Məhkəmə qərarları › İş №e-2-2(113)-2232/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2232/2022

22.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2232/2022 22.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X17 qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 və “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxsinin nümayəndələri X8 və X10 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi” X13rşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Azərbaycan Respublikası Cavabdeh1 və “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxsindən daşınma xərcləri üçün çəkilmiş 40030,44 manat, təbii itkinin dəyəri üçün 53399,10 manat, avans şəkilində buğda alışı üçün nəğd ödənilmiş 171000 manat, son bir il ərzində indeksasiya görə ümumi məbləğin 10% həcmində yəni 26442 manat, dövlət rüsumu üçün ödənilmiş 982 manat, yəni ümumilikdə 291853,54 manat məbləğində pulun tutularaq iddiaçı "İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, İddiaçıkiçik müəssisəsi ilə Azərbaycan Respublikası Cavabdeh1 Dövlət X4 arasında 26 sentyabr 2014-cü il tarixli DMEA/TS-13/2014-saylı saxlanc müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən DMEA tərəfindən xx.xx.2014-cü il–xx.xx.2015-ci il tarixlərdə dövlət ehtiyatı yaratmaq məqsədi ilə idxal olunaraq tədarük edilmiş 13343,48 ton ərzaqlıq buğda məhsulu müəssisədə saxlanca qoyulmuş və qanunamüvafiq olaraq ayrı-ayrı partiyalar üzrə qəbul aktı tərtib edilmişdir. Müəssisəmiz müqavilə üzrə göstərilən bütün öhdəliklərini vaxtı-vaxtında icra etmişdir. Saxlanc müqaviləsinin 3.1 maddəsinin “b” bənddində qeyd edilir ki, saxlanc verən malın saxlayan tərəfin elevatorunadək daşınmasını öhdəsinə götürür. Belə ki, taxıl X22 stansiyasına daxil olmuş və oradan müəssisənin anbarınadək yük avtomobilləri ilə daşınmış, hər tonuna saxlayan tərəf (İddiaçıKM) 3 manat daşıma xərci ödəmişdir. Toplam olaraq saxlayan tərəf yük avtomobilləri ilə malın daşınmasına 40030,44 manat ödəmişdir. Bu ödəmə müqaviləyə əsasən saxlayan tərəfə ödənilməlidir. “X19 Saxlanması və İstifadəsi Qaydaları”-nın 4 saylı əlavəsində dövlət taxıl fondunda saxlanmağa qoyulan taxılın təbii itki normaları göstərilmişdir. Bu normativ sənədinə əsasən toplam təbii itki norması 1,74 % təşkil edir ki, bu da saxlanca qoyulmuş 13343,48 ton taxılın kütləsinə görə 232,17 ton itkidir (13343,48 ton x 1,74 %). Qeyd edilən itkinin ortalama dəyəri 53399,1 (232,17 ton x 230 man.=53399,1) manat təşkil edir. Bu itki məbləği “Qaydalar”-ın 3.12-ci maddəsinə görə aktlaşdırılaraq saxlanc məntəqəsinin balansından və ya “Saxlanc verən”-ə ödənilməli olan borcdan silinməlidir. Habelə İddiaçı tərəfindən 2014-cü ilin noyabr-dekabr aylarında və 2015-ci ilin yanvar ayında X12 buğda alışı üçün kassa məxaric orderi ilə, nəğd şəkildə aşağıdakı avans ödəmələr həyata keçirilmişdir: -30 noyabr 2014-cü il tarixdə 341 saylı kassa məxaric orderi ilə 85000 manat ; -15 dekabr 2014-cü il tarixdə 350 saylı kassa məxaric orderi ilə 26000 manat; -15 yanvar 2015-ci il tarixdə 14 saylı kassa məxaric orderi ilə 60000 manat; Yuxarıda göstərilən tarixlərdəki məxaric orderləri ilə cəmi nəğd olaraq 171000 manat məbləğ avans şəkilində buğda alışı üçün ödənilmişdir, lakin DMEA tərəfindən buğdanın verilməsi icra edilməmişdir. İddiaçı yuxarıda qeyd olunan məsələlər barədə DMEA-ya 11/02 saylı xx.xx.2021-ci il tarixli pretenziya məktubu göndərmiş və tələb etmişdir ki, həm daşınma xərcini (40030,44 man.), həm təbii itkinin dəyərini (53399,1 man), həm də avans şəkilində buğda alışı üçün ödənilmiş 171000 manat, yəni toplam olaraq 264429,54 manat məbləğini 5 gün ərzində müəssisənin hesabına köçürəsiniz, əks təqdirdə pretenziya məktubunda göstərilən müddət bitdikdən sonra məhkəməyə müraciət olunacağı barədə məlumatlandırılmışdır. Belə ki, cavabdeh Azərbaycan Respublikası Cavabdeh1 tərəfindən bu günədək heç bir ödəniş edilməmişdir. Eyni zamanda elektron qaydada təkrar olaraq xx.xx.2022-ci il tarixdə cavabdehə pretenziya ünvanlanmış, lakin cavabdeh yenə də öhdəliyini icra etməmişdir. Mübahisənin həlli üçün mediasiya təşkilatına müraciət edilmiş və cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməkdən imtinaetmişdir. Odur ki, mövcud olan mübahisənin həlli üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Azerbaycan Respublikasr Dovlet Ehtiyatları Agentliyinin yaradılması haqqında Azerbaycan Respublikası Prezidentinin 07 oktyabr 2021-ci il tarixli fərmanının 1-ci bəndində qeyd olunmuşdur:Azerbaycan Respublikası Cavabdeh1 Dövlət X1 əsasında "Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi" publik hüquqi şəxsi (bundan sonra - agentlik) yaradılsın. Hemin fərmanın 6-cı bəndində qeyd olunmuşdur- Agentlik "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azerbaycan Respublikasının Qanunu ile müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınan günədək Azerbaycan Respublikasr Cavabdeh1 Dövlət X4 öz fəaliyyətini davam etdirsin. "Azerbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi" publik hüquqi şəxsi 2022-ci ilin fevral ayından qeydiyyata alınmışdır. "Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi" publik hüquqi şəxsi iddia ərizəsinə etiraz vermiş və etirazında bildirmişdir ki, Agentlik Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 oktyabr tarixli, 1456 nömrəli Fərmanına (bundan sonra - Fərman) əsasən, ölkədə strateji əhəmiyyətli mallar üzrə daha effektiv təchizat zəncirinin formalaşdırılması, bu sahədə qabaqcıl tənzimləmə və idarəetmə təcrübəsinin tətbiqi, eləcə də daxili bazarın qısamüddətli mənfi təsirlərə davamlığının artırılması məqsədilə Azərbaycan Respublikası Cavabdeh1 Dövlət X1 (bundan sonra - X4) əsasında publik hüquqi şəxs kimi yaradılmışdır. Fərmanın 5.4.-cü bəndinə əsasən Agentlik dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində X1 balansında olan dövlət əmlakının, habelə X5 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin balansında olan və Agentliyin fəaliyyəti üçün zəruri olan dövlət əmlakının Agentliyin balansına verilməsini təmin etmək Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır. Bundan əlavə Fərmanın 6-cı bəndinə əsasən Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək (2022-ci ilin 11 fevral tarixinədək) X4 öz fəaliyyətini davam etdirməli idi. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 10 fevral tarixli, 1594 nömrəli Fərmanı ilə Agentliyin Nizamnaməsi, strukturu təsdiq edilmişdir. Agentlik 2022-ci ilin 11 fevral tarixində dövlət qeydiyyatına alınmış və bununla bağlı publik hüquqi şəxslərin dövlət reyestrindən çıxarış verilmişdir. Mülki Məcəllənin 59.1 -ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Mülki Məcəllənin 60.1 -ci maddəsinə uyğun olaraq hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edilir, bu Məcəlləyə (Mülki Məcəlləyə) uyğun olaraq ləğvetmə qaydası və müddətləri müəyyənləşdirilir və ləğvetmə prosesi başlayır. Ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır. Mülki Məcəllənin 60.4-cü maddəsinə əsasən ləğvetmə komissiyasının (təsviyəçinin, ləğvedicinin) təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. X1 ləğv edilmə prosesi çərçivəsində 2022-ci il 30 mart tarixində ləğvetmə komissiyası yaradılmışdır və həmin komissiya hələ də fəaliyyət göstərməkdədir. Ləğvetmə komissiyasının mövcudluğunu və Mülki Məcəllənin müvafiq müddəalarını nəzərə alaraq qeyd edə bilərik ki, bu hal bir daha X1 hüquqi varisi olmadan ləğv prosesində olmasını təsdiq edir. Bundan əlavə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 avqust 2022-ci il, 536s nömrəli sərəncamı ilə Dövlət X1 balansında olan dövlət əmlaklarının bir qismi Agentliyinin balansına verilmişdir. Bu sərəncamın verilməsi onu təsdiq edir ki, Agentlik X1 hüquqi varisi deyildir, əks halda sözügedən əmlaklar sərəncamın verilməsinə zəruriyyət olmadan Agentliyin balansına keçməli idi. Mülki Məcəlləsinin 55-ci maddəsinə əsasən, hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. Agentliyin yaradılması haqqında fərmanda X1 yenidən təşkili yolu ilə onun əsasında Agentliyin yaradılması haqqında müddəa qeyd edilməmişdir. Eyni zamanda hüquqi şəxsin yenidən təşkil yolu ilə yeni hüquqi şəxs yarandıqda təsis sənədində onun hüquqi varisliyi qeyd edilir, əvvəlki hüquqi şəxsin hüquq və öhdəliklərinin yeni yaradılmış hüquqi şəxsə keçməsi təsbit olunur. Agentliyin yaradılması haqqında fərmanda və nizamnaməsində isə Agentliyin X1 hüquqi varisi olması qeyd edilmir. Eyni zamanda Fərmanda X1, habelə X5 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin balansında olan Agentliyin fəaliyyəti üçün yalnız zəruri olan dövlət əmlakının Agentliyin balansına keçməsi qeyd edilir. Bundan əlavə bilindiyi kimi X4 icra hakimiyyəti orqanıdır və hüquqi şəxs statusuna malik deyildir. Bu səbəbdən Mülki Məcəllənin hüquqi şəxsin yenidən təşkili ilə bağlı - 55-ci maddəsinin (çevrilmə) müddəaları ona şamil edilmir və belə olan halda hüquqi varislik yaratmır. Həmçinin bildirmək istəyirik ki, icra hakimiyyəti orqanlarının əsasında publik hüquqi şəxslərin yaradılması ilə bağlı qəbul edilmiş normativhüquqi aktların təhlili zamanı görmək olur ki, hüquqi varisliyin, o cümlədən hüquq və öhdəliklərin keçməsi zamanı bu məsələ normativ-hüquqi aktda xüsusi olaraq ayrıca qeyd edilir.2.2. Mübahisənin mahiyyəti üzrə Mülki Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki Məcəllənin 387.3-cü maddəsinə əsasən, öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli DMEA/TS-13/2014 saylı müqavilə bağlanarkən Agentliyin iradə ifadəsi olmamışdır, eyni zamanda Agentlik tərəf kimi çıxış etməmişdir, bu baxımdan həmin müqavilə üzrə Agentlik öhdəlik daşıya bilməz. Bunu nəzərə alaraq Agentlik xx.xx.2014-cü il tarixli DMEA/TS-13/2014 saylı müqavilədən irəli gələn Cavabdehin öhdəlikləri üçün məsuliyyət daşımamalıdır. 2.3. İddia müddəti barədə Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 377.1-ci maddəsində qeyd olunur ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, İddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə görə bu iddia məhkəmə tərəfindən rədd edilməlidir. 2.4.Agentliyin əsassız olaraq Cavabdeh kimi göstərilməsinə dair Mülki Prossesual Məcəllənin 54.1 -ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Nəzərə alaraq ki, iddia Cavabdehə qarşı yönəldilmə idi və Agentliyin cavabdeh kimi göstərilməsi yuxarıda qeyd olunan əsaslara görə əsassızdır, məhkəmə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəni rədd etməli və Cavabdehi yeganə cavabdeh kimi tanımalıdır. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, Agentlik X1 hüquqi varisi deyildir və onun nəinki öhdəlikləri, habelə hüquqları da Agentliyə keçməmişdir. Digər Cavabdeh1 sistemə iddia müddətinin tətbiqi barədə ərizə yükləmiş və ərizədə bildirmişdir ki, iddianın daşınma xərcləri üçün çəkilmiş 40030,44 manat, təbii itkinin dəyəri üçün 53399,10 manat məbləğində pulun tutulması tələbi hissəsinə münasibətdə: iki tələbin əsası kimi tərəflər arasında bağlanmış 26 sentyabr 2014-cü il tarixli DMEA/TS-13/2014 nömrəli saxlanc müqaviləsi hesab edilmişdir. Müqavilənin bağlanmasından və icra edilməsindən yeddi ildən artıq müddət keçmişdir. İddianın avans şəklində buğda alışı üçün nağd ödənilmiş 171000 (bir yüz yetmiş bir min) manat məbləğində pulun tutulması tələbi hissəsinə münasibətdə: ddiaçı tərəfindən tələbin əsası kimi yalnız pulun nağd ödənilməsi barədə üç kassa məxaric orderi göstərilmişdir. Bildiririk ki, Azərbaycan Respublikasında dövlət qurumlarına ödənişlər Azərbaycan Respublikası Milli X20 19 sentyabr 2002-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında” Təlimata uyğun olaraq, nağd şəkildə deyil yalnız hesabdan hesaba köçürmə yolu ilə icra edilir. Bu baxımdan, həmin dövr üçün iddiaçı tərəfindən cavabdehə buğda alınması üçün nağd ödənişin edilməsi qeyri mümkün hesab edilirdi. Bundan əlavə, iddiaçı tələbin əsası kimi yalnız pulun nağd ödənilməsi barədə üç kassa məxaric orderi göstərilmiş, həmin məbləğin məhz hansı müqavilənin icrası üçün ödənildiyini iddia ərizəsində göstərməmişdir, iddiaçı məbləğin ödənilməsi haqqında məxaric orderinin tarixi kimi 2014 və 2015-ci illəri göstərmişdir. Bildiririk ki, hətta həmin ödənişin həyata keçirilməsi baş tutmuş hesab edilsə belə (baxmayaraq ki, həmin dövr üçün nağd ödəniş Təlimata uyğun olaraq qeyri-mümkün hesab edilirdi) hazırki tələb üzrə iddia müddəti keçmiş hesab edilməlidir. Belə ki, ödənişin əsası hesab edilən müqavilə ödənişin həyata keçirilməsindən əvvəl bağlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 377.1 -ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxsinin nümayəndələri X8 və X14 iddianı qəbul etməyərək etiraza uyğun izahat vermiş və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmsinin üzrlü səbəbləri barədə məlumat vermədiyinə görə məhkəmə işə Cavabdeh1 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 26 sentyabr 2014-cü il tarixli DMEA/TS-13/2014-saylı saxlanc müqaviləsindən görünür ki, İddiaçı özünə məxsus elevatorda saxlamaq şərti ilə Azərbaycan Respublikası Cavabdeh1 Dövlət X2 məxsus olan 13000 ton taxılın saxlanca qəbul edilməsinə başlanıldığı gündən bir ilə qədər müddətdə saxlamağa qəbul edir və müqavilənin qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikası Cavabdeh1 Dövlət X1 tələbi ilə istənilən vaxt geri qaytarır. Müqavilənin 3.1 maddəsinin “b” bəndindən görünür ki, saxlanc verən malın saxlayan tərəfin elevatorunadək daşınmasını, dəmir yolu və gömrük sənədlərinin tərtib olunmasını öhdəsinə götürür. 15 yanvar 2015-ci il tarixli İddiaçı tərəfindən tərtib olumuş aktdan görünür ki, saxlanca verilən taxılın toplam təbii itki norması 1,74 % təşkil edir ki, bu da saxlanca qoyulmuş 13343,48 ton taxılın kütləsinə görə 232,17 ton itkidir (13343,48 ton x 1,74 %). Bu miqdar, yəni 232,17 ton, taxıl saxlanc saxlayan tərəfindən saxlanc məntəqəsində saxlanılan taxılın miqadarından silinməlidir və yaxud orta tədarük qiymətinə vurulmaqla dəyərləndirilməli (232,17 ton x 230 AZN) və hesablanmış məbləğ ümumi borcdan silinməlidir. 30 noyabr 2014-cü il tarixli 341 saylı, 15 dekabr 2014-cü il tarixli 350 saylı və 15 yanvar 2015-ci il tarixli 14 saylı kassa məxaric orderlərindən görünür ki, İddiaçı tərəfindən ümumilikdə 171000 manat məbləğində buğda alışı üçün avans ödənişi edilmişdir. Azərbaycan Respublikası Cavabdeh1 Dövlət X1 26 dekabr 2019-cu il tarixli xx/xx- 00432 nömrəli məktubundan görünür ki, 26 sentyabr 2014-cü il tarixli DMEA/TS-13/2014saylı saxlanc müqaviləsinə əsasən 13343,48 ton ərzaqlıq buğda məhsulu İddiaçınə saxlanca qoyulmuş, buğdanın daşınması nəticəsində İddiaçı 40030,44 manat məsrəf etmiş və həmin vəsait Dövlət X1 öhdəliyidir. Bununla yanaşı saxlancda olan buğdaya 1,74% təbii itki norması hesablanmış, həmçinin Dövlət X2 X12 buğda alışı üçün avans şəklində ödəmələr həyata keçirilmişdir. 07 oktyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanından görünür ki, Azərbaycan Respublikası Cavabdeh1 Dövlət X1 əsasında “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxsi yaradılmışdır. Fərmanın 5.4-cü maddəsindən görünür ki, Agentlik dövlət qeydiyyatına alındığı gündən 1 ay müddətində Azərbaycan Respublikası Cavabdeh1 Dövlət X1 balansında olan dövlət əmlakının, habelə X5 "xxxx" ASC-nin balansında olan və Agentliyin fəaliyyəti üçün zəruri olan dövlət əmlakının Agentliyin balansına verilməsi təmin edilmişdir. 22 avqust 2022-ci il tarixli 536s nömrəli Azərbaycan Respublikası Cavabdeh1 Dövlət X1 balansında olan dövlət əmlaklarının bir qisminin Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə verilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamından görünür ki, Azərbaycan Respublikası Cavabdeh1 Dövlət X1 balansında olan və bu sərəncamın 1 və 2 nömrəli əlavələrində göstərilən dövlət əmlakları Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin balansına verilmişdir. 29 sentyabr 2022-ci il tarixli aktdan görünür ki, 22 avqust 2022-ci il tarixli 536s nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Cavabdeh1 05 aprel 2022-ci il tarixli 018 nömrəli əmri ilə yaradılmış təhvil-təslim komissiyasının sədri və üzvləri Azərbaycan Respublikası Cavabdeh1 Dövlət X1 balansında olan dövlət əmlakının bir qismini əlavə olunmuş siyahı (1 və 2 nömrəli əlavələr) üzrə “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxsi təhvil alır. “Azərbaycan Respublikası Kosmik Agentliyi” (Azərkosmos) publik hüquqi şəxsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci maddəsindən görünür ki, Agentlik "xxxx" ASC-nin hüquqi varisidir, cəmiyyətin hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir. Həmçinin "xxxx" ASC-nin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 3.1-ci maddəsindən görünür ki, Cəmiyyət "xxxx" ASC-nin hüquqi varisidir və onun bütün hüquq və öhdəlikləri habelə əmlakı cəmiyyətə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 54.4 və 55.1-ci maddələrinə əsasən idarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. Hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. Məhkəmə iddia ilə bağlı qeyd edir ki, iş materiallarından göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli fərmanına əsasən Azərbaycan Respublikası Cavabdeh1 nəznində Dövlət X4 yaradılmış və 26 sentyabr 2014-cü il tarixdə “13000 ton taxılın 1 il müddətində elevatorda saxlamaq şərti ilə saxlanca verən sözügedən agentlik ilə saxlanca qəbul edən İddiaçı arasında DMEA/TS-13/2014-saylı saxlanc müqaviləsi bağlanmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlərdən həmin buğdanın daşınması ilə bağlı çəkilmiş 40030,44 manatın, saxlancda olan 13000 ton buğdanın 1,74% təbii itkinin dəyəri olan 53399,10 manatın, avans şəkilində buğdanın alışı üçün ödənilmiş 171000 manatın, bir il ərzində indeksasiya görə ümumi məbləğin 10% həcmində 26442 manatın və dövlət rüsumu kimi ödənilmiş 982 manatın xeyirlərinə tutulmasını xahiş etmişlər. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Cavabdeh1 və “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxsə qarşı tələbi təmin edilə bilməz, belə ki, Azərbaycan Respublikası Prezidentinin 07 oktyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin yaradılması haqqında Fərmanına əsasən Azərbaycan Respublikası Cavabdeh1 Dövlət X1 əsasında “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxs yaradılsa da, sözügedən Fərmanda “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxsinin Azərbaycan Respublikası Cavabdeh1 Dövlət X1 hüquqi varisi olması və ya Azərbaycan Respublikası Cavabdeh1 Dövlət X1 hüquq, vəzifə və öhdəliklərinin publik hüquqi şəxsə keçməsi barədə müddəalar qeyd edilməmiş, sadəcə olaraq Azərbaycan Respublikası Cavabdeh1 05 aprel 2022-ci il tarixli 018 nömrəli əmri ilə yaradılmış təhviltəslim komissiyası tərəfindən Azərbaycan Respublikası Cavabdeh1 Dövlət X1 balansında olan dövlət əmlakının bir qismi “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi” X18 təhvil verilmiş və sözügedən sənəddə də, öhdəliklərin (debitor, kreditor borclar və sair) keçməsi ilə bağlı heç bir müddəya qeyd edilməmişdir. Göründüyü kimi tələb “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxsə qarşı irəli sürülsə də, sonuncu Azərbaycan Respublikası Cavabdeh1 Dövlət X1 hüquqi varisi deyil və onun hüquq, vəzifə və öhdəlikləri publik hüquqi şəxsə keçməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, hər iki qurumun təşkilatı-hüquqi forması fərqlidir, belə ki, biri nazirliyin nəznində fəaliyyət göstərmiş, digər isə publik hüquqi şəxs kimi fəaliyyət göstərir. Məhkəmə digər cavabdeh Fövqələdə Hallar Nazirliyinə münasibətdə isə iddia ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 54.4-cü maddəsinə əsasən, idarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. Qeyd olunan maddi hüquq normasından göründüyü kimi, Cavabdeh1 yalnız hər hansı bir qurumu özü yaratdığı təqdirdə onun öhdəlikləri üzrə məsuliyyət daşıya bilər. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli Fərmanı Dövlət X4 Azərbaycan Respublikası Cavabdeh1 nəznində fəaliyyət göstərsə də, sözügedən agentlik nazirliyin müvafiq aktına əsasən deyil, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli Fərmanı əsasında yaradılmışdır. Göründüyü kimi, Dövlət X4 Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli Fərmanı əsasında yarandığından Azərbaycan Respublikası Cavabdeh1 həmin agentliyin öhdəliklərinə görə cavab verən qurum deyil. Odur ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Cavabdeh1 və “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi” X13rşı daşınma xərcləri üçün çəkilmiş 40030,44 manat, təbii itkinin dəyəri üçün 53399,10 manat, avans şəkilində buğda alışı üçün nəğd ödənilmiş 171000 manat, son bir il ərzində indeksasiya görə ümumi məbləğin 10% həcmində yəni 26442 manat, dövlət rüsumu üçün ödənilmiş 982 manat, yəni ümumilikdə 291853,54 manat məbləğində pulun tutularaq ödənilməsi tələbi barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Cavabdeh1 və “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi” X13rşı daşınma xərcləri üçün çəkilmiş 40030,44 manat, təbii itkinin dəyəri üçün 53399,10 manat, avans şəkilində buğda alışı üçün nəğd ödənilmiş 171000 manat, son bir il ərzində indeksasiya görə ümumi məbləğin 10% həcmində yəni 26442 manat, dövlət rüsumu üçün ödənilmiş 982 manat, yəni ümumilikdə 291853,54 manat məbləğində pulun tutularaq ödənilməsi tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar