Məhkəmə qərarları › İş №e-2-2(113)-225/2020

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-225/2020

14.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-225/2020 14.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Əsədova Səma Əsəd qızının katibliyi, İddiaçının nümayəndəsi X7 iştirakı ilə, İddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və X2 İnstitutunun Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dairiddiası üzrə iqtisadi mübahisəyə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və X2 İnstitutu Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanılmış 581/16 saylı müqavilənin şərtlərinə əsasən, təhvil-təslim aktını və hesab-fakturanı qəbul etmək və imzalamaq (təsdiq etmək) vəzifəsini və yaranmış, 8262,63 (səkkiz min iki yüz altımış iki manat altmış üç qəpik) manat məbləğin, qanunvericiliyə müvafiq olaraq ödənişin gecikdirilməsi ilə əlaqədar 826,26 (səkkiz yüz iyirmi altı manat iyirmi altı qəpik) manatın, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə 9118,89 (doqquz min yüz on səkkiz manat səksən doqquz qəpik) manatın Cavabdeh MMC-nin hesabından tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və X2 İnstitutuarasında bağlanılmış 581/16 nömrəli xx.xx.2016-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri Nəsimi rayonu, Bülbül prospekti 44 ünvanında 2 səviyyəli zirzəmi ilə 14 mərtəbəli 3 saylı binanın tikintisində istifadə olunan inşaat matenallarının sınaq işlər aparılmışdır. Qeyd edilən xıdmətnən əlaqədar 581/16 nömrəli xx.xx.2016-cı il tarixli müqavilə üzrə görülmüş işlərə görə 8262.63 manat Cəmiyyətə edilən müraciətə baxmayaraq, bu günə kimi ödənilməmişdir. Eyni zamanda cavabdeh tərəfindən müqavilənin 3.7-ci və 5.1.3-cü bəndlərinin şərtləri pozulmuşdur, belə ki, iddiaçı dəfələrlə cavabdehdən görülmüş işlərin nəticələrinin qəbul edilməsi və dəyərinin ödənilməsini tələb etsə də, cavabdeh işin nəticələrinin qəbul edilməsindən, təhvil-qəbul aktlarını qəbul etməkdən və işlərin dəyərinin ödənilməsindən yayınmışdır ki, bu vaxtadək iddiaçı qarşısında götürdüyü müqavilə öhdəliyini yerinə yetirməmişdir. Mövcud problem uzun müddətdir ki, davam edir və S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və X2 İnstitutu təsərrüfat hesablı müəssisə olduğu üçün debitor borcların yığılması İnstitutun üçüncü şəxslər qarşısında öz öhdəliklərini vaxtında və lazımınca yerinə yetirməməsinə səbəb olub ki, bu da müəssisənin mənafeyinə və işgüzar nüfuzuna mənfi təsir göstərir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamı ilə xx.xx.2020-ci il tarixdən İnzibati-İqtisadi Məhkəmələr ləğv edilərək, İnzibati və Kommersiya Məhkəmələri təşkil edilmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanılmış 581/16 saylı müqaviləsi üzrə 8262,63 (səkkiz min iki yüz altımış iki manat altmış üç qəpik) manat məbləğin, qanunvericiliyə müvafiq olaraq ödənişin gecikdirilməsi ilə əlaqədar 826,26 (səkkiz yüz iyirmi altı manat iyirmi altı qəpik) manatın, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə 9118,89 (doqquz min yüz on səkkiz manat səksən doqquz qəpik) manatın Cavabdeh MMC-nin hesabından tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X8 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İddiaçının nümayəndəsi etiraz etmədiyindən Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-225/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh MTK (sifarişçi) ilə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və X3 İnstitutu arasında xx xxx 2016-cı il tarixdə 581/16 saylı sınaq işlərin aparılmasına dair müqavilə bağlanmış, müqaviləyə əsasən icraçı Bakı şəhəri Nəsimi rayonu, Bülbül prospekti 44 ünvanında 2 səviyyəli zirzəmi ilə 14 mərtəbəli 3 saylı binanın tikintisində istifadə olunacaq tikinti materiallarının keyfiyyət göstəricilərinin və konstruktiv elementlərin betonunun naturada möhkəmlik göstəricilərinin layihəyə uyğunluğunun təyin edilməsi üçün Azərbaycan Respublikasında qüvvədə olan standartlara uyğun olaraq sınaq işlərinin həyata keçirilməsini öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin ümumi qiymətinin ƏDV daxil olmaqla 8262,63 manat təşkil etməsi müəyyən edilmişdir. Həmin müqavilənin 3.3-cü bəndinə görə sifarişçi görüləcək sınaq işlərinə görə icraçının hesabına ümumi məbləğin 30%-ni əvvəlcədən ödəyir. Ödənilən avansın həcmində işlər (xidmətlər) nyerinə yetirildikdən sonra təhvil-təslim aktları ilə qəbul olunur. Müqavilənin 3.5-ci bəndinə görə isə müqavilə qiymətinin qalıq hissəsi (70%) görülmüş işlərin (xidmətlərin) həcmindən asılı olaraq təqdim edilmiş təhvil-təslim aktlarına və hesab-fakturalara uyğun aparılır. Elektron işə əlavə edilmiş xx.xx.2019-cu il tarixli S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və X3 İnstitutu tərəfindən Cavabdeh MTK-ya ünvanlanmış pretenziya məktubundan görünür ki, cavabdehdən müqavilə üzrə yaranmış 8262,63 manat borcun ödənilməsi xahiş edilmiş, göstərilən borc ödənilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh MTK (sifarişçi) ilə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və X3 İnstitutu (icraçı) arasında xx xxx 2016-cı il tarixdə 581/16 saylı müqaviləyə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilədəgöstərilmiş xidmətləri göstərərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, təqdim edilmiş görülmüş işlərin dəyərini tam ödəməkdən imtina etməklə, sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MT –nın göstərilən müqavilə üzrə S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə- X1 borcu 8262,63 manat təşkil edir. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə mübahisəli müqaviləyə əsaslanan öhdəlik münasibətində kreditor olan iddiaçının borclu olan cavabdehdən öhdəliyinin icra edilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab edir ki, əsas borc məbləğinin ödənilməsi hissəsində iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh MTK-dan 8262,63 manat tutularaq S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və X3 İnstitutuna ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 və 448.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alaraq, sadalanan maddi hüquq normalarının tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış xidmət müqaviləsinə əsasən iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirərək müvafiq xidmətləri göstərdiyindən, cavabdeh müqavilə üzrə öhdəliklərini müəyyən edilmiş müddət ərzində tam yerinə yetirmədiyindən tərəflər arasında xx xxx 2016-cı il tarixdə 581/16 nömrəli xidmət müqaviləsi üzrə iddiaçıya ƏDV daxil olmaqla 8262,63 manat və xidmətin gecikdirilməsinə görə 826,26 manat cərimə cavabdeh tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, xx xxx 2016-cı il tarixli 581/16 nömrəli xidmət müqaviləsi üzrə 8262 (səkkiz min iki yüz altmış iki) manat 63 (altmış üç) qəpik əsas borc, qanunvericiliyə müvafiq olaraq ödənişin gecikdirilməsi ilə əlaqədar 826 (səkkiz yüz iyirmi altı) manat 26 (iyirmi altı) qəpik pul, habelə məhkəməyə iddia verilməsi məqsədilə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla, cəmi 9118 (doqquz min yüz on səkkiz) manat 89 (səksən doqquz) qəpik pul Cavabdeh MMC-dən tutularaq iddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və X2 İnstitutunun xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx xxx 2016-cı il tarixıi 581/16 nömrəli xidmət müqaviləsi üzrə 8262 (səkkiz min iki yüz altmış iki) manat 63 (altmış üç) qəpik əsas borc, qanunvericiliyə müvafiq olaraq ödənişin gecikdirilməsi ilə əlaqədar 826 (səkkiz yüz iyirmi altı) manat 26 (iyirmi altı) qəpik pul, habelə məhkəməyə iddia verilməsi məqsədilə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla, cəmi 9118 (doqquz min yüz on səkkiz) manat 89 (səksən doqquz) qəpik pul Cavabdeh MMC-dən tutularaq iddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və X2 İnstitutunun xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar