Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2248/2021 12.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı Маhmudov Toğrul Akif oğlunun nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Маhmudov Toğrul Akif oğlunun Cavabdeh ММC-yə qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Маhmudov Toğrul Akif oğlu Cavabdeh ММC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ММCdən 9743,29 manat məbləğində pul vəsaitinin tutularaq Маhmudov Toğrul Akif oğluna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən 124,9 kv.m. olan qeyri-yaşayış sahəsi 17.01.2017-ci il tarixdə onun tərəfindən icarəyə götürülmüşdür və həmin qeyri-yaşayış sahəsində sahibkarlıq fəaliyyəti ilə məşqul olmuşdur. Onunla Cavabdeh ММC arasında 01.11.2018-ci il tarixdə bağlanmış «Agent müqaviləsinə» əsasən həmin ünvanda reklam, yayım və digər xidmətlər göstərmişdir. Təxminən il yarım ərzində Cavabdeh ММC ilə arasında işgüzar münasibətlər davam etmişdir və hər ayın sonunda göstərdiyi xidmətlərə görə ona pul verilmişdir. Lakin Cavabdeh ММC tərəfindən heç bir ciddi səbəb olmadan aralarında bağlanmış 01.11.2018-ci il tarixdə bağlanmış “Agent müqaviləsi” birtərəfli qaydada xitam verilmişdir və bu barədə ona 12.06.2020-ci il tarixli bildiriş göndərilmişdir. Bundan sonra ona cavabdeh tərəfindən 12 iyun 2020-ci il tarixli bildiriş göndərilərək son hesablaşmaların aparılmasının təmin edilməsi xahiş edilmişdir (bildiriş iddia ərizəsinə əlavə edilir). Bundan sonra o, dəfələrlə göstərdiyi ximədlərə görə pulları aktlara əsasən yazılı və şifahi olaraq tələb etmişdir. Cavabdeh ММC isə bu və ya sair formada “sərtləşdirilmiş karantin qaydalarına” və digər qeyri-ciddi səbəbləri əsas gətirməklə borclu olduğu pulu ödəməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Маhmudov Toğrul Akif oğlunun nümayəndəsi və vəkili Nümayəndə1 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh ММC-nin nümayəndəsi və vəkili Nümayəndə2 ərizə göndərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Cavabdeh ММC ilə Маhmudov Toğrul Akif oğlu arasında bağlanmış 01.11.2018-ci il tarixdə bağlanmış Agent müqaviləsindən görünür ki, Маhmudov Toğrul Akif oğlu reklam, yayım və digər xidmətlər göstərməyini, Cavabdeh ММC isə müvafiq ödənişləri etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 12 iyun 2020-ci il tarixli Cavabdeh ММC-nin Маhmudov Toğrul Akif oğluna ünvanladığı bildirişdən görünür ki, tərəflər arasında olan müqaviləyə 12 iyul 2020-ci il tarixdən birtərəfli qaydada xitam veriləcəyi bildirilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən imzalanmış AC20-03063 saylı, 21.04.2020ci il tarixli göstərilmiş xidmətlərin təhvil-təslim aktından görünür ki, 01.03.2020-ci il tarixdən 31.03.2020-ci il tarixədək İddiaçı tərəfindən 2396,09 manatlıq xidmət göstərilmişdir. İş materiallarından görünür ki, 2020-ci ilin mart ayı üçün göstərilmiş xidmətlərə görə 787823 saylı, 09.09.2020-ci il tarixli, 2396,09 manat pulun tələb olunduğu elektron qaimə Маhmudov Toğrul Akif oğlu tərəfindən Cavabdeh ММC-yə göndərilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən imzalanmış AC20-04060 saylı, 28.05.2020ci il tarixli göstərilmiş xidmətlərin təhvil-təslim aktından görünür ki, 01.04.2020-ci il tarixdən 31.04.2020-ci il tarixədək İddiaçı tərəfindən 2628,38 manatlıq xidmət göstərilmişdir. İş materiallarından görünür ki, 2020-ci ilin aprel ayı üçün göstərilmiş xidmətlərə görə 871586 saylı, 27.07.2020-ci il tarixli, 2628,38 manat pulun tələb olunduğu elektron qaimə Маhmudov Toğrul Akif oğlu tərəfindən Cavabdeh ММC-yə göndərilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən imzalanmış AC20-04120 saylı, 15.07.2020ci il tarixli göstərilmiş xidmətlərin təhvil-təslim aktından görünür ki, 01.04.2020-ci il tarixdən 30.04.2020-ci il tarixədək İddiaçı tərəfindən 160 manatlıq xidmət göstərilmişdir. İş materiallarından görünür ki, 2020-ci ilin aprel ayı üçün E-top up komissiyası üzrə göstərilmiş xidmətlərə görə 871973 saylı, 27.07.2020-ci il tarixli, 160 manat pulun tələb olunduğu elektron qaimə Маhmudov Toğrul Akif oğlu tərəfindən Cavabdeh ММC-yə göndərilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən imzalanmış AC20-05060 saylı, 16.06.2020ci il tarixli göstərilmiş xidmətlərin təhvil-təslim aktından görünür ki, 01.05.2020-ci il tarixdən 31.05.2020-ci il tarixədək İddiaçı tərəfindən 1479,19 manatlıq xidmət göstərilmişdir. İş materiallarından görünür ki, 2020-ci ilin may ayı üçün göstərilmiş xidmətlərə görə 871890 saylı, 27.07.2020-ci il tarixli, 1479,19 manat pulun tələb olunduğu elektron qaimə Маhmudov Toğrul Akif oğlu tərəfindən Cavabdeh ММC-yə göndərilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən imzalanmış AC20-07062 saylı, 24.08.2020ci il tarixli göstərilmiş xidmətlərin təhvil-təslim aktından görünür ki, 01.07.2020-ci il tarixdən 31.07.2020-ci il tarixədək İddiaçı tərəfindən 12 manatlıq xidmət göstərilmişdir. İş materiallarından görünür ki, 2020-ci ilin iyul ayı üçün göstərilmiş xidmətlərə görə 789116 saylı, 09.09.2020-ci il tarixli, 12 manat pulun tələb olunduğu elektron qaimə Маhmudov Toğrul Akif oğlu tərəfindən Cavabdeh ММC-yə göndərilmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 789.1-ci maddəsinə əsasəm ticarət nümayəndəsi haqqında müqaviləyə görə, sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxsə (ticarət agentinə) alğı-satqı müqavilələrinin, habelə xidmətlər yaradılmasına dair müqavilələrin (ticarət əqdlərinin) bağlanmasında hər hansı istehsalçının, sənayeçinin və ya tacirin (tapşıranın) adından və hesabına vasitəçilik xidmətləri göstərmək və (və ya) bunları bağlamaq barəsində uzunmüddətli tapşırıq verilir. Həmin Məcəllənin 791.1 və 791.1.4-cü maddlərinə əsasən ticarət agenti barəsində tapşıran vicdanlılıq prinsipinə uyğun hərəkət etməlidir. Tapşıran ticarət agentinə muzd ödəməlidir. Həmin Məcəllənin 792.1-ci maddəsinə əsasən ticarət agentinin sabit aylıq muzd və (və ya) əqdlərin dövriyyəsindən və ya miqdarından asılı muzd (komisyon muzdu) almaq hüququ vardır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış Agent müqaviləsindən irəli gəlir. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun göstərilmiş xidmətlərə görə ticarət agentinə muzd ödəmək vəzifəsi, ticarət agentinin isə ondan muzd tələb etmək hüququ yaranmışdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, tərəflər arasında 01.11.2018-ci il tarixdə «Agent müqaviləsi» bağlanmış, qeyd olunan müqaviləyə 12 iyul 2020-ci il tarixdən birtərəfli qaydada xitam verilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarında olan Маhmudov Toğrul Akif oğlu ilə Cavabdeh ММC-nin Pərakəndə satış departamentinin rəhbəri Elnur Sultanovla elektron poçt vasitəsilə aparılan danışıqların məzmunundan görünür ki, Маhmudov Toğrul yuxarıda sadalanmış birtərəfli qaydada imzalanmış təhvil-təslim aktlarını Cavabdeh ММC-yə ünvanlamışdır və Elnur Sultanovun Маhmudov Toğrul ünvanladığı 07 sentyabr 2020-ci il tarixli elektron məktubunda diler dəstəyi ödənişləri ilə müraciətə baxılmış olduğunu və təqdim edilmiş aktların müvafiq şöbələr tərəfindən baxılıb, ödənişlərin aparılması üçün təsdiq olunma mərhələsində olduğu bildirilmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanmış aktlardakı və göndərilmiş elektron qaimədə göstərilmiş məbləğlərin cəmi 9743,25 manat təşkil edir. Bundan əlavə qeyd edilməlidir ki, Cavabdeh ММC-nin nümayəndəsi və vəkili tərəfindən iddiaya etiraz ərizəsində göstərmiş olduğu e-qaimə təqdim edilməməsi barədə dəlili əsassızdır. Göründüyü kimi Маhmudov Toğrul müqavilə üzrə öz öhdəliyini icra etmiş, cavabdeh tərəfindən isə öhdəliklər icra edilməmişdir. Bundan başqa cavabdeh tərəf hansı səbəbdən göndərilmiş elektron qaimələrə etiraz etmədiklərini və elektron poçt vasitəsi ilə göndərilmiş təhvil-təslim aktlarının hansı səbəbdən imza və möhürlə təsdiq etmədiklərini əsaslandıra bilməmişdir. Belə olan halda məhkəmə yuxarıda qeyd edilən sübutlara kompleks şəklində qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin 9743,25 (doqquz min yeddi yüz qırx üç manat, iyirmi beş qəpik) manat məbləğində pul Cavabdeh ММC-dən tutularaq Маhmudov Toğrul Akif oğluna ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2248/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2248/2021
12.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver