Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-224/2021 27.01.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X1, cavabdeh X4 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh X5 qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4859,63 manat məbləğində pul vəsaitinin, habelə 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 4889,63 manat məbləğində pul vəsaitinin cavabdeh X3 alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X7 arasında qarşılıqlı razılaşma əsasında bağlanmış “məhsulların nisyə alqı-satqısı barədə” xx xxxx 2019-cu il tarixli, 009\2019 saylı müqavilənin 1-ci bəndinə əsasən, İddiaçı MMC cavabdehə ümumi dəyəri4859,63 (dörd min səkkiz yüz əlli doqquz manat altımış üç qəpik) manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə, müqavilənin 2-ci bəndinə əsasən, həmin məhsulları qəbul etmiş və 3-cü bəndinə əsasən, malların dəyərini pul şəklində 6 (altı) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Ödəniş müddətinin bitməsinə baxmayaraq, cavabdeh X7 müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və malların dəyərini bu günədək İddiaçı MMC-yə ödəməmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X7 iddiaçıya borcunun olduğunu, lakin mağaza bağlandığından borcu ödəyə bilmədiyini bildirdi və borcu ödəməsi üçün möhlət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı MMC (satıcı) ilə X7 arasında xx xxxx 2019-cu il tarixdə 009/2019 saylı məhsulların nisyə alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndinə əsasən satıcı alıcıya nisyə (borc) olaraq ümumi dəyəri 4.859,63 manat olan müxtəlif çeşidli məhsulları satır. 2-ci bəndinə əsasən alıcı satıcıdan ümumi dəyəri 4.859,63 manat olan müxtəlif çeşidli məhsulları nisyə (borc) olaraq qəbul edir. 3-cü bəndinə əsasən alıcı satıcıya 4.859,63 manat məbləğində olan borcunu 6 ay ərzində pul şəklində ödəməyi öz öhdəsinə götürür. Müqavilə hər iki tərəfin imzası, satıcı tərəfindən möhür ilə təsdiq edilmişdir. Tərəflər arasında imzalanmış təhvil-təslim aktına əsasən xx.xx.2019-cu il tarixli məhsulların nisyə alqı-satqısı barədə müqavilədə göstərilən məhsullar satıcı tərəfindən alıcıya təhvil verilmiş, alıcı tərəfindən isə məhsullar təhvil alınmışdır. Təhvil-təslim aktı hər iki tərəfin imzası, satıcı tərəfindən möhür ilə təsdiq edilmişdir. X7 İddiaçı MMC-yə ərizə ünvanlayaraq tərəflər arasında bağlanılmış məhsulların nisyə alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli, 009/19 saylı müqaviləyə əsasən müəssisəyə 4.859,63 manat məbləğində borcu olduğunu etiraf etmiş və öhdəliyi vaxtında icra etmədiyi təqdirdə qanunla məsuliyyət daşımağa hazır olduğunu bəyan etmişdir. xx xxx 2019-cu il tarixdə İddiaçı MMC (kreditor) ilə X7 (borclu) arasında mövcud borcun etirafı haqqında mücərrəd müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndinə əsasən borclu kreditora 4.859,63 manat borcun olduğunu tam etriaf edir və bu müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi öhdəsinə götürür. 2-ci bəndinə əsasən borclu borc məbləğini bu müqavilə bağlandıqdan sonra hər ay 809,90 manat olmaqla, xx.xx.2019-cu il tarixinədək tam olaraq kreditora ödəməyi öhdəsinə götürür. Müqavilə hər iki tərəfin imzası, satıcı tərəfindən möhür ilə təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən X5 borcun ödənilməsinə dair xx.xx.2020-ci il tarixli xəbərdarlıq ünvanlanaraq 4.859,63 manat məbləğində borcun 5 iş günü ərzində borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə hüquqi müdafiə vasitələrindən istifadə ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə cavabdeh X7 arasında xx xxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda X4 göstərilən müqavilə üzrə İddiaçı MMC-yə olan borcu 4.859,63 manat təşkil edir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci və 385.1-ci maddələri təşkil edir. Mülki Məcəllənin: 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə görə Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərini– 4.859,63 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, İddiaçı MMC cavabdeh X3 4.859,63 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh X3 xx xxxx 2019-cu il tarixli, 009/2019 saylı məhsulların nisyə alqı-satqısı barədə müqaviləsi üzrə 4.859,63 manat (dörd min səkkiz yüz əlli doqquz manat altmış üç qəpik) məbləğində əsas borc tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X3 4.859,63 manat (dörd min səkkiz yüz əlli doqquz manat altmış üç qəpik) məbləğində əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-224/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-224/2021
27.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver