Məhkəmə qərarları › İş №e-2-2(113)-222/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-222/2020

12.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-222/2020 12.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, məsləhətçi Məmmədzadə Sevinc Bağman qızının katibliyi ilə, iddiaçı SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin nümayəndələri Qanuni nümayəndə və X1 iştirakı ilə, İddiaçı SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Cavabdeh açıq səhmdar cəmiyyətinə qarşı cavabdeh ilə iddiaçı arasında bağlanmış xx xxxxx 2013-cü il və xx xxxxxx 2017-ci tarixli, 08-RTX-2013, **********00090058X00050 saylı müqavilələr üzrə görülmüş xidmətlərə dair ödənilməmiş 3072,91 manat məbləğində pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdeh ilə iddiaçı arasında bağlanmış xx xxxxx 2013-cü il və xx xxxxxx 2017-ci tarixli, 08-RTX-2013, **********00090058X00050 saylı müqavilələr üzrə görülmüş xidmətlərə dair ödənilməmiş 3072,91 manat məbləğində pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında “Qaz ölçü qovşağında daraldıcı qurğusunun quraşdırılması, profilaktik təftişi, dəyişdirilməsi və elektron qaz sərfölçən cihazına texniki və metroloji xidmətlərin göstərilməsi" və “Elektron qaz sərfölçən cihazlarına və aparat-proqram kompleksinə texniki və metroloji xidmətlərin göstərilməsi haqqında” xx xxxxx 2013-cü il tarixli 08-RTX-2013 və xx xxxxxx 2017-ci il tarixli SOCAR **********20180066X00174 saylı müqavilələr bağlanılmışdır. Həmin müqavilələrin 3-cü bəndinə əsasən ümumi qiymət xx xxxxx 2013-cü il tarixli 08-RTX-2013 saylı müqavilə üzrə 3638,49 manat və xx xxxxxx 2017-ci il tarixli SOCAR **********20180066X00174 saylı müqavilə üzrə 2837.71 manat olmaqla, cəmi 6476.2manat təşkil etmişdir. Bağlanmış müqavilələrin 2.1 və 2.4-cü bəndlərinə əsasən iddiaçıcavabdehə məxsus qaz kəmərində daraldıcı qurğunun quraşdırılması, profilaktik təftişi, dəyişdirilməsi, 1 ədəd POC-407 tipli elektron qaz sərfölçən cihazına və aparatproqram kompleksinə texniki və metroloji xidmətlərin göstərilməsi işlərinin yerinə yetirilməsini üzərinə götürür, cavabdehisə həmin xidmətlərin dəyərini müqavilənin şərtlərinə uyğun ödənilməsini təmin edir. Həmin müqavilələrin 4.1, 4.2, 4.3 və 4.5-ci bəndlərinə əsasən iddiaçıüzərinə düşən hüquq və öhdəlikləri layiqincə yerinə yetirərək tərəflər arasında hər ay üzrə görülmüş işlərin təhvil-qəbul Aktlarına əsasən nəzərdə tutulan bütün işləri yüksək səviyyədə həyata keçirmiş, cavabdeh isə görülmüş işlərin nəticələrini qəbul etmişdir. Lakin cavabdeh bağlanmış müqavilələrin şərtlərinə tam əməl etməyərək tərəflər arasında imzalanmış və təsdiq edilmiş təhvil-qəbul Aktlarına əsasənyaranmış 3.072,91manat borcu bu günə kimi ödəməmişdir. Bununla əlaqədar iddiaçı tərəfindən xx xxxxxx 2017-ci ildə yazılı xəbərdarlıq edilmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə cavabdehin ünvanına borcun ödənilməsi ilə bağlı təkrar olaraq pretenziya göndərilmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: xx xxxxx 2013-cü il tarixli 08-RTX-2013 saylı müqavilənin surətindən görünür ki, iddiaçı elektron qaz sayğacına texniki və metroloji xidmətin, həmçinin qaz həcminin bir günlük, on günlük, aylıq qaz həcmləri barədə informasiyaların cavadehə ötürülməsini, cavabdeh isə həmin xidmətlərin dəyərini müqavilənin şərtlərinə uyğun iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. xx xxxxxx 2017-ci il tarixli SOCAR **********20180066X00174 saylı “Elektron qaz sərfölçən cihazlarına və aparat-proqram kompleksinə texniki və metroloji xidmətlərin göstərilməsi haqqında” müqavilənin surətindən görünür ki, iddiaçı 1 ədəd POC-407 tipli elektron qaz sərfölçən cihazına və aparat-proqram kompleksinə texniki və metroloji xidmətlərin göstərilməsi işlərinin yerinə yetirilməsini, cavabdeh isə həmin xidmətlərin dəyərini müqavilənin şərtlərinə uyğun iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. 7 ədəd görülmüş işlərin təhvil-qəbulu aktlarının surətlərindən görünür ki, iddiaçı tərəfindən xx xxxxx 2013-cü il tarixli 08-RTX-2013 saylı və xx xxxxxx 2017-ci il tarixli SOCAR **********20180066X00174 saylı müqavilələr üzrə görülmüş işlər cavabdeh tərəfindən qəbul edilmişdir. Yaranmış borca dair məlumatdan görünür ki, cavabdehin iddiaçıya xx xxxxx 2013cü il tarixli 08-RTX-2013 saylı müqavilə üzrə 2265,63 manat və xx xxxxxx 2017-ci il tarixli SOCAR **********20180066X00174 saylı müqavilə üzrə 807,28 manat, ümumilikdə 3072,91 manat borcu vardır. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx xxxxx 2013-cü il tarixli və xx xxxxxx 2017-ci il tarixli müqavilələr bağlanmış və müqavilələrə əsasən iddiaçı elektron qaz sayğacına texniki və metroloji xidmətin, həmçinin qaz həcminin bir günlük, on günlük, aylıq qaz həcmləri barədə informasiyaların cavadehə ötürülməsini, 1 ədəd POC-407 tipli elektron qaz sərfölçən cihazına və aparat-proqram kompleksinə texniki və metroloji xidmətlərin göstərilməsi işlərinin yerinə yetirilməsini, cavabdeh isə həmin xidmətlərin dəyərini müqavilənin şərtlərinə uyğun iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən xx xxxxx 2013-cü il tarixli və xx xxxxxx 2017-ci il tarixli müqavilələr üzrə görülmüş işlər cavabdeh tərəfindən qəbul edilmişdir. Cavabdehin iddiaçıya xx xxxxx 2013-cü il tarixli müqavilə üzrə 2265,63 manat və xx xxxxxx 2017-ci il tarixli müqavilə üzrə 807,28 manat, ümumilikdə 3072,91 manat borcu vardır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, müqavilələrdə nəzərdə tutulmuş xidmətləri cavabdehə göstərmiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirmədiyindən, iddiaçının göstərdiyi xidmətin dəyərini ödəmədiyindən cavabdehdən iddiaçının xeyrinə 3072,91 manat borc tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdeh ilə iddiaçı arasında bağlanmış xx xxxxx 2013-cü il və xx xxxxxx 2017-ci tarixli, 08-RTX-2013, **********00090058X00050 saylı müqavilələr üzrə görülmüş xidmətlərə dair ödənilməmiş 3072,91 manat məbləğ və 30 manat ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh açıq səhmdar cəmiyyəti ilə SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsi arasında bağlanmış xx xxxxx 2013-cü il və xx xxxxxx 2017-ci tarixli, 08- RTX-2013, **********00090058X00050 saylı müqavilələr üzrə görülmüş xidmətlərə dair ödənilməmiş 3072,91 manat məbləğ və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh açıq səhmdar cəmiyyətindən tutularaq SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar