Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2289/2025 04.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə üzrə pulun tutulması) X2 Rövşən qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 9.800,49 manat miqdarında qalıq borcun,288,2 manat vurulmuş maddi ziyanın, habelə ödənilmiş 118 manat dövlət rümunun, cəmi 10206,47 manat pulun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC (аlıcı) ilə İddiaçı MMC (sаtıcı) arasında xx.xx.2024-cü il tariхli 004 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə sаtıcı аlıcıyа toz boya sаtır, аlıcı isə həmin mаlın dəyərini ödəyir. Satıcı müqavilənin şərtlərini yerinə yetirərək alıcıya 2024-cü ilin noyabr ayında 4 partiya olmaqla 1 225 kq miqdarda, ümumi dəyəri 9 800.49 manat (ƏDV daxil) məbləğində toz boya təhvil vermişdir. Müqavilənin 5.1-ci bəndinə əsasən Cavabdeh MMC malları təhvil aldıqdan sonra 5 (beş) iş günü ərzində Malın dəyərini İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürsə də, satışın baş verdiyi tarixdən 2 ay keçməsinə baxmayaraq Cavabdeh MMC bu öhdəliкləri icrа еtməкdən bоyun qаçırmışdır. Nəticədə, 2025-ci ilin fevral аyınа cavabdehin öhdəliкlər üzrə 9.800,49 mаnаt məbləğində qаlıq borc yаrаnmış və həmin bоrc bu günə кimi ödənilməmiş qаlmışdır. Bu barədə cavabdehə müvafiq pretenziya da göndərilmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
6. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi). IV. Sübutların tədqiqi:
9. İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında xx.xx.2024-cü il tariхli 004 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən Müqaviləyə əsasən “Satıcı” “AhcTya to/ boya (bundan sonra “Mal") satır. "Alıcı” isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərim Satıcı ya ödəyir. - 2.1-ci bəndinə əsasən 2.1 Malın qiyməti və miqdarı Müqavilənin ayrılma/ tərkib hissəsi olan Əlavə Razılaşma ilə müəyyənləşdirilir. - 4.1-ci bəndinə əsasən “satıcı” Mııq.ıvıləvə uyğun olaraq “Alıcı" tərəfindən ilkııı ödəniş həyata keçirildikdən sonra 10 (on) təqvim günü ər/ıııdə Malı "Alıcı ya təhvil verməyi öhdəsinə götürür 4 2 “Saiıcı" Malın təhvil verilməsi ilə birlikdə hesab-fakturanı və digər zəruri sənədləri "Alıcı ya təqdim etməlidir - 5.1-ci bəndinə əsasən müqaviləyə əsasən “Alıcı" sifariş olunan malın dəyərinin 50% həcmində ilkııı ödənişi sifariş təsdiq edildikdən və “Satıcf’nın təqdim etdiyi hesab-fakturanı aldıqdan sonra 5 ış günü ərzində nağd qaydada və ya köçürmə yolu ilə həyata keçirir Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
10. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki,iddiaçı tərəfindən cavabdehə ƏDV daxil 800.04 manat məbləğində mal verilmişdir.
11. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki,iddiaçı tərəfindən cavabdehə ƏDV daxil 1000.05 manat məbləğində mal verilmişdir.
12. 23.11.2024-cü il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki,iddiaçı tərəfindən cavabdehə ƏDV daxil 1600.08 manat məbləğində mal verilmişdir.
13. 23.11.2024-cü il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki,iddiaçı tərəfindən cavabdehə ƏDV daxil 5424 manat məbləğində mal verilmişdir.
14. 23 oktyabr 2024-cü il tarixli 004 nömrəli alqı-satqı müqaviləsinə 02 saylı əlavə olan xx.xx.2024-cü il tarixli X1 əsasən iddiaçı tərəfindən cavabdehə 800.04 manat məbləğində malın verilməsi razılaşdırılmışdır.Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
15. 23 oktyabr 2024-cü il tarixli 004 nömrəli alqı-satqı müqaviləsinə 02 saylı əlavə olan xx.xx.2024-cü il tarixli X1 əsasən iddiaçı tərəfindən cavabdehə 1000.05 manat məbləğində malın verilməsi razılaşdırılmışdır.Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
16. İddiaçı tərəfindən cavabdehə MT2311 00006441 nömrəli xx.xx.2023-cü il tarixli 25034.88 manat,EBDY 019558 nömrəli xx.xx.2024-cü il tarixli 15706.98 manat, MT2405 10056047 nömrəli xx.xx.2024-cü il tarixli 10290.78 manat məbləğində elektron qaimələr göndərilmişdir.
17. 29.05.2024-cü il tarixdi ödəniş tapşırığına əsasən MT2405 10056047 nömrəli xx.xx.2024-cü il tarixli 10290.78 manat məbləğində elektron qaimə üzrə Cavabdeh MMC tərəfindən İddiaçı MMC 1569.78 manat ədv ödənişi edilmişdir. V. Tətbiq edilən hüquq:
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 445.7-ci maddəsinə görə bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
VI. Məhkəmənin mövqeyi:
20. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
21. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında xx.xx.2024-cü il tariхli 004 saylı alq-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı sifariş edilmiş malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC-nin göstərilən müqavilə üzrə İddiaçı MMC-yə borcunun olması iş materiallarına əlavə edilmiş alqı-satqı müqavilələri, elektron qaimələr təhvil təslim aktları vədigər sübutlarla sübuta yetirilir.
22. Belə olan halda məhkəmə mübahisəli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik münasibətində kreditor olan iddiaçının borclu olan cavabdehdən öhdəliyinin icra edilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh MMC-dən 9800.49 manat tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
23. Bundan başqa iddiaçı öz iddia tələbində müqavilə dəyərinin ödənilməsinin gecikməsinə görə illik 5%-lə hesablanmış 288.2 manatın da cavabdehdən tutulmasını tələb etmişdir.
24. Məhkəmə cavabdeh tərəfindən borcun ödənilməsinin gecikdirildiyi müddəti və 9800.49manat əsas borc məbləğini nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli və illik 5% ilə hesablanmış 288.2 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
25. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 118 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
26. Məhkəmə hesab edirki, iddia təmin edildiyindən 118 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən 9800.49 manat əsas borc, 288.2 manat maddi ziyan və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 118 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. . Hakim Günay Həşimova