Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2295/2021 16.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azneft" İstehsalat Birliyinin cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair kommersiya işinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ARDNŞ-nin "Azneft" İstehsalat Birliyi cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən 8137.57 (səkkiz min yüz otuz yeddi manat əlli yeddi qəpik) manat məbləğində borcun “Azneft” İB-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, SOCAR İddiaçı və Cavabdeh ASC arasında bağlanmış SOCAR**********20020861X00279 nömrəli, 22 sentyabr 2017-ci il tarixli müqaviləsinə əsasən, İddiaçı (satıcı) Cavabdeh ASC-yə (alıcı) 2109,43 (iki min yüz doqquz manat qırx üç qəpik) manat dəyərində 5 ton Tampo. Sementi (APİ Spec 10A, G/PCT-İ-G-CC-1) və SOCAR**********20020861X00014 nömrəli, 11 yanvar 2018-ci il tarixli müqaviləsinə əsasən, 13971 (on üç doqquz yüz yetmiş bir) manat dəyərində 45 ton Tampo.Sementi (APİ Spec 10A, G/PCT-İ-G-CC-1) satmışdır. Həmin müqavilələrinin 2.2.1 və 2.2.2-ci bəndlərinə əsasən, “satıcı” tərəfindən ona təhvil verilən malların dəyərini “satıcı”nın bank hesabına tam həcmdə və vaxtı-vaxtında köçürülməsini təmin edir; “alıcı” “satıcı” tərəfindən təhvil verilmiş malların haqqını maddə 3-də nəzərdə tutulmuş qaydada və müddətdə ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında 01.10.2019-cu il tarixdə tərtib edilmiş qarşılıqlı borcların üzləşdirilməsi aktına əsasən CavabdehSC-nin İddiaçınə 8137.57 (səkkiz min yüz otuz yeddi manat əlli yeddi qəpik) manat borcu qalmışdır. Borcun ödənilməsi tələbi ilə bağlı SOCAR**********30490075X00046 nömrəli, 08 aprel 2021-ci il tarixli pretenziya məktubu ilə cavabdehə müraciət olunmuşdur. Lakin, sözügedən pretenziya məktubuna dair bu günədək cavabdeh tərəfindən heç bir cavab verilməmiş, borcun ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin artırılmasına dair ərizə ilə müraciət edərək, Cavabdeh ASC-dən 8137.57 (səkkiz min yüz otuz yeddi manat əlli yeddi qəpik) manat məbləğində borcun, borcun ödənilməsinin gecikdirilmiş vaxtı üçün 406.87 (dörd yüz altı manatın, səksən yeddi qəpik) manat, ümumilikdə 8544.44 (səkkiz min beş yüz qırx dörd manat qırx dörd qəpik) manat pulun “Azneft” İB-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında 22 sentyabr 2017-ci il tarixli, SOCAR**********20020861X00279 nömrəli və 11 yanvar 2018-ci il tarixli, SOCAR**********20020861X00014 nömrəli, müqavilələr bağlanmışdır. Hər iki müqaviləyə əsasən: -“satıcı” (“Azneft” İB), qoşma 1-də göstərilən malları “alıcıya” (Cavabdeh ASC) onun yazılı sifarişinə əsasən hazırki müqavilənin 2.3 bəndi ilə nəzərdə tutulmuş şərtlərlə təhvil verir, “alıcı” isə hazırki müqavilənin 3-cü fəslində müəyyən olunmuş məbləğdə və qaydada ona təhvil verilmiş malların dəyərini “satıcı”nın hesabına köçürməyi öz öhdəsinə götürür. -həmin müqavilələrin 2.2.1 və 2.2.2-ci bəndlərinə əsasən, “satıcı” tərəfindən ona təhvil verilən malların dəyərini “satıcı”nın bank hesabına tam həcmdə və vaxtı-vaxtında köçürülməsini təmin edir; “alıcı” “satıcı” tərəfindən təhvil verilmiş malların haqqını maddə 3-də nəzərdə tutulmuş qaydada və müddətdə ödəməyi öhdəsinə götürür. -həmin müqavilələrin 3.2-ci bəndlərinə əsasən müqavilə üzrə hesablaşma aşağıdakı qaydada aparılır: “satıcı” təhvil verdiyi malların qaimə-fakturası və müqavilənin 1 saylı qoşmasında müəyyən olunmuş qiymət əsasında vergi hesab-fakturasını tərtib edərək “alıcıya” təqdim edir. “Alıcı” vergi hesab-fakturası təqdim edildiyi tarixdən orada göstərilən məbləği 30 iş günü müddətində “satıcı”nın bank hesabına köçürür. 22 sentyabr 2017-ci il tarixli müqavilənin əlavəsindən məlum olur ki, 5 ton “Tampo. Sementi. APİ Spec 10A, G/PCT-İ-G-CC-1” adlı məhsul, qiyməti 348.81 (üç yüz qırx səkkiz manat, səksən bir qəpik) manat olmaqla cəmi 2.109,43 (iki min yüz doqquz, qırx üç qəpik) manat yekun qiymət, 11 yanvar 2018-ci il tarixli müqavilənin əlavəsinə əsasən isə 45 ton “Tampo. Sementi. APİ Spec 10A, G/PCT-İ-G-CC-1” adlı məhsul 256,69 (iki yüz əlli altı manat, altımış doqquz qəpik) manat olmaqla cəmi 13.971 (on üç min doqquz yüz yetmiş bir manat) manat yekun qiymət müəyyən olunmuşdur. İş materiallarında olan Cavabdeh ASC tərəfindən “Azneft” İB-nə ünvanalan 14 noyabr 2018-ci il tarixli HS-026/AZ saylı məktubun surətinin məzmunundan məlum olur ki, “Azneft” İB tərəfindən e-qaimyə əsasən 15.523,49 manat məbləğində satış edilmiş, lakin məktubda təqdim edilən malların ümumi dəyərinin 16275,14 manat təşkil edildiyi göstərilmiş, Cavabdeh ASC 15.523,49 manat borcun noyabr ayı ərzində ödənilməsinə zəmanət vermiş, eyni zamanda 751.65 manat fərqlə bağlı təsdiqedici sənədlərin surətini istəmişdir. İş materiallarında olan 01 oktyabr 2019-cu il tarixinə tərəflər arasında imzalanmış qarşılıqlı borcların üzləşdirilməsi aktlarının surətindən məlum olur ki, 01.01.2019-cu il tarixinə borc qalığı 16.275,14 manat təşkil etmiş, hesabat dövründə ödənilən borc cəmi 8.137,57 manat olmuş, 01 oktyabr 2019-cu il tarixinə 8.137,57 manat borc qalığı hesablanmışdır. İş materiallarında olan 08 aprel 2021-ci il tarixli SOCAR**********30490075X00046 saylı pretenziya məktubunun məzmunundan aydın olur ki, “Azneft” İB tərəfindən Cavabdeh ASC-yə satılmış mallara görə yaranmış 8137.57 manat məbləğində borcu 3 (üç) iş günü müddətində ödənilməsi xahiş olunmuş, əks təqdirdə təşkilatlar arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən mübahisənin həlli üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, müqavilənin şərtlərinin pozmuşdur. Nəticədə cavabdeh tərəfindən, iddiaçının təhvil verdiyi mallar üzrə borcu yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə iddiaçının qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış və ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh ASC-dən 8.137,57 (səkkiz min yüz otuz yeddi manat, əlli yeddi qəpk) manat əsas borc, borcun ödənilməsinin gecikdirilmiş vaxt üçün 406,87 (dörd yüz altı manat, səksən yeddi qəpik) manat olmaqla cəmi 8.544,44 (səkkiz min beş yüz qırx dörd manat, qırx dörd qəpik) manat məbləğində pul vəsaiti “Azneft” İB-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh ASC-dən 8.137,57 (səkkiz min yüz otuz yeddi manat, əlli yeddi qəpk) manat əsas borc, borcun ödənilməsinin gecikdirilmiş vaxt üçün 406,87 (dörd yüz altı manat, səksən yeddi qəpik) manat olmaqla cəmi 8.544,44 (səkkiz min beş yüz qırx dörd manat, qırx dörd qəpik) manat məbləğində pul vəsaiti “Azneft” İB-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2295/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2295/2021
16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver