Məhkəmə qərarları › İş №e-2-2(113)-2300/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2300/2023

23.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2300/2023 23.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, öhdəliyin icrasının gecikdirilməsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil Ələdddin qızının iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı ("xxxx" İB) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 38170,52 (otuz səkkiz min yüz yetmiş manat əlli iki qəpik) manat əsas borc, həmin borca görə hesablanmış 3817 (üç min səkkiz yüz on yeddi) manat məbləğində faiz borcu və ödənilmiş 216 (iki yüz on altı) manat məbləğində dövlət rüsumu, 200 (iki yüz) manat mediasiya xərci olmaqla, cəmi 42403,52 manat (qırx iki min dörd yüz üç manat əlli iki qəpik) məbləğində pulun birdəfəlik tutularaq iddiaçı “xxxx” İB-nin cari bank hesabına köçürülməklə geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, -ın "xxxx" İstehsalat Birliyi (İB) ilə Cavabdeh Məhud Məsuliyyətli Cəmiyyəti (MMC) arasında “dəniz obyektlərində balansdan silinmiş qurğu və avadanlıqların sökülməsi, daşınması və təkrar emala yararlı metal hissələrinin alqı-satqısı” haqqında xx.xx.2020-ci il tarixli, 71/ASM saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə "Satıcı" ("xxxx" İB) dəniz obyektlərində balansdan silinmiş qurğu və avadanlıqların sökülməsi, daşınması və təkrar emala yararlı metal hissələrindən ibarət olan əmlakını “Alıcı”ya verir, "Alıcı" (Cavabdeh MMC) isə satılmış metal hissələrinin dəyərini "Satıcı"ya ödəməyi öhdəsinə götürür. Cavabdeh MMC müqavilənin şərtlərini pozaraq satılmış metal hissələrinə görə 38170,52 manat məbləğində borcunu ödəməmişdir. Sözügedən müqavilənin 2.1.4-cü bəndinə əsasən “Satıcı”nın (“xxxx” İB) “Alıcı”nın üzərinə düşən öhdəliklərin vaxtında və lazımi qaydada icra olunmasını və bu öhdəliklərin pozulmasına yol verilməməsini “Alıcı”dan tələb etmək hüququ vardır. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən "Satıcı", yəni "xxxx" İB təhvil verdiyi malın sənədini və müqavilənin 4.1-ci bəndi ilə müəyyən olunmuş qiymət əsasında elektron qaimə-fakturanı tərtib edərək “Alıcı”ya, yəni Cavabdeh MMC-yə təqdim edir. Müqavilənin 4.3-cü bəndinə əsasən alıcı (Cavabdeh MMC) elektron qaimə-fakturanı aldığı tarixdən orada göstərilən məbləği 30 (otuz) gün müddətində satıcının (“xxxx”İB) bank hesabına köçürməlidir. “xxxx” İB-nin çoxsaylı şifahi və yazılı müraciətlərinə baxmayaraq, Cavabdeh MMC sözügedən müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və hal-hazırki vaxtadək ödəniş etməmişdir. Göründüyü kimi, qeyd olunan müqavilə çərçivəsində “xxxx” İB öz üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, Cavabdeh MMC öz öhdəliklərini yerinə yetirməmiş və borcunu ödəməmişdir. Müqavilənin 5.1-ci bəndinə əsasən ““Tərəflər” hazırkı müqavilə ilə şərtləndirilmiş öhdəliklərinin öz təqsirli pozuntuları (təqsirli hərəkət/hərəkətsizlik) ucbatından yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi nəticəsində digər “Tərəf”ə və/və ya üçüncü şəxslərə dəyən zərərə/ziyana görə məsuliyyət daşıyırlar.” Müqavilənin 5.2-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulmamış məsuliyyət tədbirləri Azərbaycan Respublikasında qüvvədə olan mülki qanunvericiliyinə əsasən tətbiq olunur. Cavabdeh mediasiyaya dəvət edilsə də, üzrsüz səbəbdən mediasiya sessiyasında işttirak etməmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 425, 425.1, 442, 443.1, 445.1, 445.7, 448.1, 448.2, 449.1-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh MMC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. İş materiallarından görünür ki, satıcı qismində -ın "xxxx" İstehsalat Birliyi (İB) ilə alıcı qismində Cavabdeh Məhud Məsuliyyətli Cəmiyyəti (MMC) arasında “dəniz obyektlərində balansdan silinmiş qurğu və avadanlıqların sökülməsi, daşınması və təkrar emala yararlı metal hissələrinin alqı-satqısı” haqqında xx.xx.2020-ci il tarixli, 71/ASM saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən hazırkı müqavilə "xxxx" İB-nin Xəzər dənizində fəaliyyət göstərən struktur təşkilatlarının balansında olmuş, uzun illər dəniz şəraitində istismarı və korroziyaya məruz qalması nəticəsində gələcəkdə istifadəsi mümkün olmadığına görə balansdan silinmiş, qəzalı vəziyyətdə olan estakadaların, meydançaların, qurğuların, avadanlıqların, daxili betonlanmış svayların və metal tərkibli sair tullantıların sökülərək dənizdən çıxarılması/daşınması, eyni zamanda təkrar emala yararlı metal hissəsinin alqı-satqısı ilə bağlı "Tərəflər" arasında münasibətləri tənzimləyir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bu Müqavilənin 1.1-ci bəndində sözügedən qurğu və avadanlıqların təhvili/qəbulu "Tərəflər"in səlahiyyətli nümayəndələrinin (müvəkkil edilmiş şəxslərin) öz aralarında tərtib və təsdiq etdikləri müvafiq akt əsasında baş tutur. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilənin 1.1-ci bəndində sözügedən qurğu və avadanlıqların sökülməsindən (demontajından) əldə olunan və təkrar emala yararlı olan metal hissələrin 1 (bir) tonunun qiyməti ƏDV-siz 50 (əlli) manat təşkil edir; 4.2-ci bəndinə əsasən satıcı təhvil verdiyi malın sənədi və müqavilənin 4.1-ci bəndi ilə müəyyən olunmuş qiymət əsasında elektron qaimə-fakturanı tərtib edərək «Alıcı»ya təqdim edir; 4.3-cü bəndinə əsasən alıcı elektron qaimə-fakturanı aldığı tarixdən orada göstərilən məbləği 30 (otuz) gün müddətində «Satıcı»nın bank hesabına köçürür; 6.1-ci bəndinə əsasən müqavilə, "Tərəflər" arasında imzalandığı tarixdən qüvvəyə minir və tərəflər üzərlərinə götüdükləri öhdəlikləri tam yerinə yetirənədək qüvvədədir;

8. xx.xx.2020-ci il tarixli, EBAS seriyalı, 182789 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" İstehsalat Birliyi tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 19068,80 (ƏDV daxil) manat təşkil edir.

9. xx.xx.2020-ci il tarixli, EBAT seriyalı, 462344 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" İstehsalat Birliyi tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 9054,14 (ƏDV daxil) manat təşkil edir.

10. xx.xx.2021-ci il tarixli, EBAV seriyalı, 789532 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" İstehsalat Birliyi tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1575,30 (ƏDV daxil) manat təşkil edir.

11. xx.xx.2021-ci il tarixli, EBAX seriyalı, 179286 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" İstehsalat Birliyi tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 8553,82 (ƏDV daxil) manat təşkil edir.

12. xx.xx.2021-ci il tarixli, EBAY seriyalı, 304984 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" İstehsalat Birliyi tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 7816,32 (ƏDV daxil) manat təşkil edir.

13. xx.xx.2021-ci il tarixli, EBAZ seriyalı, 801058 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" İstehsalat Birliyi tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 28820,58 (ƏDV daxil) manat təşkil edir.

14. xx.xx.2021-ci il tarixli, EBBB seriyalı, 152990 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" İstehsalat Birliyi tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 27044,83 (ƏDV daxil) manat təşkil edir.

15. xx.xx.2021-ci il tarixli, EBBC seriyalı, 693256 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" İstehsalat Birliyi tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 11125,69 (ƏDV daxil) manat təşkil edir.

16. "xxxx" ASC tərəfindən verilmiş kredit haqqında bildirişdən görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" İstehsalat Birliyinin hesabına EBAS seriyalı, 182789 nömrəli elektron qaimə üzrə 16160 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

17. "xxxx" ASC tərəfindən verilmiş kredit haqqında bildirişdən görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" İstehsalat Birliyinin hesabına EBAT seriyalı, 462344 nömrəli elektron qaimə üzrə 7673 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

18. "xxxx" ASC tərəfindən verilmiş kredit haqqında bildirişdən görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" İstehsalat Birliyinin hesabına EBAV seriyalı, 789532 nömrəli, EBAX seriyalı, 179286 nömrəli, EBAY seriyalı, 304984 nömrəli, EBAZ seriyalı, 801058 nömrəli elektron qaimələr üzrə 39632,15 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

19. Tərəflər arasında tərtib olunmuş aktdan görünür ki, xx.xx.2020-ci il tarixli 71/ASM saylı müqaviləyə əsasən 2021-ci ilin aprel ayında N.Nərimanov adına NQÇİ-nin balansından silinmiş, dənizdə yerləşən və gələcəkdə istifadəyə yararsız qurğu və avadanlıqların sökülməsindən 458387 ton qara metal qırıntısı (təkrar emala yararlı) "xxxx" MMC-yə təhvil verilmişdir. Akt hər iki tərəflərin imza və möhürü ilə təsdiq edilmişdir.

20. "xxxx" İstehsalat Birliyi tərəfindən verilən HRJ Seriyalı, 035220 nömrəli, xx.xx.2021-ci il tarixli qaimə-fakturanın surətindən görünür ki, "xxxx" MMC-yə təhvil verilmiş 458387 ton qara metal qırıntısının məbləği (1 tonu 50 manat olmaqla) 22919,35 manat, ƏDV ilə birlikdə 27044,83 manat təşkil edir.

21. Tərəflər arasında tərtib olunmuş aktdan görünür ki, xx.xx.2020-ci il tarixli 71/ASM saylı müqaviləyə əsasən 2021-ci ilin may ayında N.Nərimanov adına NQÇİ-nin balansından silinmiş, dənizdə yerləşən və gələcəkdə istifadəyə yararsız qurğu və avadanlıqların sökülməsindən 188571 ton qara metal qırıntısı (təkrar emala yararlı) "xxxx" MMC-yə təhvil verilmişdir. Akt hər iki tərəflərin imza və möhürü ilə təsdiq edilmişdir.

22. "xxxx" İstehsalat Birliyi tərəfindən verilən HRJ Seriyalı, 035251 nömrəli, xx.xx.2021-ci il tarixli qaimə-fakturanın surətindən görünür ki, "xxxx" MMC-yə təhvil verilmiş 188571 ton qara metal qırıntısının məbləği (1 tonu 50 manat olmaqla) 9428,55 manat, ƏDV ilə birlikdə 11125,69 manat təşkil edir.

23. "xxxx" İstehsalat Birliyi tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 10 (üç) iş günündən gec olmayaraq ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

24. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" İstehsalat Birliyi tərəfindən Bakı 9 saylı Mediasiya Təşkilatının hesabına 440 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

25. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış “dəniz obyektlərində balansdan silinmiş qurğu və avadanlıqların sökülməsi, daşınması və təkrar emala yararlı metal hissələrinin alqı-satqısı” haqqında xx.xx.2020-ci il tarixli müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək, emala yararlı metal hissələrini alıcının mülkiyyətinə versə də, cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş və iki akt üzrə müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəməmişdir. Borcun mövcudlu]u tərəflər arasında tərtib olunmuş aktlar, qaiməfakturalar, təqdim olunan elektron qaimələr və digər sübutlarla öz təsdiqini tapır.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

Məhkəmənin mövqeyi

29. İddia tələbinin bir hissəsi cavabdehdən 38170,52 manat əsas borcun tutulmasından ibarətdir.

30. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən yaranmış borca görə ƏDV daxil 38170,52 manat (27044,83+11125,69=38170,52) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, təqdim olunan sənədlərdən müəyyən olunur ki, başqa əməliyyatlar üzrə ödənişlər olunsa da, iki akt, qaimə faktura və xx.xx.2021-ci il tarixli, EBBB seriyalı, 152990 nömrəli elektron və xx.xx.2021-ci il tarixli, EBBC seriyalı, 693256 nömrəli elektron qaimələr üzrə mallar təhvil verilmiş, lakin ödənişlər olunmamışdır.

31. İddia tələbinin digər hissəsini cavabdehdən Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən öhdəliyin icrasının gecikdirilməsinə görə iki il üzrə hesablanmış 3817 (üç min səkkiz yüz on yeddi) manat məbləğində pulun cavabdehdən tutulması təşkil edir.

32. İddia tələbinin göstərilən hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı gecikdirilməyə görə illik beş faizlə hesablanmış məbləğin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır, həmin hissədə də iddia təmin olunmalı və cavabdehdən gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 3817 məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.

33. Eləcə də, iddiaçı 200 manat mediasiya xərci və 216 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını, daha sonra isə artıq ödənilmiş 200 manat məbləğində dövlət rüsumunun qaytarılmasını xahiş etmiş və 200 manat məbləğində artıq ödənilmiş dövlət rüsumunun iddiaçıya qaytarılması qərara alınmışdır.

34. Məhkəmə hesab edir ki, mediasiyaya ödənilmiş 200 (yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 16 manat (altı manat) məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdehndən 38170,52 manat (otuz səkkiz min yüz yetmiş manat əlli iki qəpik) əsas borc, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 3817 (üç min səkkiz yüz on yeddi) manat, 200 (iki yüz) manat mediasiya xərci, ödənilmiş dövlət rüsmunun əvəzi olaraq 16 (on altı) manat olmaqla, cəmi 42203,52 manat (qırx iki min iki yüz üç manat əlli iki qəpik) məbləğində pul iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar