Məhkəmə qərarları › İş №e-2-2(113)-228/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-228/2023

10.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-228/2023 10.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh2 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Ramiz qızı ilə bağlanmış olan 128C/22 nömrəli, xx.xx.2022-ci il tarixli Daxili lizinq müqaviləsi üzrə ödənilməli olan 3.300 manat, lizinq predmetinə vurmuş olduğu zərər üzrə 776 manat, ilkin mediasiya sessiyası üçün ödənilmiş 65 manat, cəmi 4.141 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Lizinq verən "xxxx" MMC ilə Cavabdeh2 Ramiz qızı arasında 128C/22 nömrəli, xx.xx.2022-ci il tarixli lizinq müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, lizinq verən lizinq predmeti olan “BMW528i” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini tam saz və işlək vəziyyətdə lizinq alana təhvil verməyi, cavabdeh isə lizinq muzdunu vaxtlı-vaxtında ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli Təhvil-Təslim aktı əsasında lizinq predmeti cavabdehə tam saz və işlək vəziyyətdə təhvil verilmişdir. Cavabdeh müqavilə üzrə lizinq predmetini təhvil alsa da sonradan öz öhdəliyini lazımi şəkildə yerinə yetirməmiş, lizinq muzdunu ödəməkdən yayınmış, habelə müqavilə şərtlərinə zidd olaraq əmlaka zərər vurmuş və dəymiş zərərin miqdarını ödəməkdən boyun qaçırmışdır. Müqavilə üzrə iddiaçı 4000 manat ilkin ödəniş etməli idi, lakin onun maddi imkanı olmaması və iddiaçıdan etdiyi xahişi nəzərə alaraq ilkin ödənişin ödənilməsinə də qısa müddətli möhlət verilmiş, ilkin ödəniş kimi 1300 manat ödənilmiş, 2700 manat borc qalmışdır. Müqavilə üzrə hər ay 1500 manat aylıq ödəniş etməli idi. Müqavilənin qüvvədə olduğu və nəqliyyat vasitəsinin cavabdehin istifadəsində olduğu son müddətlərdə cavabdeh 600 (altı yüz) manat ödənişi icra etməmişdir. Lizinq alan həmçinin lizinq predmetinə xeyli miqdarda maddi zərər də vurmuşdur. Belə ki, "xxxx" MMC-nin həmin zərər xx.xx.2022-ci il tarixli Aktına əsasən 776 (yeddi yüz yetmiş altı) manat təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi X4 borcu qismən, yəni 600 manat hissəsini qəbul etdiyini, qalan hissəsi ilə razı olmadığını bildirmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, lizinq ödənişləri üzrə yaranmış borcun ödənilməsi tələbinin qanuni əsasını Mülki Məcəllənin 747.1, 748-1.12, 748-1.12.4-cü maddələri təşkil edir. Həmin maddələrdə göstərilmişdir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur (maddə 747.1). Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (maddə 748-1.12. və 748-1.12.4). İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh2 09 dekabr xx.xx.2022-ci il tarixdə daxili lizinq müqaviləsinin bağlanması niyyəti ilə ilkin razılığa gəlmiş, xx.xx.2022-ci il tarixdə tərəflər arasında Daxili Lizinq müqaviləsi bağlanmış və lizinq predmeti olan “BMW 528İ MİNİK” sedan markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə təhvil-təslim aktına əsasən Cavabdeh2 təhvil verilmişdir. Razılaşma, müqavilə və təhvil-təslim aktı tərəflərin imzası və "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmişdir. Müqavilənin 3.6-cı maddəsinə əsasən lizinqverən lizinqalan ilə aralarında razılaşdırılmış 4.000 (dörd min) manat məbləğində ilkin ödənişin 1.300 (bir min üç yüz) manatını müqavilə bağlanan anda, qalıq hissəsi olan 2.700 (iki min yeddi yüz) manatını isə xx.xx.2022-ci il tarixinədək ödəmək barədə tərəflər razılığa gəlmişlər. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli akta əsasən “BMW 528İ MİNİK” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh2 tərəfindən "xxxx" MMC-yə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Maliyyə arayışına görə Cavabdeh2 xx.xx.2022-ci il tarixinə 2.700 manat ilkin ödəniş üzrə borcu, 600 manat aylıq ödəniş üzrə borcu və 776 manat vurulmuş maddi zərər üzrə borcu müəyyən olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 işin nəqliyyat vasitəsinin yoxlanılmadan təhvil alındığını, məbləği ödəyə bilmədiyindən nəqliyyat vasitəsinin geri təhvil verildiyini, təhvil verilən zaman yoxlanıldığını, lakin nasazlıq aşkar edilmədiyini, borcun yalnız aylıq ödəniş üzrə nəqliyyat vasitəsinin onun istifadəsində olan müddət üçün müəyyən olunan 600 manat hissəni qəbul etdiyini bildirmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia 3.300 manat əsas borcun tələb edilməsi hissəsində əsaslıdır. Belə ki, Cavabdeh2 ilkin ödəniş olaraq 4.000 manat məbləğində vəsaiti ödəməyi imzası ilə təsdiq edərək öz öhdəsinə götürmüşdür. İddiaçı həmin məbləğin 1.300 manat hissəsini cavabdeh tərəfindən ödənildiyini bildirərək, geri qalan hissəsini cavabdehdən tələb edir. İş materiallarına əlavə edilmiş X5 tərəfindən imzalanmış ərizədə də o 2.700 manat borcunu ödəmədiyini bildirmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin ödəniş məbləğinə aid 2.700 manat məbləğində pul X2 tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Bundan əlavə müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən günlük ödəniş 50 manat müəyyən olunmuş və tərəflər imzaları ilə bunu təsdiq etmişlər. Lizinq predmeti olan “BMW 528İ MİNİK” sedan markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində X3 istifadəsində olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, 600 (12x50=600) manat pul da X2 tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə iddianın lizinq predmetinə dəymiş zərər üçün 776 manat pulun tələb edilməsi hissəsini əsassız hesab edir. İddianın qeyd edilən hissəsi ilə bağlı “GRAND AVTO SERVİS” tərəfindən avtomobilə göstərilmiş xidmətlərlə bağlı “akta” istinad edir. Qeyd edilən alınmalı ehtiyyat hissələrinin və göstərilməli olan xidmətlərin siyahısı və dəyəri müəyyən edilmiş və cəmi 776 manat xərc müəyyən edilmişdir. Qeyd edilən aktda “sağ alt şaravoyun dəyişdirilməsi, sol alt şaravoyun dəyişdirilməsi, peçin motoru və relesinin dəyişdirilməsi, lyukun avtomatqaşı dəyişdirilməsi və.s” işlərin görülməsi öz əksini tapmışdır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2-ci maddə). Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə bu əsaslar müəyyən edilmir. Məhkəmə hesab edir ki, “BMW 528İ MİNİK” sedan markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin X3 istifadəsində cəmi 12 gün olması nəzərə alınsa , qeyd edilən nasazlıqların məhz həmin 12 gün ərzində baş verməsi ağlabatan deyildir. Bundan başqa da, iddiaçı tərəf nasazlıqların məhz X3 istifadəsində olduğu dövrdə yaranmasına dair mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 65 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan məlum olur ki, Cavabdeh2 mediasiya prosesində iştirak etməmiş, "xxxx" MMC tərəfindən 60 manat mediasiya xərci ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzə əsasən "xxxx" MMC tərəfindən 11 saylı Mediasiya təşkilatına 65 manat məbləğində pul vəsaiti ödənildiyi məlum olur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 308 nörməli qərarı ilə təsdiq olunmuş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nə iddia qiyməti 1001 manat 5000 manatadək olduqda mediasiya xidməti haqqının məbləği 60 manat müəyyən olunmuşdur. Qeyd olunanları və iddianın qiymətini nəzərə alaraq, məhkəmə hesab edir ki, 60 manat məbləğində mediasiya xərci Cavabdeh2 tutularaq "xxxx" MMC-yə ödənilməlidir, tələb edilən mediasiya xərcinin 5 manat hissəsi Cavabdeh2 tutula bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh2 arasında bağlanılan xx.xx.2022-ci il tarixli daxili lizinq müqaviləsinə əsasən 3.300 (üç min üç yüz) manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçınə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 60 manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar