Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2202/2024 29.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə tələbi (açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, qanunçuluq, legitim məqsəd, əmək müqaviləsinə tərəflərin iradəsindən asılı olmayaraq xitam verilməsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Xüsusi icraat üzrə tələbin mahiyyəti
1. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) Dövlət Sosial Müdafiə Fonduna olan 39,52 manat, İcbari Tibbi Sığorta Fonduna olan 6,27 manat, dövlət büdcəsinə olan 10418,58 manat məbləğində (o cümlədən vergilər üzrə 9728,75 manat, faizlər üzrə 689,83 manat), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) dövlət büdcəsinə olan 13571,5 manat məbləğində (o cümlədən vergilər üzrə 12640,29 manat, faizlər üzrə 931,21 manat), İcbari Tibbi Sığorta Fonduna olan 39,79 manat, İşsizlikdən Sığorta Fonduna olan 13,82 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 254,74 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) İşsizlikdən Sığorta Fonduna olan 7,53 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 66,31 manat, dövlət büdcəsinə olan 9578,97 manat məbləğində (o cümlədən vergilər üzrə 8972,26 manat, faizlər üzrə 606,71 manat), İcbari Tibbi Sığorta Fonduna olan 10,64 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) İcbari Tibbi Sığorta Fonduna olan 24,75 manat, dövlət büdcəsinə olan 4662,81 manat məbləğində (o cümlədən vergilər üzrə 4296,76 manat, faizlər üzrə 366,05 manat), İşsizlikdən Sığorta Fonduna olan 3,65 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 87,56 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) Dövlət Sosial Müdafiə Fonduna olan 149,19 manat, dövlət büdcəsinə olan 11012,32 manat məbləğində (o cümlədən vergilər üzrə 10257,26 manat, faizlər üzrə 755,06 manat), İşsizlikdən Sığorta Fonduna olan 7,96 manat, İcbari Tibbi Sığorta Fonduna olan 34,73 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 39,52 manat, İcbari Tibbi Sığorta Fonduna 6,27 manat, dövlət büdcəsinə 10418,58 manat məbləğində (o cümlədən vergilər üzrə 9728,75 manat, faizlər üzrə 689,83 manat), "xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 13571,5 manat məbləğində (o cümlədən vergilər üzrə 12640,29 manat, faizlər üzrə 931,21 manat), İcbari Tibbi Sığorta Fonduna 39,79 manat, İşsizlikdən Sığorta Fonduna 13,82 manat, Dövlət Sosial Müdafiə Fonduna 254,74 manat, "xxxx" MMC-nin (VÖEN: **********) İşsizlikdən Sığorta Fonduna 7,53 manat, Dövlət Sosial Müdafiə Fonduna 66,31 manat, dövlət büdcəsinə 9578,97 manat məbləğində (o cümlədən vergilər üzrə 8972.26 manat, faizlər üzrə 606,71 manat), İcbari Tibbi Sığorta Fonduna 10,64 manat, "xxxx" MMC-nin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 24,75 manat, dövlət büdcəsinə 4662,81 manat məbləğində (o cümlədən vergilər üzrə 4296,76 manat, faizlər üzrə 366,05 manat), İşsizlikdən Sığorta Fonduna 3,65 manat, Dövlət Sosial Müdafiə Fonduna 87,56 manat, "xxxx" MMC-nin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 149,19 manat, dövlət büdcəsinə 11012,32 manat məbləğində (o cümlədən vergilər üzrə 10257.26 manat, faizlər üzrə 755,06 manat), İşsizlikdən Sığorta Fonduna 7,96 manat, İcbari Tibbi Sığorta Fonduna 34,73 manat olmaqla, ümumilikdə 49990,64 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fondlara ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********766100, xx.xx.2023-cü il tarixli **********899200, xx.xx.2023-cü il tarixli **********757700, xx.xx.2023-cü il tarixli **********098000, xx.xx.2023-cü il tarixli **********298900, xx.xx.2023-cü il tarixli **********150300, xx.xx.2023-cü il tarixli **********882700, xx.xx.2023-cü il tarixli **********173400, xx.xx.2023-cü il tarixli **********991700, xx.xx.2023-cü il tarixli **********462800, xx.xx.2023-cü il tarixli **********104600, xx.xx.2023-cü il tarixli **********152700, xx.xx.2023-cü il tarixli **********630900, xx.xx.2023-cü il tarixli **********172700, xx.xx.2022-ci il tarixli **********094300, xx.xx.2023cü il tarixli **********629500 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər.
II. Ərizəçi və maraqlı şəxsin mövqeyi:
3. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək iş yükünün çoxluğunu nəzərə alaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
4. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən ərizəçinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.
5. Maraqlı şəxsə məhkəmənin sonuncu iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
6. Əvvəlki məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi – qardaşı X2 məhkəmənin birinci və ikinci baxış iclasında iştirak edərək bildirdi ki, maraqlı şəxs iki ildir, həbsdədir. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli 1(101)- 1602/2022 nömrəli hökmü ilə maraqlı şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və hal-hazırda 10 saylı cəzaçəkmə müəssisəsindədir.
7. Maraqlı şəxsin nümayəndəsi – qardaşı X2 məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, qeyd olunan hüquqi şəxslərin dövlət büdcəsinə yaranmış vergi borcları faktiki olaraq Maraqlı şəxs Harım oğlunun şirkətlərin rəhbəri kimi fəaliyyəti nəticəsində yaranmamışdır. Belə ki, Maraqlı şəxs şirkətlər faktiki olaraq fəaliyyətə başlamamışdan əvvəl Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə şübhəli şəxs qismində tutulmuş, daha sonra barəsində həbs qətimkan tədbiri seçilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və hazırda da cəzasını 10 saylı cəzaçəkmə müəssisəsində çəkir. Qeyd olunan şirkətləri faktiki olaraq X1 idarə etmişdir. Borc da onun fəaliyyəti nəticəsində yaranmışdır. Odur ki ərizə rədd edilməlidir.
III. Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikası Konstitusiyasının: – 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. – 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər; – 71-ci maddəsinin İİ hissəsinə əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
9. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanununun 3.6-cı maddəsinə əsasən “…Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində ... göstərilən hüquqlar və azadlıqlar ... dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə ... həmçinin ictimai qaydanın təmin edilməsi üçün ... məhdudlaşdırıla bilər”.
10. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı protokolun: – 2-ci maddəsinin 2-ci hissəsinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. – 2-ci maddəsinin 3-cü hissəsinə əsasən bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.
11. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: – 1.4-cü maddəsinə əsasən həmin Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. – 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. – 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. – 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. – 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: – 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. – 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması tələbi ilə bağlı
13. Məhkəmə ilk növbədə qeyd edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə üzrə məhkəmə icraatının başlanılmasının əsas şərti (ödənilməmiş) vergi borcunun mövcud olmasıdır. Belə olan halda, bu icraat çərçivəsində məhkəmə vergi borcunun olub-olmaması, borcun maraqlı şəxsə aid olubolmaması məsələlərini müəyyən etmək üçün müvafiq çərçivədə araşdırma aparmalıdır.
14. Eyni zamanda məhkəmə qeyd edir ki, hazırkı icraat üçün qanunverici tərəfindən müəyyən edilmiş dar çərçivədə vergi borcunun mübahisələndirilməsi, borcun (borc məbləğinin) əsaslı olub-olmaması məsələlərinin araşdırılmasına yol verilmir.
15. Hüquqi şəxs haqqında məlumatlardan görünür ki, Maraqlı şəxs "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-nin icra orqanının rəhbəridir.
16. "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2024-cü il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə olan borcu 12899,22 manat, Dövlət Sosial Müdafiə Fonduna olan borcu 39,52 manat, İcbari Tibbi Sığorta Fonduna olan borcu isə 6,27 manat təşkil edir.
17. "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2024-cü il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə olan borcu 17336,24 manat, Dövlət Sosial Müdafiə Fonduna olan borcu 278,65 manat, İşsizlikdən Sığorta Fonduna olan borcu 15 manat, İcbari Tibbi Sığorta Fonduna olan borcu isə 43,54 manat təşkil edir.
18. "xxxx"” MMC-nin (VÖEN: **********) xx.xx.2024-cü il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə olan borcu 12294,83 manat, Dövlət Sosial Müdafiə Fonduna olan borcu 72,82 manat, İşsizlikdən Sığorta Fonduna olan borcu 8,25 manat, İcbari Tibbi Sığorta Fonduna olan borcu isə 11,67 manat təşkil edir.
19. "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2024-cü il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə olan borcu 6296,38 manat, Dövlət Sosial Müdafiə Fonduna olan borcu 87,55 manat, İşsizlikdən Sığorta Fonduna olan borcu 3,66 manat, İcbari Tibbi Sığorta Fonduna olan borcu isə 24,76 manat təşkil edir.
20. "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2024-cü il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə olan borcu 14036,5 manat, Dövlət Sosial Müdafiə Fonduna olan borcu 163,04 manat, İşsizlikdən Sığorta Fonduna olan borcu 8,68 manat, İcbari Tibbi Sığorta Fonduna olan borcu isə 36,88 manat təşkil edir.
21. Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli 1(101)- 1602/2022 nömrəli hökmündən görünür ki, Maraqlı şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Maraqlı şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəlinin 30 aprel 2022-ci il tarixdən hesablanması, Maraqlı şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi hökm edilmişdir.
22. Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 mart 2024-cü il tarixli 1(101)- 1602/2022 nömrəli məktubundan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli 1(101)-1602/2022 nömrəli hökmü 13 yanvar 2023-cü il tarixdən qanuni qüvvəyə minmişdir.
23. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, vergi ödəyiciləri olan "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-nin vergi öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onların dövlət büdcəsinə və müvafiq fondalara borcları yaranmışdır. Həmin borcların ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən adıçəkilən hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə müraciət edilmiş, maraqlı şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli 1(101)-1602/2022 nömrəli hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hökm qanuni qüvvəyə minmişdir.
24. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-cü maddəsinin 2-ci bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.
25. Həmin Məcəllənin 74-cü maddəsinin 1-ci bəndinin ç yarımbəndinə əsasən, tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə işçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə, xitam verilir.
26. Göründüyü kimi, imperativ xarakter daşıyan həmin normanın tələbinə istinadən, baxılan işdə maraqlı şəxs barədə çıxarılmış məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən etibarən onunla hüquqi şəxslər arasında bağıanmış əmək müqaviləsi xitam edilmiş hesab edilməlidir. Artıq həmin tarixdən etibarən maraqlı şəxs ilə hüquqi şəxslər arasında hər hansı xidməti bağlılıq qalmamışdır.
27. Vergi orqanı tərəfindən təqdim edilən hüquqi şəxslərin dövlət reyestrində maraqlı şəxsin "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-nin qanuni təmsilçisi kimi görünməsi ilə bağlı isə aşğıdakılar qeyd edilməlidir.
28. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: – 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır; – 9.2-ci maddəsinə əsasən dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır.
29. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
30. Məhkəmə qeyd edir k, vergi ödəyicisi olan hüquqi şəxslərin reyestr məlumatlarında dəyişiklik edilməsi ilə bağlı məlumatı vergi orqanına təqdim etməməsi, vergi orqanının məhkəməyə müraciət etdiyi tarixdə bundan xəbərdar olmaması maraqlı şəxsin vergi borcu yaranmış hüquqi şəxslərin icra orqanının rəhbəri olmaması faktını dəyişdirmir.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergiləri ödəmək (o cümlədən qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bir şəxsin konstitusiya vəzifələrindən biridir. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir.
32. Avropa İnsan Hüquqları Məhkəməsi (bundan sonra AİHM) bir sıra qərarlarında qeyd etmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar).
33. Hazırkı halda məhkəmə vurğulayır ki, əmək müqaviləsi tərəflərinin iradəsindən asılı olmadan maraqlı şəxslə bağlanmış əmək müqaviləsinə sonuncunun barəsində məhkəmə hökmü qanuni qüvvəyə mindiyi üçün xitam verildiyindən maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qanuna uyğun deyil, həmçinin hüquqi şəxslər tərəfindən borcların ödənilməsinin təmin edilməsinə təsir edə bilmədiyindən legitim məqsəd də güdmür.
34. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə rədd edilməlidir.
V. Nəticə:
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Nərmin Əhmədova