Məhkəmə qərarları › İş №e-2-2(113)-2298/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2298/2023

31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2298/2023 31.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi üzrə pul tələbi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehndən xx.xx.2021-ci il tarixli 02 saylı müqavilə üzrə ödənilməmiş 4.854,56 manat borcun və öhdəliklərinin pozulması nəticəsində dəymiş 389,49 manat zərər olmaqla, ümumilikdə 5.244,05 manat məbləğində borcun, vəkilə hüquqi yardıma görə ödənilmiş 300 manat xərcin, ödənilmiş 60 manat mediasiya xərcinin və 16,05 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli 02 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən ona verilmiş 16468,16 manat əsas və 2964,28 manat ƏDV məbləği olmaqla ümumilikdə 19432,44 manat məbləğində mal-materialın dəyərindən müəyyən ödənişlər edilsə də, hazırda cavabdehin yerdə qalan ümumi borcu 4.114,04 manat əsas və 740,53 manat ƏDV məbləği daxil olmaqla, ümumilikdə 4.854,56 təşkil edir. Dəfələrlə cavabdehdən həmin borcun ödənilməsini tələb etməyimizə baxmayaraq qeyd olunan borc hazıradək ödənilməmişdir. Aramızda bağlanmış müqavilənin “Tərəflərin hüquq və vəzifələri”ndən bəhs edən 2-ci maddənin 2.1.5-ci bəndinə görə, çatdırılan mal-materiallara, avadanlıqlara və ya göstərdiyi faktiki xidmətlərə görə Sifarişçiyə mütəmadi olaraq qaimə-fakturanın təqdim edilməsi İcraçının vəzifəsidir. Həmin maddənin 2.2.4-cü bəndinə əsasən isə İcraçının təqdim etdiyi qaimə-fakturaları və ya hesab fakturaları aldığı vaxtdan 45 (qırx beş) gün müddətində dəyərini ödəmək Sifarişçinin vəzifəsi kimi müəyyən edilmişdir. Cavabdehə sonuncu elektron qaimə-fakturanın xx.xx.2022-ci il tarixdə verilməsinə və həmin qaimədən sonrakı 45 gün ödəmə müddətinin xx.xx.2022-ci il tarixdə başa çatmasına baxmayaraq, cavabdeh tərəfindən sonuncu ödəniş xx.xx.2022-ci il tarixdə edilməklə, yerdə qalan borcun ödənilməsi ilə bağlıcavabdeh hər hansı xəbərdarlıqlara əhəmiyyət verməmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyirik ki, cavabdehin öz öhdəliklərinə vicdanla yanaşmaması və borcunu vaxtında ödəməməsi səbəbindən iddiaçı olaraq maddi zərərə düşmüşük. Belə ki, cavabdeh tərəfindən borcunun vaxtında ödənilməməsi səbəbindən İddiaçı MMC "xxxx" ASC ilə aralarında bağlanmış"16" aprel 2021-ci il tarixli DCS00321367-01 №-li Kredit müqaviləsinə əsasən, xx.xx.2022-ci il tarixdən sonra kredit ödənişlərində gecikmələr yaranmış, nəticədə İddiaçı MMC bank tərəfindən borcun ödənilməməsinin gecikdirilməsinə görə ümumilikdə 389,49 manat məbləğində cərimə edilmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2298/2023 saylı qərardadı ilə kiçik iddiaya dair kommersiya işi iddia icraatına keçirilmişdir

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçı SAF RR Service” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə baxış iclası zamanı iddiaçının nümayəndəsi və vəkili məhkəmə ərizə göndərərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

8. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

11. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

12. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

13. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

14. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

15. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

16. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır.

17. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilənin predmetini “Sifarişçi” tərəfindən sifariş edilən mal-materialların və avadanlıqların “İcraçı” tərəfindən operativ şəkildə “Sifarişçi”yə çatdırılması, quraşdırılması və bunun müqabilində icraçı tərəfindən təqdim olunan müvafiq qaimə-fakturaların və ya hesab fakturaların sifarişçi tərəfindən bu müqavilədə nəzərdə tutulan müddətdə ödənilməsi təşkil edir.

18. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

19. Hazırda iddiaçı müqavilə üzrə cavabdehə dəyəri 19.432,44 manat təşkil edən malların verildiyini, cavabdehin müəyyən ödəniş etdikdən sonra 4.854,56 manat borcunun qaldığını bildirir.

20. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.

21. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun aldığı malların dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır.

22. Qeyd edilməlidir ki, alqı-satqı müqaviləsinin konsensual xarakterli olması nəzərə alınmaqla ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı üzərinə düşür.

23. Qeyd edilən xüsusatın araşdırılması üçün həm tərəflər arasında bağlanmış olan müqavilələrin bəndinə, həm də, tərəflər arasında olan işgüzar münasibətlərin hansı qaydada formalaşmış olduğuna diqqət yetirilməlidir.

24. Tərəflər arasında bağlanılan xx.xx.2021-ci il tarixli müqavilənin 1.1-ci bəndinin məzmunundan aydın olur ki, tərəflər özləri malların verilməsinin rəsmiləşdirilməsi və verilmiş mallara görə ödənişlərin məhz göndərilmiş qaimə fakturalar əsasında həyata keçiriləcəyi ilə bağlı razılığa gəlmişlər.

25. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli 434606 nömrəli dəyəri 76,70 manat olan, xx.xx.2022-ci il tarixli 221131 saylı dəyəri 108,56 manat, xx.xx.2022-ci il tarixli 781417 nömrəli dəyəri 17,58 manat, 782326 nömrəli dəyəri 1.058,46 manat, 784440 nömrəli dəyəri 156,82 manat, 802430 nömrəli dəyəri 112,36 manat, 809261 nömrəli dəyəri 395,82 manat, xx.xx.2022-ci il tarixli 871032 nömrəli dəyəri 1.849,90 manat, xx.xx.2022-ci il tarixli, 072497 nömrəli dəyəri 1.736,37 manat, 095594 nömrəli dəyəri 458,82 manat, 097116 nömrəli dəyəri 1.322,31 manat, xx.xx.2022-ci il tarixli 277587 nömrəli dəyəri 833,65 manat, 277895 nömrəli dəyəri 1.231,11 manat, xx.xx.2022-ci il tarixli 554725 nömrəli dəyəri 465,51 manat, 555830 nömrəli dəyəri 160,36 manat, 558245 nömrəli dəyəri 723,87 manat, 561478 nömrəli dəyəri 35,64 manat, 562022 nömrəli dəyəri 22,30 manat, 564115 nömrəli dəyəri 684,64 manat, xx.xx.2022-ci il tarixli 703330 nömrəli dəyəri 286,50 manat, 703350 nömrəli dəyəri 13,45 manat, xx.xx.2022-ci il tarixli 746111 nömrəli dəyəri 23,01 manat, 748322 nömrəli dəyəri 572,34 manat, 750342 nömrəli dəyəri 1.103,80 manat, 750373 nömrəli dəyəri 143,37 manat, 750435 nömrəli dəyəri 1.489,96 manat, xx.xx.2022-ci il tarixli 120020 nömrəli dəyəri 7,67 manat, 120266 nömrəli dəyəri 149,86 manat, 120330 nömrəli dəyəri 229,81 manat, 120367 nömrəli dəyəri 706,45 manat, 120590 nömrəli dəyəri 449,23 manat, 121521 nömrəli dəyəri 211,57 manat, 121549 nömrəli dəyəri 56,64 manat, xx.xx.2022-ci il tarixli 312749 nömrəli dəyəri 259,48 manat, xx.xx.2022-ci il tarixli 468664 nömrəli dəyəri 1.884,40 manat, xx.xx.2022-ci il tarixli 604420 nömrəli dəyəri 394,12 manat olan elektron qaimələr alıcı Cavabdehnə göndərilmişdir.

26. Göründüyü kimi, yuxarıda sadalanmış elektron qaimələrin sadə riyazi hesablama ilə ümumi məbləği 19.432,44 manat təşkil edir.

27. Belə olan halda, Məhkəmə iddiaçının elektron qaimələrdə göstərilmiş malların Cavabdeh MMC-yə təhvil verilməsi barədə dəlilini əsaslı hesab edir.

28. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir.

29. Eyni zamanda iş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan məlum olur ki, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə təqdim edilən mallara görə 14.577,88 manat məbləğində ödəniş edilmişdir.

30. Göründüyü kimi, cavabdehə verilmiş olan 19.432,44 manat dəyərində olan mallara görə 14.577,88 manat məbləğində ödəniş edildiyindən qalıq borc məbləği 4.854,56 (19.432,44 -14.577,88) manat təşkil edir

31. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia 4.854,56 manat əsas borcun tələb edilməsi hissəsində əsaslıdır.

32. Məhkəmə hesab edir ki, iddia dəymiş zərərin əvəzi olaraq 389,49 manat məbləğində pulun tələb edilməsi hissəsində təmin edilə bilməz.

33. Qeyd edilməlidir ki, iddiaçı tərəf iddianın qeyd edilən hissəsini Mülki Məcəllənin 443.1-ci maddəsinə istinad edərək tələb etmişdir.

34. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

35. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

36. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

38. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2-ci maddə).

39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqe ondan ibarətdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.

40. Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.

41. Məhkəmə qeyd edir ki, iddiaçı iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə ona edilən 389,49 manat məbləğində cərimənin məhz hazırki iş üzrə cavabdehin ödənişlər etməməsi nəticəsində baş verdiyini sübut edə bilməmişdir.

42. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən mediasiya xidmət haqqı olaraq 60 manat məbləğində pul Bakı 18 X1 ödənmişdir.

43. Ona görə də, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 60 (altmış) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə verilməlidir.

44. Məhkəmə qeyd edir ki, ödənilmiş 16,05 manat dövlət rüsumunun əvəzi qismində iddianın təmin olunmuş hissəsinə mütanasib olaraq 12,44 manat məbləğindəki hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

45. Dövlət rüsumunun 3,61 manat məbləğindəki hissəsi cavabdehdən tutula bilməz. Belə ki, iddianın qiyməti nəzərə alındığında ödənilməli dövlət rüsumu 72,44 manat təşkil edir. Qeyd edilən dövlət rüsumunun 60 manat hissəsi isə mediasiya prosesində ödənilmiş pulla əhatə olunduğundan qeyd edilən 3,61 manat məbləğində rüsum artıq ödənilmişdir.

46. Məhkəmə hüquqi yardım göstərilməsinə görə xərcin əvəzi olaraq 300 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

47. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, SAF RR Service” MMC ona hüquqi yardım göstərilməsi üçün Vəkil və Partnyorları Vəkil Bürosuna 300 manat məbləğində pul ödəmişdir.

48. Məhkəmə hesab edir ki, göstərilmiş hüquqi yardıma görə 300 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

49. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

50. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 4.854 (dörd min səkkiz yüz əlli dörd) manat 56 (əlli altı) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 300 (üç yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq olaraq 60 (altmış) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 12 (on iki) manat 44 (qırx dörd) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar