Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-223/2020 18.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh X3 qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək EAAU seriyalı, 097172 nömrəli, xx.xx.2019-cu il tarixli və EAAU seiyalı, 265656 nömrəli, xx.xx.2019-cu il tarixli Elektron Qaimələrdə göstərilən mallara görə 5000,92 manat, xx xxxxx 2019-cu il tarixli, NS01/02432019 nömrəli müqaviləyə əsasən hesablanmış 76,23 manat cərimənin, cavabdeh tərəfindən iddiaçının vəsaitindən faydalandığına görə AR Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən hesablanmış 167,31 manat, 30 manat dövlət rüsumunun, bu iş üçün vəkilə ödənilmiş 120 manat, ümumilikdə 5394,46 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı MMC ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs cavabdeh X5 arasında xx xxxxx 2019-cu il tarixdə bağlanmış NS01/02432019 nömrəli alqı-satqı müqaviləsinə əsasən müəyyən olunmuş öhdəliklərə görə satıcı – İddiaçı MMC xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə şirkətə məxsus alkoqollu içkiləri (malları) dəyəri razılaşdırılmış müddətdə və qiymətlərə əsasən ödəmək şərti ilə tərtib olunmuş qaimələrə uyğun olaraq alıcı – cavabdeh X3 təhvil vermiş, Alıcı – X5 isə öz növbəsində malları təhvil alıb, lakin müqavilənin şərtlərinə əməl etməyərək qeyd olunan qaimələr üzrə təhvil verilən malların dəyərini ödəməmiş və hazırda cavabdehin İddiaçı MMC-yə qaimələrə əsasən 5000,92 manat ödənilməmiş borcu, gecikdirilmiş günlərə görə 76,23 manat cərimə borcu, cavabdeh tərəfindən iddiaçının vəsaitindən faydalandığına görə AR Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən hesablanmış 167,31 manat borcu qalmış, həmçinin hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 120 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat olmaqla, cavabdeh tərəfindən İddiaçı MMCyə ümumilikdə 5394,46 manat pul ödənməlidir. Cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi üçün bildiriş və pretenziya məktubu göndərilsə də, cavabdeh tərəfindən heç bir ödəniş aparılmamışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı MMC-nin nümayəndəsi, vəkil X4 izahatında iddianı müdafiə edərək tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də cavabdeh X5 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli, NS01/02432019 nömrəli tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, Satıcı - İddiaçı” MMC alkoqullu içkiləri (bundan sonra – malları) müqavilədə müəyyənləşdirilmiş qaydada və müddətdə qaimə-faktura və ya vergi hesab-faktura əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X1, Alıcı – X5 da öz növbəsində malları müqavilədə müəyyənləşdirilmiş qaydada və müddətdə ən qısa müddət ərzində, lakin, 30 gündən gec olmamaq, əgər gecikdirilərsə hər gecikdirilən gün üçün satıcıya həmin alqı-satqıya məxsus qaimə-faktura və ya vergi hesab-faktura üzrə müəyyən olunan məbləğin ümumi dəyərinin 0,01 faizi həcmində cərimə ödənilməsi şərti ilə təhvil alaraq dəyərini tam ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən verilən EAAU seriyalı 097172 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaimədən görünür ki, İddiaçı MMC ümumi dəyəri 4425,29 manat məbləğində olan malları alıcı X3 təhvil vermişdir. İddiaçı MMC tərəfindən verilən EAAU seriyalı 265656 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaimədən görünür ki, İddiaçı MMC ümumi dəyəri 575,63 manat məbləğində olan malları alıcı X3 təhvil vermişdir. xx.xx.2020-ci il tarixli, 20 nömrəli ödəniş tapşırığından görünür ki, xx.xx.2020-ci il tarixli, 413 nömrəli müqavilə üzrə ödənişin təyinatı kimi X4 göstərilən 120 manat vəsait İddiaçı MMC tərəfindən 6 saylı Vəkil Bürosunun hesabına köçürülmüşdür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 449.1, 462.1, 467, 567, 598.1-598.3-cü maddələri). Göründüyü kimi İddiaçı MMC-nin cavabdeh X5 arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, İddiaçı MMC tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək, qeyd olunan qaimələr üzrə təhvil verilən malların dəyəri olan 5000,92 manat məbləğində pul ödənilməmişdir. Odur ki məhkəmə iddiaçının 5000,92 və 167,31 manat məbləğində tələbləri əsaslı hesab edir. Bununla yanaşı iddiaçı tərəfindən müqavilə üzrə 76,23 manat məbləğində dəbbə pulu hesablanmışdır. Yuxarıda göstərilən normalara əsasən məhkəmə qeyd edir ki, tənasübsüz surətdə yüksək olan dəbbə pulu azaldılaraq 1,77 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə, iş materiallarına əlavə edilmiş ödəniş tapşırığını nəzərdən keçirərək hesab edir ki, hüquqi xidmətlərə görə ödənilmiş 120 manat məbləğində pul tələbi hissəsində də tələb əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X2 müqaviləyə əsasən qaimələr üzrə 5000,92 manat borc, gecikdirilmiş günlərə görə 1,77 manat cərimə, cavabdeh tərəfindən iddiaçının vəsaitindən faydalandığına görə hesablanmış 167,31 manat (əldən çıxmış fayda), həmçinin hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 120 manat, ümumilikdə 5290 manat pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu da cavabdeh X2 tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx xxxxx 2019-cu il tarixdə bağlanmış NS01/02432019 nömrəli alqı-satqı müqaviləsinə əsasən EAAU seriyalı 097172 nömrəli, xx.xx.2019-cu il tarixli və EAAU seriyalı 265656 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaimələr üzrə 5000,92 manat borc, gecikdirilmiş günlərə görə 1,77 manat cərimə, cavabdeh tərəfindən iddiaçının vəsaitindən faydalandığına görə hesablanmış 167,31 manat (əldən çıxmış fayda), həmçinin hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 120 manat, dövlət rüsumu kimi ödənilmiş 30 manat cəmi 5320 manat məbləğində pul cavabdeh X2 tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-223/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-223/2020
18.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver