Məhkəmə qərarları › İş №e-2-2(113)-2257/2020

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2257/2020

16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2257/2020 16.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi, iddiaçının qanuni təmsilçisi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, seriya EBAC № 812131 xx.xx.2019-cu il tarixli elektron qaimədə göstərilmiş mallara görə 1.708,58 manat məbləğində borcun, xx xxxxxx 2019-cu il tarixdə alkoqollu içkilərin satışına dair NS01/02042019 nömrəli müqaviləyə əsasən hesablanmış 35,02 manat məbləğində cərimənin, cavabdeh tərəfindən iddiaçının vəsaitindən faydalandığına görə MM-nin 449-cu maddəsinə əsasən hesablanmış 67,17 manat məbləğində faizlərin və 30 manat dövlət rüsumunun, ümumilikdə cəmi 1.840,77 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,satıcı İddiaçı MMC (VÖEN: **********) ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs alıcı Cavabdeh (VÖEN: **********) arasında xx xxxxxx 2019-cu il tarixdə alkoqollu içkilərin satışına dair NS01/02042019 nömrəli müqavilə bağlanmışdır. Müqavilə ilə satıcı müqaviləyə uyğun olaraq alkoqollu içkiləri alıcıyasatır, alıcı isə öz növbəsində malları təhvil alıb, dəyərini razılaşdırılmış qaydada və müddətdə (lakin mallar alındığı vaxtdan 30 gündən gec olmayaraq) və müəyyən olunmuş qiymətlərə əsasən satıcıya malın dəyərini tam ödəməyi öz öhdəsinə götürür. Həmin müqaviləyə əsasən cavabdehxx.xx.2019-сu il tarixdə onlara məxsus alkoqollu içkiləri dəyərini razılaşdırılmış müddətdə və qiymətlərə əsasən ödəmək şərti ilə almış, bununla bağlı EBAC seriyalı 812131 nömrəli xx.xx.2019- сu il tarixli elektron qaimə tərtib olunmuş və qaiməyə uyğun olaraq mallar cavabdehə təhvil verilmişdir(elektron qaimə əlavə olunur və qaimədə malı qəbul etməsi ilə bağlı müvafiq qeyd edilmişdir). Lakin alıcı müqavilənin şərtlərinə əməl etməyərək xx.xx.2019-сu il tarixli elektron qaimə üzrə təhvil verilən malların dəyərini ödəməmiş və hal-hazırda da ödəmir. Həmin qaiməyə əsasən, hazırda cavabdehin onlara cəmi 1708.58 manat məbləğində ödənilməmiş borcu mövcuddur. Ötən dövr ərzində həmin mallara dair ödənişin aparılması ilə bağlı cavabdehə dəfələrləşifahi şəkildə mövcud borcun ödənilməsi bildirilmiş, həmçinin xx.xx.2020-ci il tarixli, 18 saylı pretenziya məktubu göndərilmiş, lakin bu günə qədər cavabdeh tərəfindən heç bir ödəniş aparılmamışdır. Tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, NS01/02042019 nömrəli müqavilənin 9-cu maddəsinə əsasən tərəflər aralarında yarana biləcək bütün mübahisə və fikir ayrılıqları bilavasitə ikitərəfli danışıqlar yolu ilə həll etməyi öhdələrinə götürmüşlər. Əgər mübahisə tərəflər arasında qarşılıqlı danışıqlarla həll oluna bilməzsə mübahisəyə satıcının yerləşdiyi yer üzrə ərazi yurisdiksiyasına aid səlahiyyətli məhkəmədə baxılmalıdır. Həmin Müqavilənin 6.2-ci maddəsinə əsasən alıcı qaimə-faktura və ya vergi hesab-faktura əsasında qəbul etdiyi mallara görə ödəmələri razılaşdırılmış qaydada və müddətdə aparmazsa, o hər gecikdirilən gün üçün satıcıya həmin alqı-satqıya məxsus qaimə-faktura və ya vergi hesab-faktura üzrə müəyyən olunan məbləğin ümumi dəyərinin 0,01 faizi həcmində cərimə ödəməlidir. Nəzərə alınsa ki, müqaviləyə əsasən mala görə ödəniş təhvil veriləndən sonra ən geci 30 gün müddətində həyata keçirilməlidir və xx.xx.2019-сu il tarixli elektron qaiməyə əsasən mallar həmin tarixdə təhvil verilmişdir, deməli son ödəniş tarixindən 205 gün müddətinə (xx.xx.2019-xx.xx.2020-ci il tarixə) ödəniş gecikdirilmişdir. Belə olan halda cavabdeh gecikdirilmiş ödənişə görə əlavə olaraq 35,02 (1708.58*0,01%*205=35.02) manat cərimə ödəməlidir. Bundan əlavə iddiaçı, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Dövriyyədə nə qədər çox pul olarsa, o qədər çox mal istehsal etmək və dahaçox gəlir əldə etmək olar. Faktiki olaraq alıcının qəbul etdiyi mallara görə ödəniş etməməsi onları əldə etməli olduğumuz gəlirdən faydalanmaq imkanından məhrum etmişdir. Bunun əksinə cavabdeh qaytarmadığı pul vəsaitindən digər məqsədlər üçün istifadə etməklə (cavabdehin cari xərcləri, digər borclarının və maliyyə öhdəliklərinin icrası və s.), həmin vəsaitdən faydalanmış və gəlir əldə etmişdir. Cavabdeh də kommersiya fəaliyyəti ilə məşğul olur, onun belə fəaliyyətdən gəlir əldə etməsi və faydalanması təkzib olunmazdır. Məhz buna görə də cavabdehin iddiaçıya münasibətdə pul öhdəliyini icra etməməsinə görə MM-nin 449-cu maddəsi üzrə məsuliyyəti istisnaedilə bilməz. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Beləliklə, qeyd olunanlara əsasən belə qənaətə gəlmək olur ki, cavabdeh iddiaçıya ödəməli olduğu 1708.58 manat məbləğində pul vəsaitini 205 gün ərzində (xx.xx.2019xx.xx.2020) qanunsuz saxlamış, ondan faydalanmış və buna görə də MM-nin 449cumaddəsinə əsasən hesablanmış 67.17 (altmış yeddi manat on yeddi qəpik) manat (1708.58 X 7% AR MB uçot dərəcəsi : 365 gün X 205 gün = 67.17) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, yuxarıda göstərilənlər bir dahasübut edir ki, cavabdehxx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən EBAC seriyalı, 812131 nömrəli, xx.xx.2019-сu il tarixli elektron qaimədə göstərilən malları qəbul etmiş, lakin həmin müddətdən xeyli vaxt keçməsinə baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, bununla da müqavilə şərtlərini, həmçinin qüvvədə olan mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Cavabdeh iddiaçıya ödəməli olduğu pulu vaxtında geri qaytarmamaqla həmin vəsaitdən yararlanmışdır. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddiaya dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Sonradan iddiaçının qanuni təmsilçisi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermiş və MM-nin 449-cu maddəsinə əsasən hesablanmış 67,17 manat vəsaitin əvəzinə MM-nin 445-ci maddəsinə əsasən hesablanmış 67,17 mana məbləğində faizlərin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin qalan hissədə dəyişdirilmədən saxlanmasını bildirmişdir. İddiaçının qanuni təmsilçisi məhkəmə iclasında dəqiqləşdirilmiş iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında xx xxxxxx 2019-cu il tarixli NS01/02042019 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən satıcı bu müqaviləyə uyğun olaraq alkoqollu içkiləri alıcıya satır, alıcı isə malları təhvil alıb, dəyərini razılaşdırılmış müddətdə (lakin 30 gündən gec olmayaraq) və müəyyən olunmuş qiymətlərə əsasən satıcıya malın dəyərini tam ödəməyi öz öhdəsinə götürür. 2.2-ci bəndinə əsasən malın qiyməti sərbəst olaraq satıcı tərəfindən müəyyən olduğundan və dövrlər üzrə dəyişdirilə bildiyindən malın satış qiyməti alqı-satqı zamanı alıcıya verilən qaimə-faktura və ya hesab-faktura ilə müəyyən olunur və həmin sənəd əsas götürülür. 6.1-ci bəndinə əsasən satıcı hazırkı müqavilənin 2-ci bəndində göstərilən və qaiməfaktura və ya hesab-faktura əsasında miqdarı, çeşidi müəyyən olunan malın təhvil müddətini öz təqsiri üzündən gecikdirirsə, o hər gecikdirilən gün üçün alıcıya həmin alqısatqıya məxsus qaimə-faktura və ya vergi hesab-faktura üzrə müəyyən olunan məbləğin ümumi dəyərinin 0,01 faizi həcmində cərimə ödəməlidir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh 1.708,58 manat dəyərində mal verilməsinə dair xx.xx.2019-cu il tarixli, EBAC seriyalı, 812131 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh göndərilmişdir. İddiaçı MMCtərəfindən Cavabdeh xx.xx.2020-ci il tarixli, 18 saylı pretenziya məktubu ilə müraciət edilərək, alqı-satqı müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi xahiş edilmiş, əks təqdirdə müvafiq instansiya məhkəməsinə müraciət olunacağı bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx xxxxxx 2019-cu il tarixli NS01/02042019 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh göstərilən müqavilə üzrə İddiaçı MMC-yə olan borcu 1.708,58 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərini– 1.708 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etməməsini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, İddiaçı MMC Cavabdeh 1.708,58 manat məbləğində əsas borcun tutularaq iddiaçıya ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxx 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Hazırkı işdə məhkəmə Cavabdeh təqdim edilmiş malın dəyərinin ödənilməsini 11 ay ərzində gecikdirdiyini nəzərə alaraq hesab edir ki, Cavabdeh İddiaçı MMC-nin xeyrinə əsas borcla yanaşı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 faiz hesabı ilə 67,17 manat məbləğində faizlər də tutulmalıdır. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 1.708,58 manat borcun ödənilməsinin gecikdirilməsinə görə gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 0,01 % hesablanmış 35,02 manat məbləğində cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan cərimə tutulması tələbinə dair hissədə də İddiaçı MMC-nin iddiası əsaslıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1.708,58 (bir min yeddi yüz səkkiz manat əlli səkkiz ) manat məbləğində məbləğində əsas borc, 67,17 manat (altmış yeddi manat on seddi qəpik) məbləğində faiz, 35,02 manat (otuz beş manat iki qəpik) məbləğində cərimə, 1810,77 (bir min səkkiz yüz on manat yetmiş yeddi qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "İddiaçı” MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar