Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2210/2020 06.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, “xxxxxx” (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdehnə qarşı borcun tutulması barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “xxxxxx” (Azərbaycan) ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2017-ci il tarixində bağlanmış 2017-2264 550218 saylı alqı-satqı müqaviləsi üzrə Cavabdeh MMC tərəfindən ddiaçı “xxxxxx” (Azərbaycan) ASC-nin xeyrinə 340976,1 manat məlbəğində əsas borcun, 85989 manat cərimə məbləğinin, cəmi 426874,1 manat məbləğində borcun və köşürülmüş dövlət rüsumuna görə 30 manat pulun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X2 məhkəməyə tərəflərin öz aralarında aşağıda göstərilən məzmunda barışıq sazişi bağladıqlarını bildirmişlər: Tərəflər Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.4-cü və 191-ci maddəsinə uyğun olaraq X3 ilə 340976,1 (üç yüz qırx min doqquz yüz yetmiş altı manat on qəpik) manat əsas borc məbləğinin hissə-hissə ödənilməsi məqsədilə aşağıdakı qaydada razılığa gəlirlər: 1.1. Cavabdeh 340976,1 (üç yüz qırx min doqquz yüz yetmiş altı manat on qəpik) manat pul məbləğini (əsas borcu) aşağıdakı qaydada İddiaçıya ödəyir: xx.xx.2020-ci il tarixinədək- 40976 manat; xx.xx.2020-ci il tarixinədək- 50000 manat; xx.xx.2020-ci il tarixinədək – 50000 manat; xx.xx.2021-ci il tarixinədək- 50000 manat; xx.xx.2021-ci il tarixinədək – 50000 manat; xx.xx.2021-ci il tarixinədək - 50000 manat; xx.xx.2021-ci il tarixinədək- 50000 manat. 1.2. X5 1.1-ci maddəsində müəyyən olunmuş qaydada əsas borcun Cavabdeh tərəfindən İddiaçıya tam ödənilməsindən sonra, Cavabdehin İddiaçı qarşısındakı əsas borc üzrə ödəniş öhdəlikləri tam həcmdə icra edilmiş hesab edilir və İddiaçı Cavabdehə qarşı əsas borc üzrə iddia tələblərindən imtina edir. 1.3. Cavabdeh tərəfindən ödəniş X5 1.1-ci maddəsində göstərilən şərtlərə əsasən (müvafiq tarixədək müvafiq vəsaitin ödənilməsi) həyata keçirilmədikdə İddiaçı ona ödənilməmiş əsas borcun ödənilməsi barədə icra vərəqəsinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. 1.4. X3 Bakı Kommersiya Məhkəməsinə bir ədəd və Tərəflərdən hər birinə bir ədəd təqdim edilməklə üç eyni hüquqi qüvvəyə malik nüsxədə Azərbaycan dilində tərtib edilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X2 barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən həmin barışıq sazişi təsdiq edilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verməlidir. İddiaçının nümayəndəsi Nümayəndə iddianı təmin etmə tədbirinin ləğv olunmasına etiraz etmədiyini bildirdi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: xxxxxx” (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış, aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin: Tərəflər Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.4-cü və 191-ci maddəsinə uyğun olaraq X3 ilə 340976.1 (üç yüz qırx min doqquz yüz yetmiş altı manat on qəpik) manat əsas borc məbləğinin hissə-hissə ödənilməsi məqsədilə aşağıdakı qaydada razılığa gəlirlər: 1.5. Cavabdeh 340976.1 (üç yüz qırx min doqquz yüz yetmiş altı manat on qəpik) manat pul məbləğini (əsas borcu) aşağıdakı qaydada İddiaçıya ödəyir: xx.xx.2020-ci il tarixinədək- 40976 manat; xx.xx.2020-ci il tarixinədək- 50000 manat; xx.xx.2020-ci il tarixinədək – 50000 manat; xx.xx.2021-ci il tarixinədək- 50000 manat; xx.xx.2021-ci il tarixinədək – 50000 manat; xx.xx.2021-ci il tarixinədək - 50000 manat; xx.xx.2021-ci il tarixinədək- 50000 manat. 1.6. X5 1.1-ci maddəsində müəyyən olunmuş qaydada əsas borcun Cavabdeh tərəfindən İddiaçıya tam ödənilməsindən sonra, Cavabdehin İddiaçı qarşısındakı əsas borc üzrə ödəniş öhdəlikləri tam həcmdə icra edilmiş hesab edilir və İddiaçı Cavabdehə qarşı əsas borc üzrə iddia tələblərindən imtina edir. 1.7. Cavabdeh tərəfindən ödəniş X5 1.1-ci maddəsində göstərilən şərtlərə əsasən (müvafiq tarixədək müvafiq vəsaitin ödənilməsi) həyata keçirilmədikdə İddiaçı ona ödənilməmiş əsas borcun ödənilməsi barədə icra vərəqəsinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. 1.8. X3 Bakı Kommersiya Məhkəməsinə bir ədəd və Tərəflərdən hər birinə bir ədəd təqdim edilməklə üç eyni hüquqi qüvvəyə malik nüsxədə Azərbaycan dilində tərtib edilmişdir. ““xxxxxx” (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdehnə qarşı borcun tutulması barədə iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2210/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2210/2020
06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver