Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2288/2021 23.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi və Aslanov Kamal Sahib oğlunun katibliyi ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC– dən xx.xx.2021-ci il tarixinə iddiaçı qarşısındakı 78800,95 manat məbləğində borcu cavabdehdən iddiaçının xeyrinə tutularaq iddiaçıya ödəniməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə müəyyən etmişdir ki, iddia ərizəsi onu imzalamaq hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Belə ki, xx.xx.2021-ci il tarixdə iddia ərizəsini imzalamış vəkil Nümayəndə etibarnamə xx.xx.2020-ci il tarixdə verilmiş və etibarnamənin etibarlılıq müddəti qeyd edilməmişdir. Belə olan halda qanunvericiliyin (AR Mülki Məcəlləsinin 363.1-ci maddəsinin) tələbinə görə əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxladığından, sözügedən etibarnamə iddia ərizəsi imzalanan zaman öz hüquqi qüvvəsini artıq itirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 363.1-ci maddəsinə əsasən bu Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir. Azərbaycan Respublikası MPM-nin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsini və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı “xxxx” MMC-nin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, həmçinin 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə xx.xx.2021-ci il tarixli, **********95 nömrəli qəbz geri qaytarılsın. İddiaçı “xxxx” MMC-yə izah edilsin ki, iddia ərizəsinin qaytarılması üçün əsas olmuş nöqsanlar aradan qalxdıqdan sonra yenidən məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2288/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2288/2021
23.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver