Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2281/2021 15.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı «pul» tələbinə dair işə qiyabi icraat qaydasında məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bağlanılmış 18/09/20-001 910C nömrəli “Avtonəqliyyat (taksi) xidmətlərinin göstərilməsi” haqqında müqavilə üzrə ödənilməmiş 824.68 (səkkiz yüz iyirmi dörd manat altmış səkkiz qəpik) AZN borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz manat) AZN pulun, cəmi 854.68 (səkkiz yüz əlli dörd manat altmış səkkiz qəpik) AZN pulun tutularaq “Call Center» QSC-nin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırımışdır ki, "xxxx" QSC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 18/09/20-001 910C nömrəli “Avtonəqliyyat (taksi) xidmətlərinin göstərilməsi” haqqında müqaviləyə əsasən cavabdeh "xxxx" MMC tərəfindən avtonəqliyyat (taksi) xidmətlərinin göstərilməsinə dair sifarişlərin verilməsi və həmin sifarişlər əsasında "xxxx" QSC tərəfindən avtonəqliyyat (taksi) xidmətlərinin göstərilməsi və cavabdeh "xxxx" MMC tərəfindən bunlar üçün vaxtaşırı ödənişlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Avtonəqliyyat (taksi) xidmətlərinin göstərilməsi tam və vaxtında "xxxx" QSC tərəfindən həyata keçirilmişdir. Xidmətlər barədə məlumat 910C saylı müqaviləyə əsasən iddiaçı ilə cavabdeh arasında olan 2020-ci ilin sentyabr və oktyabr ayları üzrə qarşılıqlı təhvil-təslim aktlarında öz əksini tapmışdır. Həmin aktlarda: qəbul vaxtı, sifarişin vaxtı, marşrutun açıqlaması (uzunluğu, gözləmə və s.), telefon və gediş haqqı məlumatları qeyd olunmuşdur. Həmin məlumatlar xüsusi proqram təminatından ibarət sistemdən çıxarılır. Hal-hazırda Cavabdeh MMC 824.68 (səkkiz yüz iyirmi dörd manat altmış səkkiz qəpik) AZN borcludur və göstərilən xidmətlərin xidmət haqqı cavabdeh tərəfindən ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İddiaçının nümayəndəsi etiraz etmədiyindən Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2281/2021 saylı 15.07.2021-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh MMC arasında bağlanmış 18/09/20-001 910C nömrəli “Avtonəqliyyat (taksi) xidmətlərinin göstərilməsi” müqaviləsindən görünür ki, Sifarişçinin sifarişi əsasında İcraçı Sifarişçinin əməkdaşlarına avtonəqliyyat xidmətlərinin göstərilməsini təşkil edir, Sifarişçi isə öz növbəsində bunun müqabilində İcraçıya hazırkı müqavilə ilə və hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavə 1-də müəyyən edilmiş qaydada və həcmdə xidmət haqqı ödəyir. Həmin Müqavilənin 2.1.1-ci bəndinə əsasən 24 saat ərzində “Sifarişçi”dən daxil olan sifarişləri qəbul etmək və onların icrasının təmin olunmasını təşkil etmək. Həmin Müqavilənin 2.1.2-ci bəndinə əsasən Sifariş zamanı Sifarişçi tərəfindən avtonəqliyyat vasitəsinin təqdim olunma vaxtı müəyyən edilibsə müəyyən edilmiş vaxtda, yaxud sifariş zamanı operator tərəfindən qeyd edilmiş vaxtda nəqliyyat vasitəsinin verilməsini təmin etmək. Həmin Müqavilənin 2.1.3-cü bəndinə əsasən Təcili sifarişlərə 30 dəqiqədən gec olmamaqla avtomobil təyin etmək. Həmin Müqavilənin 2.1.4-cü bəndinə əsasən Xidmətlərin göstərilməsi haqqında keçmiş ay üçün aylıq marşrutların açıqlamasının hər növbəti ayın birinci iş günü göndərilməsini təmin etmək. Həmin Müqavilənin 2.2.1-ci bəndinə əsasən Sifariş edilərkən operatorun bütün suallarını tam və düzgün cavablandırmaq (sifarişin icrası üçün qarşılama yerinin ünvanı, təyinat məntəqəsinin ünvanı, sifarişçi tərəfindən müəyyən marşrut seçilibsə marşrut haqqında məlumat, marşrut zamanı dayanacaqların mövcud olub olmaması və müddəti haqqında məlumat). Həmin Müqavilənin 2.2.2-ci bəndinə əsasən Təyin edilmiş vaxtda sifariş icra edilmədikdə sifarişi “189” nömrəsinə zəng etməklə sifarişi ödənişsiz ləğv etmək. Həmin Müqavilənin 2.2.3-cü bəndinə əsasən Göstərilmiş xidmətlər haqqında İcraçı tərəfindən təqdim olunan gediş haqqının açıqlamasının təqdim olunan gündən etibarən 3 (üç) iş günü ərzində imzalamaq və bir nüsxəsini kuryer vasitəsilə İcraçıya geri qaytarmaq və yaxud yazılı formada əsaslandırılmış etirazı bildirmək. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən Hər ayın birinci iş günü İcraçı tərəfindən Sifarişçiyə keçən ay üçün xidmətlərin göstərilməsi haqqında müvafiq hesab-faktura təqdim edilir. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən Sifarişçi hesab-fakturanı aldığı tarixdən etibarən 5 (beş) iş günü ərzində ödənişləri həyata keçirir. Hər gecikdirilən günə görə 1% miqdarında cərimə hesablanır İş materiallarında olan 1 nömrəli əlavədən görünür ki, tərəflər arasında 18/09/20-001 910C nömrəli “Avtonəqliyyat (taksi) xidmətlərinin göstərilməsi” müqaviləsi üzrə gösətriləcək xidmətləri siyahısı və tarifləri müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş, 10.02.2021-ci il tarixli cavabdehə ünvanlanmış pretenziya məktubundan görünür ki, 824,68 manat borcun 10 iş günü müddətində ödənilməsi xahiş olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh MMC arasında bağlanmış 18/09/20-001 910C nömrəli “Avtonəqliyyat (taksi) xidmətlərinin göstərilməsi” müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Sifarişçinin sifarişi əsasında İcraçı Sifarişçinin əməkdaşlarına avtonəqliyyat xidmətlərinin göstərilməsini təşkil edir, Sifarişçi isə öz növbəsində bunun müqabilində İcraçıya hazırkı müqavilə ilə və hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavə 1-də müəyyən edilmişdir. İddiaçı öz öhdəliyini icra etmişdir, lakin Cavabdeh MMC öhdəliklərinin icrasını tam həyata keçirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsinə baxmayaraq, cavabdeh tərəfindən 824.68 manat iddiaçıya ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh MMC-dən 824,68 manat əsas borc, iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh MMC-dən 824,68 (səkkiz yüz iyirmi dörd manat altmış səkkiz qəpik) manat əsas borc İddiaçı QSC-nin xeyrinə tutulsun. Cavabdeh MMC-dən 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2281/2021
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2281/2021
15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver