Məhkəmə qərarları › İş №e-2-2(113)-2296/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2296/2023

14.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2296/2023 14.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Hüseyn oğlu, İddiaçı cavabdeh “Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması və” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Rusiya Federasiyasının Sankt Peterburq şəhərində yerləşən “Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı ilə “Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 01 sentyabr 2017-ci il tarixli Mal Alqı-Satqı müqaviləsinə əsasən yaranmış 62.876,85 (altmış iki min səkkiz yüz yetmiş altı dollar 85 sent) dollar təşkil edən borcun alınaraq İddiaçı MMC -nin xeyrinə ödənilməsi dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə iddia ərizəsi geri qaytarılır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi geri qaytarılır. Hazırki işdən görünür ki, iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsinin qoşma hissəsində yuxarıda sadalan sənədlərin əlavə edildiyini göstərsə də, əlavə edilən sənədlər içərisində məhz iddia ərizəsinin və pretenziya məktubunun qarşı tərəfə çatdırılmasını təsdiq edən sənədi (qəbz, xəbərnamə) müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan qəbzdən xx.xx.2023-cü il tarixdə hansısa sənədin poçta verilməsi, çıxarışdan xx.xx.2023-cü il tarixdə hansısa sənədin qəbul olunması görünsə də, həmin tarixlərdə məhz hansı sənədin göndərilməsi və cavabdeh tərəfindən həmin sənədin alınmasına dair hər hansı bir sənəd (qəbz, xəbərnamə) yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 3, 10-1.3, 151-152 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı “Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması və”tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçınə geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar