Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-229/2021 05.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh “Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə “Cavabdeh” MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 003/20-P saylı müqaviləyə xitam verilməsi və “Cavabdeh” MMC-dən İddiaçı MMC-nin xeyrinə 149978 manat pulun, 7494 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 157.402 (yüz əlli yeddi min dörd yüz iki) manat məbləğində pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddianın təmini tədbiri olaraq iş üzrə yekun məhkəmə qətnaməsi icra olunanadək “Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “xxxx” ASC-nin Nərimanov filialında olan SWİFT:İBAZAZ2X, H/h: AZ52İBAZ******************** M/h: AZ03NABZ******************** , KOD: 805540 hesabının üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, cavabdeh “Cavabdeh” MMC-nin “xxxx” ASC-nin Nərimanov filialında olan SWİFT:İBAZAZ2X, H/h: AZ52İBAZ******************** M/h: AZ03NABZ******************** , KOD: 805540 nömrəli hesablaşma hesabında olan pul vəsaitinin üzərinə işçilərin əmək haqlarının, eləcə də dövlət büdcəsinə zəruri ödənişlərin (vergi, sosial və s.) verilməsinə məhdudiyyət qoyulmadan iddia tələbi həddində, yəni 157.402 manat həcmində həbs qoyulmuşdur. xx.xx.2021-ci il tarixdə məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddianın təmini tədbiri barədə ərizəni təqdim edərək, iş üzrə yekun məhkəmə qətnaməsi icra olunanadək “Cavabdeh” MMC-yə məxsus “DODGE CHARGER” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı (B/ili:2016, rəngi: ağ, ban: 2C3CDXHG1GH358620) avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-229/2021 saylı qərardadı ilə ərizə qismən təmin edilmiş, “Cavabdeh” MMC-yə məxsus “DODGE CHARGER” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi qadağan edilmiş, qalan hissədə ərizə rədd edilmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ünvanlayaraq, tərəflər arasında razılıq məhkəmədən kənar razılıq əldə olunmuşdur. Odur ki, iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin əsillərinin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili ərizəni müdafiə edərək bildirdi ki, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının nümayəndəsi iddia ərizəsinin qaytarılması barədə ərizə verdiyindən, cavabdehin nümayəndəsi işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, həmçinin ərizənin təmin edilməsinə etiraz etmədiyindən Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, hakim ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddia ərizəsinin qaytarılması barədə ərizəsi təmin edilsin. İddiaçı cavabdeh “Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-229/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-229/2021
05.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver