Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2274/2024 24.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: mal göndərmə müqaviləsi, faydalanmağa görə faiz ödənilməsi) X5 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən 13297,29 manat pulun, iddiaçıya dəymiş ziyan olaraq 5000 manat pulun, məhkəməyə müraciət üçün çəkilmiş 1000 manat məbləğində xərcin və ödənilmiş 148 manat məbləğində dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh MMC-nin nizamnamə əasanında fəaliyyət göstərən direktoru X3 22 dekabr 2020-ci il tarixdə Bakı şəhərində 174/2020 saylı alqı-satqı müqaviləsi bağlamışlar. Müqavilələrin şərtlərinə görə “Satıcı”, yəni İddiaçı MMC ona məxsus ona məxsus ona məxsus malları satmağı, “Alıcı”, yəni Cavabdeh MMC isə onların dəyərini ödəməklə almağı öz öhdəsinə götürmüşlər. Cavabdeh bir neçə dəfə müqavilə öhdəliklərini yerinə yetirmişdir. Bu isə iddiaçıda etimad yaratmışdır. Lakin bir müddət sonra cavabdeh müqavilədən irəli gələn öhdəliklərini yerinə gətirməkdən imtina etmişdir. 2021-2022-ci illər illər ərzində müxtəlif vaxtlarda iddiaçı bağladıqları müqaviləyə əsasən satmalı olduğu malları cavabdehə göndərsə də, cavabdeh ödəməli olduğu məbləği ödəməmişdir. Bir neçə dəfə bu barədə cavabdehə xəbərdarlıq olunsa da cavbdeh hər dəfə öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmışdır. Ümumilikdə cavabdehin ödənilməmiş 13297,29 manat borcu vardır. Həmçinin cavabdehin iddiaçıya vurduğu zərərin əvəzi ödənilməli və məhkəməyə müraciət üçün çəkimiş xərclər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya 5000 (beş min) manat zərər dəymişdir. Həmçinin iddiaçı məhkəməyə müraciət üçün vəkillə müqavilə bağlamaq üçün 1000 manat məbləğində xərc çəkmişdir. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 4.1 və 4.2-ci bəndlərinə görə, yerinə yetirilməmiş və ya lazımı səviyyədə yerinə yetirilməmiş öhdəliklərə görə “Satıcı” və “Alıcı” AR qanunvericiliklərində nəzərdə tutulmuş qaydalara uyğun olaraq cavabdehlik daşıyırlar. Tərəflər arasında mübahisəli məsələlər bir qayda olaraq danışıqlar və razılaşma yolu ilə həll edilir, razılaşma əldə edilmədikdə isə məsələ müvafiq məhkəmə instansiyaının qərarı ilə həll edilir. Müqavilənin müddəalarına əsasən cavabdehə tərəfindən pretenziya mətubu göndərilsə də, cavabdehdən mənfi və ya müsbət heç bir cavab gəlməmişdir. Hesab edir ki, mübahisənin məhkəmədən kənar həlli qaydası mümkün deyildir. Bu səbəbdən hazırki ərizə isə məhkəməyə müraciət etmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 442, 449.1, 448.1, 739, 740-cı maddələrinə istinad olunmuşdur. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edib məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar: İş materiallarında olan: Satıcı İddiaçı MMC ilə Alıcı Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 174/2020 saylı alqı-satqı müqaviləsindən görünür ki, “Satıcı” ona məxsus Malları satmağı, “Alıcı” isə onların dəyərini ödəməklə almağı öhdələrinə götürürlər. Hər partiya satılan Malların adları, çeşidi, miqdarı, qiymət və məbləği bu müqavilənin ayrılmaz tərkib hissəsi kimi tərtib edilmiş və tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanaraq təsdiqlənmiş “X2”na əsasən müəyyən ediləcəkdir. Müqavilənin 3.1-ci bəndinə əsasən satılan Malların dəyəri “Satıcı”nin bank hesabına ödənildikdən sonra Mallar AR Qanunvericiliklərində nəzərdə tutulmuş sənədlərlə birlikdə “Satıcı” tərəfindən 5 (beş) bank günü müddətində “Alıcı”-ya təhvil verilir. Müqavilənin 3.1-ci bəndinə görə tərəflər bu müqavilə çərçivəsində satılacaq malların ümumi dəyərini ƏDV ilə birlikdə “X2”na əsasən razılaşdırırlar. Ödənişlər hər “X2”na uyğun olaraq tərtib edilmiş hesab-faktura əsasında bank köçürməsi yolu ilə həyata keçiriləcəkdir. 22 dekbar 2020-ci il tarixli 174/2020 saylı müqavilə üzrə qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktına əsasən İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2021-xx.xx.2023-cü il tarixinədək qarşılıqlı əməliyyatlar üzrə yaranan debitor və ya kreditor borcun məbləği və aparılmış ödənişlərin 31 dekabr 2023-cü il tarixinə qarşılıqlı üzləşməsini apararaq, 13297,29 manat (ƏDV daxil olmaqla) qalıq borcun olması təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı (Forma № MTQA-1) və xx.xx.2022-ci il tarixli X1 görünür ki, 310,34 dəyərində müxtəlif adda mallar Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktı (Forma № MTQA-1) və xx.xx.2023cü il tarixli X1 görünür ki, 918,75 manat dəyərində müxtəlif adda mallar Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı (Forma № MTQA-1) və xx.xx.2022-ci il tarixli X1 görünür ki, 23,48 manat dəyərində müxtəlif adda mallar Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı (Forma № MTQA-1) və xx.xx.2022-ci il tarixli X1 görünür ki, 23,48 manat dəyərində müxtəlif adda mallar Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktı (Forma № MTQA-1) və xx.xx.2023cü il tarixli X1 görünür ki, 643,10 manat dəyərində müxtəlif adda mallar Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktı (Forma № MTQA-1) və xx.xx.2023cü il tarixli X1 görünür ki, 280,01 manat dəyərində müxtəlif adda mallar Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktı (Forma № MTQA-1) və xx.xx.2023cü il tarixli X1 görünür ki, 967,83 manat dəyərində müxtəlif adda mallar Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı (Forma № MTQA-1) və xx.xx.2022-ci il tarixli X1 görünür ki, 44,25 manat dəyərində müxtəlif adda mallar Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. xx.xx.2021-ci il tarixli malların təhvil-qəbul aktı (Forma № MTQA-1) və xx.xx.2021-ci il tarixli X1 görünür ki, 422,44 manat dəyərində müxtəlif adda mallar Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı (Forma № MTQA-1) və xx.xx.2022-ci il tarixli X1 görünür ki, 464,92 manat dəyərində müxtəlif adda mallar Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı (Forma № MTQA-1) və xx.xx.2022-ci il tarixli X1 görünür ki, 128,38 manat dəyərində müxtəlif adda mallar Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktı (Forma № MTQA-1) və xx.xx.2024cü il tarixli X1 görünür ki, 480,73 manat dəyərində müxtəlif adda mallar Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı (Forma № MTQA-1) və xx.xx.2022-ci il tarixli X1 görünür ki, 71,86 manat dəyərində müxtəlif adda mallar Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı (Forma № MTQA-1) və xx.xx.2022-ci il tarixli X1 görünür ki, 100,30 manat dəyərində müxtəlif adda mallar Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı (Forma № MTQA-1) və xx.xx.2022-ci il tarixli X1 görünür ki, 696,02 manat dəyərində müxtəlif adda mallar Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı (Forma № MTQA-1) və xx.xx.2022-ci il tarixli X1 görünür ki, 86,73 manat dəyərində müxtəlif adda mallar Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı (Forma № MTQA-1) və xx.xx.2022-ci il tarixli X1 görünür ki, 141,84 manat dəyərində müxtəlif adda mallar Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı (Forma № MTQA-1) və xx.xx.2022-ci il tarixli X1 görünür ki, 132,16 manat dəyərində müxtəlif adda mallar Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı (Forma № MTQA-1) və xx.xx.2022-ci il tarixli X1 görünür ki, 80,24 manat dəyərində müxtəlif adda mallar Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı (Forma № MTQA-1) və xx.xx.2022-ci il tarixli X1 görünür ki, 16,05 manat dəyərində müxtəlif adda mallar Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. xx.xx.2021-ci il tarixli malların təhvil-qəbul aktı (Forma № MTQA-1) və xx.xx.2021-ci il tarixli X1 görünür ki, 134,17 manat dəyərində müxtəlif adda mallar Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı (Forma № MTQA-1) və xx.xx.2022-ci il tarixli X1 görünür ki, 242,61 manat dəyərində müxtəlif adda mallar Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı (Forma № MTQA-1) və xx.xx.2022-ci il tarixli X1 görünür ki, 252,64 manat dəyərində müxtəlif adda mallar Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktı (Forma № MTQA-1) və xx.xx.2023cü il tarixli X1 görünür ki, 126,26 manat dəyərində müxtəlif adda mallar Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktı (Forma № MTQA-1) və xx.xx.2023cü il tarixli X1 görünür ki, 5,31 manat dəyərində müxtəlif adda mallar Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı (Forma № MTQA-1) və xx.xx.2022-ci il tarixli X1 görünür ki, 97,35 manat dəyərində müxtəlif adda mallar Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı (Forma № MTQA-1) və xx.xx.2022-ci il tarixli X1 görünür ki, 16,52 manat dəyərində müxtəlif adda mallar Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı (Forma № MTQA-1) və xx.xx.2022-ci il tarixli X1 görünür ki, 938,38 manat dəyərində müxtəlif adda mallar Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı (Forma № MTQA-1) və xx.xx.2022-ci il tarixli X1 görünür ki, 242,61 manat dəyərində müxtəlif adda mallar Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktı (Forma № MTQA-1) və xx.xx.2023cü il tarixli X1 görünür ki, 206,79 manat dəyərində müxtəlif adda mallar Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı (Forma № MTQA-1) və xx.xx.2022-ci il tarixli X1 görünür ki, 263,97 manat dəyərində müxtəlif adda mallar Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı (Forma № MTQA-1) və xx.xx.2022-ci il tarixli X1 görünür ki, 171,10 manat dəyərində müxtəlif adda mallar Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı (Forma № MTQA-1) və xx.xx.2022-ci il tarixli X1 görünür ki, 513,12 manat dəyərində müxtəlif adda mallar Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. xx.xx.2022-xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı (Forma № MTQA-1) və xx.xx.2022-xx.xx.2022-ci il tarixli X1 görünür ki, 2153,44 manat dəyərində müxtəlif adda mallar Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. xx.xx.2022-xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı (Forma № MTQA-1) və xx.xx.2022-xx.xx.2022-ci il tarixli X1 görünür ki, 2153,44 manat dəyərində müxtəlif adda mallar Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı (Forma № MTQA-1) və xx.xx.2022-ci il tarixli X1 görünür ki, 211,04 manat dəyərində müxtəlif adda mallar Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı (Forma № MTQA-1) və xx.xx.2022-ci il tarixli X1 görünür ki, 150,21 manat dəyərində müxtəlif adda mallar Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı (Forma № MTQA-1) və xx.xx.2022-ci il tarixli X1 görünür ki, 470,23 manat dəyərində müxtəlif adda mallar Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktı (Forma № MTQA-1) və xx.xx.2023cü il tarixli X1 görünür ki, 108,94 manat dəyərində müxtəlif adda mallar Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktı (Forma № MTQA-1) və xx.xx.2023cü il tarixli X1 görünür ki, 25,49 manat dəyərində müxtəlif adda mallar Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC 148 manat dövlət rüsumu ödəmişdir. xx.xx.2024-cü il AZ240226001 saylı ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən Sumqayıt Regional Vəkil Bürosuna 1000 manat məbləğində ödəniş olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 449.1-cu maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə görə mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə görə mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. ...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə cəmi 14297,94 manat dəyərində malları təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müyyən olunmuş müddətdə tam ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (malların təhvil-qəbul aktı, qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı və s.) öz təsdiqini tapmış, cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malın cavabdehə təhvil verildiyini, cavabdehin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyib öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyərini, 13297,29 manat pulu ödəmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 13297,29 manat borc, cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı cavabdehdən dəymiş zərər kimi 5000 manat məbləğin də tutulmasını tələb etmiş, həmin məbləğin tələb etmə əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi ilə əsaslandıraraq əldən çıxmış fayda kimi hesablayaraq ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarının məzmunundan aydın olur ki, MM-in 449-cu maddəsinə əsasən faizlərin ödənilməsi yalnız “faydalanma”, yəni, gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəldiyi hallarda tətbiq olunmalıdır. İddiaçı isə borcun ödənilməsinin gecikdirilməsi nəticəsində cavabdehin maddi gəlir əldə etməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, yəni, öz tələbinin əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir. Bu səbəbdən iddia tələbi həmin hissədə təmin edilməməlidir. İddia tələbinin həcminə nisbətdə vəkilə ödənilmiş pulun əvəzi olaraq 1000 manat ağlabatan hesab edilmədiyindən məhkəmə hesab edir ki, hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi qismində ağlabatan məbləğdə, 600 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin iddia qismən təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 148 manat dövlət rüsumunun 130 manatının əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2020-ci il 174/2020 saylı alqı-satqı müqaviləsinə əsasən 13297 (on üç min iki yüz doxsan yeddi) manat 29 (iyirmi doqquz) qəpik pul vəsaiti, məhkəməyə müraciət üçün vəkilə çəkilmiş xərc kimi 600 (altı yüz) manat və ödənilmiş 148 manat dövlət rüsumunun 130 (bir yüz otuz) manatının əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2274/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2274/2024
24.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver