Məhkəmə qərarları › İş №e-2-2(113)-2245/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2245/2025

18.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2245/2025 18.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh6 MTK, Cavabdeh8 MTK, Cavabdeh5 MMC, Cavabdeh9, Cavabdeh1, Cavabdeh3, Cavabdeh7, Cavabdeh10, Cavabdeh4 Ağarza qızı və Cavabdeh11 qarşı “müqavilənin ləğv edilməsi, borcun ödənilməsi və əmlakın geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. İŞİN FAKTİKİ HALLARİ

1. Lizinq verən "xxxx" MMC və lizinq alan Cavabdeh2 MMC arasında (bundan sonra – Lizinq alan) 7xx-xx-2024 nömrəli xx.xx.2024-cü il tarixli Daxili maliyyə lizinqi müqaviləsi bağlanılmışdır.

2. Həmin müqavilənin: 2.1. 2.1-ci bəndinə əsasən Lizinq verən Lizinq alan tərəfindən seçilmiş və onun istəyinə əsasən alınmış əmlakın dəyərini ödəyib öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində Lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi öhdəsinə götürür. Lizinq obyektinin təsviri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə №A-da (spesifikasiya) göstərilir; 2.2. 2.2-ci bəndinə əsasən Lizinq alan bu müqavilədə müəyyən edilmiş şərtlərlə lizinq obyektini lizinqə qəbul etməyi və bu müqavilənin ayrılmaz hissəsi olan Əlavə №C-yə (“Lizinq ödənişləri qrafiki”) müvafiq olaraq lizinq ödənişlərini Lizinq verənə mütəmadi olaraq ödəməyi öhdəsinə götürür; 2.3. 2.3-cü bəndinə əsasən lizinqin müddəti bitdikdən va lizinq ödənişləri Lizinq alan tərəfindən tam ödənildikdən sonra, Lizinq alan lizinq obyektinin qalıq dəyərini (əgər varsa) ödəmək şərti ilə, Lizinq verən lizinq obyektinə mülkiyyət hüququnu Lizinq alana verməyi, Lizinq alan isə mülkiyyət hüququnu əldə etməyi öhdəsinə gotürtür; 2.4. 3.1-ci bəndinə əsasən Lizinq alanın bu müqavilə üzrə lizinq obyektinə sahiblik və istifadə hüququna malik olduğu müddət lizinq müddəti hesab edilir. Lizinq müddəti, qəbul protokolu əsasında lizinq obyektinin lizinq alana təhvil verildiyi andan hesablanır. Lizinq obyekti Qəbul protokolu əsasında Lizinq verən tərəfindən Lizinq alana təhvil verilir. Lizinq obyekti 36 ay müddətinə lizinqə verilir; 2.5. 6.2-bəndinə görə lizinq obyektinin alış qiyməti, ƏDV daxil 276120 manatdır; 2.6. 7.1-ci bəndinə görə lizinq obyektinin, habelə onun ayrılmaz hissəsini təşkil edən butün ləvazimat va sənədlərin Satıcı tərəfindən Lizinq verənə va Lizinq alana təhvil-təslimi alqt-satqı müqaviləsi ilə müəyyən edilmiş yerdə, müddətdə va şərtlərlə hayata keçirilir; 2.7. 7.2-ci bəndinə görə lizinq obyektinin təhvil-təslimi qabul protokolu (Əlavə №B) ilə rəsmiləşdirilir. Təhvil-təslim zamanı Lizinq alan lizinq obyektinin təhvilindən imtina edərsə, Lizinq alan tərəfindən Lizinq verənin hesabına faktiki ödənilmiş ilkin ödəniş, lizinq ödənisləri və (və ya) digər pul öhdəlikləri ilə bağlı ödənislər geri qaytarılmır; 2.8. 7.3-cü bəndinə görə lizinq obyektinin Lizinq verənin adına müvafiq dövlət orqanında qeydiyyatdan keçdiyi andan lizinq obyektinə sərəncam hüququ lizinq verənə, qəbul protokolu imzalandığı andan sahiblik va istifadə hüququ isə Lizinq alana keçir və Lizinq verənin lizinq obyektinin Lizinq alana maliyyə lizinqinə verilməsi üzrə öhdəliyi icra edilmiş sayrır; 2.9. 7.4-cü bəndinə lizinq obyektinin Lizinq verənin adına müvafiq dövlət orqanrnda qeydiyyatdan keçdiyi andan lizinq obyektinə sarancam hüququ Lizinq verənə, qəbul protokolu imzalandığı andan sahiblik və istifadə hüququ isə Lizinq alana keçir və Lizinq verənin lizinq obyektinin Lizinq alana maliyyə lizinqinə verilməsi üzrə öhdəliyi icra edilmiş sayılır; 2.10. 9.1-ci bəndinə əsasən lizinq obyekti bu müqavilənin qüvvədə olduğu bütün müddüt ərzində Lizinq alanın vəsaiti hesabına Lizinq verənin seçdiyi sığorta şirkəti tərəfindən sığortalanır; 2.11. 9.8-ci bəndinə görə əgər sığorta müqaviləsinin müddəti keçibsə, Lizinq alanın öhdəlikləri isə Lizinq verənin qarşısında tam icra olunmayıbsa, Lizinq alan ödəliklərinin tam icrasına qədər lizinq obyektinin sığorta müqavilələrini bağlamalıdır. Lizinq alan lizinq obyektini sığortalamadığı halda, o cümlədən ödənişi möhlətlə ödəyərkən sığorta haqqının ödənilməsini gecikdiribsə, Lizinq verən müstəqil olaraq sığortalıya sığorta haqqının ödənilməsini hayata keçirə bilər və ödənilmiş məbləgi Lizinq alandan tələb edə bilər, Lizinq alan isə Lizinq verənin birinci tələbi ilə onu ödəməlidir. 2.12. 11.1-ci bəndinə görə Lizinq alan lizinq obyektinə faktiki sahiblik va istifadəsindən asılı olmayaraq, bu Müqavilənin bütün müddəti ərzində Lizinq verənə Əlavə №C ("Lizinq ödənişlərinin qrafiki") ilə müəyyən edilmiş dövrlüklə və tarixdə lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür; 2.13. 11.2-ci bəndinə görə tərəflər razılaşırlar ki, Müqavilənin valyutası Azarbaycan Respublikasının milli valyutası olan manatdır. Lizinq ödənişlərinin qrafikində (Əlavə №C) ödənişlər manatla ifadə olunacaqdır. Lizinq ödənişlərinin qrafiki (Əlavə №C) lizinq obyekti Lizinq alana tlhvil veriləndən sonra təqdim ediləcək; 2.14. 11.3-cü bəndinə görə Lizinq verənin mükafatı Lizinq verən tərəfindən maliyyələşdirilən məbləğə illik 20 %-lə hesablanacaqdır; 2.15. 13.1.1-ci bəndinə görə bu Müqavilə imzalandığı gündən 3 gün ərzində Lizinq alan Lizinq verənin hesablaşma hesabına ilkin ödəniş məbləği 82 836 manat və bu müqavilə üzrə 2 080 manat lizinq əməliyyatları xidməti haqqı ödəməlidir.

3. Tərəflər arasında bağlanılmış xx.xx.2024-cü il tarixli Daxili maliyyə lizinqi müqaviləsinin A №-li Əlavəsinə əsasən lizinq obyekti hər birinin qiyməti 138 060 manat olmaqla, cəmi 276 120 manat dəyərində, 2023-cü il istehsalı olan 2 ədəd “XCMG” narkalı G12V avtobetonqarışdıran yük avtomobilidir.

4. Həmçinin, xx.xx.2024-cü il tarixli Daxili maliyyə lizinqi müqaviləsinin B №-li Əlavəsinə əsasən hər iki avtomobil xx.xx.2024-cü il tarixdə Lizinq alana təhvil verilmiş, bu barədə həm iddiaçının, həm də Lizinq alanın imzası və möhürü ilə təsdiq edilməklə, 758 saylı lizinq obyetinin qəbulu protokolu tərtib edilmişdir.

5. xx.xx.2024-cü il tarixli Daxili maliyyə lizinqi müqaviləsinin C №-li Əlavəsi lizinq ödənişlərinin qrafikini nəzərdə tutur və həmin ödəniş qrafikinə əsasən lizinq obyektinin dəyəri 276 120 manat, ilkin ödəniş 82 836 manat, lizinq məbləği 193 284 manat və müddəti 36 ay (xx.xx.2024 – xx.xx.2027) olmaqla, aylıq ödənişin 7184 manat (sonuncu ay 7141 manat) olması müəyyən edilmişdir.

6. Eyni zamanda, iddiaçı ilə zaminlər - Mahal” MTK, Cavabdeh8 MTK, Cavabdeh5 MMC, Cavabdeh9, Cavabdeh1, Cavabdeh3, Cavabdeh7, Cavabdeh10 və Cavabdeh4 Ağarza qızı arasında xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 3.1-ci bəndinə görə bu müqavilə üzrə zaminlik, "Lizinq alan" tərəfindən Lizinq müqaviləsi üzrə lizinq və digər ödənişlərin lizinq müqaviləsi ilə müəyyən edilmiş qayda və müddət ərzində ödənilməsi; lizinq müqaviləsinə əsasən dəbbə pulu va cərimələrin ödənilməsi; lizinq müqaviləsi üzrə öhdəliklərin icra edilməməsi va ya lazımı qaydada icra edilməməsi nəticəsində Lizinq verənə borcun, vurulmuş zərər və itkilərin tutulması üzrə məhkəmə xərclərinin ödənilməsi öhdəliklərinin yerinə yetirilməsini təmin edir.

7. Sonradan iddiaçı ilə Lizinq alan arasında xx.xx.2024-cü il tarixli Daxili maliyyə lizinqi müqaviləsinə xx.xx.2024-cü il tarixli, 7xx-xx-2024-01 saylı Razılaşma imzalanmışdır. Həmin Razılaşmada göstərilir ki: 7.1. Müqavilənin 3-cü bəndinə aşağıdakı məzmunda bənd əlavə edilsin: Lizinq alanın bu müqavilə üzrə lizinq obyektinə sahiblik və istifadə hüququna malik olduğu müddət lizinq müddəti hesab edilir. Lizinq müddəti, qəbul protokolu əsasında lizinq obyektinin lizinq alana təhvil verildiyi andan hesablanr. Lizinq obyekti Qəbul protokolu əsasında Lizinq verən tərəfindən Lizinq alana təhvil verilir. Lizinqin müddəti 36 ay təşkil edir; 7.2. Müqavilənin 6-cı bəndinə aşağıdakı məzmunda bənd əlavə edilsin: bu Razılaşmada təsvir edilmiş lizinq obyektinin alış qiyməti, ƏDV daxil 117500 manatdır; 7.3. Müqavilənin 9-cu bəndinə aşağıdakı məzmunda bənd əlavə edilsin: bu Razılaşmada təsvir edilmiş lizinq obyektinə münasibətdə lizinq obyekti bu müqavilənin qüvvədə olduğu bütün müdət ərzində Lizinq alanın vəsaiti hesabına Lizinq verənin seçdiyi sığorta şirkəti tərəfindən sığortalanır; 7.4. Müqavilənin 11-ci bəndinə aşağıdakı məzmunda bəndlər əlavə edilsin: Lizinq verənin mükafatı Lizinq verən tərəfindən maliyyələşdirilən məbləğə illik 20 % ilə hesablanacaqdır; lizinq ödənişlərinin alınması üçün Lizinq verən tərəfindən göndərilən elektron qaimələr Lizinq alan tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq eilməlidir. Lizinq alan bu təsdiqi etməzsə, Lizinq verənin bu müqaviləni birtərəfli qaydada xitam vermək hüququ vardır; 7.5. Müqavilənin 13-cü bəndinə aşağıdakı məzmunda bənd əlavə edilsin: bu Razılaşma imzalandığı gündən Lizinq alan Lizinq verənin hesblaşma hesabına ilkin ödəniş olaraq 35 250 manat və bu Razılaşma üzrə 903 manat lizinq əməliyyatlrı xidməti haqqı ödəməli və lizinq obyektinin lizinq müddəti ərzində sığortalanması üçün bu Razılaşmanın Əlacə C-də qeyd edilmiş qaydada və məbləğdə sığorta haqqı ödəməlidir. 7.6. Bu Müqavilənin A nömrəli Əlavəsinə aşağıdakı məzmunda bənd əlavə edilsin: lizinq obyekti 2024-cü il istehsalı olan “SDLG” markalı L956H birçalovlu təkərli yükləyicidir. 7.7. xx.xx.2024-cü il tarixli, 7xx-xx-2024-01 saylı Razılaşmanın B №-li Əlavəsinə əsasən lizinq obyekti olan nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə Lizinq alana təhvil verilmiş, bu barədə həm iddiaçının, həm də Lizinq alanın imzası və möhürü ilə təsdiq edilməklə, 758-01 saylı lizinq obyetinin qəbulu protokolu tərtib edilmişdir. 7.8. xx.xx.2024-cü il tarixli, 7xx-xx-2024-01 saylı Razılaşmanın lizinq ödənişlərinin qrafiki adlanan C №-li Əlavəsinə əsasən lizinq obyektinin dəyəri 117 500 manat, ilkin ödəniş 35 250 manat, lizinq məbləği 82 250 manat, müddəti 36 ay (xx.xx.2024 – xx.xx.2027) olmaqla, aylıq ödənişi 3057 manat (sonuncu ay 3043 manat) göstərilmişdir. 7.9. Eyni zamanda, iddiaçı ilə Mahal” MTK, Cavabdeh8 MTK, Cavabdeh5 MMC, Cavabdeh9, Cavabdeh1, Cavabdeh3, Cavabdeh7, Cavabdeh10 və Cavabdeh4 Ağarza qızı arasında xx.xx.2024-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Bu zaminlik müqaviləsinin 3.1-ci bəndinə görə bu bu müqavilə üzrə zaminlik, "Lizinq alan" tərəfindən Lizinq müqaviləsi üzrə lizinq və digər ödənişlərin lizinq müqaviləsi ilə müəyyən edilmiş qayda və müddət ərzində ödənilməsi; lizinq müqaviləsinə əsasən dəbbə pulu va cərimələrin ödənilməsi; lizinq müqaviləsi üzrə öhdəliklərin icra edilməməsi va ya lazımı qaydada icra edilməməsi nəticəsində Lizinq verənə borcun və vurulmuş zərər və itkilərin tutulması üzrə məhkəmə xərclərinin ödənilməsi öhdəliklərin yerinə yetirilməsini təmin edir.

8. Sonradan, yenə də iddiaçı ilə Lizinq alan arasında xx.xx.2024-cü il tarixli Daxili maliyyə lizinqi müqaviləsinə xx.xx.2024-cü il tarixli, 7xx-xx-2024-02 saylı Razılaşma imzalanmışdır. Həmin Razılaşmada qeyd edilir: 8.1. Müqavilənin 3-cü bəndinə aşağıdakı məzmunda bənd əlavə edilsin: Lizinq alanın bu müqavilə üzrə lizinq obyektinə sahiblik və istifadə hüququna malik olduğu müddət lizinq müddəti hesab edilir. Lizinq müddəti, qəbul protokolu əsasında lizinq obyektinin lizinq alana təhvil verildiyi andan hesablanr. Lizinq obyekti Qəbul protokolu əsasında Lizinq verən tərəfindən Lizinq alana təhvil verilir. Lizinqin müddəti 36 ay təşkil edir; 8.2. Müqavilənin 6-cı bəndinə aşağıdakı məzmunda bənd əlavə edilsin: bu Razılaşmada təsvir edilmiş lizinq obyektinin alış qiyməti, ƏDV daxil 448400 manatdır; 8.3. Müqavilənin 9-cu bəndinə aşağıdakı məzmunda bənd əlavə edilsin: bu Razılaşmada təsvir edilmiş lizinq obyektinə münasibətdə lizinq obyekti bu müqavilənin qüvvədə olduğu bütün müdət ərzində Lizinq alanın vəsaiti hesabına Lizinq verənin seçdiyi sığorta şirkəti tərəfindən sığortalanır; 8.4. Müqavilənin 11-ci bəndinə aşağıdakı məzmunda bəndlər əlavə edilsin: Lizinq verənin mükafatı Lizinq verən tərəfindən maliyyələşdirilən məbləğə illik 20 % ilə hesablanacaqdır; lizinq ödənişlərinin alınması üçün Lizinq verən tərəfindən göndərilən elektron qaimələr Lizinq alan tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq eilməlidir. Lizinq alan bu təsdiqi etməzsə, Lizinq verənin bu müqaviləni birtərəfli qaydada xitam vermək hüququ vardır; 8.5. Müqavilənin 13-cü bəndinə aşağıdakı məzmunda bənd əlavə edilsin: bu Razılaşma imzalandığı gündən 3 gün ərzində Lizinq alan Lizinq verənin hesblaşma hesabına ilkin ödəniş olaraq 134 520 manat və bu Razılaşma üzrə 3253 manat lizinq əməliyyatlrı xidməti haqqı ödəməli və lizinq obyektinin lizinq müddəti ərzində sığortalanması üçün bu Razılaşmanın Əlavə C-də qeyd edilmiş qaydada və məbləğdə sığorta haqqı ödəməlidir; 8.6. Bu Müqavilənin A nömrəli Əlavəsinə aşağıdakı məzmunda bənd əlavə edilsin: lizinq obyekti 1 ədəd 2024-cü il istehsalı olan “SANY” markalı SYG5341THB 470C-10 (dizel) avtobetonvurandır. 8.7. xx.xx.2024-cü il tarixli, 7xx-xx-2024-02 saylı Razılaşmanın B №-li Əlavəsinə əsasən lizinq obyekti olan xüsusi təyinatlı texnika (avtobetonvuran) xx.xx.2024-cü il tarixdə Lizinq alana təhvil verilmiş, bu barədə həm iddiaçının, həm də Lizinq alanın imzası və möhürü ilə təsdiq edilməklə, 758-02 saylı lizinq obyetinin qəbulu protokolu tərtib edilmişdir. 8.8. xx.xx.2024-cü il tarixli, 7xx-xx-2024-02 saylı Razılaşmanın lizinq ödənişlərinin qrafiki adlanan C №-li Əlavəsinə əsasən lizinq obyektinin dəyəri 448 400 manat, ilkin ödəniş 134 520 manat, lizinq məbləği 313 880 manat, müddəti 36 ay (xx.xx.2024 – xx.xx.2027) olmaqla, aylıq ödənişi 11665 manat (sonuncu ay 11669 manat) müəyyən edilmişdir. 8.9. Eyni zamanda, iddiaçı ilə Mahal” MTK, Cavabdeh8 MTK, Cavabdeh5 MMC, Cavabdeh9, Cavabdeh1, Cavabdeh3, Cavabdeh7, Cavabdeh10 və Cavabdeh4 Ağarza qızı arasında xx.xx.2024-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Bu zaminlik müqaviləsinin 3.1-ci bəndinə görə bu müqavilə üzrə zaminlik, Lizinq alan tərəfindən Lizinq müqaviləsi üzrə lizinq və digər ödənişlərin lizinq müqaviləsi ilə müəyyən edilmiş qayda və müddət ərzində ödənilməsi; lizinq müqaviləsinə əsasən dəbbə pulu va cərimələrin ödənilməsi; lizinq müqaviləsi üzrə öhdəliklərin icra edilməməsi va ya lazımı qaydada icra edilməməsi nəticəsində Lizinq verənə borcun, vurulmuş zərər və itkilərin tutulması üzrə məhkəmə xərclərinin ödənilməsi öhdəliklərinin yerinə yetirilməsini təmin edir.

9. Sonuncu dəfə iddiaçı ilə Lizinq alan arasında xx.xx.2024-cü il tarixli Daxili maliyyə lizinqi müqaviləsinə xx.xx.2024-cü il tarixli, 7xx-xx-2024-03 saylı Razılaşma imzalanmışdır. Həmin Razılaşmada qeyd edilir ki: 9.1. Müqavilənin 3-cü bəndinə aşağıdakı məzmunda bənd əlavə edilsin: Lizinq alanın bu müqavilə üzrə lizinq obyektinə sahiblik və istifadə hüququna malik olduğu müddət lizinq müddəti hesab edilir. Lizinq müddəti, qəbul protokolu əsasında lizinq obyektinin ıizinq alana təhvil verildiyi andan hesablanr. Lizinq obyekti Qəbul protokolu əsasında Lizinq verən tərəfindən Lizinq alana təhvil verilir. Lizinqin müddəti 36 ay təşkil edir; 9.2. Müqavilənin 6-cı bəndinə aşağıdakı məzmunda bənd əlavə edilsin: bu Razılaşmada təsvir edilmiş lizinq obyektinin alış qiyməti, ƏDV daxil 132160 manatdır; 9.3. Müqavilənin 9-cu bəndinə aşağıdakı məzmunda bənd əlavə edilsin: bu Razılaşmada təsvir edilmiş lizinq obyektinə münasibətdə lizinq obyekti bu müqavilənin qüvvədə olduğu bütün müdət ərzində Lizinq alanın vəsaiti hesabına Lizinq verənin seçdiyi sığorta şirkəti tərəfindən sığortalanır; 9.4. Müqavilənin 11-ci bəndinə aşağıdakı məzmunda bəndlər əlavə edilsin: Lizinq verənin mükafatı Lizinq verən tərəfindən maliyyələşdirilən məbləğə illik 20 % ilə hesablanacaqdır; lizinq ödənişlərinin alınması üçün Lizinq verən tərəfindən göndərilən elektron qaimələr Lizinq alan tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq eilməlidir. Lizinq alan bu təsdiqi etməzsə, Lizinq verənin bu müqaviləni birtərəfli qaydada xitam vermək hüququ vardır; 9.5. Müqavilənin 13-cü bəndinə aşağıdakı məzmunda bənd əlavə edilsin: bu Razılaşma imzalandığı gündən 3 gün ərzində Lizinq alan Lizinq verənin hesblaşma hesabına ilkin ödəniş olaraq 39 669 manat və bu Razılaşma üzrə 960 manat lizinq əməliyyatlrı xidməti haqqı ödəməli və lizinq obyektinin lizinq müddəti ərzində sığortalanması üçün bu Razılaşmanın Əlacə C-də qeyd edilmiş qaydada və məbləğdə sığorta haqqı ödəməlidir; 9.6. Bu Müqavilənin A nömrəli Əlavəsinə aşağıdakı məzmunda bənd əlavə edilsin: lizinq obyekti 1 ədəd 2024-cü il istehsalı olan “Sany Concrete truc mixer” markalı SY412C- 8 (V) avtobetonqarışdıran yük avtomobilidir. 9.7. xx.xx.2024-cü il tarixli, 7xx-xx-2024-03 saylı Razılaşmanın B №-li Əlavəsinə əsasən lizinq obyekti olan nəqliyyat vasitəsi (avtobetonqarışdıran yük avtomobili) xx.xx.2024-cü il tarixdə Lizinq alana təhvil verilmiş, bu barədə həm iddiaçının, həm də Lizinq alanın imzası və möhürü ilə təsdiq edilməklə, 758-03 saylı lizinq obyetinin qəbulu protokolu tərtib edilmişdir. 9.8. xx.xx.2024-cü il tarixli, 7xx-xx-2024-03 saylı Razılaşmanın lizinq ödənişlərinin qrafiki adlanan C №-li Əlavəsinə əsasən lizinq obyektinin dəyəri 132 160 manat, ilkin ödəniş 39 660 manat, lizinq məbləği 92 500 manat, müddəti 36 ay (xx.xx.2024 – xx.xx.2027) olmaqla, aylıq ödənişi 3438 manat (sonuncu ay 3420 manat) qeyd edilmişdir. 9.9. Eyni zamanda, iddiaçı ilə Cavabdeh6 MTK, Cavabdeh8 MTK, Cavabdeh5 MMC, Cavabdeh9, Cavabdeh1, Cavabdeh3, Cavabdeh7, Cavabdeh10 və Cavabdeh4 Ağarza qızı arasında xx.xx.2024-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Bu zaminlik müqaviləsinin 3.1-ci bəndinə görə bu bu müqavilə üzrə zaminlik, "Lizinq alan" tərəfindən Lizinq müqaviləsi üzrə lizinq və digər ödənişlərin lizinq müqaviləsi ilə müəyyən edilmiş qayda və müddət ərzində ödənitməsi; lizinq müqaviləsinə əsasən dəbbə pulu va cərimələrin ödənilməsi; lizinq müqaviləsi üzrə öhdəliklərin icra edilməməsi va ya lazımı qaydada icra edilməməsi nəticəsində Lizinq verənə borcun və vurulmuş zərər və itkilərin tutulması üzrə məhkəmə xərclərinin ödənilməsi öhdəliklərin yerinə yetirilməsini təmin edir.

10. Bundan başqa, iddiaçı ilə Cavabdeh11 arasında xx.xx.2024-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin predmetini xx.xx.2024-cü il tarixli, 7xx-xx-2024 saylı Daxili maliyyə lizinqi müqaviləsi və ona əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 7xx-xx-2024-01 saylı, xx.xx.2024-cü il tarixli, 7xx-xx-2024-02 saylı, xx.xx.2024-cü il tarixli, 7xx-xx-2024-03 saylı Razılaşmalar Həmin müqavilələrin 3.1-ci bəndinə görə bu bu müqavilə üzrə zaminlik, "Lizinq alan" tərəfindən Lizinq müqaviləsi üzrə lizinq və digər ödənişlərin lizinq müqaviləsi ilə müayyən edilmiş qayda və müddət ərzində ödənitməsi; lizinq müqaviləsinə əsasən dəbbə pulu va cərimələrin ödənilməsi; lizinq müqaviləsi üzrə öhdəliklərin icra edilməməsi va ya lazımı qaydada icra edilməməsi nəticəsində Lizinq verənə borcun və vurulmuş zərər və itkilərin tutulması üzrə məhkəmə xərclərinin ödənilməsi öhdəliklərin yerinə yetirilməsini təmin edir.

MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri.

11. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirərək, 83387,02 manat əsas, 19893,86 manat faiz, 4635 manat sığorta haqqı, 1352,12 manat cərimə, 399,27 manat dövlət rüsumu olmaqla, cəmi 109 268 manat pulun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması, lizinq obyekti olan ** JE *** dövlət qeydiyyat nişanlı (Şassi: LZZl BXN44PN25563O, mühərrik 6423K009737), XCMG G12V xüsusi təyinatlı avtobetonqarışdıran yuk avtomobilinin, ** JE *** dövlət qeydiyyat nişanlı (Şassi: LZZl BXNA6PN255631, mühərrik: 6423K009736), XCMG G12V xüsusi təyinatlı avtobetonqarışdıran yuk avtomobilinin, 11 0FC 850 dövlət qeydiyyat nişanlı (Şassi: VLGL956HEP062O289, mühərrik: 1223S011866), SDLG 1956H birçalovlu təkərli yükləyicinin, ** JE *** dövlət qeydiyyat nişanlı (Şassi: LFCDLE8PTP1071922, mühərrik: D1********), SANY SYG5341THB 470C-10 xüsusi təyinatlı beton nasosun və ** JF *** (Şassi: LFCDKE6PXR1042780, mühərrik: P1 1CWCP53399), Sany Concrete truck mixer SY412C-8(V) avtobetonqarışdıran yük avtomobilinin işlək vəziyyətdə iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Lizinq alan arasında bağlanmış xx.xx.2024 tarixli, LM№7xx-xx-2024 saylı daxili maliyyə lizinqi müqaviləsinə və bu müqaviləyə əlavə və dəyişikliyin edilməsi haqqında xx.xx.2024 tarixli, LM№7xx-xx- 2024-01 saylı, xx.xx.2024 tarixli LM№7xx-xx-2024-02 saylı, xx.xx.2024 tarixli LM№7xx-xx- 2024-03 saylı Razılaşmaya və bu müqavilələrə edilmiş əlavələrə əsasən lizinq obyektləri - 77JE466 dövlət qeydiyyat nişanlı (Şassi: LZZl BXN44PN25563O, mühərrik 6423K009737), XCMG G12V xüsusi təyinatlı avtobetonqarışdıran yuk avtomobili, 77JE866 dövlət qeydiyyat nişanlı (Şassi: LZZl BXNA6PN255631, mühərrik: 6423K009736), XCMG G12V xüsusi təyinatlı avtobetonqarışdıran yuk avtomobili, 1** FC *** dövlət qeydiyyat nişanlı (Şassi: VLGL956HEP062O289, mühərrik: 1223S011866), SDLG 1956H birçalovlu təkərli yükləyici, ** JE *** dövlət qeydiyyat nişanlı (Şassi: LFCDLE8PTP 1071922, mühərrik: D1********), SANY SYG5341THB 470C-10 xüsusi təyinatlı beton nasos və ** JF *** (Şassi: LFCDKE6PXR 1042780, mühərrik: P11CWCP53399), Sany Concrete truck mixer SY412C-8(V) avtobetonqarışdıran yük avtomobili 36 ay müddətinə "xxxx" MMC-yə maliyyə lizinqinə istifadəyə verilmişdir. Eyni zamanda lizinq alanın öhdəlikləri üzrə "xxxx" MTK, "xxxx" MTK, "xxxx" MMC, Cavabdeh9, Cavabdeh1, Cavabdeh3, Cavabdeh7, Cavabdeh10, Cavabdeh4 və Cavabdeh11 arasında bağlanmış xx.xx.2024 -cü il tarixli ZM№7xx-xx-2024 saylı, xx.xx.2024 tarixli ZM№7xx-xx- 2024-01 saylı, xx.xx.2024 tarixli ZM№7xx-xx-2024-02 saylı, xx.xx.2024 tarixli ZM№7xx-xx- 2024-03 saylı və xx.xx.2024 tarixli ZM№7xx-xx-2024/A saylı zaminlik müqavilələri imzalanmışdır. Zaminlər lizinq alanın öhdəliklərinin tam icrasına görə həmin müqavilədə nəzərdə tutulmuş qaydada, həcmdə və şərtlərlə iddiaçı qarşısında məsuliyyət daşıyır. Lizinq alan ödənişlərini vaxtında və tam həcmdə həyata keçirmir və yaranmış hal müqavilənin bəndinə əsasən iddiaçıya müqaviləni birtərəfli qaydada ləğv edərək əmlakları və əmlaklar qayıdan günə qədər icra olunmamış öhdəlik məbləğini lizinq alandan geri almaq hüququ verir. Müqavilə üzrə götürülmüş öhdəliklər lazmınca yerinə yetirilmədiyi və ödənişlərin vaxtı-vaxtında edilməməsi səbəbindən Lizinq alana və Zaminə yazılı Pretenziya məktubu göndərilməklə onlara müqavilənin 4.1.1. bəndinə əsasən müqavilənin birtərəfli qaydada iddiaçı tərəfindən ləğv edildiyi bildirilmiş və mövcud borcun ödənilməsi və əmlakın qaytarılması tələb edilmişdir. Lakin cavabdehlər onlara göndərilmiş tələblərə heç bir münasibət bildirməmiş, bununla da nə əmlakı qaytarmış, nə də ödənişləri ödəməkdə davam etmişlər.

b) İddiaya qarşı etirazın dəlilləri

13. İddia ərizəsinə qarşı cavabdehlər tərəfindən etiraz təqdim olunmamışdır.

c) İşdə iştirak edən şəxslər və onların izahatları

14. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilərək pulun cavabdehlərdən müştərək qaydada tutulması və lizinq obyektlərinin saz vəziyyətdə iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmədiklərindən məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

16. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

17. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikası Mülki Məcəlləsi

18. Maddə 385.1. Bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

21. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

22. Maddə 472.1. Zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

23. Maddə 472.2. Zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

24. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

25. Maddə 748-1.1. Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir.

26. Maddə 748-1.8. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.

27. Maddə 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

28. Maddə 748-1.12.4. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə.

29. Maddə 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.

30. Maddə 748-10.4. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir.

31. Maddə 748-10.6. Lizinq ödənişləri bilavasitə lizinq verənin hesabına köçürülür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

32. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. Maddə 241.1 Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır.

MƏHKƏMƏNİN MÖVQEYİ

37. Məhkəmə iddiaçının nümayəndəsini dinləyərək, iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi əsaslıdır.

38. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

39. İşdə olan sübutlarla müəyyən edildi ki, iddiaçı ilə Lizinq alan (Cavabdeh2 MMC) arasında 7xx-xx-2024 nömrəli xx.xx.2024-cü il tarixli Daxili maliyyə lizinqi müqaviləsi, habelə həmin müqaviləyə əlavə Razılaşmalardan, habelə iddiaçı ilə zaminlər arasında bağlanmış zaminlik müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır.

40. Müqavilə iki və ya bir neçə şəxsin konkret hüquq münasibətlərindən irəli gələn hüquq və vəzifələrinin (öhdəliklərinin) müəyyən edilməsi, dəyişdirilməsi və xitamı üçün, qanunla müəyyən edilmiş hallarda yazılı, yaxud şifahi formada öz iradə azadlıqları ilə əldə etdikləri razılaşmadır. Lizinq müqaviləsinin anlayışı verilmiş Mülki Məcəllənin 747.1-ci maddəsində lizinq verənin və lizinq alanın əsas hüquq və öhdəlikləri nəzrədə tutulmuşdur. Həmin müddəaya görə, lizinq verənin əsas öhdəliyi lizinq obyektini müqavilə şərtlərinə (müddət, haqq və s.) uyğun olaraq lizinq alanın istifadəsinə vermək, lizinq alanın əsas öhdəliyi isə aldığı lizinq obyektindən istifadə haqqını müəyyənləşdirilmiş dövr ərzində lizinq verənə ödməkdən ibarətdir. Mülki Məcəllənin 747.1-ci maddəsinnin mənasından o da müəyyən edilir ki, lizinq verənin öhdəliyi lizinq müqaviləsinin bağlandığı andan, lizinq alanın öhdəliyi isə lizinq obyektinin ona təhvil verildiyi andan başlayır.

41. İddiaçı ilə Lizinq alan arasında bağlanmış xx.xx.2024-cü il tarixli Daxili maliyyə lizinqi müqaviləsi, eləcə də həmin müqaviləyə əlavə olaraq sonradan bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli Razılaşmalara əsasən iddiaçı üzərinə götürdüyü öhdəliyini yerinə yetirmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli Daxili maliyyə lizinqi müqaviləsi ilə verilməli olan olan 2 ədəd - ** JE *** dövlət qeydiyyat nişanlı və ** JE *** dövlət qeydiyyat nişanlı “XCMG G12V” markalı xüsusi təyinatlı avto betonqarışdıran yuk avtomobilləri xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il trixli Razılaşma ilə verilməli olan 1** FC *** dövlət qeydiyyat nişanlı “SDLG 1956H” markalı birçalovlu təkərli yükləyici xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixli Razılaşma ilə verilməli olan ** JE *** dövlət qeydiyyat nişanlı “SANY SYG5341THB 470C-10” markalı xüsusi təyinatlı avto betonvuran xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixli Razılaşma ilə verilməli ** JF *** “Sany Concrete truck mixer SY412C-8(V)” markalı avto betonqarışdıran yük avtomobili isə xx.xx.2024-cü il tarixdə Lizinq alana təhvil verilmişdir.

42. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Lizinq alan lizinq müqaviləsi üzrə təhvil aldığı texnikalara görə aylıq liznq ödənişlərini vaxtında ödəməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı ilə Lizinq alan arasında bağlanmış Daxili maliyyə lizinqi müqaviləsi və onun əsasında sonradan bağlanılmış Razılaşmalar əsasında Lizinq alan iddiaçıdan müqavilə və razılaşmalarda göstərilən lizinq obyektlərini alaraq onlardan istifadə etmək hüququna malik olduğu kimi, eyni zamanda həmin müqavilələrlə müəyyən edilmiş müddət və dövrlərlə lizinq haqqını ödəməklə bağlı öhdəlik də daşımışdır. Lakin məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, Liznq alan lizinq müqaviləsi və razılaşmalar əsasında liznq obyektini təhvil alaraq istifadə etmiş, lizinq haqqını isə tam ödəməyərək öhdəliyini pozmuşdur.

43. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Liznq alan müvafiq sığorta haqqı ödəməklə lizinq obyektlərini sığorta etdirməli olsa da, bu öhdəliyini də pozmuş, bu səbəbdən iddiaçı müəyyən liznq obyektlərini sığorta etdirərk buna görə 4635 manat məbləğində sığorta haqqı ödəmişdir. İddiaçı ilə Lizinq alan arasında bağlanmış Daxili maliyyə lizinqi müqavilsinin 9.1-ci bəndində qeyd edilmişdir ki, liznq obyekti bu müqavilə qüvvədə olduğu bütün müddət ərzində Lizinq alanın vəsaiti hesabına Lizinq verənin seçdiyi sığorta şirkəti tərəfindən sığortalanır. Bundan başqa, həmin müqaviləyə sonradan imzalanmış bütün Razılaşmalara da müvafiq bəndlər əlavə edilmişdir. Göründüyü kimi, liznq obyektinin sığortalamaq və buna görə də sığorta haqqı ödəmək Lizinq alanın öhdəliyi olduğu halda, bu öhdəliyini də yerinə yetirməmişdir. Daxili maliyyə lizinqi müqaviləsinin 9.8-ci bəndi lizinq obyektinin sığorta olunmasına görə sığorta haqqının lizinq verən tərəfindən ödənildiyi halda onun sonradan lizinq alandan geri qaytarılmasını nəzərdə tutmuşdur. Odur ki, iddiaçının həm lizinq ödənişini, həm də lizinq obyektinin sığortalanmasına görə ödəmiş olduğu sığrta haqqını Lizinq alandan tələb etməkdə haqlıdır.

44. Məhkəmə heab edir ki, iddia tələbi dəbbə pulunun tutulması hissəsində də əsaslıdır.

45. Dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış daxili maliyyə lizinqi müqaviləsində cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Liznq alan tərəfindən öhdəliyinin pozulması isə işin mübahisəsiz halıdır. Eyni zamanda, qanunvericilik də tələb edir ki, dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (MM-nin 462.1-ci maddəsi). Odur ki, məhkəmə hesab edir ki, 1352,12 manat dəbbə pulu hissəsində də iddia təmin edilməlidir.

46. Məhkəmə hesab edir ki, iddia lizinq obyeki olan texnikaların Lizinq alan tərəfindən işlək vəziyyətdə iddiaçıya geri qaytarılması hissəsində də əsaslıdır. Belə ki, Mülki Məcəllənin 748-1.12-ci maddəsində Lizinq verənin lizinq obyektini mübahisəsiz geri almaq hüquqna malik olması nəzərdə tutlmuşdur ki, onlardan biri də lizinq alan tərəfindən lizinq obyektindən istifadə üçün haqqın müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödənilməməsi ilə bağlıdır (maddə 748-1.12.4). Həmçinin, eyni hüquqi əsas Daxili maliyyə lizinqi müqaviləsinin 17.1.4-cü bəndində də nəzərdə tutulmuşdur. Həmçinin, o da işin mübahisəsiz halıdır ki, liznq ödənişləri Lizinq alan tərəfindən ardıcıl olaraq iki dəfədən artıq müddətə ödənilməmişdir. Odur ki, həm Daxili maliyyə lizinqi müaviləsi, həm də Razılaşmalar əsasında lizinq obyekti olan texnikalar Lizinq alandan işlək vəziyyətdə alınaraq iddiaçıya qaytarılmalıdır.

47. Məhkəmə iddianın zaminlərə aid hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə də əsaslıdır. Belə ki, iddiaçı ilə istər zaminlər - Cavabdeh6 MTK, Cavabdeh8 MTK, Cavabdeh5 MMC, Cavabdeh9, Cavabdeh1, Cavabdeh3, Cavabdeh7, Cavabdeh10 və Cavabdeh4 Ağarza qızı arasında xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixdə bağlanmış zaminlik müqavilələrində, istərsə də iddiaçı ilə Cavabdeh11 arasında xx.xx.2024-cü il tarixdə bağlanmış zaminlik müqaviləsində zaminlərin öhdəliklərinin həcmi konkret göstərilmişdir. Zaminlər daxili maliyyə lizinqi müqaviləsi və həmin müqaviləyə əlavə bağlanmış Razılaşmalar üzrə lizinq müqaviləsi üzrə lizinq və digər ödənişlərin lizinq müqaviləsi ilə müəyyən edilmiş qayda və müddət ərzində ödənilməməsi, lizinq müqaviləsinə əsasən dəbbə pulu va cərimələrin ödənilməməsi, lizinq müqaviləsi üzrə öhdəliklərin icra edilməməsi va ya lazımı qaydada icra edilməməsi nəticəsində Lizinq verənə borcun və vurulmuş zərər və itkilərin tutulması üzrə məhkəmə xərclərinin ödənilməsi də daxil olmaqla, Lizinq alan tərəfindən öhdəliklərinin yerinə yetirilməməsinə görə məsuliyyəti öz üzrələrinə götürmüşlər. Hazırda iddiaçı da lizinq müqavilələri üzrə ödənilməmiş əsas lizinq haqqının, dəbbə pulunun və Lizinq alan əvəzindən ödədiyi sığorta haqqını tələb edir. Odur ki, məhkəmə hesab edir ki, iddia zaminlərə aid hissədə də təmin edilərək, tələb edilən pul məbləği və ödənilmiş dövlət rüsumu onlardan müştərək qaydada tutulmalıdır.

48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Lizinq müqavilələri üzrə iddia verilən tarixə lizinq ödənişləri əsas borc üzrə 83387,02 manat, faiz borcu üzrə 19893,86 manat, 4635 manat sığorta haqqı üzrə, 1352,12 manat cərimə olmaqla, cəmi 109268 (yüz doqquz min iki yüz altmış səkkiz manat) manat pul və ödənilmiş 399,27 (üç yüz doxsan doqquz manat iyirmi yeddi qəpik) manat dövlət rüsumu cavabdehlər "xxxx" MMC, "xxxx" MTK, "xxxx" MTK, "xxxx" MMC, Cavabdeh9, Cavabdeh1, Cavabdeh3, Cavabdeh7, Cavabdeh10, Cavabdeh4 və Cavabdeh11 müştərək qaydada tutularaq iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilsin. 77JE466 dövlət qeydiyyat nişanlı XCMG G12V xüsusi təyinatlı avtobetonqarışdıran yük avtomobili (Şassi №: LZZ1BXNA4PN255630, mühərrik/seriya № 6423K009737), 77JE866 dövlət qeydiyyat nişanlı XCMG G12V xüsusi təyinatlı avtobetonqarışdıran yük avtomobili (Şassi №: LZZ1BXNA6PN255631, mühərrik/seriya № 6423K009736), 110FC850 dövlət qeydiyyat nişanlı SDLG L956H birçalovlu təkərli yükləyici (Şassi №: VLGL956HEP0620289, mühərrik/seriya № 1223S011866), 77JE255 dövlət qeydiyyat nişanlı SANYSYG5341THB 470C-10 xüsusi təyinatlı beton nasos (Şassi №: LFCDLE8P7P1071922, mühərrik/seriya № DL********), 77JF255 dövlət qeydiyyat nişanlı Sany Concrete truck mixer SY412C-8(V) avtobetonqarışdıran yük avtomobili, (Şassi №:LFCDKE6PXR1042780, mühərrik/seriya № P11CWCP53399) cavabdeh "xxxx" MMC tərəfindən "xxxx" QSC-yə işlək vəziyyətdə geri qaytarılsın. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar