Məhkəmə qərarları › İş №e-2-2(113)-2218/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2218/2020

13.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2218/2020 13.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Bağırov Bəhruz Mirhəsən oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh nümayəndələri X3 və X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı cavabdehdən 1.514.350,30 manat məbləğində əsas borc, 295.131,15 manat faiz məbləği, 6000 manat məbləğində hüquqi yardım xərcləri, 310 manat vəkil ilə bağlanmış müqaviləyə dair xidmət haqqının və 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 1.815.821,45 manat məbləğində pulun və məhkəmə mübahisəsi ilə əlaqədar hüquqi yardım göstərən şirkətə ödənilməli olan iddiaçıya ödəniləcək vəsaitin 8% məbləğində qonorar məbləğin tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən 1.514.350,30 manat məbləğində əsas borc, 295.131,15 manat faiz məbləği, 6000 manat məbləğində hüquqi yardım xərcləri, 310 manat vəkil ilə bağlanmış müqaviləyə dair xidmət haqqının və 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 1.815.821,45 manat məbləğində pulun və məhkəmə mübahisəsi ilə əlaqədar hüquqi yardım göstərən şirkətə ödənilməli olan iddiaçıya ödəniləcək vəsaitin 8% məbləğində qonorar məbləğin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2017-ci il tarixində iddiaçı ilə cavabdeh arasında KQ-RS/01-2017 saylı Malların daşınması xidmətlərinin göstərilməsi haqqında Müqavilə bağlanılmışdır. xx xxxxxx 2017-ci il tarixli müqavilə üzrə iddiaçı üzərinə düşən bütün öhdəlikləri tam şəkildə icra etsə də, cavabdeh öz öhdəliklərini icra etməmişdir. xx xxxxxx 2017-ci il tarixli müqaviləyə əsasən 2 dəst ZJ-30D markalı qazma qurğularının istehsalçı zavoddan daşınması xidmətləri iddiaçı tərəfindən həyata keçirilmişdir. Qeyd edilən avadanlıqlar İpək yolu terminalına 2018-ci il 12-21 mart tarixlərində gətirilmişdir və bu barədə cavabdehə dərhal məlumat verilsə də, cavabdeh tərəfindən avadanlıqlar vaxtında təhvil alınmamışdır. Boşdayanma barədə həmçinin cavabdehin əməkdaşı Faiq Rəsulov tərəfindən xx xxxxxx 2018-ci il tarixli elektron məktubla təsdiqlənmişdir. Avadanlıqlar İpək yolu terminalına daxil olan tarixdən təhvil alınanadək, daşımanı həyata keçirən nəqliyyat vasitəsində saxlanılmışdır və bütün bu dövr üçün daşımanı həyata keçirən Şirkət tərəfindən iddiaçıya boşdayanma ilə bağlı xərclərlə əlaqədar olaraq hesab-fakturalar təqdim edilmişdir. Belə ki, boşdayanma nəticəsində daşımanı həyata keçirən şirkət olan “xxxx” iddiaçıya xx xxxxx 2018-ci il tarixində 339.500 ABŞ dolları məbləğində 89005/1000715 saylı və xx xxx 2018-ci il tarixində 320.000 ABŞ dolları məbləğində 90923/1000715 saylı hesab-fakturalar təqdim etmişdir. Qeyd edilən məbləğin bir hissəsi, yəni 280.000 ABŞ dolları iddiaçı tərəfindən “xxxx” şirkətinə ödənilmişdir. Qalıq məbləğin ödənilməsi üçün “xxxx” Şirkətindən möhlət istənilmişdir. Ümumilikdə, xx xxxxxx 2017-ci il tarixli müqaviləyə əsasan boşdayanmaya görə 659.500.00 ABŞ dolları məbləğində xərc yaranmışdır. Cavabdeh avadanlıqları yalnız 05 xx xxxxx 2018-ci il tarixlərində təhvil almışdır. Avadanlığın təhvil alınmasına dair iddiaçı ilə cavabdeh arasında xx xxxxx 2018-ci il tarixində təhvil-təslim aktı imzalanmışdır. İddiaçı cavabdehə xx xxxxxx 2019-cu il tarixində avadanlıqların gec təhvil alındığından yaranan boşdayanmaya görə 1.121.150.00 manat məbləğində RB19/01/002 saylı hesab-faktura təqdim etmişdir. Bu barədə cavabdehə dəfələrlə şifahi və yazılı bildirişlər göndərilmişdir, lakin cavabdeh tərəfindən qeyd edilən məbləğ heç bir zaman təkzib edilməsə də, qeyd edilən hesab faktura üzrə ödəniş bu günədək heç bir səbəb göstərilmədən ödənilməmişdir. İddiaçı cavabdehə xx xxxxx 2018-ci il tarixində daşınma xidmətlərinə dair RB18/04/002 saylı 1.479.000,00 manat məbləğində hesab faktura təqdim etmişdir. Lakin, cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulan müddət ərzində ödəniş həyata keçirilməmiş və bununla da qanunvericiliyin tələbləri, habelə müvafiq müqavilənin müddəaları pozulmuşdur. Qeyd edilən hesab faktura üzrə 1.479.000,00 manat məbləğində ödəniş gecikmə ilə həyata keçirilmişdir. xx xxxxxx 2018-ci il tarixində iddiaçı ilə cavabdeh arasında KQ-RS/01-2018 saylı Malların daşınması xidmətlərinin göstərilməsi haqqında Müqavilə bağlanılmışdır. xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən TDS-8SA markalı Top-Drive qurğusunun istehsalçı zavoddan daşınması xidmətləri iddiaçı tərəfindən həyata keçirilmişdir. Qeyd edilən avadanlıqlar İpək yolu terminalına 2018-ci il 27 mart tarixində gətirilmişdir və bu barədə cavabdehə dərhal məlumat verilsə də, cavabdeh tərəfindən avadanlıqlar vaxtında təhvil alınmamışdır. Avadanlıqlar İpək yolu terminalına daxil olan tarixdən təhvil alınanadək, daşımanı həyata keçirən nəqliyyat vasitəsində saxlanılmışdır və bütün bu dövr üçün daşımanı həyata keçirən Şirkət tərəfindən iddiaçıya boşdayanma ilə bağlı xərclərlə əlaqədar olaraq hesab-fakturalar təqdim edilmişdir. Belə ki, boşdayanma nəticəsində daşımanı həyata keçirən “xxxx” şirkəti iddiaçıya xx xxxxx 2018-ci il tarixində 4.020 ABŞ dolları məbləğində hesab-faktura təqdim etmişdir. Qeyd edilən məbləğin ödənilməsi üçün “xxxx” Şirkətindən möhlət istənilmişdir. Cavabdeh avadanlıqları yalnız 2018-ci il 03 aprel tarixində təhvil almışdır. Avadanlığın təhvil alınmasına dair iddiaçı ilə cavabdeh arasında xx xxxxx 2018-ci il tarixində təhvil-təslim aktı imzalanmışdır. İddiaçı cavabdehə xx xxxxxx 2019-cu il tarixində avadanlıqların gec təhvil alındığından yaranan boşdayanmaya görə 6.834.00 manat məbləğində RB19/01/006 saylı hesab faktura təqdim etmişdir. Bu barədə cavabdehə dəfələrlə bildirişlər verilsə də, qeyd edilən hesab faktura üzrə ödəniş bugünədək ödənilməmişdir. İddiaçı cavabdehə xx xxxxx 2018-ci il tarixində daşınma xidmətlərinə dair RB18/04/003 saylı 62.390 manat məbləğində hesab-faktura təqdim etmişdir. Lakin, cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulan müddət ərzində ödəniş həyata keçirilməmiş və bununla da qanunvericiliyin və müvafiq müqavilənin tələbləri pozulmuşdur. Belə ki, qeyd edilən hesab-faktura üzrə 62.390 manat, hesab faktura təqdim ediləndən 30 gün ərzində ödəniş həyata keçirilməli olsa da, yalnız xx xxxx 2018-ci il tarixində həyata keçirilmişdir. xx xxxxxx 2018-ci il tarixində iddiaçı ilə cavabdeh arasında KQ-RS/02-2018 saylı Malların daşınması xidmətlərinin göstərilməsi haqqında Müqavilə bağlanılmışdır. xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən deqazator, məhlul təmizləyici və kondisionerlərin istehsalçı zavoddan daşınması xidmətləri iddiaçı tərəfindən həyata keçirilmişdir. Qeyd edilən avadanlıqlar İpək yolu terminalına 2018-ci il 07 may tarixində gətirilmiş və bu barədə cavabdehə dərhal məlumat verilsə də, cavabdeh tərəfindən avadanlıqlar vaxtında təhvil alınmamışdır. Avadanlıqlar İpək yolu terminalına daxil olan tarixdən təhvil alınanadək, daşımanı həyata keçirən nəqliyyat vasitəsində saxlanılmışdır və bütün bu dövr üçün daşımanı həyata keçirən Şirkət tərəfindən iddiaçıya boşdayanma ilə bağlı xərclərlə əlaqədar olaraq hesab-fakturalar təqdim edilmişdir. Belə ki, boşdayanma nəticəsində daşımanı həyata keçirən “xxxx” şirkəti iddiaçıya xx xxxxx 2018-ci il tarixində 695 ABŞ dolları məbləğində hesab-faktura təqdim etmişdir. Qeyd edilən məbləğin ödənilməsi üçün “xxxx” şirkətindən möhlət istənilmişdir. Avadanlıqların təhvil alınmasına dair iddiaçı ilə cavabdeh arasında xx xxxxx 2018-ci il tarixində təhvil-təslim aktı imzalanmışdır. İddiaçı cavabdehə xx xxxxxx 2019-cu il tarixində avadanlıqların gec təhvil alındığından yaranan boşdayanmaya görə 1.181.50 manat məbləğində RB19/01/005 saylı hesab faktura təqdim etmişdir. İddiaçı cavabdehə xx xxxx 2018-ci il tarixində daşınma xidmətlərinə dair RB18/07/009 saylı 18.700 manat məbləğində hesab faktura təqdim etmişdir. Cavabdeh tərəfindən daşıma xidməti üzrə ödəniş həyata keçirilsə də, boşdayanma üzrə məbləğ cavabdeh tərəfindən heç bir zaman təkzib edilməməsinə baxmayaraq bu günədək ödənilməmişdir. xx xxxxxx 2018-ci il tarixində iddiaçı ilə cavabdeh arasında KQ-RS/04-2018 saylı Malların daşınması xidmətlərinin göstərilməsi haqqında Müqavilə bağlanılmışdır. xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən ZJ 70D markalı qazma qurğularının istehsalçı zavoddan daşınması xidmətləri iddiaçı tərəfindən həyata keçirilmişdir. Qeyd edilən avadanlıqlar 2018-ci il 20 iyul-14 avqust tarixlərində İpək yolu terminalına gətirilmişdir və bu barədə cavabdehə dərhal məlumat verilsə də, cavabdeh tərəfindən avadanlıqlar vaxtında təhvil alınmamışdır. Avadanlıqlar İpək yolu terminalına daxil olan tarixdən təhvil alınanadək, daşımanı həyata keçirən nəqliyyat vasitəsində saxlanılmışdır və bütün bu dövr üçün daşımanı həyata keçirən Şirkət tərəfindən iddiaçıya boşdayanma ilə bağlı xərclərlə əlaqədar olaraq hesab-fakturalar təqdim edilmişdir. Belə ki, boşdayanma nəticəsində daşımanı həyata keçirən “xxxx” şirkəti iddiaçıya xx xxxxxx 2018-ci il tarixində 61.630 ABŞ dolları məbləğində hesab-faktura təqdim etmişdir. Qeyd edilən məbləğin ödənilməsi üçün “xxxx” şirkətindən möhlət istənilmişdir. Cavabdeh avadanlıqları yalnız 2018-ci il 31 iyul - 16 avqust tarixlərində təhvil almışdır. Avadanlığın təhvil alınmasına dair iddiaçı ilə cavabdeh arasında xx xxxxxx 2018ci il tarixində təhvil-təslim aktı imzalanmışdır. İddiaçı cavabdehə xx xxxxxx 2019-cu il tarixində avadanlıqların gec təhvil alındığından yaranan boşdayanmaya görə 104.771.00 manat məbləğində RB19/01/003 saylı hesab faktura təqdim etmişdir. Bu barədə cavabdehə dəfələrlə şifahi və yazılı bildirişlər göndərilsə və cavabdeh tərəfindən qeyd edilən məbləğ heç bir zaman təkzib edilməsə də, qeyd edilən hesab faktura üzrə ödəniş bu günədək aparılmamışdır. İddiaçı cavabdehə xx xxxxxx 2018-ci il tarixində daşınma xidmətlərinə dair RB18/08/012 saylı 1.190.000.00 manat məbləğində hesab faktura təqdim etmişdir. Cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulan müddət ərzində ödəniş həyata keçirilməmiş və bununla da qanunvericiliyin və müvafiq müqavilənin tələbləri pozulmuşdur. Belə ki, qeyd edilən hesab faktura üzrə müxtəlif müddətlərdə ümumi məbləğin yalnız bir hissəsi ödənilmişdir. Belə ki, xx xxxxxx 2018-ci il tarixində 170.000 manat, xx xxxxxx 2019cu il tarixində 170.000 manat, xx xxxxxx 2019-cu il tarixində 85.000 manat, xx xxxxxxxx 2019-cu il tarixində 102.000 manat və xx xxxx 2020-ci il tarixində 400.000 manat məbləğində ödəniş həyata keçirilmişdir. Ödənişlərdə gecikmələr olmaqla yanaşı, 263.000 manat məbləğdə borc bu günədək ödənilməmiş qalır. xx xxxx 2018-ci il tarixində iddiaçı ilə cavabdeh arasında KQ-RS/03-2018 saylı Malların daşınması xidmətlərinin göstərilməsi haqqında Müqavilə bağlanılmışdır. xx xxxx 2018-ci il tarixli müqaviləyə əsasən Varco kəmər endirmə avadanlıqları istehsalçı zavoddan daşınması xidmətləri iddiaçı tərəfindən həyata keçirilmişdir. Qeyd edilən avadanlıqlar İpək yolu terminalına 2018-ci il 27 mart tarixində gətirilmiş və bu barədə cavabdehə dərhal məlumat verilsə də, cavabdeh tərəfindən avadanlıqlar vaxtında təhvil alınmamışdır. Avadanlıqlar İpək yolu terminalına daxil olan tarixdən təhvil alınanadək, daşımanı həyata keçirən nəqliyyat vasitəsində saxlanılmışdır və bütün bu dövr üçün daşımanı həyata keçirən Şirkət tərəfindən iddiaçıya boşdayanma ilə bağlı xərclərlə əlaqədar olaraq hesab-fakturalar təqdim edilmişdir. Belə ki, boşdayanma nəticəsində daşımanı həyata keçirən “xxxx” şirkəti iddiaçıya xx xxxxx 2018-ci il tarixində 2.250 avro məbləğində hesab-faktura təqdim etmişdir. Qeyd edilən məbləğin ödənilməsi üçün “xxxx” şirkətindən möhlət istənilmişdir. Cavabdeh avadanlıqları yalnız 2018-ci il xx xxxxx 2018-ci il tarixində təhvil almışdır. Avadanlığın təhvil alınmasına dair iddiaçı ilə cavabdeh arasında xx xxxxx 2018-ci il tarixində təhvil-təslim aktı imzalanmışdır. İddiaçı cavabdehə xx xxxxxx 2019-cu il tarixində avadanlıqların gec təhvil alındığından yaranan boşdayanmaya görə 4.368.38 manat məbləğində RB19/01/004 saylı hesab faktura təqdim etmişdir. Bu barədə cavabdehə dəfələrlə bildirişlər edilsə və cavabdeh tərəfindən qeyd edilən məbləğ heç bir zaman təkzib edilməsə də, qeyd edilən hesab faktura üzrə ödəniş bu günədək aparılmamışdır. İddiaçı cavabdehə xx xxxxx 2018-ci il tarixində daşınma xidmətlərinə və sığortaya dair RB18/04/004 saylı 13.045.42 manat məbləğli hesab faktura təqdim etmişdir. Cavabdeh tərəfindən bu günədək 13.045.42 manat ödəniş həyata keçirilməmişdir. Müqavilələrin 4.1-ci bəndlərinə əsasən “ödəniş, çatdırılma həyata keçirildikdən sonra icraçının təqdim etdiyi hesab-faktura və təhvil-təslim aktı əsasında 30 təqvim günü ərzində köçürmə yolu ilə həyata keçirilir”. Müqavilələrə əsasən bütün avadanlıqlar çatdırmış, təhvil-təslim aktları imzalanmış və hesab fakturalar təqdim edilmişdir. Müqavilələr üzrə iddiaçı üzərinə düşən bütün öhdəlikləri tam şəkildə icra etsə də, cavabdeh öz öhdəliklərini icra etməmişdir. Cavabdeh tərəfindən ödənişlərdə gecikmələrə yol verilmişdir, bəzi hesab fakturalar üzrə isə ümumiyyətlə ödəniş həyata keçirilməmişdir. Müqavilələrə əsasən ödəniş, çatdırılma həyata keçirildikdən sonra icraçının təqdim etdiyi hesab-faktura və təhvil-təslim aktı əsasında 30 təqvim günü ərzində həyata keçirilməli idi, müvafiq təhvil-təslim aktları imzalandıqdan və hesab-faktura təqdim etdiyi tarixdən 30 təqvim günü keçdikdən sonra olan müddət üçün iddiaçının pulunu qanunsuz saxladığı müddət üçün faiz hesablanmışdır və ümumilikdə, cavabdeh tərəfindən müqavilələr üzrə öhdəliklər vaxtında həyata keçirilmədiyindən 295.131.15 manat faiz məbləği iddiaçıya ödənilməlidir. Mülki Məcəllənin 852.1-ci maddəsinə əsasən “ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir”. Mülki Məcəllənin 852.4-cü maddəsinə əsasən “ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır.” Maddənin mətnindən görünür ki, daşıma müqaviləsində yük daşıma ilə bağlı yaranan hər bir xərc ekspeditora ödənilməlidir. Həm işgüzar adətlərdən, həmçinin Mülki Məcəllənin də müddəalarından göründüyü kimi yükü vaxtında boşaltmadığına görə, daşıma vasitəsinin boşdayanmasına görə və s. xərclər də daxil olmaqla bütün xərclərin əvəzi cavabdeh tərəfindən ödənilməlidir. Müqavilələrin 2.1-ci bəndinə əsasən xidmətlərin qiyməti “CİP Bakı Azərbaycan” şərtinə (İnkoterms-2010) əsasən müəyyən edilmiş və 1 saylı Qoşmada göstərilmişdir və xidmətlərin qiymətinə sığorta, yoxlama və yüklənmə, Bakıya nəql etmə, ixrac gömrük rəsmiləşdirilməsi və “İnkoterms-2010”-də CİP şərtinə əsasən icraçıya aid bütün digər xərclər daxildir. İncoterms “məhsulların satışı və çatdırılması üzrə imzalanan xarici və yerli müqavilələr çərçivəsində tərəflərin müvafiq öhdəlikləri, o cümlədən xərc və risklərin müəyyənləşdirilməsi ilə əlaqədar qəbul olunmuş beynəlxalq standartlardan ibarətdir. Bu qaydalar məhsulun satıcıdan alıcıya çatdırılması zamanı qeyd olunan məsələlər üzrə tərəflər arasındakı münasibətləri tənzimləyir.” Müqavilələrdə istinad olunan İncoterms- 2010 şərtləri özündə boşdayanmaya görə xərcləri müəyyən etmir. Müqavilələrdən aydındır ki, yalnız müqavilədə sadalanan xərclər xidmətlərin qiymətinə daxildir və digər xərclər, həmçinin boşdayanmaya görə yaranan xərclər xidmətlərin qiymətinə daxil deyildir. Həmçinin, Mülki Məcəllənin tələbinə əsasən daşıma ilə yaranmış bütün xərclərin əvəzi ekspeditora ödənilməlidir. Mülki Məcəllənin 858-ci maddəsinə əsasən “əgər yük qəbul edilmirsə və ya yük üzrə ödənişlər həyata keçirilmirsə və ya yük alanı müəyyənləşdirmək mümkün deyilsə, daşıyıcı yük göndərənə bu barədə məlumat verməli və yük göndərənin riski və hesabı ilə yükü müvəqqəti saxlamaya götürməli və ya saxlama üçün üçüncü şəxsə verməlidir”. Maddədən göründüyü kimi yük qəbul edilmədiyi halda, yük göndərənin hesabına saxlanılmalıdır. Mülki Məcəllənin 851-ci maddəsinə əsasən yük göndərən iki şəxs olar bilər. Yük göndərən dedikdə həm yükün daşımadan əvvəl olduğu şəxs (yəni yükə sahib olan şəxs), həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Müqavilələr üzrə cavabdeh Mülki Məcəllənin müəyyən etdiyi anlayışa görə həm yük göndərən, həm yük alan statusuna malik olmuşdur. Belə ki, daşıma xidmətlərini həyata keçirməklə bağlı müqavilə yük alan olan cavabdehlə bağlanılmışdır. Beləliklə, qeyd edilənlərdən aydın olur ki, yük qəbul edilmədikdə, yükün saxlanma xərclərini cavabdeh çəkməli idi. Bu baxımdan da həm Mülki Məcəllənin tələbinə görə, həm də Müqavilələrin şərtlərinə əsasən boşdayanmaya görə xərclər cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. İddiaçının “xxxx” şirkəti ilə bağladığı müqaviləyə əsasən hesablanan xərclərin ödənilməsi üçün “xxxx” Şirkətindən möhlət istənilmişdir. Qeyd edilən bəndlərə əsasən boşdayanmaya görə iddiaçıya ümumilikdə 1.238.304.88 manat ödənilməlidir. Boşdayanmaya görə cavabdehə sadalanan hesab-fakturalar təqdim edilsə də, cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Borcun ödənilməsi ilə bağlı iddiaçı cavabdehlə dəfələrlə danışıqlar aparmış və şifahi və yazılı xəbərdarlıqlar etmişdir. Lakin göründüyü kimi, cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmiş və bununla da Müqavilələrin şərtlərini və qanunvericiliyin tələblərini pozmuşdur. İddiaçı tərəfindən cavabdehə sonuncu dəfə xx xxxxxx 2020-ci il tarixli pretenziya məktubu təqdim edilmişdir. Lakin yenə də cavabdeh tərəfindən nə məktuba cavab verilmiş, nə də müqavilə üzrə öhdəliklər yerinə yetirilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, əsas borc məbləği onların hesablamasına görə iddiaçının tələb etdiyi məbləğlə üst-üstə düşür. İddiaçı, onunla cavabdeh arasında xx xxxxxx 2017-ci il tarixli, KQ-RS/01-2017 nömrəli, xx xxxxxx 2018-ci il tarixli, KQ-RS/01-2018 nömrəli, xx xxxxxx 2018-ci il tarixli, KQ-RS/02-2018 nömrəli, xx xxxxxx 2018-ci il tarixli, KQ-RS/04-2018 nömrəli və xx xxxx 2018-ci il tarixli, KQ-RS/03-2018 nömrəli müqavilələrin imzalandığını bildirərək ümumilikdə 1815821,45 manat məbləğində pulun və iddiaçıya hüquqi yardım göstərən şirkətə ödənilməsi üçün iddiaçıya ödəniləcək məbləğin 8%-i məbləğində qonorar məbləğinin tutulmasını xahiş etmişdir. İddiaçının iddiası əsassız və qanunsuzdur. İddiaçının iddiasında “ümumilikdə 1815821,45 manat məbləğində pulun və 8%-i məbləğində qonorar məbləğinin” əsassız olaraq cavabdehdən tələb etmiş, necə formalaşdığı və aralarında imzalanmış hansı müqavilənin hansı bəndinə əsasən məhz cavabdeh tərəfindən ödənilməli olduğu göstərilməmişdir. Cavabdeh iddiaçının boşdayanmalarına görə xərclərin ödənilməsi barədə öz üzərinə heç bir öhdəlik götürməmiş və bu barədə aralarında imzalanmış 5 müqavilənin heç birində hər hansı bənd yoxdur. 2 dəst ZJ30 qazma qurğusunun daşınması üçün dəyəri 870000 ABŞ dolları olan, xx xxxxxx 2017-ci il tarixli, KQ-RS/01-2017 saylı müqavilə imzalanmışdır. Müqavilə şərtinə əsasən mallar 60 gün ərzində daşınmalı idi. Lakin 104 gün ərzində, son 2 maşın isə xx xxxx 2018-ci il tarixində İpək yolu gömrük terminala daxil olmaqla daşınmışdır. Halbuki, daşınma xidməti üçün keçirilən tenderin əsas şərtlər toplusunda qazma qurğularını daşıyan bütün nəqliyyat karvanının birlikdə 2 gün ərzində gömrük terminalına daxil olması tələb olunmuşdur. İcraçının isə yükü daşıdığı 95 maşından ilk maşın 10 martda, son maşın isə 28 martda gömrük terminalına daxil olmuşdur, dəst şəklində gömrük rəsmiləşdirilməsini həyata keçirilən qazma qurğularının rəsmiləşdirilməsinə yalnız 28 mart tarixindən başlana bilmişdir və 5-10 aprel tarixləri arasında anbara daşınaraq boşaldılmışdır. Göründüyü kimi xx xxxxxx 2017-ci il tarixli, KQ-RS/01-2017 saylı müqavilə ləngidilərək icra edilmişdir. TDS- 8SA markalı Top Drayverin daşınma xidməti üçün dəyəri 36700 ABŞ dolları olan, xx xxxxxx 2018-ci il tarixli , KQ-RS/01-2018 saylı müqavilə imzalanmışdır. Müqavilə şərtinə əsasən mallar 60 gün ərzində daşınmalı idi. Lakin xx.xx.2019-cu il tarixdə çatdırılmışdır. Göründüyü kimi xx xxxxxx 2018-ci il tarixli, KQ-RS/01-2018 saylı müqavilə ləngidilərək icra edilmişdir. Deqazator, məhlul təmizləyici və kondisionerlərin daşınması xidməti üçün dəyəri 11000 ABŞ dolları olan xx xxxxxx 2018-ci il tarixli, KQ-RS/02-2018 saylı müqavilə imzalanmışdır. Müqavilə şərtinə əsasən mallar 60 gün ərzində daşınmalı idi. Lakin xx.xx.2019-cu il tarixdə çatdırılmışdır. Göründüyü kimi xx xxxxxx 2018-ci il tarixli, KQ- RS/02-2018 saylı müqavilə ləngidilərək icra edilmişdir. Varco kəmər endirmə avadanlığının daşınması xidməti üçün dəyəri 6200 ABŞ dolları olan xx xxxx 2018-ci il tarixli, KQ-RS/03- 2018 saylı müqavilə imzalanmışdır. Müqavilə şərtinə əsasən mallar 30 gün ərzində daşınmalı idi. Lakin xx.xx.2019-cu il tarixdə çatdırılmışdır. Göründüyü kimi xx xxxx 2018-ci il tarixli, KQ-RS/03-2018 saylı müqavilə ləngidilərək icra edilmişdir. ZJ-70 qazma qurğusunun ikinci hissəsinin daşınması xidməti üçün dəyəri 700000 ABŞ dolları olan xx xxxxxx 2018-ci il tarixli, KQ-RS/04-2018 saylı müqavilə imzalanmışdır. Müqavilə şərtinə əsasən mallar müqavilə imzalandıqdan sonra 60 gün ərzində daşınmalı idi. Lakin 30xx.xx.2019-cu il tarixdə çatdırılmışdır. Göründüyü kimi xx xxxxxx 2018-ci il tarixli, KQ- RS/04-2018 saylı müqavilə ləngidilərək icra edilmişdir. Sadalanan hallardan göründüyü kimi qeyd edilən müqavilələr ləngidilərək icra edilmişdir. Bundan əlavə olaraq cavabdehin ümumilikdə 1815821,45 manat miqdarında vəsaitin iddiaçıya borclu olmasını təsdiq edən borcların qarşılıqlı üzləşdirmə aktı nə məhkəməyə, nə də cavabdehə təqdim edilməmişdir. Məlum olduğu kimi bütün dünyada baş verən COVİD-19 epidemiyası cavabdehin iradəsindən kənar baş vermiş hadisədir. Mülki Məcəllənin 448.4.-ci maddəsinə əsasən “borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan (bizim halımızda COVİD-19) irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin.” Bu maddənin mahiyyətindən göründüyü kimi ölkədə, o cümlədən dünyada COVİD-19 epidemiyasının baş verməsini cavabdeh öncədən proqnozlaşdıra bilməzdi. Həmçinin ölkədə epidemiyanın baş verməsi halının sübuta ehtiyacı yoxdur və qanunvericiliyə əsasən hər kəsə məlum olan hallar mübahisələndirilmir. Aralarında imzalanmış bütün müqavilələrin 15-ci maddəsində qeyd edilmişdir ki, tərəflər onların nəzarəti altında olmayan və gözlənilməyən qarşısıalınmaz qüvvənin, məsələn, yanğın, daşqın, zəlzələ, qasırğa və digər təbii fəlakətlərin, epidemiyaların, hərbi münaqişələrin, terror aktlarının, hakimiyyət orqanlarının qərarlarının və hərəkətlərinin (“Fors-major”) təsiri altında bu Müqavilə üzrə öhdəliklərini qismən və ya tam yerinə yetirə bilmədikdə məsuliyyət daşımırlar. Bu vaxt Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi müddəti göstərilmiş şəraitin mövcud olduğu dövr qədər uzadılır. Göstərilənlərdən açıq-aydın görünür ki, iddiaçı istinad etdiyi halları tam dəqiqliklə sübut edə bilmir və COVİD-19 epidemiyasının baş verməsi Trestin idarə etdiyi risk sahəsinə aid deyildir. Ödənişlərin gecikdirilməsinə görə nəzərdə tutulmuş faizlər ilə bağlı tərəf Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 22-ci fəslinə, öhdəliklərin icra edilməməsinə istinad etmiş və öhdəliyin icra edilməməsi ilə bağlı Məcəllənin 449-cu maddəsinə əsasən faizlər ödənilməli olduğunu bildirmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 22-ci fəslindən öhdəliyin pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin məcəllənin 443 və 445-ci maddələri də, göstərilən hər iki hal üçün vurulan zərərin əvəzinin ödənilməsini müəyyən edir. Lakin tərəf həmin 22-ci fəsilin 443.1-ci bəndinin tələbini qeyd etməmişdir. Belə ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə, öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Belə ki, Müqavilədə Borclunun üzərinə öhdəliyin yerinə yetirilməməsi və ya gecikdirilməsi ilə bağlı heç bir məsuliyyət qoyulmamışdır. Əgər müqavilədə məsuliyyət qoyulsaydı lakin, faiz etibarilə öz əksini tapmasaydı, o zaman Mülki Məcəllə faizlərin miqdarını bank uçot dərəcəsi ilə müəyyən edir. Müqavilədə məsuliyyət nəzərdə tutulmadığı halda, tərəfin faiz tələbi tam əsassızdır. Həmçinin Məcəllənin 449.1-ci maddəsinə istinad edilərkən, həmin müddəanın əsas elementi nəzərə alınmamışdır. Belə ki, həmin maddənin tələblərinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Bu müddəa o zaman tədbiq edilir ki, cavabdeh belə ödənişlərdən faydalansın. Aydın görünür ki, cavabdehin belə ödənişdən faydalanması halı iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxx 2009-cu il tarixli Qərarına əsasən, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olunduğunu nəzərə alaraq, Mülki Məcəllənin bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Misal üçün əgər kimsə kredit götürərsə, həmin götürülmüş kredit hesabına bəhər əldə edərsə, faydalanarsa və kredit məbləğini ödəməkdən boyun qaçırarsa, o halda Mülki Məcəllənin 449-cu maddəsi tədbiq edilə bilər. Lakin cavabdeh iddiaçının pulunu saxlamamış, ondan hər hansı bəhər əldə etməklə faydalanmamışdır. Bu səbəbdən iddiaçının qeyd olunan tələbi tamamilə əsassızdır. Boşdayanmaya görə xərclərə dair tələb hissəsində iddiaçının tələbi tamamilə əsassızdır və bilavasitə əsassız varlanmaq məqsədini daşıyır. Tərəf 3-cü tərəflə, yəni “X4 B.V. şirkəti ilə bağladığı müqavilədən irəli gələn xərclərinin səbəbini “boşdayanma” göstərməklə 1.238.304.88 manat məbləğini cavabdehdən tələb edir. Tələb əsassızdır. Tərəf İnkoterms 2010 şərtlərinə istinad edir və qeyd edir ki, həmin şərtlər boşdayanmaya görə şərtləri müəyyən etmir. X7 Palatasının rəsmi səhifəsinə baxılsa, orada açıq aydın görünür ki, qeyd olunan müqavilələrin şərti olan İnkoterms 2010 CİP şərtində “iddaçı qeyd olunan yerə daşınmanın çatdırılması üçün bütün zəruri ödənişləri həyata keçirməlidir. Cavabdehin daşınma zamanı hər hansı bir xərc çəkməsindən söz gedə bilməz. Həmçinin müqavilələrin 2.2-ci bəndinə əsasən, müqavilənin ümumi dəyərinə bütün vergilər, rüsumlar və digər məcburi ödənişlər daxildir. Müqavilələrdə cavabdeh üçün boşdayanmaya görə hər hansı bir məsuliyyət nəzərdə tutulmamışdır. Müqavilənin 3.2-ci bəndinə əsasən ekspeditor, yəni iddiaçı sifarişin icra olunması üçün cəlb etdiyi nəqliyyat vasitələrinə və şirkətlərə görə məsuliyyət daşıyır. Müqavilənin 11.1-ci maddəsinə əsasən, tərəflər razılaşır ki, mallara gömrük rəsmiləşdirilməsi zamanı itkilərə görə ekspeditor məsuliyyət daşıyır. Əgər 3-cü tərəf qarşısında iddiaçının xərcləri yaranmışdırsa, bu xərclərin cavabdehin ucbatından baş verməsi ilə bağlı sübutlar təqdim edilməmiş və qeyd olunan iddia sübut edilməmişdir. Belə ki, cavabdehin təqsirinin müəyyən edilməsi üçün onun hərəkət və ya hərəkətsizliyi ilə baş vermiş nəticə arasında səbəbli əlaqə sübuta yetirilməlidir. Əksinə qeyd olunan problemlər iddiaçının müqavilə üzrə öz öhdəliklərini lazımınca yerinə yetirməməsi səbəbindən baş vermişdir. Belə ki, xx.xx.2017-ci il tarixli müqavilə üzrə mallar müqavilə imzalandıqdan sonra 60 gün ərzində çatdırılmalı olsa da, icra 66 gün gecikmə ilə yəni 126 günə həyata keçirilmişdir. Həmçinin xx.xx.2018-ci il tarixli müqavilə 49, xx.xx.2018-ci il tarixli müqavilə 32, xx.xx.2018-ci il tarixli müqavilə 1 gün, xx.xx.2018-ci il tarixli müqavilə isə 135 gün gecikmə ilə icra edilmişdir. Müqavilənin 10.3.2-ci bəndinə əsasən, ekspeditor özünün hazırki müqavilə üzrə öhdəliklərini pozmasından irəli gələn və ya 3-cü tərəflərin tələblərinə əsaslanan hər hansı iddiadan Sifarişçini qoruyacaq, zəmanət verəcək, müdafiə və azad edəcəkdir. Həmçinin Müqavilənin 10.3.5-ci bəndinə əsasən, ekspeditor onun tərəfindən seçilən daşıyıcılar tərəfindən qeyd olunan xidmətlərin göstərilməsilə birbaşa və ya dolayı əlaqəsi olan iddialardan sifarişçini qoruyacaq, zəmanət verəcək, müdafiə və azad edəcəkdir. İddiaçının öz öhdəliklərini lazımınca yerinə yetirməməsi ilə bağlı xx.xx.2018-ci il tarixdə müraciət ünvanlanmış və iddiaçının öz öhdəliklərini lazımınca yerinə yetirməməsi səbəbindən əmələ gələn əlavə xərclərin iddiaçı tərəfindən ödənilməli olduğu barədə xəbərdarlıq ünvanlanmışdır. Həmçinin, xx xxxx 2018ci il tarixli Pretenziya məktubu təqdim edilmişdir. Belə ki, iddiaçı öz məsuliyyətini çox gözəl anlamış və cavabdehin pretenziyasına qarşı qabaqlayıcı tədbirlər görərək öz məsuliyyətindən yayınmağa çalışmışdır. Belə ki, cavabdehin hələ 2018-ci il tarixdə etdiyi xəbərdarlıqlara cavab olaraq, iddiaçı səmimi olaraq öz nöqsanlarını qəbul etməkdənsə, cavabdehə uzun müddətdən sonra yəni 2019-cu ildə əsassız aktlar ünvanlamışdır. Təbii ki, həmin aktlar cavabdeh tərəfindən təsdiq edilməmişdir, çünki tamamilə əsassızdır. Həmçinin müsabiqəyə dəvət sənədlərində (tender sənədlərində) əsas tələb olunmuşdur ki, qurğuların avtomobil nəqliyyatı növü ilə daşınması zamanı satınalan təşkilat tərəfindən gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün avtomobil nəqliyyatı karvanına daxil olan bütün nəqliyyat vasitələrinin birlikdə, ən geci 2 (iki) iş günü ərzində terminala daxil olması təmin edilməlidir. Qeyd olunan nəqliyyat növü ilə daşıma zamanı gömrük terminalında yarana biləcək boşdayanmalara görə satınalan təşkilat məsuliyyət daşımır. Buna baxmayaraq, KQ-RS/01-2017 saylı müqavilə üzrə iddiaçının yükü daşıdığı 95 maşından ilk maşın xx xxxx 2018-ci ildə, son maşın isə xx xxxx 2018-ci ildə 17 gün interval ilə gömrük termninalına daxil olmuşdur. Həmin ZJ 30 avadanlığı qurğudur, ehtiyyat hissəsi deyildir. Həmçinin KQ-RS/04-2018 saylı müqavilə üzrə iddiaçının yükü daşıdığı 57 maşından ilk maşın xx xxxx 2018-ci ildə, son maşın isə xx xxxxxx 2018-ci ildə 23 gün interval ilə gömrük termninalına daxil olmuşdur. Həmin ZJ 70 avadanlığı da ZJ30 avadanlığı kimi qurğudur, ehtiyyat hissəsi deyildir. KQ-RS/02-2018-ci il tarixli müqavilə müqavilə üzrə iddiaçının yükü daşıdığı 2 maşından ilk maşın xx xxxxx 2018-ci ildə, son maşın isə xx xxx 2018-ci ildə 30 gün interval ilə gömrük termninalına daxil olmuşdur. Həmin daşımalar avadanlıqlardır, ehtiyyat hissələri deyildir. Bu səbəbdən həmin qurğunun hissə-hissə gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi zamanı, ehtiyyat hissələri kimi qeydiyyata düşəcək və cavabdehə əlavə olaraq, idxal rüsumunun tədbiq olunmasına gətirib çıxarmaqla maddi ziyan vuracaqdı. Bu səbəbdən tender sənədlərində qurğunun tam şəkildə 2 gün ərzində gömrük terminalına daxil olması şərti qoyulmuşdur. Qeyd olunan məsələ tərəfin öz işini gecikmə ilə həyata keçirilməsi, tələblərə uyğun görməməsi səbəbindən yaranmışdır. Öz öhdəliklərini lazımınca yerinə yetirməməsi ilə yanaşı tərəf əsassız olaraq cavabdehə qarşı tələb irəli sürmüşdür. Tələb tamamilə əsassız və sadəcə təxəyyülə əsaslanan, əsassız varlanmağa hesablanmış bir tələbdir. Həmçinin, iddiaçı tərəfindən işlər düzgün görüldükdə, gömrük rəsmiləşdirilməsində heç bir yubanma baş vermir. Məsələn, KQ- RS/03-2018-ci il tarixli müqavilə üzrə iddiaçı tərəfindən Varco kəmər endirmə avadanlığını (1 maşın) xx.xx.2018-ci ildə gömrük terminalına daxil olmuş xx.xx.2018-ci ildə gömrük terminalından çıxarılmış və cəmi 1 gündən sonra xx.xx.2018-ci il tarixdə anbarda boşaldılmışdır. Yəni bütün hallarda yalnız iddiaçı özü 20 günlərlə və aylarla ləngimələrə yol vermişdir. Lakin yük gəldiyi an mümkün ən yaxın zamanda yüklər cavabdeh tərəfindən gömrük rəsmiləşdirilməsi həyata keçirilməklə, anbarda boşaldılmışdır. Təqdim edilmiş çeklərdən də görünür ki, gömrük rəsmiləşdirilməsi zamanı saxlamaya görə müvafiq rüsumlar cavabdeh tərəfindən həyata keçirilmişdir. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: xx xxxxxx 2017-ci il tarixli KQ-RS/01-2017 saylı Malların daşınması xidmətlərinin göstərilməsi haqqında Müqavilənin surətindən görünür ki, iddiaçı 2 dəst ZJ-30D markalı qazma qurğularını “İnkoterms-2010”-a əsasən CİP Bakı, Azərbaycan şərtilə iddiaçının ünvanına çatdırmağı, cavabdeh isə daşıma ilə bağlı xidmətlərin dəyərini ödəməyi öhdələrinə götürmüşlər. xx xxxxx 2018-ci il tarixli KQT-003/18 saylı təhvil-təslim aktının surətindən görünür ki, cavabdeh tərəfindən xx xxxxxx 2017-ci il tarixli KQ-RS/01-2017 saylı müqavilə üzrə daşıma xidməti iddiaçıdan təhvil alınmışdır. xx xxxxx 2018-ci il tarixli RB18/04/002 saylı Hesab-fakturanın surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə xx xxxxxx 2017-ci il tarixli KQ-RS/01-2017 saylı müqaviləyə əsasən göstərilmiş daşıma xidmətinin dəyəri 1.479.000 manat təşkil etmişdir. xx xxxxxx 2019-cu il tarixli RB19/01/002 saylı Hesab-fakturanın surətindən görünür ki, xx xxxxxx 2017-ci il tarixli KQ-RS/01-2017 saylı müqavilə üzrə boşdayanma görə xərc 1.121.150 manat təşkil etmişdir. 4 ədəd Hesabdan çıxarışların surətlərindən görünür ki, cavabdeh tərəfindən xx xxxxx 2018-ci il tarixli RB18/04/002 saylı Hesab-fakturaya əsasən iddiaçının hesabına müvafiq olaraq 170.000 manat, 800.000 manat, 431355,93 manat və 77.644,07 manat olmaqla ümumilikdə ******* manat daşıma haqqı ödənilmişdir. “xxxx” şirkəti tərəfindən iddiaçıya təqdim olunmuş xx xxxxx 2018-ci il tarixli 89005/1000715 saylı və xx xxx 2018-ci il tarixli 90923/1000715 saylı hesab-fakturaların surətlərindən görünür ki, qazma qurğuları 30D-1 və 30D-2 avadanlıqlarının daşınması ilə əlaqədar demerec(boşdayanma)/əlavə xərclər müvafiq olaraq 339500 ABŞ dolları və 320000 ABŞ dolları olmaqla ümumilikdə 659500 ABŞ dolları təşkil etmişdir. xx xxx 2018-ci il tarixli 018 saylı, xx xxx 2018-ci il tarixli 019 saylı və xx xxxx 2018-ci il tarixli 021 saylı xarici valyutada köçürmə orderlərinin surətlərindən görünür ki, iddiaçı tərəfindən “xxxx” şirkətinə xx xxx 2018-ci il tarixli 90923/1000715 saylı hesab-fakturaya əsasən 280.000 ABŞ dolları ödənilmişdir. xx xxxxxx 2018-ci il tarixli KQ-RS/01-2018 saylı Malların daşınması xidmətlərinin göstərilməsi haqqında Müqavilənin surətindən görünür ki, iddiaçı TDS-8SA markalı Top- Drive qurğusunu “İnkoterms-2010”-a əsasən CİP Bakı, Azərbaycan şərtilə iddiaçının ünvanına çatdırmağı, cavabdeh isə daşıma ilə bağlı xidmətlərin dəyərini ödəməyi öhdələrinə götürmüşlər. xx xxxxx 2018-ci il tarixli RB18/04/003 saylı Hesab-fakturanın surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə xx xxxxxx 2018-ci il tarixli KQ-RS/01-2018 saylı müqaviləyə əsasən göstərilmiş daşıma xidmətinin dəyəri 62.390 manat təşkil etmişdir. xx xxxxx 2018-ci il tarixli KQT-001/18 saylı təhvil-təslim aktının surətindən görünür ki, cavabdeh tərəfindən xx xxxxxx 2018-ci il tarixli KQ-RS/01-2018 saylı müqavilə üzrə daşıma xidməti iddiaçıdan təhvil alınmışdır. xx xxxxxx 2019-cu il tarixli RB19/01/006 saylı Hesab-fakturanın surətindən görünür ki, xx xxxxxx 2018-ci il tarixli KQ-RS/01-2018 saylı müqavilə üzrə boşdayanma görə xərc 6834 manat təşkil etmişdir. xx xxxx 2018-ci il tarixli Hesabdan çıxarışın surətindən görünür ki, cavabdeh tərəfindən xx xxxxx 2018-ci il tarixli RB18/04/003 saylı Hesab-fakturaya əsasən iddiaçının hesabına müvafiq olaraq 62.390 manat daşıma haqqı ödənilmişdir. “xxxx” şirkəti tərəfindən iddiaçıya təqdim olunmuş xx xxxxx 2018-ci il tarixli 90845 saylı hesab-fakturanın surətindən görünür ki, TDS-8SA markalı Top-Drive qurğusu avadanlıqlarının daşınması ilə əlaqədar demerec (boşdayanma) xərcləri 4020 ABŞ dolları təşkil etmişdir. xx xxxxxx 2018-ci il tarixli KQ-RS/02-2018 saylı Malların daşınması xidmətlərinin göstərilməsi haqqında Müqavilənin surətindən görünür ki, iddiaçı deqazator, məhlul təmizləyici və kondisionerlərini “İnkoterms-2010”-a əsasən CİP Bakı, Azərbaycan şərtilə iddiaçının ünvanına çatdırmağı, cavabdeh isə daşıma ilə bağlı xidmətlərin dəyərini ödəməyi öhdələrinə götürmüşlər. xx xxxx 2018-ci il tarixli RB18/07/009 saylı Hesab-fakturanın surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə xx xxxxxx 2018-ci il tarixli KQ-RS/02-2018 saylı müqaviləyə əsasən göstərilmiş daşıma xidmətinin dəyəri 18.700 manat təşkil etmişdir. xx xxxxx 2018-ci il tarixli KQT-008/18 saylı təhvil-təslim aktının surətindən görünür ki, cavabdeh tərəfindən xx xxxxxx 2018-ci il tarixli KQ-RS/02-2018 saylı müqavilə üzrə daşıma xidməti iddiaçıdan təhvil alınmışdır. xx xxxxxx 2019-cu il tarixli RB19/01/005 saylı Hesab-fakturanın surətindən görünür ki, xx xxxxxx 2018-ci il tarixli KQ-RS/02-2018 saylı müqavilə üzrə boşdayanma görə xərc 1181,50 manat təşkil etmişdir. xx xxxxxx 2018-ci il tarixli Hesabdan çıxarışın surətindən görünür ki, cavabdeh tərəfindən xx xxxx 2018-ci il tarixli RB18/07/009 saylı Hesab-fakturaya əsasən iddiaçının hesabına müvafiq olaraq 18.700 manat daşıma haqqı ödənilmişdir. “xxxx” şirkəti tərəfindən iddiaçıya təqdim olunmuş xx xxxxx 2018-ci il tarixli 90846 saylı hesab-fakturanın surətindən görünür ki, deqazator, məhlul təmizləyici və kondisionerləri avadanlıqlarının daşınması ilə əlaqədar demerec (boşdayanma) xərcləri 695 ABŞ dolları təşkil etmişdir. xx xxxxxx 2018-ci il tarixli KQ-RS/04-2018 saylı Malların daşınması xidmətlərinin göstərilməsi haqqında Müqavilənin surətindən görünür ki, iddiaçı ZJ70D markalı qazma qurğularını “İnkoterms-2010”-a əsasən CİP Bakı, Azərbaycan şərtilə iddiaçının ünvanına çatdırmağı, cavabdeh isə daşıma ilə bağlı xidmətlərin dəyərini ödəməyi öhdələrinə götürmüşlər. xx xxxxxx 2018-ci il tarixli RB18/08/012 saylı Hesab-fakturanın surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə xx xxxxxx 2018-ci il tarixli KQ-RS/04-2018 saylı müqaviləyə əsasən göstərilmiş daşıma xidmətinin dəyəri 1.190.000 manat təşkil etmişdir. xx xxxxxx 2018-ci il tarixli KQT-025/18 saylı təhvil-təslim aktının surətindən görünür ki, cavabdeh tərəfindən xx xxxxxx 2018-ci il tarixli KQ-RS/04-2018 saylı müqavilə üzrə daşıma xidməti iddiaçıdan təhvil alınmışdır. xx xxxxxx 2019-cu il tarixli RB19/01/003 saylı Hesab-fakturanın surətindən görünür ki, xx xxxxxx 2018-ci il tarixli KQ-RS/04-2018 saylı müqavilə üzrə boşdayanma görə xərc 104.771 manat təşkil etmişdir. 4 ədəd Hesabdan çıxarışların surətlərindən görünür ki, cavabdeh tərəfindən xx xxxxxx 2018-ci il tarixli RB18/08/012 saylı Hesab-fakturaya əsasən iddiaçının hesabına müvafiq olaraq 170.000 manat, 170.000 manat, 85.000 manat, 102.000 manat, 400.000 manat olmaqla ümumilikdə 927.000 manat daşıma haqqı ödənilmişdir. “xxxx” şirkəti tərəfindən iddiaçıya təqdim olunmuş xx xxxxxx 2018-ci il tarixli 90995/1000715 saylı hesab-fakturanın surətindən görünür ki, ZJ 70D markalı qazma qurğuları avadanlıqlarının daşınması ilə əlaqədar demerec (boşdayanma) xərcləri 61.630 ABŞ dolları təşkil etmişdir. xx xxxx 2018-ci il tarixli KQ-RS/03-2018 saylı Malların daşınması xidmətlərinin göstərilməsi haqqında Müqavilənin surətindən görünür ki, iddiaçı Varco kəmər endirmə avadanlıqlarını “İnkoterms-2010”-a əsasən CİP Bakı, Azərbaycan şərtilə iddiaçının ünvanına çatdırmağı, cavabdeh isə daşıma ilə bağlı xidmətlərin dəyərini ödəməyi öhdələrinə götürmüşlər. xx xxxxx 2018-ci il tarixli RB18/04/004 saylı Hesab-fakturanın surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə xx xxxx 2018-ci il tarixli KQ-RS/03-2018 saylı müqaviləyə əsasən göstərilmiş daşıma xidmətinin dəyəri 13.045,42 manat təşkil etmişdir. xx xxxxx 2018-ci il tarixli KQT-002/18 saylı təhvil-təslim aktının surətindən görünür ki, cavabdeh tərəfindən xx xxxx 2018-ci il tarixli KQ-RS/03-2018 saylı müqavilə üzrə daşıma xidməti iddiaçıdan təhvil alınmışdır. xx xxxxxx 2019-cu il tarixli RB19/01/004 saylı Hesab-fakturanın surətindən görünür ki, xx xxxx 2018-ci il tarixli KQ-RS/03-2018 saylı müqavilə üzrə boşdayanma görə xərc 4368,38 manat təşkil etmişdir. “xxxx” şirkəti tərəfindən iddiaçıya təqdim olunmuş xx xxxxx 2018-ci il tarixli 90680 saylı hesab-fakturanın surətindən görünür ki, Varco kəmər endirmə avadanlıqlarının daşınması ilə əlaqədar demerec (boşdayanma) xərcləri 2250 Avro təşkil etmişdir. xx xxxxxx 2018-ci il tarixli RLW-SİM-01 saylı Nəqliyyat-ekspedisiya xidməti müqaviləsinin surətindən görünür ki, müqavilə “xxxx” şirkəti ilə iddiaçı arasında bağlanmış və müqaviləyə əsasən “xxxx” şirkəti, iddiaçının adından və onun hesabına yük daşıma üzrə ekspeditor və logistika xidmətlərinin göstərilməsini, iddiaçı isə göstərilən xidmətlər üçün “xxxx” şirkətinin təqdim etdiyi hesab-fakturaya əsasən ödənişi həyata keçirməyi öhdələrinə götürmüşlər. xx xxxxxx 2019-cu il tarixli 19/006 saylı məktubun surətindən görünür ki, iddiaçı təqdim edilmiş fakturalar üzrə ödənişlərin həyata keçirmək üçün ona möhlət verilməsini “xxxx” şirkətindən xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya xx xxxxxx 2018-ci il tarixli KQ-RS/04-2018 saylı müqavilə üzrə 263000 manat, xx xxxx 2018ci il tarixli KQ-RS/03-2018 saylı müqavilə üzrə 13045,42 manat borcu qalmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək, sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci və 449.2-ci maddələrinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank faizinin uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Həmin Məcəllənin 852.4-cü maddəsinə əsasən ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Ekspeditorun muzdu xüsusən aşağıdakılardan ibarət ola bilər: 852.4.1. daşıyıcıların muzdlarının məbləğindən faiz dərəcəsi (komisyon muzdu); 852.4.2. və (və ya) daşımanın dəyəri və ekspeditorun muzdu da daxil olmaqla, əvvəldən axıradək bütün daşıma xərcləri üçün muzd. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx xxxx 2009-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MMin «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. MM-in 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə isə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir...Bu baxımdan, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər”. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, ... qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx xxxxxx 2017-ci il tarixli KQ-RS/01-2017 saylı, xx xxxxxx 2018-ci il tarixli KQ-RS/01-2018 saylı, xx xxxxxx 2018-ci il tarixli KQ-RS/02-2018 saylı, xx xxxxxx 2018-ci il tarixli KQ- RS/04-2018 saylı və xx xxxx 2018-ci il tarixli KQ-RS/03-2018 saylı Malların daşınması xidmətlərinin göstərilməsi haqqında Müqavilələr bağlanmış, müqavilələrə əsasən iddiaçı müvafiq olaraq 2 dəst ZJ-30D markalı qazma qurğularını, TDS-8SA markalı Top-Drive qurğusunu, deqazator, məhlul təmizləyici və kondisionerlərini, ZJ70D markalı qazma qurğularını və Varco kəmər endirmə avadanlıqlarını “İnkoterms-2010”-a əsasən CİP Bakı, Azərbaycan şərtilə iddiaçının ünvanına çatdırmağı, cavabdeh isə daşımalar ilə bağlı xidmətlərin dəyərini ödəməyi öhdələrinə götürmüşlər. “xxxx” şirkəti ilə iddiaçı arasında xx xxxxxx 2018-ci il tarixli RLW-SİM-01 saylı Nəqliyyat-ekspedisiya xidməti müqaviləsi bağlanmış və müqaviləyə əsasən “xxxx” şirkəti, iddiaçının adından və onun hesabına yük daşıma üzrə ekspeditor və logistika xidmətlərinin göstərilməsini, iddiaçı isə göstərilən xidmətlər üçün “xxxx” şirkətinin təqdim etdiyi hesab-fakturaya əsasən ödənişi həyata keçirməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən müqavilələr üzrə daşıma xidmətləri cavabdehə təhvil verilmiş və həmin daşımalar cavabdeh tərəfindən təhvil alınaraq, bu barədə xx xxxxx 2018-ci il tarixli KQT-003/18 saylı, KQT-001/18 saylı, KQT-008/18 saylı, KQT-002/18 saylı və xx xxxxxx 2018-ci il tarixli KQT-025/18 saylı təhvil-təslim aktları tərtib edilmişdir. İddiaçı tərəfindən cavabdehə göstərilmiş daşıma xidmətlərinin dəyəri xx xxxxxx 2017-ci il tarixli KQ-RS/01-2017 saylı müqaviləyə əsasən 1.479.000 manat, xx xxxxxx 2018-ci il tarixli KQ-RS/01-2018 saylı müqaviləyə əsasən 62.390 manat, xx xxxxxx 2018-ci il tarixli KQ-RS/02-2018 saylı müqaviləyə əsasən 18.700 manat, xx xxxxxx 2018-ci il tarixli KQ-RS/04-2018 saylı müqaviləyə əsasən 1.190.000 manat və xx xxxx 2018-ci il tarixli KQ- RS/03-2018 saylı müqaviləyə əsasən 13.045,42 manat təşkil etmişdir. Cavabdeh tərəfindən xx xxxxxx 2017-ci il tarixli KQ-RS/01-2017 saylı, xx xxxxxx 2018-ci il tarixli KQ- RS/01-2018 saylı və xx xxxxxx 2018-ci il tarixli KQ-RS/02-2018 saylı müqavilələr üzrə borc ödənilmiş, xx xxxxxx 2018-ci il tarixli KQ-RS/04-2018 saylı müqavilə üzrə 263000 manat və xx xxxx 2018-ci il tarixli KQ-RS/03-2018 saylı müqavilə üzrə 13045,42 manat, ümumilikdə 276.045,42 manat daşıma haqqı borcu qalmışdır. Boşdayanmaya görə xərclər xx xxxxxx 2017-ci il tarixli KQ-RS/01-2017 saylı müqavilə üzrə 1.121.150 manat, xx xxxxxx 2018-ci il tarixli KQ-RS/01-2018 saylı müqavilə üzrə 6834 manat, xx xxxxxx 2018-ci il tarixli KQ-RS/02-2018 saylı müqavilə üzrə 1181,50 manat, xx xxxxxx 2018-ci il tarixli KQ- RS/04-2018 saylı müqavilə üzrə 104.771 manat və xx xxxx 2018-ci il tarixli KQ-RS/03- 2018 saylı müqavilə üzrə 4368,38 manat təşkil etmişdir. İddiaçı tərəfindən “xxxx” şirkətinə xx xxx 2018-ci il tarixli 90923/1000715 saylı hesab-fakturaya əsasən 280.000 ABŞ dolları ödənilmişdir. İddiaçı təqdim edilmiş fakturalar üzrə ödənişlərin həyata keçirmək üçün ona möhlət verilməsini “xxxx” şirkətindən xahiş etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya xx xxxxxx 2018-ci il tarixli KQ-RS/04- 2018 saylı müqavilə üzrə 263000 manat və xx xxxx 2018-ci il tarixli KQ-RS/03-2018 saylı müqavilə üzrə 13045,42 manat, ümumilikdə 276.045,42 manat daşıma haqqı borcu iş materialları və tərəflərin nümayəndələrinin izahatları ilə təsdiq olunduğundan, həmin borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə boşdayanmaya görə ödənilməli olan məbləğə münasibətdə qeyd edir ki, cavabdehin nümayəndəsinin izahatında bildirmişdir ki, “daşımalar avadanlıqlardır, ehtiyyat hissələri deyildir. Bu səbəbdən həmin qurğunun hissə-hissə gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi zamanı, ehtiyyat hissələri kimi qeydiyyata düşəcək və cavabdehə əlavə olaraq, idxal rüsumunun tədbiq olunmasına gətirib çıxarmaqla maddi ziyan vuracaqdır. Bu səbəbdən tender sənədlərində qurğunun tam şəkildə 2 gün ərzində gömrük terminalına daxil olması şərti qoyulmuşdur. Qeyd olunan məsələ tərəfin öz işini gecikmə ilə həyata keçirilməsi, tələblərə uyğun görməməsi səbəbindən yaranmışdır.” Göründüyü kimi daşımalarda boşdayanmaların yaranması işin mübahisəsiz halı olmaqla, cavabdeh bu halın, yəni boşdayanmaya görə xərcin iddiaçının təqsirindən yaranmasını bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, avadanlıqlar iddiaçı tərəfindən gecikdirilsə də, daşıma üzrə əlavə xərclərin yaranmaması üçün cavabdeh avadanlıqları vaxtında təhvil almalı idi və təhvil aldıqdan sonra daşımanın gecikdirilməsi nəticəsində ona dəymiş zərəri iddiaçıdan tələb etmək hüququ vardır. Lakin cavabdeh avadanlıqları vaxtında təhvil almamış və nəticədə iddiaçı boşdayanmaya görə əlavə xərc çəkmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 852.4-cü maddəsinə əsasən boşdayanmaya görə çəkdiyi xərci cavabdehdən tələb etmək hüququna malikdir. İş materiallarından göründüyü kimi iddiaçı tərəfindən “xxxx” şirkətinə boşdayanmaya görə 280.000 ABŞ dolları ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının boşdayanmaya görə çəkdiyi 280.000 ABŞ dolları məbləğində xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməklə iddia həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx xxxxxx 2018-ci il tarixli KQ-RS/04- 2018 saylı və xx xxxx 2018-ci il tarixli KQ-RS/03-2018 saylı müqavilələrin icra edilməməsi (borcun ödənilməməsi) nəticəsində iddiaçının hüquqları pozulmuş və bu pozuntu nəticəsində iddiaçı maddi itkilərə məruz qalmışdır. Belə ki, həmin maddi itkilər cavabdehin iddiaçıya məxsus olan pul vəsaitinin ödənilməsini gecikdirməsindən yaranan maddi itkilərdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPMnin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Cavabdehin nümayəndəsi isə müqavilələrin icrası ilə bağlı pozuntunun, yəni ödənilməmiş pul vəsaitinin iddiaçıya ödənilməməsinin onun cavabdeh olmadığı haldan irəli gəldiyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirə bilməmiş və bu halı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda cavabdehin müqavilələr üzrə öhdəliklərini könüllü yerinə yetirməməsi və onların icrasından qərəzli olaraq boyun qaçırması birmənalı olaraq sübut edir ki, müqavilələr üzrə yaranmış borcu iddiaçıya ödəməməklə və ya onun ödənilməsini hər hansı formada gecikdirməklə cavabdeh həmin məbləğdən istifadə etmiş və ondan gəlir əldə etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən borc xx xxxxxx 2018-ci il tarixli KQ-RS/04-2018 saylı müqavilə üzrə xx.xx.2020-ci il tarixdən, xx xxxx 2018-ci il tarixli KQ-RS/03-2018 saylı müqavilə üzrə isə xx.xx.2018-ci il tarixdən ödənilmir. Buna görə də məhkəmə hesab edir ki, ödənilməli olan pul məbləğinin gecikdirilməsinə görə faizlər xx xxxxxx 2018-ci il tarixli KQ-RS/04-2018 saylı müqavilə üzrə xx.xx.2020-ci il tarixdən, xx xxxx 2018-ci il tarixli KQ-RS/03-2018 saylı müqavilə üzrə isə xx.xx.2018-ci il tarixdən hesablanmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən müqavilələr üzrə ödənilməli olan ümumilikdə 276.045,42 manat məbləğində pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə faizlər, hazırki iş üzrə məhkəmə qətnaməsinin çıxarıldığı gün üçün bank faiz uçot dərəcəsi əsas götürülməklə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet saytından əldə olunan məlumata əsasən hazırda bank uçot dərəcəsi 6,5 faiz təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya ödəməli olduğu pul vəsaitinin ödənilməsini gecikdirdiyinə görə cavabdehdən ümumilikdə 10.295,16 manat məbləğində pul vəsaiti (1958,42 manat (13045,42 (cavabdehin ödənilməsini gecikdirdiyi məbləğ) x 6,5 % (hazırki iş üzrə məhkəmə qətnaməsinin çıxarıldığı günə Mərkəzi Bankın uçot dərəcəsi) / 365 gün (maliyyə ili əsasında günlük faiz) x 843 gün (öhdəliyin yarandığı xx xxx 2018-ci il tarixdən iddianın verildiyi xx xxxxxx 2020-ci il tarixədək olan müddət) = 1958,42 manat) + 8336,74 manat (263000 (cavabdehin ödənilməsini gecikdirdiyi məbləğ) x 6,5 % (hazırki iş üzrə məhkəmə qətnaməsinin çıxarıldığı günə Mərkəzi Bankın uçot dərəcəsi) / 365 gün (maliyyə ili əsasında günlük faiz) x 178 gün (öhdəliyin yarandığı xx xxxxxx 2020-ci il tarixdən iddianın verildiyi xx xxxxxx 2020-ci il tarixədək olan müddət) = 8336,74 manat) = 10.295,16 manat) alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli ******* saylı Ödəniş tapşırığının surətindən göründüyü kimi iddiaçı tərəfindən hüquqi yardıma görə “X10” məhdud məsuliyyətli cəmiyyətinin hesabına 3000 manat ödənilmişdir. Məhkəmə iddianın təmin edilmiş hissəsinin iddia tələbinin 42,13 faizini təşkil etdiyini nəzərə alaraq, hüquqi xidmətə görə ödənilmiş 3000 manat məbləğin 1264 manat məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını ağılabatan məbləğ hesab edir. Eyni zamanda vəkil ilə bağlanmış müqaviləyə dair 310 manat xidmət haqqının yuxarıda göstərilənlərə əsasən 130 manat məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin qonorar məbləğin tutulması hissəsinə münasibətdə hesab edir ki, hüquqi xidmətə görə yuxarıda göstərilən ağılabatan məbləğlər cavabdehdən tutulduğundan, həmin xidmətə görə cavabdehdən qonorarın tutulması qanunsuzdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən əsas borc üzrə 276.045,42 manat və 280.000 ABŞ Dolları ödənildiyi gün Azərbaycan manatı məzənnəsi ilə, 10.295,16 manat faiz məbləği, 1264 manat məbləğində hüquqi yardım xərcləri, 130 manat vəkil ilə bağlanmış müqaviləyə dair xidmət haqqı tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi iddia tələbinin 42,13 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 12,64 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 17,36 manat məbləği isə iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "X8" Trestindən əsas borc üzrə 276.045,42 manat və 280.000 ABŞ Dolları ödənildiyi gün Azərbaycan manatı məzənnəsi ilə, 10.295,16 manat faiz məbləği, 1264 manat məbləğində hüquqi yardım xərcləri, 130 manat vəkil ilə bağlanmış müqaviləyə dair xidmət haqqı tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu məbləğinin 12,64 manat məbləği Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "X8" Trestindən tutularaq İddiaçınə ödənilsin, qalan 17,36 manat məbləği isə İddiaçınə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar