Məhkəmə qərarları › İş №e-2-2(113)-2314/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2314/2021

15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2314/2021 15.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı nümayəndələri X1, o cümlədən vəkili Vəkil1 və Cavabdeh nümayəndəsi, Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8469 manat məbləğində zərər, 60 manat məbləğində daşıma haqqı, 700 manat məbləğində hüquqi yardım xərci və 30 manat məbləğində dövlət rüsumunun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı MMC ona məxsus olan 12 (on iki) ədəd 3x1,5 metr ölçüdə olan reklam lövhələrini Bakı şəhəri, Nizami rayonu, Babək prospektindən Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesində yerləşən X3. Ltd Şirkətinə daşımağı cavabdehə sifariş vermişdir. Cavabdeh isə həmin reklam lövhələrini daşıyaraq Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesində yerləşən X3. Ltd Şirkətinə çatdırmağı öhdənizə götürmüşdür. Daşıma haqqı tərəflər arasında 60 manat olaraq razılaşdırılmışdır. İddiaçı MMC qeyd edilən daşıma haqqını cavabdehə ödəmişdir. Bundan sonra cavabdeh qeyd edilən reklam lövhələrinin daşınması üçün **-JM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi göndərmişdir. Daşınacaq mallar heç bir zədə və qüsuru olmadan salamat şəkildə cavabdehə təhvil verilmişdir. Bununla bağlı cavabdeh tərəfindən 31 mart 2021-ci il tarixli yüklənməyə/yükün təyinatı üzrə ünvanına çatdırılmasına dair təhvil-təslim aktı da tərtib edilmişdir. Lakin cavabdehə məxsus nəqliyyat vasitəsi yolda qəzaya uğradığı üçün qeyd edilən mallar təyinat məntəqəsinə çatdırılmamış və qəza nəticəsində tamamilə yararsız hala düşmüşdür. Bundan sonra cavabdeh qeyd edilən malları tamamilə yararsız halda geri qaytararaq "xxxx" MMC-yə təhvil vermişlər. Bunun da nəticəsində "xxxx" MMC həm müştərisi olan X3. Ltd Şirkəti qarşısında götürdüyü öhdəliyini icra edə bilməmiş həm də cəmiyyətə 8469 manat məbləğində maddi zərər dəymişdir. Daşıyıcı olaraq dəymiş zərərin ödənilməsi ilə bağlı cavabdehlə dəfələrlə danışıqlar aparılmasına baxmayaraq cavabdeh bu günə qədər İddiaçı MMC-yə vurduğu 8469 manat məbləğində zərəri ödəməmişdir və ödəməkdən də imtina edir. Bundan sonra "xxxx" MMC reklamasiya ilə cavabdehə müraciət edərək vurduğu 8469 manat məbləğində zərərin ödənilməsini tələb etsə də cavabdeh reklamasiyaya da heç bir münasibət bildirməmişdir. Buna görə də İddiaçı MMC pozulmuş hüquqlarını bərpa etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi, vəkili Vəkil1 və Cavabdeh nümayəndəsi, Vəkil2 barışıq sazişini təqdim edərək, tərəflər barışıq sazişi imzalandığını, həmçinin sazişin şərtlərinin və hüquqi nəticələrinin onlara aydın olunduğunu bildirmiş, barışıq sazişinin təsdiq olunmasını məhkəmədən xahiş edərək, bu barədə tərəflərin imzaladığı ərizələri təqdim etmişlər. Tərəflər məhkəməyə təqdim etdikləri ərizələrində, aşağıdakı şərtlərlə 14.07.2021-ci il tarixdə barışıq sazişini imzaladıqlarını bildirərək, həmin sazişin təsdiq edilməsini məhkəmədən xahiş etmişlər: 1.2. Tərəflər razılaşır/təsdiq edir ki, bu sazişin imzalandığı tarixə cavabdehin iddiaçıya ümumi borcu 7000 manat təşkil edir. 1.3. Bu saziş imzalandığı/təsdiq edildiyi təqdirdə iddiaçı cavabdehə qarşı iddia tələbinin digər hissəsindən imtina edir. 2.1. Cavabdeh öhdəlik götürür ki, bu sazişin 1.2-ci bəndində göstərilən borcunu hissə-hissə olmaqla, aşağıdakı müddətlərdə və məbləğdə tam şəkildə iddiaçıya ödəyəcəkdir. 2.1.1. 15 iyul 2021-ci il tarixində - 2000 manat; 2.1.2. 14 sentyabr 2021-ci il tarixədək – 5000 manat. 2.3. Hər bir tərəf məhkəmə xərclərini və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərcləri özü ödəyir. 3.1. Bu Sazişin şərtlərini tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-262 və 369-370-ci maddələrinin məzmunu tərəflərə aydındır və tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, bu sazişi imzalamışlar. 3.2. Bu sazişlə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikasının aidiyyatı məhkəmələri tərəfindən həll olunacaqdır. Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə iş üzrə icraata xitam verilir. Məhkəmə tərəflərin barışıq sazişini təsdiq etdikdə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və yuxarıda sadalanan qanunvericilik normalarını əsas götürərək, hesab edir ki, tərəflərin 14.07.2021ci il tarixli barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işlə bağlı 14.07.2021-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlər daxilində təsdiq olunsun: 1.2. Tərəflər razılaşır/təsdiq edir ki, bu sazişin imzalandığı tarixə cavabdehin iddiaçıya ümumi borcu 7000 manat təşkil edir. 1.3. Bu saziş imzalandığı/təsdiq edildiyi təqdirdə iddiaçı cavabdehə qarşı iddia tələbinin digər hissəsindən imtina edir. 2.1. Cavabdeh öhdəlik götürür ki, bu sazişin 1.2-ci bəndində göstərilən borcunu hissə-hissə olmaqla, aşağıdakı müddətlərdə və məbləğdə tam şəkildə iddiaçıya ödəyəcəkdir. 2.1.1. 15 iyul 2021-ci il tarixində - 2000 manat; 2.1.2. 14 sentyabr 2021-ci il tarixədək – 5000 manat. 2.3. Hər bir tərəf məhkəmə xərclərini və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərcləri özü ödəyir. 3.1. Bu Sazişin şərtlərini tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-262 və 369-370-ci maddələrinin məzmunu tərəflərə aydındır və tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, bu sazişi imzalamışlar. 3.2. Bu sazişlə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikasının aidiyyatı məhkəmələri tərəfindən həll olunacaqdır. e-2-2(113)-2314/2021 nömrəli iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar