Məhkəmə qərarları › İş №e-2-2(113)-2232/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2232/2023

05.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2232/2023 05.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X5 qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin Bakı satış mərkəzi ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli alqı- satqı müqaviləsinə əsasən X1 İddiaçı MMC-yə olan 12373 manat əsas borc, 2227,14 manat ƏDV borcu və 618,65 manat faiz borcu olmaqla ümumilikdə cəmi 15218,79 manat borcunun, mediatora ödənilmiş 200 manatın və vəkilə ödənilmiş 220 manatın cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyilsə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə olunmalıdır. 150.1.6-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir). 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. 152.1.4 və 152.1.6-ci maddələrinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut və iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. İddiaçı MMC-nin iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmaldır, belə ki, “AZEMİS” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən pretenziya, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə Azərbaycan Respublikası MPM-nin 150.2-ci maddəsində nəzərdə tutulmuş qaydada çatdırılmamışdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı MMC-nin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı MMC-yə izah edilsin ki, pretenziya, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin cavabdehlərə Azərbaycan Respublikası MPM-nin 150.2-ci maddəsində nəzərdə tutulmuş qaydada çatdırılmasını təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edildikdən sonra, həmçinin Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən verilən Cavabdeh Bakı şəhərindən müvəqqəti məskunlaşması barədə arayış təqdim edildikdə Bakı Kommersiya Məhkəməsinə, arayış olmadığı təqdirdə isə aidiyyatı üzrə Sumqayıt Kommersiya Məhkəməsinə məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar