Məhkəmə qərarları › İş №e-2-2(113)-2232/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2232/2024

19.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2232/2024 19.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 690 saylı “Alğı-satqı” müqaviləsi əsasında yaranmış 69.304,12 manat pul vəsaitinin Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, 2019-cu il tarixində İddiaçı MMC ilə Cavabdeh QSC arasında № 690 saylı “alğı-satqı” müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC, yəni satıcı bu müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi sayılan Qiymət razılaşma protokolunda göstərilən Malları Cavabdeh MMC-yə, yəni alıcıya sataraq onun mülkiyyətinə verməyi, Alıcı isə həmin malları qəbul edərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müvafiq müqavilənin “Ödəniş şərtləri” başlıqlı maddəsinə əsasən alıcı bu müqavilə üzrə satılan mallara görə satıcıya Müqaviləyə əlavə edilmiş Qiymətlərin razılaşma protokoluna uyğun olaraq və qaimə-faktura ilə nəzərdə tutulmuş malların 100% dəyərinin ödənilməsini təmin etməyi öhdəsinə götürmüşdür. Bu bənddə göstərilmiş qaydada malların tam dəyəri ödənilmədikdə “Satıcı” onun ödənilməsini“Alıcı”-dan tələb etməyə haqlıdır. Lakin, 690 saylı müqavilə əsasında baş tutmuş alğı-satqı proseslərini təsdiq edən elektron-qaimə əsasında mallar satıcı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq, alıcı, yəni Cavabdeh MMC elektron-qaiməyə əsasən ƏDV daxil 69.304,12 manat məbləğində malın dəyərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də, alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq satıcıya, yəni İddiaçı MMC-yə ödəməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh QSC arasında № 690 saylı, 12 iyul 2019-cu il tarixli alqı-satqı müqaviləsi və qiymət razılaşma protokolu imzalanmışdır.

11. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı bu müqaviləyə əlavə edilmiş qiymətlərin razılaşma protokolunda göstərilən malları alıcıya satmağı, alıcı isə həmin malı qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya tam və vaxtında ödəməyi öz öhdəsinə götürür.

12. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən satıcı malın təhvil verilməsi ilə birlikdə hesab-fakturanı və digər zəruri sənədləri alıcıya təqdim etməlidir.

13. Müqavilə və qiymət razılaşma protokolu hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq olunmuşdur.

14. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.

15. Qeyd edilməlidir ki, alqı-satqı müqaviləsinin konsensual xarakterli olması nəzərə alınmaqla ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı MMC-nin üzərinə düşür.

16. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBAK seriyalı, 743662 nömrəli, xx.xx.2020-ci il tarixli, dəyəri 63,607,55 manat, EBAD seriyalı, 940254 nömrəli, xx.xx.2019-cu il tarixli, dəyəri 35.196,57 manat, EBAC seriyalı, 436154 nömrəli, xx.xx.2019-cu il tarixli, dəyəri 68.486,49 manat, EAAZ seriyalı, 537723 nömrəli, xx.xx.2019-cu il tarixli, dəyəri 35.624,20 manat, EAAy seriyalı, 752873 nömrəli, xx.xx.2019-cu il tarixli, dəyəri 25.973,81 manat, EAAY seriyalı, 320543 nömrəli, xx.xx.2019-cu il tarixli, dəyəri 54.744,09 manat və EAAX seriyalı, 910601 nömrəli, xx.xx.2019-cu il tarixli, dəyəri 10.794,25 manat olan elektron qaimələr göndərilmişdir.

17. Sadə riyazi hesablama ilə hesabladıqda elektron qaimələrdəki məbləğlərin cəmi 294.426.96 manat edir.

18. İş materiallarına iddiaçı tərəfindən əlavə olunmuş xx.xx.2019-xx.xx.2021 dövrü əhatə edən hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə 9.147,67 manat, xx.xx.2019-cu il tarixdə 8.000 manat və 22.011,70 manat, xx.xx.2019-cu il tarixdə 38.393,30 manat və 30.190 manat, xx.xx.2019-cu il tarixdə 58.039,40 manat, xx.xx.2021-ci il tarixdə 10.000 manat, xx.xx.2021-ci il tarixdə 15.000 manat, xx.xx.2019-cu il tarixdə 1.646,58 manat, xx.xx.2019-cu il tarixdə 1.440 manat və 3.962,11 manat, 0xx.xx.2019-cu il tarixdə 6.910,79 manat və 5.434,20 manat, xx.xx.2019-cu il tarixdə 10.447,09 manat, xx.xx.2021-ci il tarixdə 1.800 manat, xx.xx.2021-ci il tarixdə isə 2.700 manat olmaqla, ümumilikdə 225.122.84 manat məbləğində pul iddiaçının hesabına köçürülmüşdür.

19. Sadə riyazi hesablama ilə hesabladıqda görünür ki, 294.426.96 manat (elektron qaimələrdəki məbləğlərin cəmi) 225.122.84 manat (ödənişlərin cəmi) çıxıldıqda 69.304,12 manat edir.

20. İşdə olan maliyyə arayışından da görünür ki, 28.02.202-cü il tarixinə Cavabdeh QSC-nin İddiaçı MMC-yə 69.304,12 manat qalıq borcu mövcuddur.

21. İddiaçı da, hazırda № 690 saylı, 12 iyul 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə cavabdehin ödənilməmiş 69.304,12 manat məbləğində borcunu tələb edir.

22. Göründüyü kimi, cavabdeh tərəf iddiaçı tərəfindən ona göndərilmiş olan elektron qaimələr üzrə müvafiq ödənişlər etmişdir. Bu isə o nəticəyə gəlmək üçün əsas verir ki, tərəflər arasında olan işgüzar münasibətlər (indiki halda mal mübadiləsi) məhz elektron qaimələr üzərindən həyata keçirilmişdir.

23. Ona görə də, Məhkəmə hesab edir ki, elektron qaimədə göstərilmiş olan 294.426.96 manat dəyərinfdə mallar cavabdehə verilmiş, cavabdeh isə ümumilikdə 225.122.84 manat məbləğində ödəniş etmiş və 69.304,12 manat məbləğində borcu qalmışdır.

24. Ona görə də, məhkəmə hesab edir ki, № 690 saylı, 12 iyul 2019-cu il tarixli alqısatqı müqaviləsi üzrə 69.304,12 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

25. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

26. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 69.304 (altmış dörd min üç yüz dörd) manat, 12 (on iki) qəpik məbləğində pul Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar