Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2205/2022 19.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi , iddiaçının nümayəndələri Vəkil1, Haqverdiyeva Nəzrin İlqar qızının, X9, X4, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraicət edərək, Cavabdehndən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 5239,20 (beş min iki yüz otuz doqquz manat iyirmi qəpik) manat (ƏDV daxil) və 40120,00 (qırx min bir yüz iyirmi) ABŞ dolları (ƏDV daxil) məbləğlərində borcun və 400 (dörd yüz) manat məbləğində mediasiya xidmətinin göstərilməsinə görə haqqın tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra “iddiaçı”) Azərbaycan Respublikasının qanunvericiliyi əsasında 7 noyabr 2005-ci il tarixində ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə qeydiyyatdan keçmişdir. İddiaçı ilə Cavabdeh (bundan sonra “cavabdeh”) arasında müxtəlif tarixlərdə bir sıra müqavilələr bağlanmışdır: 13 sentyabr 2019-cu il tarixli AUD_066/19 saylı “Audit xidmətlərinin göstərilməsi haqqında” Müqavilə (müqavilənin daxili nömrəsi sonradan AUD_028/19 olaraq dəyişdirilmişdir), 01 oktyabr 2019-cu il tarixli FAS_007/19 saylı “Məsləhət xidmətlərinin göstərilməsi haqqında” Müqavilə, 24 fevral 2020-ci il tarixli AUD_015/20 saylı “Məsləhət xidmətləri” Müqaviləsi, 26 fevral 2020-ci il AUD_018/20 saylı Xidmət Müqaviləsi (bundan sonra cəm şəkildə “Xidmət Müqavilələri”). 13 sentyabr 2019cu il tarixli AUD_066/19 saylı Xidmət Müqaviləsinə əsasən iddiaçı cavabdehə 2019, 2020 və 2021-ci illər üzrə X2 Standartları (bundan sonra: MHBS) əsasında hazırlanmış maliyyə hesabatlarının auditini aparmalı və yekun audit hesabatı təqdim etməli, cavabdeh də öz növbəsində iddiaçı tərəfindən göstərilmiş xidmətlərə görə xidmət haqqını vaxtında ödəməli idi. 01 oktyabr 2019-cu il tarixli FAS_007/19 saylı Xidmət Müqaviləsinə əsasən iddiaçı 1 oktyabr 2019-cu il tarixinə X1 uyğun olaraq Müştərinin biznesinin ədalətli bazar dəyərinin müəyyənləşdirilməsini həyata keçirməli, cavabdeh isə öz növbəsində İddiaçı tərəfindən göstərilmiş xidmətlərə görə xidmət haqqını vaxtında ödəməli idi. 24 fevral 2020-ci il tarixli AUD_015/20 saylı Xidmət Müqaviləsinə əsasən iddiaçı 16 saylı MHBS-in tətbiqi ilə bağlı məsləhət xidmətini həyata keçirməli, cavabdeh isə öz növbəsində iddiaçı tərəfindən göstərilmiş xidmətlərə görə xidmət haqqını vaxtında ödəməli idi. 26 fevral 2020-ci il AUD_018/20 saylı Xidmət Müqaviləsinə əsasən iddiaçı cavabdeh tərəfindən sifariş edilən ("xxxx" MMC ilə bağlı) mühasibat uçotu üzrə yaranmış suallar ilə əlaqəli məsləhət xidmətlərini həyata keçirməli, cavabdeh isə öz növbəsində iddiaçı tərəfindən göstərilmiş xidmətlərə görə xidmət haqqını vaxtında ödəməli idi. Xidmətlərin yekun nəticələri olaraq, iddiaçı tərəfindən cavabdehə 13 sentyabr 2019-cu il tarixli AUD_066/19 saylı “Audit xidmətlərinin göstərilməsi haqqında” Müqavilədən irəli gələrək audit rəyi, 1 oktyabr 2019cu il tarixli FAS_007/19 saylı “Məsləhət xidmətlərinin göstərilməsi haqqında” müqavilədən irəli gələrək qiymətləndirmə hesabatı, 24 fevral 2020-ci il tarixli AUD_015/20 saylı “Məsləhət xidmətləri” müqaviləsindən irəli gələrək 16 saylı MHBS ilə əlaqəli elektron hesabat və 26 fevral 2020-ci il AUD_018/20 saylı Xidmət Müqaviləsindən irəli gələrək audit rəyi vaxtında icra olunaraq təqdim olunmuşdur. Buna baxmayaraq, xidmətlər üzrə xidmət haqları bu günə qədər ödənilməmişdir. Tərəflər arasında uzunmüddətli və qarşılıqlı etimada söykənən biznes əlaqələri mövcud olduğundan yaranmış vəziyyətlə bağlı öncə cavabdehin müvafiq nümayəndələrinə şifahi formada müraciətlər edilmişdir. Şifahi müraciətlərdən sonra kifayət qədər vaxtın keçməsini nəzərə alaraq, 03 dekabr 2020-ci il tarixində elektron məktub formasında cavabdehin nümayəndələrinin rəsmi elektron poçt hesablarına yazılı müraciət olunmuşdur. Bütün müraciətlər cavabsız qalması yekunda iddiaçını cavabdehin qanuni nümayəndəsi cənab Samir Mollayevə 17 dekabr 2020-ci il tarixli BT 219 saylı Xidmətlər üzrə yaranmış borcun ödənilməsi ilə bağlı məktub ünvanlamağa vadar etmişdir. Məktubun birinci hissəsində 2019 və 2020-ci illər ərzində imzalanmış Xidmət Müqavilələri üzrə icra olunmuş xidmətlərə görə yaranmış borc məbləği nəzərə çatdırılmışdır. Məktubun ikinci hissəsində isə cənab Samir Mollayevdən 2020-ci ilin auditi ilə bağlı münasibət bildirməyini xahiş edilmişdir. Belə ki, tərəflər arasında imzalanmış 13 sentyabr 2019-cu il tarixli AUD_066/19 saylı Xidmət Müqaviləsinə əsasən 2019, 2020 və 2021-ci illər üzrə bitən dövrün auditi iddiaçıya həvalə olunmuşdur. Xidmət Müqaviləsi üzrə 2020-ci ilin auditi 11 yanvar 2021-ci il tarixində başlamalı və 12 mart 2021ci il tarixində audit hesabatı təqdim olunmaqla bitməli idi. Lakin 2019-cu ilin auditinin bitməsinə, eyni zamanda digər xidmət müqavilələri üzrə görülmüş işlərin təhvil verilməsinə baxmayaraq, cavabdeh öz üzərinə götürdüyü xidmət haqqını vaxtında ödəmə öhdəliyini icra etməmişdir. Xidmət haqlarının vaxtında ödənilməməsi ilə bağlı cavabdehə müraciətlər edilmiş, pretenziyalar təqdim edilmişdir. Lakin cavabdeh borcunu ödəməmişdir. İddiaçının öz öhdəliklərini vaxtında, lazımi qaydada icra etməsinə dair kifayət qədər dəlillər vardır ki, hər biri Məhkəməyə təqdim olunacaqdır. Xidmətlərin bəziləri cavabdehin iddiaçının əməkdaşları üçün ayırdığı ofis sahəsində (Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi 25) həyata keçirilmişdir. Müxtəlif vaxtlarda cavabdehin nümayəndələri tərəfindən elektron məktub və ya telefon əlaqəsi vasitəsilə ünvanlanan Xidmət Müqavilələrinin predmetinə daxil olan suallar cavablandırılmış, işlər tam icra olunaraq iddiaçı tərəfindən təhvil verilmişdir. İddiaçı tərəfindən lazımi qaydada icra olunmuş işlərə görə cavabdehə müxtəlif vaxtlarda hesabfakturalar təqdim olunmuşdur. Xidmət Müqavilələri üzrə İddiaçı QSC tərəfindən ümumilikdə 5239,20 AZN (ƏDV daxil) və 40120,00 ABŞ dolları (ƏDV daxil) məbləğlərində xidmətlər göstərilmiş, lakin həmin xidmət haqları ödənilməmişdir. Sonuncu dəfə cavabdehə 29 mart 2022-ci il tarixdə pretenziya göndərilmiş, cavabdeh 30 mart 2022-ci il tarixdə həmin pretenziyanı almışdır. Lakin pretenziyada müəyyən edilən müddət ərzində borcu ödəməmişdir. Bundan əlavə mediasiya qaydasında mübahisənin həll edilməsinə cəhd göstərilmiş ancaq həmin cəhd də bir nəticə verməmişdir.Göründüyü kimi iddiaçı cavabdehlə yaranmış bu mübahisənin məhkəmədən kənar həll edilməsinə çalışsa da, onun cavabdehə şifahi və yazılı müraciətləri nəticəsiz qalmışdır. Cavabdeh öz öhdəliklərini könüllü şəkildə icra etmədiyi üçün iddiaçı pozulmuş hüquqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı hesab edir ki, cavabdehin xidmət müqavilələri üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində iddiaçıya dəyən zərərin ödənilməsi məhkəmə qaydasında mövcud qanunvericiliyin tələblərinə əməl edilməklə təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X14 məhkəməyə izahatında qeyd etmişdir ki, müqavilə üzrə işlər görülmüş, bununla bağlı qarşı tərəfə məlumat verilmiş, daha sonra yaranmış suallar əsasında yenidən e-mail vasitəsilə cavab verilmişdir. Aparılmış yazışmalar audit şirkəti tərəfindən onunla qarşı tərəfdən isə Aysel Mehdizadə arasında olmuşdur. Tərəflər arasında imzalanmış müqavilədə qeyd olunmuşdur ki, qarşı tərəf bütün lazımi məlumatları təqdim etdikdən sonra icraçı işə başlaya bilər. Məlumatlar gec verildiyi üçün xidmət müavilədə nəzərdə tutulan vaxtda bitməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə izahatında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, cavabdeh "xxxx" MMC tərəfindən yenidən “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə istinad edilərək, hazırkı mübahisənin məhkəməyədək Auditorlar Palatasında baxılmalı olduğu bildirmişdir. Cavabdeh qeyd edir ki, şirkət tərəfindən Auditorlar Palatasına sorğu verilməsi göstərilən fikirlə razılaşmağın göstəricisidir. Məhkəməyə müraciət edilərkən həm 13 sentyabr 2019-cu il tarixli “Audit Xidmətlərinin göstərilməsi haqqında” AUD_066/19 saylı müqavilənin, həm də mülki prosessual qanunvericiliyin bütün tələblərinə riayət edilmişdir. Auditorlar Palatasının sorğuya verdiyi cavabdan aydın olur ki, Palatanın yuxarıda göstərilən qanunun 19-cu maddəsi ilə bağlı hər hansı hüquqi yanaşması mövcud deyil. Müqavilə üzrə öhdəliyin icrası ilə bağlı tələb qanunda qeyd edilən əmlak xarakterli mübahisələrin dairəsinə aid edilməməlidir. Belə ki, cavabdehlə yaranmış münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin “Podrat” fəslindəki normalarla tənzimlənir. Bu səbəbdən, cavabdeh tərəfindən hazırkı mübahisənin əmlak xarakterli mübahisələrin dairəsinə aid edilməsini əsassız hesab edirik. Cavabdeh 4 müqavilə üzrə öz öhdəliklərini icra etməkdən yayınmışdır. 13 sentyabr 2019-cu il tarixli “Audit Xidmətlərinin göstərilməsi haqqında” AUD_066/19 saylı müqavilə üzrə xidmətlər keyfiyyətsiz icra edildiyindən, digər 3 müqavilə, FAS_007/19, AUD_015/20, AUD_018/20 saylı müqavilələr üzrə isə xidmətlərin cavabdehə təhvil verilmədiyindən ödəniş etmədiklərini bildirir. Sual yaranır ki, təhvil alınmamış və yaxud bəyənilməmiş xidmətlərin göstərilməsinə dair hesab-fakturalar cavabdehə təqdim edildikdən sonra elektron qaimələr nə üçün cavabdehin özü tərəfindən təsdiq edilmişdir? Əgər cavabdeh həqiqətən işin keyfiyyətindən razı deyildisə və yaxud icraçı ilə bağladığı müqavilə üzrə işlər ona təhvil verilməmişdisə elektron qaimələrin müştərinin, yəni cavabdehin özü tərəfindən təsdiq edilməsi məntiqə uyğun deyil (elektron qaimələr və onların "xxxx" MMC tərəfindən təsdiq edilməsinə dair Dövlət Vergi Xidmətinin məlumatı məhkəməyə təqdim edilmişdir). Məhkəmə dəfələrlə cavabdehin nümayəndəsindən iddiaçıya işin keyfiyyəti ilə bağlı rəsmi bildirişin verilib-verilməməsini soruşsa da, cavabdehin nümayəndəsi hər dəfə bu sualdan yayınmışdır. Rəyin keyfiyyətli olubolmaması hazırkı məhkəmə mübahisəsinin predmeti olmadığından və keyfiyyətlə bağlı cavabdeh tərəfindən vaxtında heç bir yazılı bildiriş verilmədiyindən bu məsələ hazırda müzakirə mövzusu olmamalıdır. AUD_066/19 saylı Müqavilənin 11.1-ci bəndinə əsasən, tərəflər arasında bütün rəsmi bildirişlər yazılı formada (faks, elektron poçt və ya şəxsən) verilməli idi. Cavabdehin məqsədi rəyin keyfiyyəti ilə bağlı məsələyə diqqət çəkməklə məhkəməni digər əsas nüanslardan, yəni keyfiyyətdən narazı olduqlarını müqavilənin şərtlərinə uyğun formada bildirməmələrindən yayındırmaqdır. Ötən məhkəmə iclasında "xxxx" MMC-nin rəsmi saytına baxış keçirilmiş və aşkar edilmişdir ki, cavabdehin “keyfiyyətsiz” hesab etdiyi auditor rəyi şirkətin rəsmi saytında dərc edilmişdir. Halbuki cavabdehin nümayəndəsi məhkəmədə həmin rəyin keyfiyyətsizliyi səbəbindən yenidən başqa bir audit təşkilatı tərəfindən yoxlama aparıldığını və onların rəyini düzgün saydıqlarını bildirmişdir. Digər audit təşkilatı və İddiaçı QSC tərəfindən "xxxx" MMC üçün audit yoxlaması əvvəlki illərdə də parallel aparılmış və hər il dövlət orqanlarına məhz İddiaçı QSC tərəfindən verilən audit rəyi təqdim edilmişdir. Buradan aydın olur ki, cavabdehin hər il digər audit təşkilatından da rəy almasına səbəb İddiaçı QSC tərəfindən verilmiş rəyin “keyfiyyətsizliyi” deyil, cavabdehə məlum olan hər hansı digər səbəblərdir. Cavabdeh tərəfindən toxunulmuş digər bir məsələ, saxtalaşdırılmış sənədlər əsasında audit yoxlamasının aparılması ilə bağlı olmuşdur. Tərəflər arasında bağlanmış AUD_066/19 saylı Müqavilənin 3.1.-ci bəndinin b və ç yarımbəndlərində audit yoxlamasının aparılması zamanı təqdim olunan məlumatların və sənədlərin dəqiqliyi və düzgünlüyünün təmin edilməsi məhz cavabdeh "xxxx" MMC-nin öhdəliyi kimi müəyyən edilmişdir. Cavabdeh iddia edir ki, özünün təqdim etdiyi sənədlərdə keçmiş rəhbərliyin dövründə yol verilən saxtalaşdırma halı mövcud olmuşdur, buna baxmayaraq, saxtalaşdırma faktını təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, sadəcə öz texniki biliklərinə istinad edərək sənədin saxta olduğunu iddia etmişdir. 240 saylı X5 “Maliyyə Hesabatlarının auditi zamanı dələduzluqla bağlı auditorun məsuliyyəti” adlı sənədin 4-cü bəndində qeyd olunur ki, dələduzluğun qarşısının alınması və aşkar edilməsinə görə birbaşa məsuliyyət həm müəssisənin idarəetməyə məsul şəxslərinin, həm də rəhbərliyin üzərinə düşür. 5-ci bənddə isə göstərilir ki, auditin tərkib məhdudiyyətləri üzündən maliyyə hesabatlarındakı bəzi əhəmiyyətli təhriflərin, hətta audit BAS-lara uyğun şəkildə düzgün planlaşdırılıb yerinə yetirilsə də, aşkar etməməklə bağlı qaçılmaz risk mövcuddur. Sual yaranır ki, əgər həqiqətən saxtalaşdırma halları mövcud idisə və bu hallar cavabdeh şirkətin əvvəlki rəhbərliyi ilə əlaqəli olmuşdursa, bu hallara görə nə üçün audit təşkilatı məsuliyyət daşımalıdır? Bir halda ki, audit təşkilatının funksiyası təqdim edilən X2 standartlara cavab verib-verməməsini yoxlamaqdır, təqdim edilmiş hər hansı sənədlərin/müqavilələrin saxtalığını müəyyən etməklə bağlı deyil. Cavabdehin nümayəndəsinin istinad etdiyi “Auditin aparılması və sənədləşdirilməsinə dair Təlimat”ın 13.5.4, 13.8.2, 13.8.3-cü yarımbəndləri ilə bağlı, həmin təlimatın 13.5-ci bəndi “Audit texnikaları” adlanır və həmin bənddə audit yoxlaması aparılarkən tətbiq oluna biləcək 11 yoxlama metodu sadalanır. Həmin metodlardan hansını istifadə edəcəyi ilə bağlı qərar qəbul edilməsində auditor tam müstəqildir. Beləliklə, cavabdeh "xxxx" MMC-nin audit rəyinin keyfiyyəti və saxtalaşdırılma halları ilə bağlı iddialarına münasibətdə, əgər həqiqətən bu hallar mövcud idisə cavabdeh qeyd etdiyi bütün halları lazımi vaxtda və qaydada mübahisələndirməli idi. AUD_018/20 və AUD_015/20. Qeyd olunan 2 müqavilə üzrə şirkət göstərdiyi xidmət yekun hesabatların təqdim edilməsi ilə deyil, müştəriyə mütəmadi məsləhət xidmətlərinin göstərilməsi ilə bağlı olmuşdur. Bu səbəbdən yekun təhvil-təslim aktlarının tərtib edilməsi bu müqavilələr üzrə nəzərdə tutulmamışdır. Cavabdeh "xxxx" MMC-yə göstərilən məsləhət xidmətləri xidmətlərin göstərildiyi vaxt kəsiyi ilə məhdudlaşmamış, yaranmış suallar şirkətin əməkdaşları tərəfindən həmin tarixlərdən sonra da cavablandırılmışdır. Cavabdehin e-mail yazışmalarının müqavilə müddətlərindən uzun zaman davam etməsi o demək deyil ki, şirkət tərəfindən xidmət göstərilməmiş və yaxud xidmətlər gecikdirilmişdir. Həmçinin yazışmaların məzmununa baxdıqda eyni müqavilə üzrə məsələlərin müzakirə edildiyi aydın olur. FAS_007/19 a. Cavabdehin FAS_007/19 müqaviləsi üzrə yekun xidmətlərin təhvil verilməməsinə dair arqumentinə münasibətdə həmin müqavilə üzrə tərtib edilmiş yekun hesabat və onun cavabdehə təhvil verildiyinə dair kuryer qaiməsi məhkəməyə təqdim olunmuşdur (qaimə elektron məhkəmə sisteminə xx.xx.2022-ci il tarixdə, yekun hesabatın ardınca yüklənmişdir). Həmin qaimədən görünür ki, hesabat Ramil Məhərrəmov adlı əməkdaş tərəfindən 22 yanvar 2020-ci il tarixdə təhvil alınmışdır. Yekun hesabatın verilməsi üçün qabaqcadan cavabdehlə müzakirələr aparılır və müştərinin istəyinə uyğun hesabat modeli seçilir. Müddətin uzanması tərəflərin bu cür qarşılıqlı danışıqları və razılıqları ilə bağlı olmuş və cavabdehin nümayəndəsi yekun hesabatı aldıqdan sonra email vasitəsilə minnətdarlığını bildirmişdir. Hər hansı narazılıq olduğu təqdirdə bu barədə yazılı formada məlumat verilə bilərdi. Nəyə görə cavabdehin bildirdiyi faktlar məhkəmə tərəfindən nəzərə alınmamalıdır: Məlum olduğu kimi, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göründüyü kimi, "xxxx" MMC tərəfindən məhkəmə proseslərinin gedişində istinad edilmiş faktların (işin təhvil verilməməsi, keyfiyyətsizlik, saxtalaşdırma və s.) mövcudluğu və doğruluğu Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələblərinə uyğun olaraq sübutlarla təsdiqlənməmişdir. İddiaçının nümayəndəsi və vəkili cavabdehin iddia ərizəsinə etiraza münasibətdə qeyd etmişdir ki, hazırkı mübahisə “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin tələblərinə uyğun olaraq, yalnız Auditorlar Palatası tərəfindən həll edilə bilmədikdə məhkəməyə müraciət edilə bilərdi. 13 sentyabr 2019-cu il tarixli, AUD_028(066)/19 saylı müqavilənin 10-cu bəndində tərəflər arasında yarana biləcək mübahisələrin həlli yolları razılaşdırılmışdır. Həmin bəndin 10.3-cü yarımbəndinə əsasən, danışıqlar yolu ilə həll edilə bilməyən mübahisələr və fikir ayrılıqları Azərbaycan Respublikasının müvafiq məhkəmələri tərəfindən həll ediləcəkdir. Göründüyü kimi, müqavilə şərtlərində Auditorlar Palatasına müraciət etmək kimi şərt nəzərdə tutulmamışdır. Buradan görünür ki, Qanunun 19-cu maddəsi müqavilə ilə ayrı şərt nəzərdə tutulmadığı hallara şamil edilməlidir. Müqavilədə qeyd olunan şərtə riayət edilmiş, məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə dəfələrlə xəbərdarlıq məktubları ünvanlanmış, mediasiya prosesi vasitəsilə danışıqların aparılmasına cəhd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-cü maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Göründüyü kimi, maddədə göstərilən müqavilə ilə nəzərdə tutulmuş şərtə əməl edilmiş, danışıqlar aparılmasına cəhdlər göstərilmişdir. Eyni zamanda, MPM-in 4.6-cı maddəsinin tələblərinə uyğun olaraq, məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştiraka dair sənəd məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Qərarında qeyd olunur ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Qərarda qeyd olunduğu kimi, ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları hər hansı xidmətin göstərildiyini təsdiq etmək üçün yeganə sübut kimi kifayət etmir. Lakin hazırkı vəziyyətdə cavabdehlə bağlanmış müqavilələrə, işgüzar münasibətlərin gedişində aparılmış yazışmalara, hazırlanmış hesabatlara, işgüzar adətlərə və, eyni zamanda, cavabdeh tərəfindən təsdiq edilmiş elektron vergi-hesab fakturalarına istinad edilir. Etirazda cavabdeh tərəf bildirir ki, iddiaçı tərəf 13 sentyabr 2019-cu il tarixli “Audit Xidmətlərinin göstərilməsi haqqında” AUD_028(066)/19 (sonradan dəyişdirilərək 028/19 olmuşdur) saylı müqavilə üzrə öhdəliklərini lazımi keyfiyyətdə icra etməmişdir. Həmin müqavilənin 2.1-ci bəndinə görə iddiaçı, cavabdehin 2019, 2020, 2021-ci illər üzrə maliyyə hesabatlarının auditini aparmalı və yekun audit hesabatını Azərbaycan və İngilis dillərində hazırlamalı idi. İddiaçı tərəfindən 2019-cu il üzrə maliyyə hesabatlarının auditi aparılmış və yekun audit hesabatı hazırlanmışdır. Müqavilənin 3.1-ci bəndinin məzmunundan göründüyü kimi, audit yoxlaması cavabdehin iddiaçıya təqdim etdiyi maliyyə hesabatlarına əsasən aparılmalıdır. Həmçinin müqavilənin 2.3-cü bəndində qeyd edilir ki, auditin keçirilməsi ilə bağlı maliyyə hesabatlarını audit yoxlamasına sifarişçi (cavabdeh) təqdim edir. Sifarişçi (cavabdeh) təqdim etdiyi sənədlərin doğruluğunu iddiaçıya göndərdiyi təqdimat məktubu ilə təsdiq etmişdir (təqdimat məktubu əlavə edilir). Məhkəmənin nəzərinə çatdırırıq ki, digər audit təşkilatının verdiyi rəylə iddiaçının verdiyi audit rəyi arasında ziddiyyət və ya uyğunsuzluq olduğu təqdirdə audit xidmətinin dəyərinin ödənilməməsi barədə müqavilədə hər hansı şərt nəzərdə tutulmamışdır. Hazırkı Müqavilənin 11.1-ci bəndinə əsasən, tərəflər arasında bütün rəsmi bildirişlər yazılı formada (faks, elektron poçt və ya şəxsən) verilməli idi. Buna baxmayaraq, cavabdeh audit rəyini təhvil alaraq keyfiyyəti ilə bağlı isə heç bir iddia irəli sürməmişdir. Müqavilənin 5.3-cü bəndinə görə auditor, müştəri əvvəlki hesablar üzrə ödənişi tam aparmadığı təqdirdə işi dayandırmaq hüququna malikdir. Cavabdeh tərəfindən 2019-cu il üzrə maliyyə hesabatlarının auditinə görə ödəniş edilmədiyindən, 2020 və 2021-ci illər üzrə maliyyə hesabatlarının auditi aparılmamışdır. Hazırkı müqavilə üzrə işlər iddiaçının növbəti əməkdaşları tərəfindən icra edilmişdir. Müqavilənin 5.1-ci bəndinə əsasən, xidmətlər üçün peşəkar haqqın ümumi məbləği 72000 ABŞ dolları(ƏDV xaric) olmuşdur. Bu məbləğ 3 ilin hesabatlarının auditinin aparılmasına görə ödənilməli məbləğdir. Lakin yuxarıda qeyd edildiyi kimi, cavabdeh tərəfindən 2019-cu il üzrə maliyyə hesabatlarının auditinə görə ödəniş edilməmişdir. Bu səbəbdən də cavabdehin yalnız 1 ilin maliyyə hesabatlarının auditinin aparılmasına görə borcu yaranmışdır. Qeyd edilən müqavilə üzrə ödəniş edilməsi üçün iddiaçı tərəfindən cavabdehə 207/2020 saylı, xx.xx.2020 tarixli, 208/2020 saylı, xx.xx.2020-ci il tarixli və 209/2020 saylı, xx.xx.2020-ci il tarixli hesab-fakturalar təqdim edilsə də, xidmət haqqı ödənilməmişdir. Etiraz ərizəsində cavabdeh tərəf bildirir ki, iddiaçı tərəf 01 oktyabr 2019-cu il tarixli, dəyəri ƏDV xaric 22.500 AZN olan, “Məsləhət Xidmətlərinin göstərilməsi haqqında” FAS_007/19 saylı müqavilə üzrə öhdəliklərini icra etməmişdir. Müqavilənin 2.1-ci bəndinə görə iddiaçı, cavabdehin 01 oktyabr 2019-cu il tarixə olan biznesinin ədalətli bazar dəyərini müəyyənləşdirməli idi. Müqavilənin 2.2-ci bəndinə əsasən Xidmətlərin görülməsi 07 oktyabr 2019- cu il tarixində başlayacaq və 1 noyabr 2019-cu il tarixində, qiymətləndirmə hesabatı təqdim olunmaqla başa çatacaqdır. Həmin Müqavilə üzrə işlər iddiaçının növbəti əməkdaşları tərəfindən icra edilmişdir: Görülmüş işlərin nəticəsi olaraq 24 dekabr 2019-cu tarixli hesabat tərtib edilmiş və cavabdehin ünvanına kuryer vasitəsilə göndərilmişdir. Hesabatın cavabdehin nümayəndəsi tərəfindən imza edilərək təhvil alındığına dair qaimə sübut kimi əlavə edilir. Eyni zamanda, iş prosesinin gedişatında tərəflər arasında email vasitəsilə işgüzar yazışmalar aparılmışdır. Həmçinin cavabdeh 30 dekabr 2019-cu il tarixdə 538/2019 saylı, xx.xx.2019 tarixli hesab-faktura üzrə ƏDV daxil 10.478,40 AZN (ilk 40%) və 595/2019 saylı, xx.xx.2019 tarixli hesab-faktura üzrə 10.478,40 AZN (sonrakı 40%) məbləğində ödənişlər etmişdir. Müqavilənin 5.1-ci bəndinə görə görülmüş işlərin dəyəri növbəti qaydada ödənilməli idi: Müqavilə imzalandıqdan sonra – 40%, ilkin qiymətləndirmə hesabatının təqdim edilməsindən sonra – 40%, yekun qiymətləndirmə hesabatının təqdim edilməsindən sonra – 20%. Lakin xidmət üzrə yekun hesabatın təqdim edilməsinə baxmayaraq, cavabdeh qalıq ƏDV daxil 5.239,20 AZN (yekun 20%) məbləği ödəməmişdir. Etiraz ərizəsində cavabdeh tərəf bildirir ki, iddiaçı tərəf 24 fevral 2020-ci il tarixli, dəyəri ƏDV xaric 6000 ABŞ dolları olan AUD_015/20 saylı “Məsləhət Xidmətləri” müqaviləsi üzrə öhdəliklərini icra etməmişdir. Müqavilənin 2.1-ci bəndinə görə, iddiaçı cavabdehə X7 Standartlarının tətbiqi ilə bağlı olaraq məsləhət xidmətlərini həyata keçirməli idi. Müqavilənin 2.2-ci bəndinə görə, xidmətlərin göstərilməsi xx.xx.2020-ci il tarixdə başlamalı və xx.xx.2020-ci tarixində başa çatmalı idi. Müqavilənin 11.3-cü bəndinə görə, “Tərəflər İnternet şəbəkəsi ilə elektron poçt, faks və ya poçt vasitəsilə yazışma apara və sənədləri göndərə bilər.” Müqavilə üzrə nəzərdə tutulan “16 saylı MHBS”-in tətbiqi ilə bağlı məsləhət xidmətinin həyata keçirilməsini təsdiq edən işgüzar yazışmalar məhkəməyə təqdim edilə bilər (yazışmalar e-mailə əlavə edilib). Yazışmalarda işə başlanılması üçün məlumatların istənilməsini, hesablamaların təqdim edilməsindən sonra PWC tərəfindən ünvanlanan suallara əsaslı cavabların verilməsini və müqavilədə nəzərdə tutulmamasına baxmayaraq “16 saylı MHBS”-də qeyd edilən hər iki növ hesablamanın təqdim edilməsini müəyyən etmək olar. Etiraz ərizəsində cavabdeh tərəf bildirir ki, iddiaçı tərəf 24 fevral 2020-ci il tarixli, dəyəri ƏDV xaric 6000 ABŞ dolları olan AUD_015/20 saylı “Məsləhət Xidmətləri” müqaviləsi üzrə öhdəliklərini icra etməmişdir. Müqavilənin 2.1-ci bəndinə görə, iddiaçı cavabdehə X7 Standartlarının tətbiqi ilə bağlı olaraq məsləhət xidmətlərini həyata keçirməli idi. Müqavilənin 2.2-ci bəndinə görə, xidmətlərin göstərilməsi xx.xx.2020-ci il tarixdə başlamalı və xx.xx.2020-ci tarixində başa çatmalı idi. Müqavilənin 11.3-cü bəndinə görə, “Tərəflər İnternet şəbəkəsi ilə elektron poçt, faks və ya poçt vasitəsilə yazışma apara və sənədləri göndərə bilər.” Müqavilə üzrə nəzərdə tutulan “16 saylı MHBS”-in tətbiqi ilə bağlı məsləhət xidmətinin həyata keçirilməsini təsdiq edən işgüzar yazışmalar məhkəməyə təqdim edilə bilər. Yazışmalarda işə başlanılması üçün məlumatların istənilməsini, hesablamaların təqdim edilməsindən sonra PWC tərəfindən ünvanlanan suallara əsaslı cavabların verilməsini və müqavilədə nəzərdə tutulmamasına baxmayaraq “16 saylı MHBS”-də qeyd edilən hər iki növ hesablamanın təqdim edilməsini müəyyən etmək olar. Etiraz ərizəsində cavabdeh tərəf bildirir ki, iddiaçı tərəf 26 fevral 2020-ci il tarixli, dəyəri ƏDV xaric 4000 ABŞ dolları olan AUD_018/20 saylı “Xidmət Müqaviləsi” üzrə öhdəliklərini icra etməmişdir. Müqavilənin 1-ci bəndinə görə iddiaçı, cavabdehə mühasibat uçotu üzrə məsləhət xidmətləri göstərməliydi. Müqavilənin 3.1-ci bəndinə görə xidmətlər 2019-cu ilin əhatə etməli və 2020- ci ilin fevral və mart ayları ərzində göstərilməli idi. Müqavilə üzrə göstərilən xidmətlər: Turan Drilling ortaq müəssisəsinin SOCAR-AQŞ Qrupda tanınmasının nizamnamə və təsis müqaviləsinin təhlil edilərək əsaslandırılmasından ibarət olmuşdur. Bununla bağlı olaraq cavabdehin ofisində bir neçə dəfə görüşlər keçirilmişdir. Təsis müqaviləsi və işin görülməsi üçün digər məlumatlar cavabdehin əməkdaşlarından flash card vasitəsilə əldə edilmişdir. Görülən işlərin nəticəsi olaraq cavabdehin rəhbərliyinə tövsiyə məktubu (hesabat) vasitəsilə təqdim edilmişdir. Məktub (hesabat) işgüzar görüşlərin birində SOCAR-AQS əməkdaşlarına təqdim edilmişdir. Həmin Müqavilə üzrə işlər iddiaçının növbəti əməkdaşları tərəfindən icra edilmişdir: Müqavilənin 5.2-ci bəndinə görə görülmüş işlərin dəyəri icraçı tərəfindən hesab fakturalar təqdim edildiyi tarixdən 10 gün sonra ödənilməli idi. Qeyd edilən müqavilə üzrə ödəniş(ƏDV daxil 4.720,00 ABŞ dolları) edilməsi üçün iddiaçı tərəfindən cavabdehə 204/2020 saylı, xx.xx.2020-ci il tarixli hesab fakturalar təqdim edilmiş, buna baxmayaraq cavabdeh tərəfindən ödəniş edilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 Məmmədli oğlu məhkəməyə izahatında qeyd etmişdir ki, iddiaçıya görə, xx.xx.2019-cu il tarixli, AUD_028(066)/19 saylı Müqavilənin 10-cu bəndində tərəflər arasında yarana biləcək mübahisələrin həlli yolları razılaşdırılmışdır. Həmin bənddə Auditorlar Palatasına müraciət etmə şərti nəzərdə tutulmamışdır. Odur kı, Auditor xidməti haqqında” qanunun 19-cu maddəsi müqavilə ilə ayrı şərt nəzərdə tutulmadığı hallara şamil edilməlidir. Dəlilin əsassızlığı. “Auditor xidməti haqqında” qanunun 19-cu maddəsində deyilir: UA uditorla (auditor təşkilatı ilə) onların sifarişçiləri arasında meydana çıxan əmlak xarakterli bütün mübahisələr Auditorlar Palatasında həll edilə bilmədikdə məhkəmə tərəfindən həll olunur”. Göründüyü kimi, Palataya müraciət etmək vəzifəsi müqavilədən deyil, birbaşa Qanundan doğur. Müqavilə ilə bunun əksinin razılaşdırılması mümkün deyildir. Çünki Qanunun 19-cu maddəsi “həll edilə bilmədikdə” ifadəsinə, yəni imperativ göstərişə yer verib. Qanunun bu tərzdə qələmə alınmasının əsaslarını isə, etirazda ətraflı qeyd edilmişdir. İddiaçı, Auditorlar Palatasına sorğu yazıb və Palatanın 125 saylı, 24 iyun 2022-ci ıl tarixli cavab məktubunu məhkəməyə təqdim edib. Məktubun məzmunu ondan ibarətdir kı, QSC və MMC arasındakı mübahisə Palatada həll oluna bilməmişdir, buna görə də, müvafiq məhkəməyə müraciət edilməsi tövsiyə olunur. Əslində, QSC-nin bu cür sorğu ilə Palataya müraciət etməsi özü diqqətə layiqdir. Çünki hər nə qədər, QSC-nin sorğusu hazırkı mübahisənin "xxxx" olub-olmadığı ilə bağlı olsa da, nəzərə alınmalıdır ki, əgər QSC hazırkı mübahisənin Palatada baxılmalı olmasına dair MMC- nin mövqeyini qəbul etmirdisə, onda bu barədə sorğuya da ehtiyac duymazdı. Sorğunun verilməsi, QSC-nin özünün də, məhkəmədə iddia qaldırarkən Qanunun 19-cu maddəsinin tələblərini pozduğunu qəbul etdiyinə dəlalət edir. Digər tərəfdən, Palatanın cavabı da maraqlıdır. Palatanın cavabından belə aydın olur ki, sanki Palata QSC və MMC-ni çağırmış, araşdırma aparmış, lakin mübahisəni həll edə bilməmiş, ona görə də, məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Halbuki sorğunun məzmunu fərqli idi. Eyni zamanda, Palatanın belə bir məktub verməsi iddiaçının Qanunun 19-cu maddəsinə zidd davrandığı həqiqətini dəyişmir. Çünki Palata özü də həmin maddə ilə bağlıdır və əməl etməyə borcludur. İddiaçının AUD018/20 saylı, 26 fevral 2020-ci il tarixli Xidmət müqaviləsi üzrə xidmətlərin göstərildiyinə dair mövqeyi iddiaçıya görə, bu müqavilə çərçivəsində “Turan Drilling” ortaq müəssisəsinin SOCAR- AQŞ Qrup-da tanınmasının nizamnamə və təsis müqaviləsinin təhlil edilərək əsaslandırılması xidməti göstərilib. Xidmətlərin nəticəsi üzrə tövsiyə məktubu (hesabat) MMC-nin əməkdaşına işgüzar görüşlərin birində təqdim edilmişdir. Müqavilənin 3.1-ci bəndinə görə, məsləhət xidmətləri 2020-ci ilin fevral və mart ayları ərzində göstərilməli idi. Müqavilənin 5.2-ci bəndinə görə, ödəniş sifarişçi tərəfindən sifariş verilən müvafiq iş bitdikdən vəiİcraçı tərəfindən təhvil alındıqdan sonra həyata keçirilməli idi. İş materiallarında MMC-nin bu müqavilə çərçivəsində sifarişi və QSC-nin də xidmət göstərdiyini, yəni hesabatı MMC-nin əməkdaşına təhvil verdiyini təsdiq edən hər hansı sübut yoxdur. İddiaçının FAS 007/19 saylı, 1 oktyabr 2019-cu il tarixli Məsləhət xidmətinin göstərilməsi haqqında Müqavilə üzrə xidmətlərin göstərildiyinə dair mövqeyi iddiaçıya görə, bu müqavilə üzrə görülmüş işlərin nəticəsi olaraq 24 dekabr 2019-cu ildə hesabat tərtib edilmiş və kuryer vasitəsilə MMC-yə göndərilmişdir. Cavabdeh qalıq məbləği 5.239,2 manatı ödəməkdən imtina edir. Müqavilənin 2.1-ci bəndinə görə, hazırkı Müqavilə əsasında QSC tərəfindən göstərilən məsləhət xidmətləri və qiymətləndirmə hesabatının hazırlanması birlikdə “Xidmətlər” adlanacaq. Müqavilənin 2.2-ci bəndinə görə, xidmətlərin görülməsi 7 oktyabr 2019-cu il tarixində başlayacaq və 1 noyabr 2019-cu il tarixində, qiymətləndirmə hesabatı təqdim olunmaqla başa çatacaq. Müqavilənin 5.1-ci bəndinə əsasən, xidmətlər üçün peşəkar haqqın ümumi məbləği (ƏDV xaric) 22.200 manat təşkil etmişdir və bu məbləğ aşağıdakı qaydada ödənilməli idi: Müqavilənin imzalanmasından sonra - 40%. İlkin qiymətləndirmə hesabatının təqdim olunmasından sonra - 40%; Yekun qiymətləndirmə hesabatının təqdim olunmasından sonra - 20%. Göründüyü kimi, iddiaçının 22.200 manat xidmət haqqını əldə etmək hüququ yalnız xidmətləri tam şəkildə gördüyü halda yaranmış olur. “Xidmətlər”in anlayışı Müqavilənin 2.1-ci bəndində öz əksini tapmışdır. Müqavilə çərçivəsində hansı məsləhət xidmətinin göstərildiyi qeyri-müəyyəndir. Digər tərəfdən nəzərə alınmalıdır ki, xidmət haqqı məbləğinin 80 faizi 30 dekabr 2019-cu ildə avans şəklində ödənilmişdir. Həmin tarixədək QSC-nin məsləhət xidməti göstərdiyi və ilkin qiymətləndirmə hesabatı təqdim etdiyi müəyyən edilmir. Halbuki xidmət haqqının 40 faizi ilkin qiymətləndirmə hesabatının təqdim edilməsindən sonra həyata keçirilməli idi. İddiaçı belə bir hesabat hazırladığını və cavabdehə təqdim etdiyini sübut edə bilmir. Bundan başqa, iddiaçının xidmətin göstərildiyini təsdiqləyən sübut kimi istinad etdiyi mail yazışmalarının tarixi ilə müqavilədə şərtləşdirilmiş tarixlər üst-üstə düşmür. Belə ki, iddiaçı bu xidmətlərin göstərilməsi ilə bağlı cavabdehin sabiq əməkdaşları Ramil Məhərrəmov və Eltac Abbasovla aparıldığı iddia edilən yazışmaları təqdim etmişdir. Həmin yazışmalar 13 dekabr 2019-15 yanvar 2020-ci illəri əhatə edən dövrə təsadüf edir. Əgər xidmətlər 7 oktyabr-01 noyabr 2019-cu il tarixləri arasında göstərilmişdirsə onda yazışmalar niyə xidmətin göstərildiyi tarixdən sonrakı aylara təsadüf etmişdir? İddiaçının AUD 015/20 saylı, 24 fevral 2020-ci il tarixli Məsləhət xidmətləri müqaviləsi üzrə xidmətlərin göstərildiyinə dair mövqeyi iddiaçıya görə bu Müqavilə üzrə X7 Standartlarının tətbiqi ilə bağlı məsləhət xidmətlərinin göstərilməsi həyata keçirilmişdir. Bununla bağlı cavabdehin sabiq əməkdaşları Aysel Mehdizadə və Ramil Məhərrəmovla yazışmalar aparılmışdır. Müqavilənin 2.2-ci bəndinə görə, xidmətlərin göstərilməsi 25 fevral 2020-ci il tarixdə başlayacaq və 13 mart 2020-ci il tarixdə başa çatacaqdır. İddiaçının bu müqavilə üzrə iddia olunan xidmətlərin göstərildiyini təsdiqləmək məqsədilə təqdim etdiyi yazışmalarda isə, xidmətlərin 19 fevral-20 may 2020-ci il tarixləri arasında göstərildiyi öz əksini tapmışdır. Bu mənada həmin yazışmaların həqiqiliyi müəyyən edilsə belə (MPM m. 89.2) hazırkı müqavilə ilə bağlılığı müəyyənləşdirilə bilmir. Halbuki, MPM-in 80-ci maddəsinə görə “Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır”. İddiaçının AUD_028/19 saylı, 13 sentyabr 2019-cu il tarixli Audit xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə xidmətlərin keyfiyyətli icra edildiyinə dair mövqeyi. İddiaçının irəli sürdüyü dəlillərin əsassızlığı. Təqdimat məktubunun verilməsi. İddiaçıya görə, audit, cavabdehin təqdim etdiyi sənədlər əsasında aparılmışdır. Cavabdeh təqimat məktubu ilə həmin sənədlərin doğruluğunu təsdiq etmişdir. Dəlil əsassızdır. “Auditor xidməti haqqında” qanunun 2-ci maddəsinə görə Audit əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Qanunun 3-cü maddəsinə görə, “Təsərrüfat subyektlərində müqavilə əsasında maliyyə-təsərrüfat fəaliyyəti sahəsində yoxlama, ekspertiza, təhlil aparmaq və yazılı rəy vermək, mühasibat uçotu qurmaq, hesabat göstəricilərinin dürüstlüyünü təsdiq etmək və auditorun peşə fəaliyyətinə (auditor təşkilatının nizamnamə məqsədlərinə) uyğun olaraq maliyyə-təsərrüfat münasibətləri sahəsində digər xidmətləri göstərmək auditor xidməti hesab edilir. Göründüyü kimi auditin təyinatı təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və maliyyə hesabatlarının yoxlanılmasıdır. MMC-nin icra orqanının təqdimat məktubu verməsi MMC-də mühasibat uçotunun dürüst aparıldığı prezumpsıyasını yaratmadığı kimi QSC üçün də hər hansı məsuliyyətdən azad olunma əsası kimi çıxış etmir. Əksinə, kənar auditin keyfiyyətli aparılması hüquqi şəxsin maliyyə vəziyyəti ilə bağlı təsisçilərdə və kənar şəxslərdə doğru fikir formalaşdırmaq olduğunu nəzərə alınsa icra orqanının təqdimat məktubuna tənqidi yanaşmalı olan ilk şəxsin məhz auditor olduğunu asanlıqla deyilə bilər. Xidmətin əvəzinin ödənilməyəcəyinə dair şərtin nəzərdə tutulmaması. İddiaçıya görə, müqavilədə audit xidmətinin dəyərinin ödənilməyəcəyinə dair şərt nəzərdə tutulmamışdır. Dəlil əsassızdır. Bu müqavilə üzrə xidmət haqqının ödənilməsi üçün əsasların mövcud olmadığına dair dəlillər iddiaya qarşı etirazda ətraflı şəkildə ifadə edilmişdir. Bu cür şərtin nəzərdə tutulmasına belə zərurət yoxdur, çünki keyfiyyətli xidmət göstərilməyibsə, onda QSC-nın xidmət haqqı tələb etmək hüququ da yaranmamışdır. Auditin rəyinin keyfiyyətinə qarşı etiraz edilməməsi. İddiaçıya görə, cavabdeh Audit rəyini təhvil alsa da, onun keyfiyyəti ilə bağlı hər hansı bır iddia irəli sürməmişdir. Dəlil əsassızdır. Rəyi MMC-nin sabiq icra orqanı - R.İsayev qəbul edib. Bu hal özü-özlüyündə MMC-ni həmin rəyin (xidmətin) keyfiyyətsiz olduğunu iddia etmək hüququndan məhrum etmir. Bununla bağlı hər hansı yazılı iradın bildirilməsinə də zərurət yoxdur. MMC pulu ödəməməklə bu barədə iradəsini onsuz da açıq şəkildə ifadə edib. Audit rəyinin keyfıyyətsizliyinə dair mövqe- İddiaçının məhkəməyə təqdim etdiyi yazışmalarda B APEX şirkəti ilə MMC-nin təsisçisi olduğu “SOCAR AQS international DMCC” şirkəti arasında imzalanmış 30 mart 2020- ci il tarixli Sazişə istinad vardır. Sazişin mətni aşağıdakı kimidir- SOCAR AQS İnternational DMCC (SOCAR AQS) və BANGLADESH PETROLEUM EXPLORATİON AND PRODUCTİON LİMİTED LİMİTED (BAPEX) aşağıdakılar üzrə ilkin razılıq əldə ediblər: BAPEX SOCAR-AQŞ-yə məxsus Drillmec İ500HP AC qazma qurğusunun SOCAR-AQŞ tərəfindən bildiriləcək təyinat yerinə təkrar ixracı üçün bütün lazımi dəstəyi göstərəcək: BAPEX layihəsi çərçivəsində həyata keçirilən qeyri-məhsuldar zamana görə SOCAR AQŞ-nin aşağıdakı haqlar ödənilənə qədər çəkdiyi aşağıdakı xərcləri SOCAR AQŞ-yə ödəməyə razıyıq: Subpodratçılara ödənilməli borclar (xx.xx.2019 - xx.xx.2019): 5,917,311.36 ABŞ dolları SOCAR AQS İnternational DMCC tərəfindən hüquqi və digər məsləhət xidmətləri üçün ödənişlər: 694,652.00 ABŞ dolları Dövr ərzində hesablanmış vergi öhdəlikləri; 2,302,473.00 ABŞ dolları Qeyri-məhsuldar zaman ərzində qazma qurğusunun amortizasiya xərci; 1,480,300.27 ABŞ dolları Ümumi məbləği 10,394,736.63 ABŞ dolları olan yuxarıda göstərilən öhdəliklərin hamısı 2020-cı ildə BAPEX tərəfindən SOCAR AQS İnternational DMCC-yə ödəniləcəkdir. BAPEX layihəsi üçün əldə edilmiş inventar və materiallara görə BAPEX SOCAR AQS İNTERNATİONAL DMCC-yə 1,983,017.44 ABŞ Dolları dəyərində kompensasiya ödəməyə razılaşır. Hazırkı sənəd yuxarıda qeyd olunan öhdəliklər üzrə danışıqların yekunlaşdığını və BAPEX-in öz öhdəliklərini yerinə yetirməsini nəzərdə tutur”. 2.2. Bu Sazişin saxta olduğunu müəyyən etmək üçün auditor olmağa belə ehtiyac olmadığı halda, nədənsə, QSC bunun müəyyən edə bilməmişdir? Sazişin saxta olmasını aşağıdakılar təsdiq edir: Sazişin tarixi 30 mart 2020 olaraq göstərilib, lakin yazışmalardan belə aydın olur ki, saziş heç də 30 mart 2020də imzalanmayıb. Əgər sazişdən söhbət gedirsə, onda həmin saziş niyə BAPEX şirkətinin saxtalaşdırılmış blankında çap olunub? Hazırkı izahata BAPEX şirkətinin həqiqi blankında çap olunmuş məktub nümunəsi əlavə olunur. Bu iki blankı müqayisə etdikdə, saxtakarlığın olduğunu asanlıqla müəyyən etmək mümkündür. 2.3.Auditorun lazımı diqqəti göstərmədiyi müəyyən edilə bilərmi? Əlbəttə. İddiaçının təqdim etdiyi yazışmada (9 aprel 2020 tarixli email) QSC-nin əməkdaş. X13 göstərilən əhəmiyyətli məbləğlə bağlı daha çox təminat əldə etməli olduqlarını vurğulamış və bu məqsədlə BAPEX-dən birbaşa e-poçt və ya digər orjinal sənəd əldə edib. Lakin bundan sonra BAPEX-dən təsdiq məktubunun alındığı barədə heç bir məlumat yoxdur. Bu, mümkün də deyildir. Çünki, BAPEX belə bir sazişi imzalmayıb, SOCAR AQS İnternational DMCC” şirkəti ilə BAPEX arasındakı mübahisə indi də davam edir. Göründüyü kimi, auditor, sazişin saxta olduğunu çox asanlıqla müəyyən edə bilərdi. Bunun üçün, sazişin mətninin əks olunduğu blanka nəzər yetirmək kifayət idi. Digər tərəfdən, auditor, BAPEX-dən bu sazişin mötəbərliyi ilə bağlı təsdiq istəməli idi. Bu ən azı, X3 tələbidir. X6 Audit Standartları əsasında “Auditin aparılması və sənədləşdirilməsinə dair Təlimat’ı təsdiq etmişdir. Təlimatın 13.5.4-cü bəndinə görə, “Kənar təsdiqləmə - Bu, sorğunun xususı bır novudur və məlumatın və ya mövcud bir şəraitin təmsil olunmasının birbaşa olaraq uçuncu tərəfdən əldə edilməsi prosesidir. Məsələn: borcların borclularla ünsiyyət vasitəsilə təsdiqlənməsi Təlimatın 13.8.2-ci bəndinə görə, “Kənar təsdiqləmə rəhbərliyin maliyyə hesabatlarında etdivi təsbitlərə təsir edən xüsusi bir element barədə məlumat üçün tələbə cavab olaraq, uçuncu tərəfdən (təsdiqləyici tərəfi birbaşa xəbərdarlıq yolu ilə (kağız formatında, yaxud elektron və ya digər vasitə ilə) audit sübutu əldə edilməsi və dəyərləndirilməsi prosesidir. Cavabdehin nümayəndəsi və vəkili iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan: “X17” QSC “auditor”, "xxxx" “müştəri” olmaqla imzalanmış 13 sentyabr 2019-cu il tarixli AUD_066/19 saylı (müqavilənin daxili nömrəsi sonradan AUD_028/19 olaraq dəyişdirilmişdir) “audit xidmətlərinin göstərilməsi” müqaviləsinə əsasən auditor X8 əsasında audit aparmaqla müştərinin maliyyə hesabatlarının auditini aparacaq və yekun audit hesabatını Azərbaycan və İngilis dillərində hazırlayacaqdır (bundan sonra “Audit Hesabatı”) - bundan sonra həmçinin “Xidmətlər” adlandırılacaq. Xidmətlər aşağıdakıları əhatə edir: - “SOCAR-AQŞ" MMC - 31 dekabr 2019-cu, 2020- ci və 2021-ci il tarixlərində bitən illər üzrə MHBS maliyyə hesabatları. 2.2-ci bəndə əsasən Auditor Xidmətlərin nəticələri haqqında Rəhbərliyə Məktub hazırlayacaqdır. Audit hesabatları və Rəhbərliyə Məktubdan əlavə Auditor Xidmətlərin göstərilməsi nəticəsində digər iş nəticələrini, o cümlədən Müştərinin tələbi ilə yazılı məlumatları (hesabatlar və digər sənədlər, habelə həm şifahi, həm də yazılı məsləhətlər) təqdim edə bilər və onlar bundan sonra birgə olaraq “Digər nəticələr" adlandırılacaq. 5.1-ci bəndə əsasən xidmətlər üçün peşəkar haqqın ümumi məbləği vergilər xaric olmaqla 72,000 (yetmiş iki min) ABŞ dolları təşkil edir. Bu qiymət hazırkı Müqavilədə nəzərdə tutulan vəzifələrin Müştəri tərəfindən yerinə yetirilməsi gümanına əsaslanır. Auditordan xidmətlərin göstərilməsi üçün lazım olan saatların sayının artırılmasını tələb edən hər hansı hallar (o cümlədən auditor qeyri-dəqiq məlumat aldığı və ya Xidmətlərlə bağlı səhv fərziyyələr etmək məcburiyyətinə məruz qaldığı və ya Müştəri Auditorun tələb etdiyi məlumatı vaxtında çatdırmadığı hallar) yarandığı təqdirdə Auditor Miiştəri ilə razılaşdırılacaq əlavə ödəniş almaq hüququna sahibdir. Bütün əlavə işlər və ya ödənişlər dərhal Müştəriyə bildirilir və onunla razılaşdırılır. Razılaşdırılmış əlavə işlər və ödənişlər hazırkı Müqaviləyə əlavələr şəklində sənədləşdirilir. Xidmətlərin göstərilməsinə görə auditora iş başladığı zaman - 12,000 ABŞ dolları; 31 dekabr 2019-cu il tarixində başa çatmış il üçün layihə hesabatının verildiyi zaman - 7,200 ABŞ dolları; 31 dekabr 2019-cu il tarixində başa çatmış il üçün yekun hesabat verildiyi zaman - 4,800 ABŞ dolları; iş başladığı zaman - 12.000 ABŞ dolları; 31 dekabr 2020-ci il tarixində başa çatmış il üçün layihə hesabatının verildiyi zaman - 7.200 ABŞ dolları; 31 dekabr 2020-ci il tarixində başa çatmış il üçün yekun hesabat verildiyi zanıaıı - 4,800 ABŞ dolları; iş başladığı zaman - 12.000 ABŞ dolları; 31 dekabr 2021-ci il tarixində başa çatmış il üçün layihə hesabatının verildiyi zaman - 7,200 ABŞ dolları; 31 dekabr 2021-ci il tarixində başa çatmış il üçün yekun hesabat verildiyi zaman - 4.800 ABŞ dolları; “X17” QSC “icraçı”, "xxxx" “müştəri” olmaqla imzalanmış FAS 007/19 nömrəli 1 oktyabr 2019-cu il tarixli “məsləhət xidmətinin göstərilməsi” müqaviləsinə əsasən icraçı, müştəri tərəfindən təqdim olunan məlumat əsasında müqaviləyə tətbiq olunan aşağıdakı xidmətləri həyata keçirəcəkdir: 1 oktyabr 2019-cu il tarixinə X1 uyğun olaraq Müştərinin biznesinin ədalətli bazar dəyərinin müəyyənləşdirilməsi. Hazırkı müqavilə əsasında icraçı tərəfindən göstərilən məsləhət xidmətləri və qiymətləndirmə hesabatının hazırlanması birlikdə “Xidmətlər” adlanacaq. İddiaçı QSC “icraçı”, Cavabdeh “sifarişçi” olmaqla imzalanmış 26 fevral 2020-ci il tarixli AUD_018/20 saylı xidmət müqaviləsinə əsasən bu müqavilənin predmeti sifarişçi tərəfindən sifariş edilən mühasibat uçotu üzrə məsləhət xidmətlərinin müəyyən olunmuş müddətdə və müəyyən edilmiş haqq müqabilində icraçı tərəfindən keçirilməsidir. “X17” QSC “icraçı”, "xxxx" “müştəri” olmaqla imzalanmış 24 fevral 2020-ci il tarixli AUD_015/20 nömrəli məsləhət xidmətləri müqaviləsinə əsasən iraçı, 16 saylı MHBS-in tətbiqi ilə bağlı məsləhət xidməti həyata keçirməyi öz öhdəsinə götürür. Müştəri icraçıya təqdim olunan məlumatın dəqiq və tam olmasına və icraçı tərəfindən istifadə edilmiş məlumatlara görə istifadəçilər qarşısında məsuliyyət daşıyır. Müştəri həmçinin 16 saylı MHBS-in tətbiqi zamanı istifadə olunacaq mühakimələrə görə də məsuliyyət daşıyır. İcraçı Xidmətlərin göstərilməsində mülahizələr və hər hansı subyektiv yanaşma irəli sürməyəcəkdir. 2.2-ci bəndə əsasən xidmətlərin görülməsi 25 fevral 2020-ci il tarixində başlayacaq və 13 mart 2020-ci il tarixində başa çatacaq. “X17” QSC-yə məxsus bank hesabından çıxarışdan məlum olur ki, "xxxx" tərəfindən xx.xx.2019-cu il tarixində 17.760 manat qeyd olunan hesaba mədaxil olmuşdur. Cavabdeh MMC barəsində tərtib edilmiş “mənfəət və ya zərər və digər məcmu gəlir haqqında konsoldasiya edilmiş hesabat”da qeyd olunmuşdur ki, 2019-cu il üzrə 8.683,758 manat zərər olmuşdur. “X17” QSC tərəfindən tərtib edilmiş 209/2020 nömrəli 17 mart 2020-ci il tarixli hesab fakturaya əsasən 5.664 ABŞ dolları, 208/2020 nömrəli 17 mart 2020-ci il tarixli hesab faktura üzrə 8.496, 207/2020 nömrəli 17 mart 2020-ci il tarixli hesab fakturaya əsasən 14.160, 206/2020 nömrəli 17 mart 2020-ci il tarixli hesab fakturaya əsasən 3.540, 205/2020 nömrəli 17 mart 2020-ci il tarixli hesab fakturaya əsasən 3.540, 204/2020 nömrəli 17 mart 2020-ci il tarixli hesab fakturaya əsasən 4.720, 596/2019 nömrəli 20 dekabr 2019-cu il tarixli hesab fakturaya əsasən 5.239 manat Cavabdeh MMC-yə təqdim edilmişdir. İddiaçı QSC- tərəfindən təqdim edimiş xx.xx.2022-ci il tarixli 03/22 nömrəli maliyyə arayışına əsasən Cavabdeh MMC-nin İddiaçı QSC-yə 24 fevral 2020-ci il tarixli AUD_015/20 saylı məsləhət xidməti üzə ümumilikdə 7.080 ABŞ dolları, xx.xx.2022-ci il tarixli 04/22 nömrəli maliyyə arayışına əsasən Cavabdeh MMC-nin İddiaçı QSC-yə 26 fevral 2020-ci il tarixli AUD_018/20 saylı xidmət müqaviləsi üzə ümumilikdə 4.720 ABŞ dolları, xx.xx.2022-ci il tarixli 02/22 nömrəli maliyyə arayışına əsasən Cavabdeh MMC-nin İddiaçı QSC-yə 1 oktyabr 2019-cu il tarixli FAS_007/19 saylı məsləhət xidməti üzə ümumilikdə 5.239,2 ABŞ dolları, xx.xx.2022-ci il tarixli 01/22 nömrəli maliyyə arayışına əsasən Cavabdeh MMC-nin İddiaçı QSC-yə 13 sentyabr 2019-cu il tarixli AUD_066/19 saylı xidmət müqaviləsi üzə ümumilikdə 28.320 ABŞ dolları borcu vardır. EBAF seriyalı 573187 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 20.956,80 manat, EBAJ seriyalı 213795 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 20.060 manat, EBAİ seriyalı 909344 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 5.239,2 manat, EBAJ seriyalı 214488 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 48.144 manat məbləğin ödənilməsi üçün İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil1 Məmmədəli oğlunun müraciətinə verilmiş 30 iyun 2022-ci il tarixli **********63800 nömrəli cavabda qeyd olunmuşdur ki, İddiaçı QSC tərəfindən təqdim edilmiş, EBAJ seriyalı 213795 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaimə-faktura xx.xx.2020, EBAİ seriyalı 909344 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaimə-faktura xx.xx.2022, EBAF seriyalı 573187 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaimə-faktura xx.xx.2020-ci il tarixlərində Cavabdeh MMC tərəfindən “Asan İmza” vasitəsilə təsdiqlənmişdir. Ramil Məhərrəmov və Vadim Abdulayev arasında 11 yanavr 2020-15 yanvar 2020 tarixlərində aparılmış yazışmalarda İddiaçı QSC tərəfindən Cavabdeh MMC-nin müəssisə qiymətləndirmələri müzakirə edilmişdir. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı QSC tərəfindən 400 manat X11 məxsus bank hesabına köçürülmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AUD_028(066)/19 saylı müqavilə üzrə iddiaçı tərəfindən maliyyə hesabatlarının auditinin aparılması, yekun audit hesabatının cavabdehə təhvil verilməsi, eyni zamanda xidmətin dəyəri işin mübahisəsiz halıdır. Cavabdeh ödənişin aparılmamasını təqdim edilmiş rəyin keyfiyyətsiz olması ilə əsaslandırılmışdır. Cavabdehin nümayəndəsi və vəkili qeyd olunan müqaviləyə etirazını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmuş xidmətlər göstərilməsinə baxmayaraq, bu xidmətlər lazımi keyfiyyətdə icra edilməmiş, nəticədə cavbdeh tərəf bununla bağlı başqa şirkətlə əməkdaşlıq etmiş, müqavilənin xidmətnin keyfiyyətsiz olması üzə çıxmışdır. Məhkəmə hesab edir ki, "xxxx" MMC-nin öz rəsmi saytında hesabatlar bölməsində “X17” QSC-nin təqdim etdiyi auditor rəyini dərc etməsi, auditor rəyinin "xxxx" MMC-nin hesabatının kimi təqdim edilməsi cavabdeh tərəfindən rəyin keyfiyyətinin mübahisələndirilmədiyinin göstəricisidir. Eyni zamanda cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli, AUD_028(066)/19 saylı müqavilə üzrə iddiaçı tərəfindən yekun audit hesabatının cavabdehə təhvil verilməsindən sonra sonuncu tərəfindən xidmətin keyfiyyətsiz aparılması ilə bağlı hər-hansı bir irad bildirilməsi haqqında məhkəməyə sübut təqdim edilməmişdir. Müqavilədə nəzərdə tutulmuş işlər görülərkən iddiaçı tərəf təqdim edilmiş sənədlərə şübhəli yanaşmalı olduğu halda buna yol verməmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış müqavilənin 3.1-ci bəndində birbaşa olaraq nəzərdə tutulmuşdur ki, audit yoxlaması sifarişçinin icraçıya təqdim etdiyi sənədlərin əsasında aparılır. 3.3-cü bənddə qeyd olunmuşdur ki, müştəri və onun işçiləri, agentləri və ya nümayəndələri tərəfindən buraxılan pozuntu və yalanların qarşısının alınması və üzə çıxarılması üçün məsuliyyəti müştəri daşıyır. Əlavə olaraq, məhkəmə qeyd edir ki, göstərilmiş xidmətin keyfiyyətsiz olması ilə bağlı cavabdeh tərəfindən iddiaçıya məlumat verilməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Müqavilədə nəzərdə tutulmuş xidmətin keyfiyyətsiz olmasına görə başqa şirkətlə əməkdaşlığın aparılmasına münasibətdə isə məhkəmə qeyd edir ki, qeyd olunan hal müqavilə üzrə xidmətlərin keyfiyyətsiz aparılmasını təsdiqləmir və cavabdeh tərəfindən müavilə üzrə ödənilməmiş borcun ödənilməməsi üçün əsas deyildir. Məhkəmə cavabdehin nümayəndəsinin pulun ödənilməməsinin keyfiyyətin mübahisələndirilməsi kimi qəbul edilməsi əsasına münasibətdə qeyd edir ki, bu hal göstərilmiş xidmətin keyfiyyətsiz olması və qəbul olunmaması kimi yox, cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməkdən yayınması kimi qiymətləndirilməlidir. 1 oktyabr 2019-cu il tarixli FAS_007/19 saylı “Məsləhət xidmətlərinin göstərilməsi haqqında” müqavilə üzrə cavabdeh iddianı xidmətin 7 oktyabr 2019-cu il tarixində başlayıb 1 noyabr 2019-cu il tarixində qiymətləndirmə hesabatı təqdim olunmaqla başa çatmalı olduğu halda vaxtında icra olunmaması və cavabdehin məsləhət xidmətini göstərməsi və ilkin qiymətləndirmə hesabatının təqdim etməsinin müəyyən olunmaması ilə, 26 fevral 2020-ci il tarixli AUD_018/20 saylı “Xidmət Müqaviləsi” və 24 fevral 2020-ci il tarixli AUD_015/20 nömrəli məsləhət xidmətləri müqaviləsi üzrə öhdəliklərini icra etməməsi ilə mübahisələndirmişdir. İş materiallarından göründüyü kimi 1 oktyabr 2019-cu il tarixli FAS_007/19 saylı müqavilə ilə bağlı "xxxx" MMC 30 dekabr 2019-cu il tarixdə 538/2019 saylı, xx.xx.2019 tarixli hesab-faktura üzrə (ƏDV daxil) 10.478,40 AZN və 595/2019 saylı, xx.xx.2019 tarixli hesab-faktura üzrə 10.478,40 AZN məbləğində ödənişlər etmişdir. 1 oktyabr 2019-cu il tarixli FAS_007/19 saylı “Məsləhət xidmətlərinin göstərilməsi haqqında” müqavilənin 5.1-ci bəndinə görə görülmüş işlərin dəyəri müqavilə imzalandıqdan sonra – 40%, ilkin qiymətləndirmə hesabatının təqdim edilməsindən sonra – 40%, yekun qiymətləndirmə hesabatının təqdim edilməsindən sonra – 20% ödənilməlidir. 26 fevral 2020-ci il tarixli AUD_018/20 saylı müqavilə üzrə 4.720 ABŞ dolları məbləğində ödənişlə bağlı hesab faktura tərtib edilmiş, qeyd olunan faktura əsasında cavabdehə elektron qaimə göndərilmiş, cavabdeh tərəfindən elektron qaimələr təsdiqlənmişdir və 24 fevral 2020-ci il tarixli, AUD_015/20 saylı müqavilə üzrə 7.080 ABŞ dolları məbləğində ödənişlə bağlı hesab faktura tərtib edilmiş, qeyd olunan faktura əsasında cavabdehə elektron qaimə göndərilmiş, cavabdeh tərəfindən elektron qaimələr təsdiqlənmişdir. Cavabdehin nümayəndəsi və vəkili qeyd olunan müaqvilələrə etirazını onunla əsaslandırmışdır ki, müqavilələr üzrə nəzərdə tutulmuş xidmətlər cavabdehə təqdim edilməmiş, bununla bağlı iddiaçı tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış 26 fevral 2020-ci il tarixli AUD_018/20 saylı müqavilənin 3.3-cü bəndində qeyd olunmuşdur ki, hər-hansə tərəf öz vəzifələrini yerinə yetirmədikdə və ya lazımi səviyyədə yerinə yetirmədikdə digər tərəf yazılı bildiriş göndərməklə müqavilənin şərtlərinin yerinə yetirilməsini tələb edə bilər və əgər həmin tərəf bildirişdə göstərilmiş müddətdə öhdəliklərini yerinə yetirməzsə, digər tərəf müqaviləyə birtərəfəli qaydada xitam verə bilər. Məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən müqavilələr üzrə öhdəliklərini icra etməsi cavabdeh tərəfindən ödənişlərin həyata keçirilməsi, müqavilələr üzrə öhdəliklərin icra olunması aparılmış e-mail yazışmaları, iddiaçı tərəfindən göndərimiş e-qamələrin cavabdeh tərəfindən təsdiq olunması ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəyə əsaəsn tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 400 (dörd yüz manat) manat məbləğində mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, SOCAR-AQŞ” Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 5239,20 (beş min iki yüz otuz doqquz manat iyirmi qəpik) manat (ƏDV daxil) və 40120,00 (qırx min bir yüz iyirmi) ABŞ dolları (ƏDV daxil) məbləğlərində borc tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 5239,20 (beş min iki yüz otuz doqquz manat iyirmi qəpik) manat (ƏDV daxil) və 40120,00 (qırx min bir yüz iyirmi) ABŞ dolları (ƏDV daxil) (ödəniş gününə olan məzənnə üzrə manatla) məbləğində vəsait və ödənilmiş mediasiya xərcinin əvəzi 400 (dörd yüz) manat tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2205/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2205/2022
19.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver