Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2278/2022 12.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 216552,50 manat əsas borc, 38979,45 manat ƏDV-nin, cəmi 255531.95 manat pulun, həmçinin ilkin mediassiya sessiyasının keçirilməsinə görə ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 145.53 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında beton alqı-satqısına dair xx.xx.2019-cu il tarixli 63/19-005 №-li müqavilə bağlanılıb. Həmin müqaviləyə əsasən satıcı (iddiaçı) müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə və protokola uyğun olaraq razılaşdırılmış, müvafiq çeşidli və keyfiyyətli malları təqdim edir, alıcı (cavabdeh) isə onun sifarişinə əsasən təqdim edilən həmin malları qəbul edib onların dəyərini qüvvədə olan qanunvericiliyə müvafiq qaydada satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə 5390 manat, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə 8400 manat, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə 4200 manat, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə 350 manat, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə 5460 manat, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə 2090 manat, 16-xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə 72390 manat, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə 7910 manat, 24-xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə 60230 manat, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə 700 manat, xx.xx.2019-cu il tarixli təhviltəslim aktı ilə 1680 manat, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə 5180 manat, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə 10450 manat, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə 9215 manat, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə 4655 manat, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə 5950 manat, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə 4560 manat və xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə 7742.50 manat olmaqla, cəmi 216552.50 manat dəyərində beton təhvil vermiş, cavabdeh isə onu təhvil almışdır. İddiaçı xx.xx.2022-ci ildə AR MPM-in 150.2-ci maddəsində göstərilən qaydada cavabdehə pretenziya göndərərək ona verdiyi betonun satış qiymətini təşkil edən 216552.50 manat və ona hesablanmış 38979.45 manat ƏDV-ni, cəmi 255531.95 manat pulu 5 iş günü müddətində ödənilməsini tələb etmiş, lakin cavabdeh tələbi yerinə yetirməmiş, həmçinin pretenziyaya cavab verməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin cavabdeh iştirak etmədiyi üçün mediator tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022 il tarixli MŞB/5-01208 №-li arayış verilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili F.Səmədov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, yekun məhkəmə qərarı qəbul edilərkən cavabdeh tərəfindən edilmiş 15000 manat məbləğində ödənişin nəzərə alınmasını xahiş edir, ƏDV borcu üzrə isə cavabdeh tərəfindən hər hansı ödəniş edilməmişdir. Bundan əlavə, iddiaçı hazırkı borcla bağlı hüquq mühafizə orqanlarına müraciət etməmişdir. BMCMİ-yə etdiyi müraciət isə fiziki şəxs Barıs Demirin ona olan borcu ilə bağlıdır, lakin həmin borcla bağlı sənədləşmə aparılmadığı, habelə borcu təsdiq edən sənədlər olmadığı üçün iddiaçı məhkəməyə müraciət etməmişdir, həmin borcun hazırkı cavabdehə aidiyyatı yoxdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsinə etiraz edib iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, onlara hazırkı müqavilə üzrə ümumilikdə 255531.95 manat məbləğində mal təhvil verilmiş, həmin malın dəyərinin əksər hissəsi tərəflərindən mal təhvil verildikdən sonra ödənilmiş, hazırda ödənilməmiş borcun məbləği ƏDV daxil olmaqla təxminən 33000 manat civarındadır. Ödənişlərdən yalnız biri, 15000 manat nağdsız qaydada edilmiş (səbəbi də odur ki, onlara yalnız həmin məbləğlə bağlı iddiaçı tərəfindən elektron qaimə göndərilmişdir), qalan ödənişlər isə nağd qaydada ödənilmiş, borcun bir hissəsi isə iddiaçıya mənzil verilməsi yolu ilə əvəzləşdirilmişdir, lakin bunu təsdiq edən sənədləri təqdim edə bilmir. Lakin iddiaçı hazırkı borcla bağlı BMCMİ-yə müraciət etmiş, onun şikayət ərizəsi əsasında araşdırma aparılmış, iddiaçı özü də borcun əksər hissəsinin ödənildiyini, borcun 55600 manat qaldığını bildirmişdir. Bu səbəbdən iddianın qismən təmin edilməsini xahiş edir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 31 mart 2019-cu il tarixli 63/19-005 nömrəli beton müqaviləsinə əsasən satıcı aralarında bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə və protokola uyğun olaraq razılaşdırılmış, müvafiq çeşidli və keyfiyyətli malları təqdim edir, alıcı isə onun sifarişiniə əsasən təqdim edilən həmin malları qəbul edib onların dəyərini qüvvədə olan qanunvericiliyə müvafiq qaydada satıcıya ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 2.2-ci bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla müqavilənin predmeti olan malların qiyməti və miqdarı onun ayrılmaz tərkib hissəsi sayılan və tərəflərin imza və möhürləri ilə təsdiq edilmiş protokollarla müəyyənləşdirilir. Müqavilənin 8.1-ci bəndinə əsaəsn alıcı müqavilə ilə müəyyən edilmiş məbləği satıcı tərəfindən göndərilmiş hesab-fakturaya əsasən faktiki göndərilən malın dəyərinə uyğun olaraq satıcının hesablaşma hesabına 100 % əvvəlcədən köçürmə yolu ilə ödəyir. Ödəmə tarixi malın dəyərinin satıcının hesablaşma hesabına daxil olduğu gün hesab olunur. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə 5390 manat, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə 8400 manat, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə 4200 manat, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə 350 manat, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə 5460 manat, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə 2090 manat, xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə 72390 manat, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə 7910 manat, xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə 60230 manat, xx.xx.2019-cu il tarixli təhviltəslim aktı ilə 700 manat, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə 1680 manat, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə 5180 manat, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə 10450 manat, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə 9215 manat, xx.xx.2019cu il tarixli təhvil-təslim aktı ilə 4655 manat, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə 5950 manat, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə 4560 manat, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə 7742,50 manat məbləğində mal iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. EAAW 066390 nömrəli xx.xx.2019-cu il tarixli elektron qaimədən görünür ki, iddiaçı tərəfindən cavabdehə 17700,35 manat məbləğində mal təhvil verilmişdir. xx.xx.2019-cu il tarixli İC 398108 nömrəli elektron vergi hesab-fakturasından görünür ki, iddiaçı tərəfindən cavabdehə 1770,35 manat məbləğində mal təhvil verilmişdir. 27 may 2019-cu il tarixli 002 nömrəli ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən iddiaçının bank hesabına 15000 manat məbləğində pul köçürülmüşdür. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 63/19-005 nömrəli müqaviləyə əsasən yaranmış 255531,95 manat borcun 5 iş günü ərzində iddiaçıya ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş **********1 nömrəli əlavə dəyər vergisi ödəyicisinin qeydiyyatı bildirişindən görünür ki, iddiaçı xx.xx.2010-cu il tarixdən Azərbaycan Respublikasının Əlavə dəyər vergisi ödəyicilərinin Dövlət reyestrinə daxil edilmişdir. Azərbaycan Republikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 007-9938-1222 nömrəli məktubdan görünür ki, Ağcabədi şəhəri, Z.Adıgözəlov küçəsi, ev 83-də qeydiyyatda olan X2 BMCMİ-yə ərizə ilə müraciət edərək Türkiyə vətəndaşı Barış Dəmirə beton satdığını, lakin dəyərinin ödənilmədiyini bildirmişdir. Müəyyən olunmuşdur ki, "xxxx" MMC 2019-cu ilin aprel ayında İddiaçı MMC ilə müqavilə bağlayaraq 216000 manat dəyərində beton almışdır. Məbləğin bir hissəsi ödənilərək borc qalmışdır. Mübahisənin mülki xarakterli olmasını nəzərə alaraq X1 məhkəmə orqanlarına müraciət etmək hüququ izah olunmuşdur. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 31 mart 2019cu il tarixli 63/19-005 nömrəli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir. Bununla yanaşı, cavabdeh tərəfindən təqdim edilmiş ödəniş sənədinə əsasən 15000 manat məbləğində pul iddiaçıya ödənilmiş, göstərilən faktı iddiaçının nümayəndəsi öz izahatında da təsdiq etmişdir. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ümumilikdə 240531,95 manat (255531,95 manat – 15000 manat) borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 240531,95 manat məbləğində pul (ƏDV daxil olmaqla) tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh iddiaya etiraz edərək iddiaçıdan alınan malların dəyərinin əksər hissəsinin ödənildiyini, hazırda borcun məbləğinin ƏDV daxil olmaqla təxminən 33000 manat təşkil etdiyini bildirmişdir. Cavabdehin bununla bağlı mövqeyi ondan ibarət olmuşdur ki, həmin ödənişlər (15000 manat ödənişdən savayı) nağd qaydada həyata keçirilmiş, borcun bir hissəsi isə cavabdeh tərəfindən iddiaçıya mənzil verilməsi yolu ilə əvəzləşdirilmişdir. İddiaçı isə cavabdehə təhvil verilmiş mallarının dəyərindən yalnız 15000 manat pulun ödənildiyini, qalan hissədə isə öhdəliyin hələ də icra edilmədiyini, cavabdeh isə onun icra edildiyini bildirir. Belə olan vəziyyətdə öhdəliyin icra edilib-edilməməsilə bağlı hal araşdırılmalı və sübut olunmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı halda «qanunda birbaşa əks göstəriş yoxdursa, öhdəliyin icrasını borclunun sübut etməsinə dair» prezumpsiya tətbiq edilməlidir. Belə ki, MPM-in 77.1-ci mddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də etirazının əsası kimi istinad etdiyi bu halı, yəni borcun əksər hissəsinin ödənildiyini cavabdeh sübut etməlidir. Cavabdeh borcun bir qisminin nağd qaydada ödənildiyini, habelə qalan borcun mənzillə əvəzləşdirildiyini təsdiq edən belə bir sənəd təqdim edə bilmir. Əvəzində cavabdeh iki şahid ifadəsi təqdim etmişdir. MPM-in 76.2-ci maddəsinə əsasən şahid ifadələri sübut hesab olunur. Cavabdehin 1-ci şahidinin ifadəsi: Məhkəmə iclasında şahid Barıs Demir ifadəsində göstərdi ki, o, "xxxx" MMC-də direktor müavini vəzifəsində çalışmışdır, hazırda "xxxx" MMC-də işləyir. Ağ Şəhərdə inşa oluncaq bina üçün betonu onlar İddiaçı MMC-dən almış, həmin alınan mala görə borc üzrə ödənişin böyük hissəsini həyata keçirmişlər, təxminən 20 faiz hissəsində qalıq borc qalmışdır. Təxmini ƏDV daxil 55000 manata yaxın qalıq borc məbləği qalmışdır. İddiaçıya rəsmi olaraq 15000 manat pulu ödəmişlər. Həmin məbləğdən əlavə mənzil satışından əldə edilən pulu nağd şəkildə direktor H.İmanova ödəmişlər. İddiaçı onlara rəsmi olaraq hesabfaktura verməyibdir. Müqavilə üzrə 289400 manat məbləğində mal almışlar. Ödənişləri çox vaxt iddiaçının nümayəndəsi Habil müəllimin özünə nağd şəkildə ödəyirdilər. Onun Z.Bünyadov prospektində metalkonstruksiya sexi olubdur. İddiaçı ilə digər müqavilələri olmayıbdır. M.Çelik onun baldızıdır. Həmin vaxt "xxxx" MMC-nin direktoru vəzifəsində işləyirdi, o özü isə direktror müavini olaraq nəzarəti həyata keçirdirdi. Faktiki rəhbər o olduğu üçün H.İmanov cavabdeh şirkəti deyil, şəxsən onu BMCMİ-yə şikayət etmişdir. Halbuki, həmin şikayət verilərkən o, artıq çoxdandır ki, həmin şirkətdə çalışmırdı. H.İmanovun həmin borcu niyə görə şirkətdən deyil, məhz ondan tələb etməsinin səbəbini bilmir, yəqin ki, əvvəllər o həmin şirkətdə çalışdığı üçün belədir. Onun şəxsən H.İmanova 55600 manat məbləğində borcu olmayıb. Həmin borc "xxxx" MMC-nin borcudur. 133000 manat borcla bağlı isə H.İmanov BMCMİ-yə ümumiyyətlə hər hansı sənəd təqdim edə bilməmişdir. Məhkəmə iclasında şahid Zehra Demir ifadəsində göstərdi ki, o, "xxxx" MMC-də direktor müavini vəzifəsində çalışmışdır. Hazırda "xxxx" MMC-də işləyir. Belə ki, İddiaçı MMC Ağ Şəhərdə yerləşən “Park Çinar” Yaşayış Kompleksinin tikilməsi üçün cavabdehə beton vermişdir. Hazırda "xxxx" MMC-nin İddiaçı MMC-yə 33000 manat məbləğində qalıq borcu vardır. İddiaçı MMC-nin direktoru Habil müəllim Baş Mütəşəkkil Cinayətkarlıqla İş üzrə Baş İdarəsinə şikayət ərizəsi ilə müraciət edən zaman "xxxx" MMC-nin İddiaçı MMCyə 33000 manat məbləğində borcunun olduğunu təsdiq etmişdi. Müqavilə bağlanılan zaman o, cavabdeh şirkətdə direktor müavini vəzifəsində işləyirdi. Ümumilikdə 216500 manatlıq mal cavabdehə təhvil verilmişdi. Həmin dövrdə B.Demir icraçı direktor vəzifəsində işləyirdi. Yaranan mübahisənin cinayət xarakterli olması məqsədilə Habil müəllim B.Demiri şikayət etmişdi. Ağ şəhərdə yerləşən mənzili satıb pulunu H.İmanova vermişlər. Buna dair heç bir sənəd tərtib edilməmişdir. 38979 manat məbləğində ƏDV-ni nağd şəkildə iddiaçıya təqdim etmişlər ki, o, özü həmin pulu dövlət büdcəsinə ödəsin. Beləliklə, cavabdehin təqdim etdiyi şahidlər Z.Demir və B.Demir ifadələrində iddiaçıya olan borcun əksər hissəsinin nağd şəkildə qaytarıldığını bildirsələr də, lakin həmin borcun konkret olaraq kimə, hansı şəraitdə qaytarılması, eləcə də hansı tarixdə qaytarılması ilə bağlı konkret heç bir məlumat verə bilməmiş, yalnız çox ümumi olan ifadələr işlətmişlər. Eyni zamanda müəyyən olunmuşdur ki, həmin şahidlər hazırkı mübahisənin nəticələrinə münasibətdə birbaşa (müqavilə bağlanarkən cavabdeh təşkilatla əmək müqaviləsi əsasında çalışan işçilər olmaqla) maraqlı olan şəxslərdir. Beləliklə də cavabdehin təqdim etdiyi şahidlərin ifadələri kifayət qədər güclü, aydın və konkret olmadığından, eləcə də təkzibolunmazlıqla bağlı tələbə cavab vermədiyindən, bu ifadələr tərəflər arasında mövcud tikinti avadanlıqlarının qaytarılması öhdəliyinin icrasını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Cavabdeh bununla bağlı başqa sübut təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi ƏDV daxil olmaqla 240531,95 manat borcun tələb edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 201552,50 manat əsas borc, 38979,45 manat ƏDV, cəmi 240531,95 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2022-ci il tarixli MŞB/5-01208 nömrəli arayışa əsasən, tərəflər mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 400 manat mediasiya xərci cavabdehə və ödənilmiş 145 manat dövlət rüsumu isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 201552,50 (iki yüz bir min beş yüz əlli iki manat əlli qəpik) manat əsas borc, 38979,45 (otuz səkkiz min doqquz yüz yetmiş doqquz manat qırx beş qəpik) manat ƏDV, ümumilikdə 240531,95 (iki yüz qırx min beş yüz otuz bir manat doxsan beş qəpik) manat məbləğində pul və ödənilmiş 400 (dörd yüz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 145 (bir yüz qırx beş) manat hissəsi İddiaçı MMC-yə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2278/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2278/2022
12.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver