Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2235/2024 27.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rüstəmova Müayim Akif qızının katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı MMC Cavabdeh MTK-ya qarşı xx.xx.2022-ci il tarixli, 703R/MT-0117 saylı satınalma sənədinə əsasən pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Cavabdeh MTK-ya qarşı xx.xx.2022-ci il tarixli, 703R/MT-0117 saylı satınalma sənədinə əsasən pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2024-cü il tarixə saat 14:45-ə təyin edilmiş məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada və müddətdə xəbərdar olunmalarına baxmayaraq, tərəflər məhkəmənin hazırlıq iclaslarına gəlməmişlər, lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini göstərmiş, cavabdeh isə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Daha sonra məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq, məhkəmənin hazırlıq iclasını xx.xx.2024-cü il tarixə saat 11:20-yə təyin etmiş, lakin məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada və müddətdə xəbərdar olunmalarına baxmayaraq, tərəflər yenə də məhkəmənin hazırlıq iclaslarına gəlməmişlər, bu dəfə cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, hazırki məhkəmə iclası ilə digər məhkəmə işlərinin vaxtının üst-üstə düşməsi səbəbi (bu barədə sübut təqdim edilməmişdir) ilə məhkəmə iclasında iştirak edə bilməyəcəklərini və bu səbəbdən məhkəmə iclasını başqa vaxta təxirə salınmasını xahiş etmiş, iddiaçı isə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsində göstərilir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmənin çağırışına gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli Qərarının 2-ci bəndinə görə Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh MTK-ya qarşı xx.xx.2022-ci il tarixli, 703R/MT-0117 saylı satınalma sənədinə əsasən pulun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. İddia verilərkən ********** saylı qəbzə əsasən ödənilmiş 63 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2235/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2235/2024
27.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver