlərin haqqını tam şəkildə ödəməmiş, nəticədə İddiaçı MMC-yə 30.810 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Belə olan halda məhkəmə cavabdeh “X1 Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının tərəflər arasında bağlanmış müqaviləyə əsasən üzərinə götürdüyü yük daşınma xidmətinə görə haqqı ödəmək öhdəliyini yerinə yetirmədiyini, nəticədə İddiaçı MMC-yə 30.810 manat məbləğində borcunun yarandığını, İddiaçı MMCnin isə həmin borcun ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, həmin hissədə iddia təmin edilməli, cavabdehdən 30.810 manat məbləğində borc tutulmalıdır. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində öhdəliyin lazımi qaydada icra edilməməsinə görə 13.190 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göründüyü kimi cavabdeh tərəfindən öhdəliyin icrasının gecikdirilməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, tərəflər arasında bağlanmış müqavilədə isə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Bundan əlavə Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulunun tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 1500 manat məbləğində müəyyən edilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin gecikdirilmiş vaxt üçün illik 5% miqdarında 1027 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin: 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Hazırkı işdə cavabdeh “X1 Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının xidmət müqaviləsinə əsasən göstərilmiş xidmətin dəyərinin ödənilməsini gecikdirməsi iş materiallarına əsasən öz təsdiqini tapdığından İddiaçı MMC gecikdirilmiş məbləğə MM-in 445.7-ci maddəsinə əsasən faiz hesablanmasını tələb etməkdə haqlıdır. Tələb olunan faizin məbləğinə münasibətdə isə qeyd edilməlidir ki: Cavabdeh “X1 Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı 08.09.2020ci il tarixli EBAP seriyalı 691840 saylı qaimə üzrə 8260 manat pulun ödənilməsini 9 ay, 07.10.2020-ci il tarixli EBAQ seriyalı 927733 saylı qaimə üzrə 6330 manat pulun ödənilməsini 8 ay, 03.11.2020-ci il tarixli EBAS seriyalı 097860 saylı qaimə üzrə 3790 manat pulun ödənilməsini 7 ay, 04.11.2020-ci il tarixli EBAS seriyalı 187941 saylı qaimə üzrə 3580 manat pulun ödənilməsini 7 ay, 04.12.2020-ci il tarixli EBAT seriyalı 475239 saylı qaimə üzrə 4860 manat pulun ödənilməsini 6 ay və 08.01.2021-ci il tarixli EBAV seriyalı 888372 saylı qaimə üzrə 4290 manat pulun ödənilməsini 5 ay gecikdirdiyindən MM-in 445.7-ci maddəsinə əsasən faiz məbləğləri aşağıdakı qaydada hesablanmalıdır. 8260x5%/12ayx9 ay=309 manat, 6330 x5%/12ayx8 ay=211 manat, 3790x5%/12ayx7 ay=110 manat, 3580x5%/12ayx7 ay=104 manat, 4860x5%/12ayx6 ay=121 manat, 4290x5%/12ayx5 ay=107 manat, cəmi 962 manat. Həmçinin iş materiallarından görünür ki, iddiaçı 5000 manat məbləğində əldən çıxmış faydanın cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin: 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 443.4-cü maddəsinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Göstərilən müddəaların məzmunundan da göründüyü kimi əldən çıxmış fayda dedikdə zərərin əvəzinin ödənilməsini tələb edən şəxsin hüquqları pozulmadığı halda adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Əldən çıxmış faydanın tutulması barədə iddialara baxılarkən iddiaçı tərəfindən həmin faydanı əldə etmək üçün görülmüş tədbirlər və bu məqsədlə aparılmış hazırlıq işləri nəzərə alınmalıdır. İş materiallarından isə görünür ki, hazırkı işdə İddiaçı MMC adi mülki dövriyyə şəraitində gəlir əldə biləcəyini, bunun üçün tədbirlər görməsini və bu məqsədlə hazırlıq işləri aparmasını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, həmin hissədə iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 5 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 25 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “X1 Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialından 30.810 manat məbləğində əsas borc, 1500 manat məbləğində dəbbə pulu və 962 manat məbləğində faiz borcu, cəmi 33.272 manat məbləğində pul vəsaiti və dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar