Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2258/2021 22.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı «pul» tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 11 nömrəli, 06.01.2020-ci il tarixli müqavilə üzrə yaranmış 30.811,58 (otuz min səkkiz yüz on bir manat əlli səkkiz qəpik) manat əsas borcun, müqavilə öhdəliklərinin pozulmasına görə hesablanmış 7.945,73 (yeddi min doqquz yüz qırx beş manat yetmiş üç qəpik) manat cərimə borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 11 nömrəli, 06.01.2020-ci il tarixli Müqavilə bağlanmışdır. Müqavilənin predmetini İcraçı tərəfindən Sifarişçinin polietilen, şüşə, mismarlar, iplər, boyalar, troslar, kisə, paslanmayan vərəq, sinkləşmiş vərəq, taxta, dikt, sumbata kağızı, mişarlar, elektrik avadanlıqları və sair istifadə olunan materiallarla təmin olunması təşkil etmişdir. X1 Aktına əsasən 01.11.2020ci il tarixinə olan əsas borc 75.452,38 (yetmiş beş min dörd yüz əlli iki manat 38 qəpik) manat, cərimə borcu 7.945,73 (yeddi min doqquz yüz qırx beş manat yetmiş üç qəpik) manat təşkil etmişdir. Cədvəl üzrə əsas borcun hissələrə bölünərək hər ay ödənişlərin edilməsi razılığına gəlinmişdir. Cədvəl üzrə ödənişlər vaxtı-vaxtında edilmədiyindən gecikmələr olmuşdur. 31.03.2021 -cı il tarixinədək 44.640.80 manat ödəniş edilmişdir. Qalıq əsas borc isə 30.811.58 manat təşkil edir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 11 nömrəli, 06.01.2020-ci il tarixli müqavilə üzrə yaranmış 20811,58 manat əsas borcun, müqavilə öhdəliklərinin pozulmasına görə hesablanmış 14884,93 manat cərimə borcu, əsas borcun gecikdiriliməsinə Mülki Məcəllənin 445,7-ci maddəsinə əsasən illik 5 faiz olmaqla hesablanmış 945,4 manat, vəkil xidmət haqqı kimi ödənilmiş 500 manat və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdilər. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında 11 nömrəli, 06.01.2020-ci il tarixli bağlanmış müqaviləsidən görünür ki, “İcraçı” tərəfindən “Sifarişçi”nin polietilen, şüşə, mismarlar, iplər, boyalar, troslar, kisə.paslanmayan vərəq, sinkləşmiş vərəq, taxta, dikt, sumbata-kağızı, mişarlar, elektrik avadanlıqları və ehtiyat hissələri s.istifadə olunan materiallarla təmin olunması “Sifarişçi” isə görülmüş işləri çatdırılma qəbzi ilə alaraq qəbul edir. Həmin Müqavilənin 2.2-ci bəndinə görə nəzərdə tutulan ödənişlər, sifariş əsasında mallar, xidmət, işlər təhvil verildikdən sonra, hər ayın 15-i və 30-u İcraçı tərəfindən təqdim e ı ən hesab-fakturaya uyğun olaraq 30 gün ərzində Cavabdeh tərəfindən həyata keçirilir. Həmin Müqavilənin 3.2.1 -ci bəndinə görə, malların dəyərinin gecikdirilməsi halında İddiaçı, Cavabdehdən hər gecikdirilən gün üçün ödənilməli olan ümumi məbləğin 0.1 %-i miqdarında cərimə tələb edə bilər. Həmin Müqavilənin 3.2.2-ci bəndinə görə, Sifarişçi, İcraçı tərəfindən təqdim olunan hesab- fakturaya uyğun məbləği 30 (otuz) gündən gec olmayaraq ödəməlidir.. İş materiallarına əlavə edilmiş 22.06.2020-ci il, 30.06.2020-ci il, 03.07.2020-ci il, 30.10.2020-ci il tarixli 1 nömrəli əlavələrdən görünür ki, tərəflər arasında bağlanmış 11 nömrəli, 06.01.2020-ci il tarixli müqavilə üzrə qiymətlərin razılaşdırılması barədə 260, 262, 263, 280 nömrəli protokolla malların miqdarı və dəyəri müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 260, 262, 263 və 280 nömrəli təhvil-təslim aktınlarında görünür ki, tərəflər arasında bağlanmış müqavilə üzrə İddiaçı tərəfindən Cavabdehnə müqavilə predmeti olan mallar təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş 16.04.2021-ci il, 01.06.2021-ci il tarixli ödəniş tapşırıqlarından görünür ki, Cavabdeh tərəfindən İddiaçı hesabına ümumilikdə 10000 manat ödənilmişdir. İş materiallarına əlavə edilmiş 18.11.2020-ci il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, 01.11.2020-ci il tarixə Cavabdeh İddiaçınə əsas borcu 75452,38 manat və 11 nömrəli, 06.01.2020-ci il tarixli müqavilənin 3.2.1-ci bəndinə əsasən gecikdirilmiş borclara görə 7945,73 manat cərimə təşkil etmişdir. Cavabdeh öz öhdəlyinə götürür ki, İddiaçınə əsas borc məbləğini tərəflər arasında razılaşdırılmış ödəniş cədvəlinə uyğun olaraq ödəməyi və tərəflərin aktla razılaşdığını və etiraz etmədiklərini öz imzaları ilə təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktubundan görünür ki, İddiaçı tərəfrindən Cavabdehnə 32413,98 manat borcun 03.04.2021-ci il tarixədək ödənilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş 06.04.2021-ci il tarixli tərəfindən İddiaçınə ünvanlanmış cavab məktubundan görünür ki, pandemiya vəziyyəti ilə əlaqədar olaraq müştərilərin Cavabdehnə ödənişləri gecikdirildiyinə görə borcu vaxtında ödəyə bilməmişlər. Odur ki, tərəflər arasında razılaşdırılmış cədvəldəki vaxtdan biraz daha artıq müddətə həyata keçiriləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 11 nömrəli, 06.01.2020-ci il tarixli bağlanmış müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış Müqavilənin predmeti ondan ibarətdir ki, “İcraçı” tərəfindən “Sifarişçi”nin polietilen, şüşə, mismarlar, iplər, boyalar, troslar, kisə.paslanmayan vərəq, sinkləşmiş vərəq, taxta, dikt, sumbata-kağızı, mişarlar, elektrik avadanlıqları və ehtiyat hissələri s.istifadə olunan materiallarla təmin olunması “Sifarişçi” isə görülmüş işləri çatdırılma qəbzi ilə alaraq qəbul edir. Müqavilə predmeti üzrə iddiaçı tərəfindən götürülmüş öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam yerinə yetirilməmişdir. Bundan sonra tərəflər arasında ödənilməmiş borcun qaytarılması məqsədi ilə üzləşmə aktı tərtib edilərək cədvəl üzrə ödənişlər müəyyən edilmişdir. Bundan sonra cavabdeh tərəfindən müəyyən edilmiş ödəniş cədvəli üzrə ödənişlər gecikdirildiyindən, bununla əlaqədar olaraq cavabdehə pretenziya məktubu göndərilmişdir. Cavabdeh tərəfindən pretenziyaya cavab olaraq tərəflər arsında bağlanmış üzləşmə aktı üzrə təsdiq edilmiş cədvəldə göstərilən müddətdən əlavə müddət təyin edilməsi xahiş olunmuşdur. Cavabdeh tərəfindən öhdəliklər tam yerinə yetirilmədiyindən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbinin 11 nömrəli, 06.01.2020-ci il tarixli müqaviləsi üzrə Cavabdeh MMC-dən 20811,58 manat əsas borcun iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin 14884,93 manat cərimə borcunun ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir ki: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq, tələb olunan 14884,93 manat cərimə borcunun 1400 manat həddinədək azaldılmasını ədalətli hesab edir. Müqavilə müddəti bitdikdən sonrakı dövr üçün kredit müqaviləsi üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik 5 faiz olmaqla hesablanmış 945,4 manat faiz tutulması barədə iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Göründüyü kimi, bank kreditin verilmə müddəti bitdikdən sonrakı dövr üçün borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% hesabı ilə faiz tələb etmək hüququna malik olduğundan həmin hissədə də iddia təmin edilməli, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə müqavilə müddəti bitdikdən sonrakı dövr üçün borcun ödənillməsinin gecikdirildiyi müddət üzrə müvafiq olaraq hesablanmış 945,4 manat məbləğində faiz Cavabdeh-dən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat və vəkilə ödənilən məbləğin əvəzi olaraq 500 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 11 nömrəli, 06.01.2020-ci il tarixli müqavilə üzrə yaranmış 20811,58 manat əsas borc, müqavilə öhdəliklərinin pozulmasına görə hesablanmış 1400 manat cərimə borcu, əsas borcun gecikdiriliməsinə Mülki Məcəllənin 445,7-ci maddəsinə əsasən illik 5 faiz olmaqla hesablanmış 945,4 manat və vəkil xidmət haqqı kimi ödənilmiş 500 manat olmaqla, habelə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin İddiaçı MMC-nin xeyrinə tutulmalıdır, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən 11 nömrəli, 06.01.2020-ci il tarixli müqavilə üzrə yaranmış 20811,58 (iyirmi min səkkiz yüz on bir manat əlli səkkiz qəpik) manat əsas borc, müqavilə öhdəliklərinin pozulmasına görə hesablanmış 1400 (min dörd yüz) manat cərimə borcu, əsas borcun gecikdiriliməsinə görə Mülki Məcəllənin 445,7-ci maddəsinə əsasən illik 5 faiz olmaqla hesablanmış 945,4 (doqquz yüz qırx beş manat, qırx qəpik) manat, vəkil xidmət haqqı kimi ödənilmiş 500 (beş yüz) manat İddiaçı MMC-nin xeyrinə tutulsun. Cavabdeh MMC-dən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2258/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2258/2021
22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver